f. 1. Müxtəlif yollarla birisinin çaşmasına, çaşıb-qalmasına, özünü itirməsinə səbəb olmaq.
Lakin gözlənilmədən verilən tutarlı suallar [Verdiyevi] çaşdırdı. Mir Cəlal.
Hadisə Qadiri elə çaşdırmış, ruhunu və qəlbini elə sıxmışdı ki, elə bil o gözəl qıza olan hissi və duyğuları da indi onun yadından çıxmışdı. Ə.Əbülhəsən.
2. Heyrətləndirmək, təəccübləndirmək, heyrətə salmaq.
Şərəfoğlunun gözlənilmədən və özü də belə namünasib vaxtda gəlməsi Rüstəm kişini çaşdırmışdı. M.İbrahimov.
3. məc. Yolunu itirmək, yoldan çıxmaq, azmaq.
İnsan oğlu dinc durmadı; Düz yolunu çaşdı yenə. S.Vurğun.
Okeanın o tayından; Dil verən olmasaydı; Siz belə çaşmazdınız. B.Vahabzadə.
// məc. Yanlış yola sövq etmək, düz yoldan sapdırmaq, yolundan azdırmaq.
Yenə bir para ata-analarına lənət olmuşlar başlayıblar millətimizi çaşdırmağa, azdırmağa. C.Məmmədquluzadə.