ƏHVALPÜRSANLIQ

is. köhn. Bir-birinin əhvalını soruşma, salamlaşıb əhvallaşma. Elə bu yerdə Kərəmin bir neçə dostu əhvalpürsanlığa gəldilər. “Əsli və Kərəm”.
Salamlaşdıqdan və əhval-pürsanlıqdan sonra bir guşəyə çəkilib əyləşdik. Ə.Haqverdiyev.
Molla bacı gülümsünürdü, qızlara xeyirdua verirdi və sonra əhvalpürsanlıq başlayırdı. Çəmənzəminli.

□ Əhvalpürsanlıq etmək – bir-birinin əhvalını soruşmaq, əhvallaşmaq. Haman saat xan bir neçə mötəbər şəxsi oğlunun yanına göndərdi ki, ondan əhvalpürsanlıq etsinlər. “Əsli və Kərəm”.
ƏHVALPÜRSAN
ƏHYA

Digər lüğətlərdə