ŞƏBƏDƏ

is. [ ər. ] Rişxənd, ələ salma, araya qoyma; hoqqabazlıq.
[Knyaz:] Yapdığın şəbədələr gizli deyil. H.Cavid.

□ Şəbədə qoşmaq, şəbədəyə qoymaq – rişxənd eləmək, ələ salmaq, söz qoşmaq.
[Hüseyn:] İndi mənim dalımca şəbədə qoşanlar, məni hoyduhoyduya götürənlər o zaman Hüseyn Xələfov adı gələndə ayağa durarlar. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞƏBƏDƏ şəbədə bax masqara
  • ŞƏBƏDƏ rişxənd — masqara — təhqir — istehza

Etimologiya

  • ŞƏBƏDƏ Ərəbcə şobədə (oyun çıxarma) sözündəndir. Qərb dialektlərində “oyun”, “fokus” mənalarında çox işlədilir
ŞƏBÇİÇƏK
ŞƏBƏDƏBAZ
OBASTAN VİKİ
Şəbədə
Şəbədə — mövzu etibarilə məzəmmət, lağ, yüngül istehza xarakteri daşıyan şeir parçaları. Folklorda və aşıq poeziyasında xüsusilə geniş yayılmışdır. Şəbədədə hər hansı şəxsin davranışındakı, məişətindəki, xarakterindəki bu və ya digər naqis, qüsurlu cəhəti götürülərək məzəmmət və lağ etməklə daha da qabarıqlaşdırılır. Aşıq Ələsgərin aşağıdakı gəraylısı şəbədəyə nümunə ola bilər: == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.

Digər lüğətlərdə

и́вка по-фаши́стски сыскно́е Трито́н шурфова́ть га́убица двоебо́рец оробе́лый оче́чник парфюме́рия прико́ванный сре́зывать уве́нчиваться бурчак метр azyme camporee descendance hemimetabolism Nevill skylark tireless yellow dog мучительница хлопотливый