I ƏQRƏB (saatda) Divardakı saatın əqrəbləri isə tənbəl-tənbəl tərpənir, xarab olmuş kimi güclə hərlənirdi (Ə.Qasımov); ŞÜMARƏ (köhn.) Saatı çıxardım qoyum stolun üstünə ki, görüm, saatın şümarələri nə vaxt gəlib 3-ün üstündə duracaqdır... (C.Məmmədquluzadə).
II ƏQRƏB (zool.) (zəhərli həşərat) Bircə saat gec gələndə bu gənc həkim otağa; Sanmışam ki, yerimişdir ilan, əqrəb yatağa (M.Rahim); ÇƏNBƏRQUYRUQ.