ƏRİŞ

is. toxuc. Xalçada və başqa toxunma mallarda uzununa müvazi gedən əsas iplər. Xananın ərişi. – Toxunmalar üçün işlənən saplar, başlıca olaraq, iki qrupa ayrılır: 1) əriş sapları;
2) arğac sapları.
Bunlardan birincisi toxunmaların boyu, ikincisi eni üçündür. Ə.Quliyev.

Etimologiya

  • ƏRİŞ Ər (ör) sözünün bir mənası “hündür” deməkdir. Ör – “hündür”, “örüş” deməkdir. Əriş “örüş”ün dəyişmiş formasıdır
ƏRİNTİ
ƏRİŞ-ARĞAC

Digər lüğətlərdə