ŞAQQA

şaqqa(naq) çəkmək, şaqqa( naq) çəkib gülmək – bərkdən gülmək, qəhqəhə ilə gülmək, şaqqıltı ilə gülmək.
Dəli Həsən bir Koroğluya baxdı, bir dönüb başının adamlarına baxdı, hündürdən bir şaqqa çəkib güldü. Koroğlu”.
…Xan şaqqa çəkib güldü. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞAQQA parça — hissə

Etimologiya

  • ŞAQQA Ərəbcə şəqq (parçalamaq) sözündəndir. Mənbələrdə şaq sözü “paz” kimi şərh olunub. Şaqqa pazla bölünmüş hissədir
ŞAQQA
ŞAQQALAMA

Digər lüğətlərdə