ŞƏSTLƏ

zərf Vüqarla, qürurla, təşəxxüslə, lovğa-lovğa. Şəstlə qabağa gəlmək. Şəstlə durmaq.
– Hünər istər ki, İskəndər kimi bir şit gəlib şəstlə dursun meydanda və desin: – Cənab Şeyx, hər nə qədər bu qəbiristanlıqda ölü dəfn olunub, hamısını dirilt. C.Məmmədquluzadə.
[Əbuzərbəy] əllərini şalvar cibinə salıb, zabitin yanında şəstlə dayanmışdı. M.Hüseyn.

ŞƏST
ŞƏŞBƏR

Digər lüğətlərdə