ÇIQQILDATMAQ f. Bir şeyi bir şeyə toxunduraraq çıqqıltı səsi çıxarmaq, belə bir səsin çıxmasına səbəb olmaq. Tahir … divardakı elektrik açarına yanaşdı, onu sol əlilə bir-iki dəfə çıqqıldatdı. M.Hüseyn. Fərman Qədir kişi ilə əl verəndə [fotoqraf] aparatını çıqqıldatdı. Ə.Sadıq.