Azərbaycan dastanlarının leksikası

  • RAH FARS

    Yol. Qəfləli, qatırlı gedən bəzirgan. Xəbər ver bir mənə Dərbənd elindən. Rahın tay eyləyib gedən bəzirgan, Xəbər ver bir mənə Dərbənd elindən

    Tam oxu »
  • RASLAMAQ

    Nişan almaq, hədəfə götürmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • RƏB

    Bax: rəbb. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • RƏHLƏT ƏRƏB

    1. Köçmə, səfər etmə. 2. Məcazi mənada: ölüm. Seyfəlmülük durub rəhlət üstündə, Zalım fələk cavan canım qəsdində, Bir namə yazılıb kağız üstündə, Moll

    Tam oxu »
  • RƏXT FARS

    1. Qoşqu ləvazimatı, minik atına lazım olan əşyalar. 2. Döşənəcək, yatacaq. 3. Səfər ləvazimatı. Məndən sonra bu dünyadan doysunlar, Şahana rəxtimi mə

    Tam oxu »
  • RƏXTXAB

    Bax: rəxtitab. Axşam rəxt-xabə girib yatdı. (“Tahir və Zöhrə”)

    Tam oxu »
  • RƏXTİTAB

    fars. rəxt – yatacaq, xab – yuxu Yataq, yorğan-döşək. Yəqin etdi ki, at üstə çox inciyib, odur ki, rəxtitab saldı, guya Abbas dincəlsin

    Tam oxu »
  • RƏQAYİB ƏRƏB

    Məhəmməd peyğəmbərin (s.ə.s.) ana bətninə düşdüyü gecə. Təbəssüm eyləyir hərdən nazənin, Mərifət anlayıb mənasın bilin

    Tam oxu »
  • RƏMDAR

    Bax: rəmmal. – Əlinizi qoyun qılıncın dəstəsinə. Münəccim deyil, rəmdar deyil, nə biləcək? (“Qurbani”)

    Tam oxu »
  • RƏMMAL ƏRƏB

    Falçı, rəmlçi, rəml atan (qum üzərində işarələr çəkməklə və ya başqa üsullarla gələcəkdən xəbər verən)

    Tam oxu »
  • RƏNC FARS

    1. Əziyyət, zəhmət. 2. Zəhmət, əmək. Duruban söygilən narınc, turuncu, Gəl şadıman eylə könüldə rənci

    Tam oxu »
  • RƏZM FARS

    Döyüş, vuruş, müharibə, hərb, cəng. Mənə qürbət verib xaliqi-sübhan, Müxənnət kimsəni kor eyləsin nan

    Tam oxu »
  • RİKAB ƏRƏB

    Üzəngi. Göy atlı dedi: – Abbas, bu atın rikabınnan yapış, gözlərini də yum! Havaxt desəm aç, onda açarsan

    Tam oxu »
  • RİKABDA GETMƏK

    Atlının arxasınca getmək deməkdir. Nizaminin “Xosrov və Şirin” əsərində belə misralar var: Gülgünün belinə yəhər qoyuldu; Şapur rikabında bir kölgə ol

    Tam oxu »
  • RİZVAN ƏRƏB

    1. Behiştin qapıçısı olan mələk, cənnətin bağbanı. 2. Behişt. Nə cahanda, nə rizvanda, Yoxdu sənin kimi pəri

    Tam oxu »
  • RU FARS

    Üz, çöhrə. Əfsus ki, oldu qəfildən Siyah ruyum, qara baxtım! Düşdüm tükənməz bəlaya. Yanır cismim nara, baxtım!               (“Dilsuz və Xəzangül”)  

    Tam oxu »
  • RUBƏ

    ərəb. riba Faiz. Rubə yeyib eldən rüşvət alanlar, Başlarına dünya bir gün olar dar. Hər bir şeyin vədəsi var, vaxtı var, Gəl sən sığın kəskin baxta, d

    Tam oxu »
  • RUY

    Bax: ru.

    Tam oxu »
  • RUYİ-ZƏMİN

    Yer üzü; dünya, aləm.

    Tam oxu »
  • RUZUNUZ GÖYDƏN YAĞSIN, YERDƏ BİTSİN

    Deyim “Novruz” dastanında işlənib. Doqquz gün, doqquz gecə toy vurdurduqdan sonra Qəndabın kəbinini Novruza kəsdirdi, onun əlini Novruzun əlinə tapşır

    Tam oxu »
  • RÜCAH

    rücah olmaq – rast gəlmək. Dilimizdə ürcah olmaq şəklində işlənir. – ... oğul, sən de görüm, harada gördün qızı və nə təhər rücah oldun? (“Sam şahzadə

    Tam oxu »
  • SABUTA

    Göyərçin. Müqayisə et: kəbutər (göyərçin). Gördü ki, burada o qədər ahu, sabuta var ki, gəl görəsən. (“Leyli və Məcnun”)

    Tam oxu »
  • SADAĞA

    Qurban edilən şey; qurban. Başına döndüyüm Şirin, Yar, yetişdi namən mənə. Can sadağası gözlərin, Yar, yetişdi namən mənə

    Tam oxu »
  • SAĞDIC

    Sağdış; vəfadar dost. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAĞƏR

    Bax: sağır.

    Tam oxu »
  • SAĞINC

    Düşüncə, ümid. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAĞIR ƏRƏB

    1. Kar. 2. Səssiz. Bir adam məclisdə sağır otursa, Özü söyləməyib, fağır otursa, Yerində ağıllı, ağır otursa, Kamal durub onu qovası olmaz

    Tam oxu »
  • SAĞIŞ

    Hesab, məhşər. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAĞRAQ

    Badə. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAHİR ƏRƏB

    1. Sehrçi, sehrkar, cadugər. 2. Cəzb edən, məftun edən. Canda bir sahirdi cahan içində, Yanarsan alovda, sazan içində

    Tam oxu »
  • SAXA

    Bax: səxa.

    Tam oxu »
  • SAİL

    Bax: sayıl.

    Tam oxu »
  • SAQ

    Sağ (salamat), sağ tərəf. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAQAC

    Üzərində çörək bişirilən yuvarlaq sac. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAQAL

    1. Saqqal. 2. Keçinin çənəsi altında bitən tüklər. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAQAR

    Qaşqa. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAQIN

    Aman! diqqət! gözlə! bax! etmə! saqınmaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAQİ ƏRƏB

    1. Məclisdə qədəhlərə şərab töküb paylayan adam. 2. Su paylayan, su satan. Ərənlər sərvəri bir nəzər saldı, Saqinin dəstində bada göründü

    Tam oxu »
  • SAQLAMAQ

    Saxlamaq. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAQSAĞAN

    Sağsağan, qarğalar fəsiləsindən quş, qəcələ. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SALI VERMƏK

    Nişan vermək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SALIX

    Xəbər, soraq. Qarabaşlar Əhmədin salıx verdiyi yerə getdilər. Gördülər ki, Əmrah hələ arxın yanında yatır

    Tam oxu »
  • SALIQ

    Bax: salıx. Bəli, hər ikisi durub şəhərə çıxdılar. Çayçının verdiyi salıq ilə gəlib keşişin evini tapdılar

    Tam oxu »
  • SALINDIRMAQ

    Bir şeyi sallamaq, sallatmaq, asmaq; buraxmaq, endirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SALINMAQ

    Dağılmaq, düzülmək, yerləşdirmək. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SALQUM-SALQUM

    Sərin-sərin. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SANCAQ

    Bayraq. Danışcax gəlir qədəmə qədəm, Hoyumuza yetişsin o şahi-kərəm, Döyülür təbillər, sancağı ələm, Bizləri gözlüyüb nişana gələr

    Tam oxu »
  • SAPA

    Sapmaq feilinin kökü; saparaq, sapıb. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »
  • SAR FARS

    1. Yırtıcı quş. 2. Məcazi mənada: yırtıcı, vəhşi mənasında. Tərlan tərlanınan, Sar da sarınan. Bülbül öz gülüynən, Yar da yarınan, Tərlan da götürməz,

    Tam oxu »
  • SARA-SARA

    Sarıya-sarıya, dolaya-dolaya. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Tam oxu »