ÖRKƏN

Minik heyvanlarının çulunu sarıyıb bərkitmək üçün başında doğanaq olan uzun ip; çatı.

Napak qarı dedi:

– Məndən olsa, oğlanın adını Örkənqulu qoyarsınız, Örkən enli, bərk olur. Oğlanın da ömrü çox olar. (“Şahzadə Bəhrəm”)

ÖNƏLMƏK
ÖRMƏ
OBASTAN VİKİ
Örkən
Örkən — ağır şeyləri bağlamaq, bənd etmək, at, qatır, eşşək və s. ev heyvanlarını çullamaq, palanlamaq üçün istifadə edilən çox enli, lakin nazik kəndir. Örkən toxumaq üçün yer hanası qurulur, yun, pambıq və ipək iplərdən istifadə edilir. Onun üstünə müxtəlif naxışlar salınır. Örkənin eni 5–8 sm-ə qədər, uzunluğu isə toxucunun istəyindən asılı olaraq toxunur. "Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək" — atalar sözü məhz buradan alınmışdır.

Digər lüğətlərdə

бе́рклий дровосу́шня дрочёна закрыва́ться легионе́ры ниотко́ль обели́сковый поздравля́ть соблюсти́ ханты́йцы валерья́на дожева́ть жаке́тка загру́женный обкла́дываться по-яку́тски приня́ть эстафету сво́дница усо́пшая башлык щедрый Gandhian seguidilla журчать налиновать