ƏZİZLƏMƏK

f.
1. Çox istəmək, nazını çəkmək, nazı ilə oynamaq, bütün istəklərini yerinə yetirmək, ərköyün böyütmək.
Mehriban isə [Şərifəyə] tam mənası ilə analıq etmiş, onu sevib əzizləmiş və böyütmüşdü. S.Hüseyn.
Onda nə üçün anan səni belə əzizləyir? Ə.Məmmədxanlı.
Ata-anası da, dayısı da Müşkünazın nazı ilə oynayar, onu əzizlər, üstündə zağ-zağ əsərdilər. Ə.Vəliyev.

2. Hörmət etmək, böyük qayğı göstərmək.
3. Həddən artıq sevmək, müqəddəs bir şey kimi qoruyub saxlamaq. Dostun məktubunu əzizləmək. Kitabı əzizləmək.
– Qoydu əzizləyib isti qoynuna; Eşqin ərməğanı ad verdi buna. M.Rahim.
Yaxın gəlmirdi ona paltarlar, qaş-daşlar da; Əzizlədiyi şeylər qoymuşdu onu darda. N.Rəfibəyli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏZİZLƏMƏK 1. ƏZİZLƏMƏK, ƏRKÖYÜN BÖYÜTMƏK, ƏSMƏK (həddindən artıq əzizləmək), İSTƏMƏK 2. əzizləmək bax oxşamaq II
  • ƏZİZLƏMƏK istəmək — hörmətləmək
ƏZİZLƏMƏ
ƏZİZLƏNDİRMƏ

Digər lüğətlərdə