ŞİDDƏTLİ

sif. Çox güclü, çox qüvvətli; dəhşətli.
[Əsgər:] Mədəndə şiddətli bir yanğın vardı. M.Hüseyn.
[Qəhrəman:] İkinci gün şəhərdə olduqca şiddətli bir vuruşma gedirdi. H.Nəzərli.

// Eyni mənada təbiət hadisələri haqqında.
Göyün üzünü qar havasına məxsus bir tutqunluq bürümüş, şiddətli küləklə qar yağırdı. S.Hüseyn.
Bu il şiddətli bir qış gəldi. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞİDDƏTLİ ŞİDDƏTLİ, BƏRK, DƏHŞƏTLİ, GUR, GÜCLÜ
  • ŞİDDƏTLİ güclü — qüvvətli — bərk
  • ŞİDDƏTLİ sərt — kəskin — ağır
  • ŞİDDƏTLİ coşğun — azğın — qızğın

Antonimlər (əks mənalı sözlər)

  • ŞİDDƏTLİ ŞİDDƏTLİ – ZƏİF Şiddətli vuruşma gedirdi (M.Hüseyn); Zəif gözlərinə düşdükcə işıq; Qamaşır... Kim bilir qəlbində nə var? (S
ŞİDDƏTLƏNMƏK
ŞİƏ

Digər lüğətlərdə

несловоохо́тливость сетеподъёмный трамва́йщица универса́льно заму́сливать нато́пать отскобли́ться поджига́тельница производи́тельно ах! флортимберс batch dynamism Jacob's staff massy Mordovan paired shirring water conservation бачок бутылка выиграть мичуринец свечка умирать