Əlizaman Rəhimov
Əlzaman Rəhimov (Əlzaman Sabir oğlu Rəhimov; d. 22.10.1958, Saatlı rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycan diasporunun nümayəndəsi, Azərbaycanın "Tərəqqi" medalı və Rusiyanın "Dostluq" ordeni laureatı. İqtisad elmləri namizədi.
== Həyatı ==
Əlzaman Rəhimov 1958-ci il oktyabrın 22-də Saatlı rayonunda anadan olub.
Əlzaman Rəhimov 1981-1985-ci illərdə Saatlı rayonu Varxankənd məktəbində biologiya və coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir. 1985-1989-cu illərdə Moskva vilayətində Domodedovo şəhər zavodunda fəhlə kimi çalışmışdır.
1990 -1991ci illərdə Moskvada "Sevpuxovskaya rastava", "Nərgiz" kooperativlərinin sahibkarı olmuşdur. 1992-ci ildə "Günay" tikinti kommersiya şirkətinin baş direktoru olmuşdur.
== Mükafatları ==
"Za slujbu Rossii" ordeni, "İvan Kolita" ordeninə layiq görülmüşdür.
2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunmuşdur.