ÜZGÜÇÜ [Gimon:] Üzgüçü qorxusuz üzər həmişə (A.Şaiq); DALĞIC (su keçirməyən paltarla su altında üzən üzgüçü) Xilasetmə stansiyası heyətinin starşinası, 1-ci dərəcəli dalğıc Mixail Arzamaskin kursu dəyişib hadisə yerinə dalğaların istiqamətində yaxınlaşmağı əmr etdi (Qəzetlərdən); QƏVVAS (köhn.) Qəvvas olub o dəryada mən çox üzmək istədim (B.Vahabzadə); ÜZÜCÜ Hərçəndi Yasəmən çox üzücü idi, amma bu iti axan, daşlan və böyük kolları yumalayan seldə üzmək mümkün deyildi (S.S.Axundov).