ÇÖTKƏ

is. [ rus. ] köhn. Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac.
Xozeyin dinməz-söyləməz çötkəni götürüb, çaqçuq hesab elədi. S.M.Qənizadə.
[Hesabdar] çötkə dənələrini tərpətdi, dənələr millərdə fırlanaraq şıq-şıq şıqqıldadı. S.Rəhimov.

□ Çötkəyə vurmaq (salmaq) – çötkədə hesablamaq.
[Əsgər:] Rəsul oxumur, atamız da gündə beş yol dəftəri çıxardıb qoyur qabağına, vurur çötkəyə. N.Vəzirov.
Əgər durub yaxşı hesab eləsək və çötkəyə salıb tərəziyə vursaq, görərik ki, müsəlmanlar on bir ayın müddətində yeyib-içməyə xərclədiklərindən çox artıq bircə ramazan ayında yeyibiçməyə xərcləyirlər. C.Məmmədquluzadə.

ÇÖRƏKYAPAN
ÇÖVKƏN
OBASTAN VİKİ
Çötkə
Çötkə — Dördbucaqlı çərçivədə eninə taxılmış millərə keçirilən aşıqlardan ibarət sadə hesablama aləti; sayğac. İlk "hesablama cihazları" barmaqlar və kiçik daşlar olub. Qədim Misirdə və Yunanıstanda b.e. əvvəl çötkə istifadə edirdilər. Bu çötkələr zolaqlı lövhələr idilər. Və kiçik daşlar zolaqlar üzrə hərəkət edirdilər. Bu cihaz məhz xüsusi olaraq hesablamalar aparmaq üçün nəzərdə tutulan ilk cihaz olub. Zaman ötdükcə çötkə təkmilləşirdi. Çötkə XVIII əsrə qədər istifadə olunub. Daha sonra isə onu yazılı hesablamalar əvəz edib.

Digər lüğətlərdə