ÇÖVKƏN

is. Keçmişdə at üstündə ucu əyri çomaqla oynanılan top-top oyunu. Çövkən oynamaq. Çövkən oyunu.
// Həmin oyunda istifadə olunan iri top. Koroğlu der: olan qalsın; Dağı-daşı talan qalsın; Çövkən alıb çalan qalsın; Meydandadır başlarımız. Koroğlu”.

ÇÖTKƏ
ÇÖVKİRMƏ
OBASTAN VİKİ
Çövkən
Çövkən, bəzən çovqan — at ilə oynanılan idman komanda oyunu və müasir polo oyununun bir versiyasıdır. Oyunun mahiyyəti ondan ibarətdir ki, iştirakçılar iki dəstəyə ayrılır və iki tərəfdə qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. "Qarabağ atı ilə oynanılan çövkən oyunu" 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. "Çövkən" sözü bəzi Azərbaycan mənbələrində "ağaccıq" kimi işlədilmişdir. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış, çövkən adlandırılan alətdir. Çövkəni oyunçular at belində bu alətin köməyi ilə oynayırlar.
Çövkən (film, 2013)
Çövkən — Azərbaycan filmi. Filmin rejissoru Rafiq Quliyevdir. Film YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilib. İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən 9-cu Milan Beynəlxalq Festivalında təmsil olunub. Birinci mükafat — Beynəlxalq idman filmləri festivalı — 2013. Serbiya, Zlatibor şəhəri.

Digər lüğətlərdə