ƏKİN

is.
1. Taxıl, bostan məhsulları və s. əkilmiş yer; zəmi. Əkinlərdə taxıl təzəcə göyərməkdədir.
– Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxum əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir.
Bu əhvalatdan üç gün sonra Qulunun əkin yerində qızğın iş gedir, sürətlə buruq qurulurdu. A.Şaiq.

// Tarlada, zəmidə bitmiş taxıl, dənli bitkilər və s. Yazlıq əkin. Payızlıq əkin. Əkin yeri. – Əkməsən, əkin olmaz. ( Ata. sözü ).
…Qonşunun əkinini otardanlar manifestə düşür, düşmənin tayasına od vuranlar manifestə düşür. C.Məmmədquluzadə.
İndi məhsulun müqəddəratı əkini vaxtlı-vaxtında suvarmaqdan asılı idi. Ə.Sadıq.

2. Əkmə, əkmək işi. Əkin vaxtı.
– Nə zaman ki arabalar köç yoluna düzülür; Kəndli yoldaş əkinindən, biçinindən üzülür. S.Vurğun.
Rüstəm kişi yanakı oturub balaca stola dirsəkləndi və yaz əkininə hazırlıq haqqında məlumat verdi… M.İbrahimov.

3. Bəzi ot adları ilə birlikdə işlədilərək, onların əsasən zəmidə, əkin arasında bitdiyini göstərir; məs.: əkin qərənfili, əkin laləsi.
– Əkin qarğasoğanı … gövdəsi 80 smə qədər hündürlüyündə çoxillik bitkidir. H.Qədirov.
Tüklü qərənfil və ya əkin qərənfili taxıllar arasında bitən alaq otudur, toxumları zəhərlidir. M.Qasımov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏKİN əkin bax səpin
  • ƏKİN zəmi — tarla
  • ƏKİN biçin

Antonimlər (əks mənalı sözlər)

  • ƏKİN ƏKİN – BİÇİN Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxum əkməyə dehqanları neylərdin, ilahi? (M.Ə
ƏKİMLİ
ƏKİN-BİÇİN
OBASTAN VİKİ
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. == Ümumi məlumat == Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. == Əkin dövriyyəsi == Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Əkin anaqllis
Hündürlüyü 6–20 (30) sm, gövdəsi çoxsaylı budaqlanan, əyilib qalxan və ya uzanmış şəkildə, dördtilli olan birillik çılpaq ot bitkisidir. == Yarpaq == Yarpaqları qarşı-qarşıya düzülmüşdür, oturaqdır, yumurtaşəkilli, uzunsovyumurtaşəkilli, kütdür, açıq-yaşıl rəngdədir. == Çiçək == Çiçəkləri təkdir, qoltuq çiçəkləridir, uzunluğuna görə yarpağa bərabər və ya ondan 1,5–2 dəfə uzun olan saplaq üzərindədir. Tac narıncı və ya kərpici-qırmızı rəngdədir, çarxşəkillidir, beş bölümlüdür;dilimləri oval-yumurtaşəkillidir, kütdür, kənarları nazik vəzili-kirpiklidir. == Meyvə == Qutucuq şarşəkilli, çoxtoxumludur, eninə çatlayandır. Toxumları xırda, yumurtaşəkilli, künclü, xırda qabarıq-nöqtəli, tünd-qəhvəyi, demək olar ki, qaradır, uzunluğu 1–1,3 mm-dir. == Çiçəkləməsi == Aprel == Meyvə verməsi == Aprel-Avqust == Azərbaycanda yayılması == Samur-Şabran oval., Abşeron, Qobustan, Alazan-Əyriçay, BQ qərb, Lənk. oval., Lənk.-Muğ., Kür-Araz oval., Kür düz., Nax. düz., KQ cənub. Orta dağ qurşağına qədər.
Əkin artişoku
Əkin cırhavucu
Əkin cırhavucu (lat. Pastinaca sativa) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü. == Yayılması == Bu bitkiyə təbiətdə yabanı halda Avropa, Türkiyə, Qafqazda, Qərbi Sibirdə rast gəlinir. Əkin cırhavucu demək olar ki, hər yerdə becərilir.. == Botaniki xarakteristikası == Əkilən mədəni bitki (yabanı rast gəlinmir) olub, çoxəsrlik seleksiya nəticəsində əmələ gəlmişdir. İkiillik bitkidir. Birinci ili kökətrafı yarpaqları əmələ gəlir. Yoğun və şirin kökü olub, hündürlüyü 2m-ə bərabərdir. İri yarpaqlarının uzunluğu 20 sm, mürəkkəb lələkvari olmaqla, uzun saplaqdan ibarətdir. Çiçəkləri yaşılımtıl-sarıdan, tünd-qonur rəngə qədər dəyişir.
Əkin düyüsü
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Əkin güləvəri
Əkin güləvəri (lat. Centaurea cyanus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin güləvər cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik və ya ikiillik nazik ox və ya milşəkilli ot bitkisi olub, düz kökləri, topaşəkilli tükcüklü gövdəsi olmaqla, hündürlüyü 30-80 sm-ə bərabərdir. Kök üstündə olan yarpaqları bozumtul-yaşıl rəngli, topaşəkilli-tükcüklü, çiçəkləyən zaman ölüşkəyən, gövdə yarpaqları iridişcikli, üst yarpaqları bütövkəkarlı, oturaq və xətti quruluşludur. Gövdənin sonunda yerləşən çiçək səbəti yaxşı inkişaf edir. Çiçək səbəti yarpaqlarla bir-birini kirəmit kimi əhatə edir. Çiçək yatağı yastı, uzun qılçıqlardan ibarətdir. Kənar çiçəkləri cinsiyyətsiz, göyümtül, qıfabənzər, beşbölümlü olub, uzunluğu 2 sm-ə qədərdir. Boruşəkilli (daxili) çiçəkləri ikicinsli, göyümtül-bənövşəyi, olub, uzunluğu 1 sm-ə qədərdir. Meşə və meşə-çöl zonalarında, buğda və digər taxıl bitkilərinin (payızlıq və yazlıq) əkin yerlarində və zibilli yerlərdə yaşayır.
Əkin indausu
Əkin indausu (lat. Eruca vesicaria subsp. sativa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin i̇ndau cinsinin eruca vesicaria növünə aid bitki yarımnövü.
Əkin iyesi
Əkin keşnişi
Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. == Botaniki təsviri == Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir.
Əkin kişnişi
Əkin keşnişi (lat. Coriandrum sativum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin keşniş cinsinə aid bitki növü. Birillik ot bitkisi olub, sıra ilə düzülmüş uzun saplaqlı və yumurtaşəkilli yarpaqlara malikdir. Çiçək tacı çəhrayı rəngdədir. == Botaniki təsviri == Keşniş bitkisi kök boğazı ətrafında birbirinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, torpaq səthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli olur. Hündürlüyü şəraitdən asılı olaraq 130 sm və daha artıq olur. Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin başında yerləşir. Çiçəkləri ilk öncə sadə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların uclarında yerləşən mürəkkəb çətir əmələ gətirir.
Əkin kənafı
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Əkin mahmızçiçəyi
Consolida regalis (lat. Consolida regalis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin üsgüyotu cinsinə aid bitki növü.
Əkin noxudu
Əkin noxudu[mənbə göstərin] (lat. Pisum sativum) — paxlakimilər fəsiləsinə aid bitki növü.
Əkin qarabaşağı
Əkin qarabaşağı (lat. Fagopyrum esculentum) — qarabaşaq cinsinə aid bitki növü. == Sinonim == Fagopyrum cereale Raf. Fagopyrum dryandrii Fenzl Fagopyrum emarginatum Moench Fagopyrum emarginatum (Roth) Meisn. Fagopyrum emarginatum var. kunawarense Meisn. Fagopyrum esculentum subsp. ancestralis Ohnishi Fagopyrum fagopyrum (L.) H.Karst. [Invalid] Fagopyrum polygonum Macloskie [Illegitimate] Fagopyrum sagittatum Gilib. [Invalid] Fagopyrum sarracenicum Dumort.
Əkin qaraçörəkotu
Əkin qaraçörəkotu (lat. Nigella sativa) — qaymaqçiçəyikimilər fəsiləsinin qaraçörəkotu cinsinə aid bitki növü. Bitkinin botaniki adı – Nigella Sativadır. Azərbaycan dilində ənənəvi olaraq onu qara zirə adlandırırlar. Bitki Aralıq dənizi regionunda, Afrikanın şimalında, Asiyada və Ərəbistan yarımadasında bitir. Gözəl ətirli xassəyə malik, görünüşünə görə küncütə bənzəyən, amma qara rəngi ilə ondan fərq­lənən zirə xalq arasında müxtəlif adlarla məşhur dur. == Qara zirənin tarixi == Arxeoloqlar neolit və mezolit təbəqələrində apardıqları qazıntılar zamanı qara zirə toxumları tapmışlar ki, bu da ondan hələ 8 min il bundan qabaq istifadə edildiyini göstərir. Məşhur alim Lord Karter olduqca mühüm bir arxeoloji kəşf etmişdir. O, firon Tutanxamonun qəbrini tapdıqda gənc çarın ətrafına düzülmüş əşyaların ara sında yağ olduğunu aşkar etmişdi. Lakin arxeoloq onun nə yağı olduğunu o vaxt bilmirdi.
Əkin qazı
Əkin qazı (lat. Anser fabalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. Əkin qazı boz çalarlı olub boz qaza bənzəyir. Dimdiyi qara rəngdə olub ortasında narıncı zolağı var. Erkək və dişi fərdlər rənglərinə görə fərqlənmirlər, lakin dişilər bir qədər kiçik olur. Kütləsi adətən 2,5-4,5 kq, bəzən isə bir qədər də yuxarı olur. Əkin qazı Avrasiyanın Qrenlandiyadan Uzaq Şərqə qədər olan tundrada və tayqa hissəsində yaşayır. Orta Avropa və Asiyanın Qara dəniz və Aralıq dənizi sahillərində, bir hissəsi də Orta Asiya, Yaponiya və Cənub-Şərqi Çində qışlayır.
Əkin qərənfili
Əkin qərənfili (lat. Agrostemma) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Əkin yerkökü
Əkin yerkökü (lat. Daucus sativus) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin yerkökü cinsinə aid bitki növü.
Əkin yulafı
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Əkin zəfəranı
Adi zəfəran (lat. Crocus sativus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Yeraltı yumruları ilə çoxalan birillik bitkidir. Zəfəran ədviyyatı ağırlığına görə dünyanın ən bahalı olanıdır. Azərbaycanda zəfəran xörəklərdə ətirli ədviyyə kimi çox qədim vaxtdan istifadə olunur. "Zəfəranlı aş", "zəfəranlı piti" adlanan xörəklər çoxlarına məlumdur. == Satışı == Bu ədviyyatın qiyməti 400 ilə 1000 dollar arasında dəyişir. Əlbəttə bunların da arasında qismən keyfiyyəti aşağı olan növləri vardır. Misal olaraq İran zəfəranının kiloqramı 460 dollara satılır. Yunanlara məxsus zəfəranın kiloqramı isə 800 dollara yaxındır.
Əkin bitkilərinin qorunması (film, 1953)
Əkin çovdarı
Əkin çovdarı (lat. Secale cereale) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin çovdar cinsinə aid bitki növü. Çovdarın ilk dəfə E.ə.6500 illərində Asiyanın cənub-qərbində yetişdirildiyi sanılmaqdadır. Soyuğa ən dayanıqlı taxıl olan çovdar yüksək yerləri, qumlu və zəif torpaqları sevər. Rusiya, İskandinav ölkələri kimi qışları çox sərt keçən bölgələrdə belə yetişdirilər və payızda əkilib ertəsi il yay başlarında biçilər. Üstəlik buğda, arpa, qarğıdalı və düyü əkinçiliyinə əlverişli olmayan ən səmərəsiz torpaqlarda belə o biri taxıllardan daha yaxşı məhsul verər. Ümumiyyətlə 1-2 metr yüksəkliyə çatan çovdarın görünüşü arpaya çox bənzər. Dənələri buğdaya görə daha incə uzundur. Daha çox çörəklik un və heyvan yemi olaraq qiymətləndirilən çovdarın içində karbonhidrat, zülal, kalium və B vitamini tapılar. == Sinonimləri == === Homotipik sinonimləri === Secale cereale var.
Əkin çətənəsi
Əkin çətənəsi (lat. Cannabis sativa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin çətənəkimilər fəsiləsinin çətənə cinsinə aid bitki növü. == Arealı == Rusiyanın Avropa hissəsinin cənub-şərqindən Çinin şimal-qərbivə Pakistana qədər yayılmışdır. == Sinonimləri == Cannabis americana Pharm. ex Wehmer Cannabis chinensis Delile Cannabis erratica Siev. Cannabis foetens Gilib. Cannabis generalis E.H.L.Krause Cannabis gigantea Crevost Cannabis indica Lam. Cannabis indica f. afghanica (Vavilov) Vavilov Cannabis indica var. kafiristanica Vavilov Cannabis intersita Soják Cannabis kafiristanica (Vavilov) Chrtek Cannabis lupulus Scop.
Əkin şabalıdı
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir.
Əkin iyəsi
Xan və əkinçi (opera)
Xan və əkinçi — Bəstəkar Ramiz Mustafayevin böyük satirik şair Mirzə Ələkbər Sabirin 100 illik yubileyinə yazdığı opera.
Çoxsahəli Pambıq Əkini Sahələrində Balanslaşdırılmış Yem Bitkiləri (1984)
Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984)
İnklərdə əkinçilik
İnklərdə əkinçilik—İnk İmperiyasının iqtisadiyyatının bir bölümü. == Tarixi == İnklər Cənubi Amerikanın qərbində And dağlarında min km-lərlə məsafədə Peruda yaşayırdılar. Paytaxtı Kusko şəhəri idi. Onlar XII əsrdə dövlət yaratmağa başlamışdılar.Dövlətin başında hökmdar dururdu. İnklər tabe etdikləri tayfaların hesabına yaşayırdılar. Ölkədə hər şey müharibənin tələblərinə tabe edilmişdi. Ordu onluq,yüzlük, minlik dəstələrə bölünürdü. Say çoxluğu ilə düşmənə qələbə çalırdılar. Bir nəfərin üzərinə 20 nəfər yeriyirdi. Yeriş zamanı sıradan çıxana ölüm cəzası verilirdi.

Digər lüğətlərdə