ŞARLATAN
ŞAYAN
OBASTAN VİKİ
Şatırlı
Şatırlı (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Şatırlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd.
Şatırlı (Bərdə)
Şatırlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı kənd inzibati ərazi dairəsində kənd.
Şatırlı (Cəlilabad)
Şatırlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. Şatırlı oyk, sadə. Bərdə r-nunun eyniadlı i.ə.v.-də kənd, düzənlikdədir. Yerli əhalinin məlumatına görə, kəndi vaxtilə el arasında Şatır ləqəbi ilə tanınan şəxs və onun övladları salmışlar. Şatır sözü "çörəkbişirən, çörəkçi" kimi izah edilir. Rəvayətə görə isə, həmin şəxsin dizinin kündəsi (oynaq sümüyü) olmadığından ona bu ləqəb verilmişdir. Şatı- rın qəbri hazırda Şatır ocağı adı ilə tanınır və yerli dindar müsəlman əhalisinin sitayiş yerlərindəndir; Cəlilabad r-nunun Ləkin i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi qədim dövrlərdə salınmışdır.
Şatırlı bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şatıroba
Şatıroba — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. 14 may - 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman türklərdən ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı. Hazırda kəndin əhalisi 1740 nəfərdir. Tədqiqatçaların bir qismi oykonimi "çörəkçilər kəndi" kimi izah edilir. Bəzi tədqiqatçılar kəndin adını əslində şatoba olub, "əri oba" mənasını verdiyini deyir. Kəndin Türkoba adlanan sovetliyə daxil olması və Sovetlikdə Türkoba və şatıroba adlı iki kəndin olması onu göstərir ki, oykonimin birinci hissəsi şatır tayfa adı ilə bağlıdır. Kənddə Şatıroba kənd məscidi dini icması fəaliyyət göstərir.

Digər lüğətlərdə