ÇİNÓVNİK

[ rus. ]
1. İnqilabdan əvvəlki Rusiyada: dövlət xidmətçisi, məmur. Polis çinovniki. Məhkəmə çinovniki.
– Belə söyləyənlər də vardı ki, bir çox çinovniklər qaçaqlarla əlbir idilər, ola bilsin ki, belə də olaydı, çünki çar hökumətinə hər nə desən yaraşardı. E.Sultanov.
[Maarif nazirliyinin] fikir və xəyalı soldatlar kimi naçalniklərin, rəislərin hökmünə tabe və əmrinə müti çinovniklər hasilə gətirmək olubdur. F.Köçərli.

2. dan. İşin həllində canlı iştirak etməyərək, vəzifəsini ancaq formal yerinə yetirən vəzifəli şəxs haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇİNOVNİK çinovnik bax məmur I
ÇİNLİ
ÇİNŞÜNAS
OBASTAN VİKİ
Çinovnik
Məmur — Dövlət idarələrində (əsasən, məhkəmə, polis və s.) çalışan qulluqçu; dövlət xidmətçisi, çinovnik.

Digər lüğətlərdə