ƏLƏS

Şuluq, nadinc, yaramaz anlamlarını əks etdirir, alınma sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏLƏNGƏ
ƏLİ ƏTƏYİNDƏN UZUN
OBASTAN VİKİ
Ələs Rüstəmov
Ələs Rüstəmov (tam adı: Ələs Vidadi oğlu Rüstəmov; 24 noyabr 1998; Dəliməmmədli, Goranboy rayonu, Azərbaycan — 2 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ələs Rüstəmov 1998-ci il noyabrın 24-ü Goranboy rayonunun Dəliməmmədli şəhərində anadan olmuşdur. M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbini bitirmişdir. Subay idi. Ələs Rüstəmov 2016-2017-ci illərdə Bakıda hərbi xidmət keçmiş, 2020-ci ildə müddətdən artıq həqiqi hərbi xidmətdən keçən hərbi qulluqçu olaraq işə başlamışdır. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin ələ keçirilməsində iştirak etmişdir. 2020-ci il oktyabrın 2-si şəhid olmuş, doğulduğu tarixdə - noyabrın 24-ü dəfn edilmişdir. Bir yaralı əsgər yoldaşı onun haqqında söyləyir: “Ələs çox hörmət qazanmışdı. Komandirin sağ qolu idi. Bir gün komandir demişdi ki, mənə nəsə olsa, mən şəhid olsam bu taqım Ələsə əmanətdir.
Dədə Ələsgər
Aşıq Ələsgər (Ələsgər Alməmməd oğlu; təq. 22 mart 1821, Ağkilsə – 7 mart 1926[…], Ağkilsə, Yeni Bəyazid qəzası) — azərbaycan türkü olan aşıq. == Həyatı == Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı; əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Alməmməd kişinin ailəsi böyük idi: dörd oğlu, iki qızı vardı. Uşaqlarını saxlamaq üçün o, Cavanşir mahalının meşələrindən quru ağac, odun daşıyır, Göyçə mahalının kəndlərində satır, 8 nəfər külfətini bir qarın ac, bir qarın tox dolandırırdı. Uşaqları böyüdükcə Alməmməd kişinin qayğıları da çoxalırdı. Artıq o, ailəsinin ehtiyaclarını ödəyə bilmir, tez-tez maddi çətinlik qarşısında qalırdı.
Elxan Ələsgərov
Elxan Ələsgərov — siyasi ekspert, politoloq, "Baku Network" ekspert şurasının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, Qarabağ müharibəsinin iştirakçısı, Trend Beynəlxalq İnformasiya Agentliyinin baş direktorun müavini, "Baku International Policy and Security Network" ekspert qrupunun rəhbəri. == Həyat və fəaliyyəti == Elxan Ələsgərov 1955-ci il mart ayının 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Babası Ələsgər oğlu Hüseynbala məşhur Azərbaycanlı metsenatı Zeynalabdin Tagiyevin şirkətində işlər müdürü calışmışdır. O, Bakı şəhəri "bayır" hissəsində bakılılar arasında "Sonbala acıqlığı" kimi tanınan, sonralar isə "Sovetski" adlandırılan məhlənin 1886-ci ildə təməlini qoymuşdur. 5 yanvar 2021-ci ildə koronavirus infeksiyasından dünyasını dəyişib. === Təhsili === Bakı şəhər 150 saylı orta məktəbi 1972-ci ildə bitirmişdir. Ali təhsilini Azərbaycan Texniki Universitetində almışdır, rabitə-mühəndisi olmuşdur. "Azon" elmi-tədqiqat institutunda və Azərbaycanın Təhlükəsizlik orqanlarında calışmışdır. Belarusiya Minsk şəhərində yerləşən "Ali məktəbin" məzunudur. 1981–1985-ci illərdə Ermənistana uzun müddətli ezamiyyətə göndərilmiş və Yerevan şəhərində yaşamışdır.
Elşad Ələsgərov
Fuad Ələsgərov
Fuad Ələsgərov (rektor) — Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru. Fuad Ələsgərov (riyaziyyatçı) — Azərbaycan alimi. Fuad Ələsgərov (siyasətçi) — dövlət xadimi.
Fuad Ələsgərov (rektor)
Fuad Ələsgərov (Fuad Nəsrullah oğlu Ələsgərov) — 1989–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor. == Həyatı == 1989–1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur. 1979–84-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan olmuşdur. 7 iyul 2020-ci ildə Bakı şəhərində vəfat edib.
Fuad Ələsgərov (riyaziyyatçı)
Fuad Tağı oğlu Ələsgərov (23 yanvar 1951, Bakı) — Texnika elmləri doktoru, professor. Rusiya “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin ali riyaziyyat kafedrasının müdiri. == Həyatı == Ələsgərov Fuad Tağı oğlu 1951-ci il yanvarın 23-də Bakıda anadan olub. 1974-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) mexanika- riyaziyyat fakültəsini bitirib. 1975-ci ildən Rusiya Elmlər Akademiyasının (REA) A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunda (İPİ) təcrübəçi, aspirant, kiçik elmi işçi, böyük elmi işçi, sektor müdiri, həllərin seçimi və analizi laboratoriyasının müdiri işləyib. F.Ələsgərov 1981-ci ildə REA İPİ-də “sosial və iqtisadi sistemlərdə idarəetmə” ixtisası üzrə “İnterval seçim” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə “Lokal aqreqatlaşdırma modelləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. F.Ələsgərov Avropa ölkələrinin və ABŞ-nin bir çox universitetlərində, məsələn, Kaliforniya Texnologiya Universitetində (1992, 1994-1995, Pasadena, ABŞ), Bosfor Universitetində (1995-2001, İstanbul, Türkiyə), “Paris I” Universitetində (2002, Fransa), Turku Universitetində (2004, Finlandiya), Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzində (2006, 2007, Turin, İtaliya) dəvətli professor işləyib. F.Ələsgərov 2003-cü ildən “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin iqtisadiyyat fakültəsində ali riyaziyyat kafedrasının müdiridir.
Fuad Ələsgərov (siyasətçi)
Fuad Murtuz oğlu Ələsgərov (14 may 1959, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri. == Həyatı == Fuad Ələsgərov 1959-cu il mayın 14-də Şərur rayonunda anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Dövlət Universitetininin hüquq fakültəsini bitirib. 1981–1984-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi, 1984-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində məsləhətçi, 1984–1987-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi, 1987–1990-cı illərdə Bakı şəhəri Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990–1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü, 1994–1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 aprel 1998-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 31 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi — şöbə müdiri təyin edilmişdir. Azərbaycan Respublikasında qanunvericiliyin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə "Əməkdar Hüquqşünas" fəxri adı verilmişdir.
Hacı Ağa Ələsgər
Hacı Ağa Ələsgər (tam adı: Hacı Ağa Ələsgər Kərbəlayi Ağa Səfəroğlu) — XVIII əsrdə yaşamış Şamaxı ziyalısı. == Fəaliyyəti == Hacı Ağa Ələsgər 8 il Şamaxı mədrəsəsi mədrəsəsində oxumuşdur. O, həmin mədrəsədə 5 il xəlifəlik (müəllim köməkçisi) və 20 ilə yaxın müəllimlik etmişdir. == Əsəri == Hacı Ağa Ələsgər 1740-cı ildə Şamaxı şəhərində "Şirvan mədrəsəsinin tarixi" əsərini yazmışdır. Müəllif həmin əsərində tələbələrin dərsə hazırlaşması, imtahan verməsi, özünəxidmət işləri, şəhərin xeyir və şər işlərində iştirakı barədə maraqlı məlumat verir. Əsərdə 1730-1740-cı illər arasında mədrəsədə ayrı-ayrı fənləri kimlərin tədris etdiyi, tədris üsulları, dərs kitabları və sair barədə qeydlər vardır. Əsərin yazıldığı 1740-cı ildə mədrəsədə 26 müəllim və 14 xəlifə çalışdığı da həmin kitabda qeyd olunmuşdur.
Hənifə Ələsgərov
Hənifə Əliskəndər oğlu Ələsgərov (1 yanvar 1912, Bakı – 29 aprel 1991, Bakı) — Azərbaycan memarı, Bakı şəhərinin baş memarı (1965-1973), SSRİ (1972) və Azərbaycan SSR (1976) Dövlət mükafatları laureatı. == Həyatı == Hənifə Ələsgərov 1912-ci il yanvar ayının 1-də müəllim ailəsində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək memar sənətinə yiyələnmişdir. Hənifə Ələsgərov 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunmuşdu. 1946-1948-ci illərdə və 1958-1962-ci illərdə "Azərdövlətlayihə" institutunun emalatxana rəisi. Lənkəran şəhərinin baş planı (1947-ci il) və Zaqatala rayonunun baş planının layihələndirilməsi işində əsas yer tutmuşdur (1949-cu il). O, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında Memarlıq işləri üzrə İdarənin rəis müavini işləmişdir. 1948-1958-ci illərdə Azərbaycan SSR Dövlət Tikinti Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir. Dövlət Tikinti və Memarlıq abidələri, şəhərsalma problemləri və mühafizəsi məsələlərinə rəhbərlik etmişdi. 1956-cı ildə Gəncədə toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə kurort şəhəri olan Şuşada mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusu, 1968-ci ildə Bakıda "26 Bakı komissarları" xatirə kompleksi, 1975-ci ildə Naxçıvanda Leninin xatirə abidəsi, Bakı şəhərində 28 May küçəsində yaşayış binası kimi əsas əsərlərin tikilməsində iştirak etmişdir.
Həsrət Ələsgərov
Mirzə Ələsgər Məmmədov
Məmməd oğlu Ağa Mirzə Əli Əsgər (Ələsgər) Qarabaği — XIX əsr Azərbaycan xanəndəsi, tarzəni və muğam bilicisi. O, dövrünün qabaqcıl musiqi xadimi kimi muğam sənətinin inkişafında mühüm rol oynamışdır. Mirzə Əli Əsgər Qarabaği 1824-cü ildə Şuşada anadan olmuşdur. Yaradıcılığı çoxcəhətli olmuşdur. O, həm xanəndə, həm də ustad kamançaçı kimi fəaliyyət göstərmişdir. Əli Şirazi İran tarını Qarabağa gətirəndən sonra bu sənətə yiyələnmiş, bütün Qafqazda tarzən kimi tanınmışdır. Mirzə Əli Əsgər əvvəllər Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüş, uzun illər Mirzə Hüseyn, Həsənçə, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi xanəndələri tarda müşayiət etmişdir. Mirzə Əli Əsgər Yaxın Şərq ölkələrinə də səyahət etmiş, İran hakimi Nəsrəddin şahın sarayında qurulan məclislərdə tarzən kimi çıxış etmişdir. XIX əsrin Sadıqcan, Cavad bəy, Əlibəy oğlu (Xanəzəyski), Şəkər oğlu Kərim, Artemi və Məşədi Zeynal kimi Azərbaycan tarzənləri Mirzə Əli Əsgərin şagirdləri olmuşlar. Mirzə Əli Əsgər Azərbaycan musiqisini dərindən öyrənərək onun özünəməxsus cəhətlərini üzə çıxarır və mahiyyətini şərh edərək musiqiçilərə öyrədirdi.
Mirzə Ələsgər Növrəs
Mirzə Ələsgər Növrəs (1839, Şuşa – 1912, Şuşa) — Azərbaycan şairi. Mirzə Ələsgər bəy Kərbəlayı Abdin bəy oğlu Əhmədbəyov 1836-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Zərgər obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Şair idi. Növrəs təxəllüsü ilə xoştəb şeirlər yazırdı. Şuşada fəaliyyət göstərən "Məclisi-üns" şairlər yığnağının üzvü idi. O, ərəb, fars dillərini kamil bilməklə, rus dilini də tamam-kamal öyrənib qəza idarəsində kargüzar vəzifəsində çalışmışdı. Mirzə Ələsgər Növrəs el şənliklərində toybaşı olardı. Mirzə Ələsgər Növrəs 1912-ci ildə vəfat edib.
Mirzə Ələsgər Xoyi
Mirzə Ələsgər Хоyi-Məşrutə hərəkatının fəallarından biri.
Mirzə Ələsgər xan Əminüssultan
Mirzə Ələsgər xan Ağa İbrahim oğlu Əminüssultan (6 yanvar 1858, Tehran – 31 avqust 1907, Tehran) — İranın baş naziri (1907). Mirzə Ələsgər xan Əminüssultan 1857-ci ildə Tehran şəhərində anadan olmuşdu. Gürcü əsillidir. Müstəbid, irticaçı bir şəxsiyyət idi. O, 1907-ci ildə Abbas ağa Təbrizi tərəfindən öldürülmüşdür.
Murtuz Ələsgərov
Murtuz Nəcəf oğlu Ələsgərov (20 sentyabr 1928, Gəncə – 7 avqust 2012, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin sədri (1996–2005), Azərbaycan Dövlət Universitetinin rektoru (1993–1996), hüquq elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar hüquqşünası. Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra o, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1950-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1950–1953-cü illərdə SSRİ Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspiranturasında təhsilini davam etdirərək beynəlxalq hüquq sahəsində ixtisaslaşmağa başlamışdır. Hələ erkən yaşlarından Gəncə şəhərində yerləşən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olan Murtuz Ələsgərov 1954-cü ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin hüquq fakültəsində dərs demişdir. O, müxtəlif illərdə burada baş müəllim, dosent, professor və kafedra müdiri, 1993–1996-cı illərdə isə universitetin rektoru olmuşdur. Murtuz Ələsgərov I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilmişdir. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olmuşdur. Murtuz Ələsgərov Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Milli Məclisin sədri olaraq Azərbaycan dövlətinin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasına, ölkəmdə parlament ənənələrinin təşəkkül tapmasına sanballı töhfələr vermişdir. Onun hüquqi dövlət quruculuğu sahəsində, həmçinin müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanmasında xidmətləri olmuşdur.
Musa Ələsgərov
Musa Ələkbərov (tam adı: Musa Əhməd oğlu Ələkbərov; 1888, Xızı, Quba qəzası – 1956, Bakı) — 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmişdir. Musa Ələkbərov 1888-ci ildə tarixi Bərmək mahalının Xızı kəndində yoxsul bir ailədə anadan olub. 1900-cü ildə Bakıya köçüb. Əmisi Məşədi Məlikin qızı Minəxanımla ailə həyatı qurub. Övladları olmayıb. 1956-cı ildə Bakıda vəfat edib. "Dağ pişiyi" ləqəbi ilə tanınan Musa Ələkbərov Bakı qoçuları arasında igidliyi ilə ad çıxarmışdı. Dağlı Musa erməni neftxudalarına qarşı, xüsusilə də qoçularına qarşı son dərəcə amansız və barışmaz olub. Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik olub. Belə ki, 1914-cü ilin 19 iyununda Almaniya Rusiyaya müharibə elan etdi.
Müşfiq Ələsgərli
Ələsgərli Müşfiq Məşi oğlu (16 mart 1973, Əsədli, Cəlilabad rayonu) — Jurnalistlərin Həmkarlar İttifaqının sədri 1973-cü il mart ayının 16-da Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2000-ci ildə BDU-nun əyani Aspirantura şöbəsini bitirib. 1997-ci ildən etibarən ölkənin müxtəlif KİV-lərində fəaliyyət göstərib. 1997-ci ildə "Olaylar" İnformasiya Agentliyində şöbə müdiri, 1998–2001-ci illərdə "Bu gün" qəzetində siyasət şöbəsinin redaktoru, 2002–2003-cü illərdə "Cümhuriyyət" qəzetində araşdırmaçı jurnalist vəzifələrində çalışıb. 2005-ci ildə ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan Milli Komitəsinin layihəsi əsasında "Space" TV-də "Nəyi necə?" proqramının redaktoru olub. 1997-ci ildə Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təsisçilərindən biri, təşkilat sədrinin müavini vəzifəsində çalışıb. 2003-cü ildən bu günə kimi JuHİ-nin sədridir. 2008 və 2013-cü illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilib. MŞ sədrinin müavini, MŞ Sosial Komissiyasının sədridir. Beynəlxalq Jurnalistlər Federasiyasının (www.ifj.org) Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (www.ifex.org) üzvüdür.
Mətləb Ələsgərov
Məşədi Ələsgər
Ələsgər Hacıgülməmməd oğlu (1860, Xızı – 1917, Bakı) — xeyriyyəçi, tacir. Məşədi Ələsgər Hacıgülməmməd oğlu Bakının sayılıb-seçilən tacirlərindən idi. Bərməki sülaləsinin nümayəndəsi idi. 1860-cı ildə Xızıda, ortabab mülkədar ailəsində doğulmuşdu. Mollaxana təhsili alandan sonra atasının təsərrüfat işləri ilə məşğul olmuş, ticarətin sirlərinə yiyələnmiş, gənc yaşlarında Xızıdan Bakıya köçmüşdü. Nəriman Nərimanovun heykəlindən bir qədər yuxarıda, 4-cü Sovet küçəsində, Dağlı Musa ilə qonşuluqda ikimərtəbəli bir imarət tikdirmişdi. Şəhərin bütün ərazilərində onun geniş ticarət şəbəkəsi var idi, Rusiya, İran, Türkiyə və digər ölkələrdən mal-qara alıb təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində satdırırdı. Bakıda yerləşən Qəssab bazarında süd məhsulları satan dükanların əksəriyyəti onun ixtiyarında idi. O, az müddətdə məhəllədə zəhmətkeş, ədalətli, xeyirə-şərə yarayan, kasıblara əl tutan adam kimi ad çıxarmışdı. Azərbaycanlı uşaqların təhsili üçün xeyli pul xərcləyirdi.
Namiq Ələsgərov
Namiq Ələsgərov (3 fevral 1995[…], Qusar) — Misli Premyer Liqasında çıxış edən Sabahın futbolçusu.
Nicat Ələsgərov
Nicat Zülfü oğlu Hüseyni (16 avqust 1990, Sumqayıt) — Azərbaycan kinorejissoru, ssenarist. Ələsgərov Nicat (Hüseyni) Zülfü oğlu 1990-cı il 16 avqust Azərbaycanın böyük şəhərlərdən biri olan Sumqayıtda dünyaya gəlmişdir. 1997-ci ildə 1 saylı orta məktəbə təhsilə başlayıb. 2008-ci ildə orta təhsilini bitirmişdir. Elə həmin il Rüstəm İbrahimbəyovun Beynəlxalq kino məktəbinin kinorejissorluq fakultəsinə daxil olmuşdur. Karyerası İlk nəaliyyəti 2010-cu il "sosial məsuliyyət və sən" qısametrajlı filmlər festivalında olmuşdur. 237 film arasında 5-ci yerə layiq görülmüşdür. Daha sonralar filmlər və serial layihələrində çalışaraq öz təcrübəsini dahada artırmış, bir çox rejissorların təcrübələrindən faydalanmışdır. 2015-ci ildə ekologiyanın çirklənməsi ilə bağlı çəkdiyi videorolikə gorə fəxri fərmanla təltif olunmuşdur. 2017-ci ildə Azərbaycan kino tarixində çəkilən ilk qorxu filminin (XƏNNAS) 2-ci rejissoru kimi tarixə düşmüşdür.TAOW_film şirkətinin rəhbəridir və hal-hazırda müstəqil olaraq film və serial layihələrində rejissorluq fəaliyyətini davam etdirir.
Niyaməddin Ələsgərov
Nüşabə Ələsgərli
Nüşabə Ələsgər qızı Hümmətova (Nüşabə Ələsgərli) (21 dekabr 1967, Nuxa) — Azərbaycan müğənnisi və aktrisası, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Hümmətova Nüşabə Ələsgər qızı (Nüşabə Ələsgərli) 21 dekabr 1967-ci ildə Şəkidə anadan olmuşdur. Atası Hümmətov Ələsgər Xəlil oğlu həkim, anası Hümmətova Solmaz Qaffar qızı müəllimə olmuşdur. Uşaq yaşlarından Aşıq Sakit Qurbanovun yanında saz sənətini öyrənmişdir. 1974-cü ildə 1-ci sinifə getmiş, lakin 1976-cı ildə ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçmüşlər. Sumqayıtda 26 nömrəli məktəbdə təhsilini davam etmiş və eyni zamanda 3 nömrəli musiqi məktəbinin fortepiano sinfində təhsil almışdır. 1982-ci ildə 8-ci sinfi bitirib Soltan Hacıbəyov adına Musiqi Texnikumunun xor dirijorluğu şöbəsinə daxil olmuşdur. 1986-cı ildə texnikumu fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olmuşdur. Həm məktəbdə, həm texnikumda, həm də Konservatoriyada təhsil illərində Əməkdar incəsənət xadimi, dirijor Fazil Əliyevdən dərs almışdır. Məktəbdə xorda oxuyarkən, təhsil məkanlarında isə bir müəllim kimi Fazil Əliyevin tələbəsi olmuşdur.
Pərviz Ələsgərov
Samir Ələsgərov
Samir Ələsgərov (1972, Bakı) — Aktyor, rejissor, ssenari müəllifi. Samir Ələsgərov Bakı şəhərində 1972-ci ilde dünyaya gəlib. Azərbaycan Bakı Dövlət universitetinin sosial elmlər və psixologiya fakültəsini bitirib. 1999-cu ildən səhnədədir. İlk işlərindən biri Atv telekanalında yayımlanan "Həftəbecər" adlı yumoristik layihədə Səfqulu obrazi olub. Vegeteryandı. Evlidir. Bəyaz həyat (film, 2003) Ümid (film, 1995) Səhərə inan...

Значение слова в других словарях