ŞABALIDI

sif. Şabalıd rəngində, qəhvəyi. Şabalıdı saç. Şabalıdı saqqal.
– Mir Məhəmməd Kərim ağa şabalıdı rəngli, qolsuz əbasını çiynindən endirib ayağa durdu. Mir Cəlal.
Azacıq sonra Həmzə … başında şabalıdı Buxara papağı olduğu halda … otağın yuxarı başında dayandı. Ə.Əbülhəsən.
[Güləsərin] yemlik yeməkdən əlləri və dodaqları bir az qaralıb, şabalıdı rəngə düşmüşdü. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞABALIDI ŞABALIDI (rəng) Fikrət şabalıdı saçlarını tumarlaya-tumarlaya Fatma arvaddan soruşdu.. (H.Abbaszadə); KƏSTANƏ RƏNGLİ [Xədicənin] nəzər-diqqətini cəlb
ŞABALID
ŞABALIDLIQ

Digər lüğətlərdə