ƏBƏS, NAHAQ Nahaqdır, əbəsdir yalvarışların; Başqa bir dilbərə vermişəm könül (S.Rüstəm); BİCA [Sara:] Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da bicadır (C.Cabbarlı); BİHUDƏ Yasəmənin iztirabı bihudə deyilmiş... (S.S.Axundov); BOŞ Boş danışıqdan nə çıxar, ay bala? (M.Ə.Sabir); BOŞ-BOŞUNA Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb getməsin (M.Müşfiq); HAVAYI (dan.) Çingiz İldırım: Yoxsa havayı danışıqlarla düşmən ifşa etmək mümkün olmaz (Ə.Vəliyev); HƏDƏR Fırıldaqlıq, hiylələr; Gördü hədərdir, hədər (B.Vahabzadə); MƏNASIZ (məc.) Nəyə gərək bilmirəm; Bu mənasız suallar?! (B.Vahabzadə); YERSİZ (dan.) Kamil burada da ona nəsihət verməyin yersiz olduğunu başa düşüb soruşdu: Niyə gülürsən? (Y.Şirvan).