Əhliman Axundov
Axundov Əhliman Molla Əli oğlu (1903-1977), ədəbiyyatşünas.
== Həyatı ==
Əhliman Əli oğlu Axundov 30 sentyabr 1903-cü ildə keçmiş Yelizavetpol mahalı Zəngəzur qəzasının Əliquluuşağı kəndində anadan olmuşdur. 1909-cu ildən 1919-cu ilədək atası molla Əlinin mədrəsəsində azərbaycan, fars və ərəb dilləırində İlk təhsilini almış və daha sonra Şuşa Pedaqoji Texnikumunu bitirmişdir.. 1932-ci ildə Ali Pedaqoji institutu bitirmiş, aspiranturada təhsilini davam etdirmiş və Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə dissertasiya müdafiə edərək elmlıər namizədi adını almışdır. Ömrünü folklor tədqiqatına bağlamış Əhliman Axundov Azərbaycanın bütün bölgələri üzrə folklor nümunələrini toplamış və ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Dil və ədəbiyyat insitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
Əhliman Axundov 1977-ci ildə Oktyabr ayının 2-də Bakı şəhərində vəfat etmişdir.
== Əsərləri ==
Sadiq qardaş, 1942
Qudurğan qaban, 1942
Nağıllar, 1948
Азербайджанские сказки, 1950 (rus dilində)
Məlik Məmməd, 1958
Əsli və Kərəm, 1960
Qaçaq Nəbi, 1961
Xalq dastanları 2 cildlik, Əhliman Axundov, 1961
Azərbaycan nağılları 5 cildlik, 1961
Telli saz ustaları, 1964
Cənnət satan molla, 1965
Sarı aşıq, 1966
Aşıq Ələsgər, 1967
Azərbaycan folkloru antologiyası. II cild (toplayanı Ə.Axundov) Bakı. Azərbaycan EA nəşriyyatı. 1968
Azərbaycan dastanları 5 cildlik Əhliman Axundov, 1969
Azərbaycan nağılları 2 cildlik, 1970
Aşıq Ələsgər 2 cildlik, 1970
Aşıq Hüseyn Şəmkirli, 1971
Oyunlar, 1971
Azərbaycan xalq nağılları, Əhliman Axundov, 1972
Tülkü tülkü tümbəki, 1972
Qaravəllilər, 1974
Aşığın sözü, 1976
Azərbaycan xalq dastanları, Əhliman Axundov, 1980
Azərbaycan nağılları, 1982
Azərbaycan aşıqları və el şairlər, Tərtib edən: Ə.Axundov.