ÖRTÜLMƏK

f.
1. Qapanmaq, bağlanmaq. Həyət qapısı örtüləndə sanki günəş də batdı.
Tellinin sevinci yox olub getdi. Çəmənzəminli.
…Küçə qapısı açıldı, sonra da bərk örtüldü. Mir Cəlal.

2. Sarılmaq, qaplanmaq, çulğalanmaq.
Göy üzü qalın buludlarla örtülmüş, üfüqlər daralmışdı… M.İbrahimov.

3. Dam tikilib üstü bir şeylə qapanmaq. Evin damı örtüldü.
– Qədimovun qırmızı kirəmitlə örtülmüş yeddiotaqlı, ikimərtəbəli evi Sabir adına onillik məktəbdən o qədər də uzaq deyildi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖRTÜLMƏK sağalmaq (yara)
  • ÖRTÜLMƏK bağlanmaq — yumulmaq — bitişmək — qapanmaq — pərdələnmək
ÖRTÜLMƏ
ÖRTÜLÜ

Digər lüğətlərdə

а́х ты бе́дерный куш Сиби́лла сцена́рий циду́лочка шлю́почка э́кшен рипле́й коротковолновый кутёж непреодоли́мость овся́ный плави́льщик протеста́нтский разу́ть шамая callaloo Heligoland Bight phytology plectron quinol retake set point tooth уплотнение