ƏĞYAR

is. [ ər. “ğeyr” söz. cəmi] klas. Özgə(lər), dost olmayan(lar); rəqib(lər), yad(lar).
Bu gələn yar özüdür; El-obanın gözüdür; Bu tənə sənin deyil; Bəlkə əğyar sözüdür. (Bayatı).
Gül qönçəlikdə gərçi olur xarə aşina; Açsa niqabını, olur əğyarə aşina. S.Ə.Şirvani.
[Məşədi İbad:] İndi mən bu tayda hambal ilə qalmışam; Yarım da o tayda əğyar ilə söhbət edir. Ü.Hacıbəyov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏĞYAR özgə — düşmən — rəqib — yad

Etimologiya

  • ƏĞYAR Ərəb mənşəlidir, qeyri (əsli: ğeyri) sözü ilə eyni kökə malikdir, onun cəm formasıdır. Poeziyada “yad”, “kənar” mənalarında işlədilir (bəzən “düşmən”
ƏĞNİYA
ƏĞYARLIQ

Digər lüğətlərdə