ÇUXURLANMAQ

f. Çuxur əmələ gəlmək, dərinləşmək, çuxura düşmək.
Ələsgər gördü ki, bu gözəlin zənəxdanının böyründə bir cüt həbəşi xalı var, gözlər güləndə üz çuxurlanıb, xallar gizlənir. Aşıq Ələsgər”.
[Şah] isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlanmış ( f.sif. ) insanların üzünə belə baxmırdı. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇUXURLANMAQ çalalanmaq — çökmək — batmaq — yatmaq
ÇUXURLANMA
ÇUXURLAŞMA

Digər lüğətlərdə