ƏSMƏK

f.
1. Titrəmək. Soyuqdan yarpaq kimi əsirdi. Dodağı əsmək. Əli əsmək. Başı əsmək.
– Xədicə əli əsə-əsə (z.) torbanın ağzını açdı. S.S.Axundov.
…Dərvişin əlləri yarpaq kimi əsirdi. A.Divanbəyoğlu.
Hər vətən deyəndə yaşarıb gözün; Dodağın titrəyib dilin əsibdir. R.Rza.

2. Hərəkət etmək, dalğalanmaq. Bərk külək əsir.
– Səhər zamanıydı əsərkən yellər; Düşərkən jalələr oyatdı səni. H.Cavid.
Hava qaranlıqlaşırdı.
Gündüzdən əsməyə başlamış külək yatmışdı. T.Ş.Simurq.
Əsdikcə gilavar, oynardı bulvar. M.Müşfiq.

3. məc. Əsəbiləşmək, özündən çıxmaq, hirslənmək. Nə əsirsən? – …Qoca kişi acıqdan əsdi.
Bir söz deməyə nə qədər qəsd etdisə, nitqi bağlandı. A.Divanbəyoğlu.

4. Həddindən artıq qayğısını çəkmək, gözündən iraq qoymamaq, həddindən artıq əzizləmək, istəmək. Ana balanın üstündə əsir. Oğlu üçün əsir.
[Kitabxanaçı:] Kitabların üstündə qırx ildir əsmirəmmi? Mir Cəlal.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏSMƏK 1. ƏSMƏK, HƏRƏKƏTƏ GƏLMƏK (külək haqqında) 2. əsmək bax döyünmək 3. əsmək bax titrəmək 4. əsmək bax əzizləmək
  • ƏSMƏK əsəbiləşmək — hirslənmək
  • ƏSMƏK dalğalanmaq — yellənmək
  • ƏSMƏK titrəmək
ƏSMƏCƏLİ
ƏSMƏQOVAQ

Digər lüğətlərdə

жари́ща поуча́ться стандартизова́ть афёра долгоно́сики измя́ться обмо́лвливаться отрица́ние радика́льно томли́вость уда́ча укло́нчиво шатну́ться малахай cockie-leekie competitioner fleuron liberal arts nuance tradeable великовозрастный взять малоэффективный начисто постоянный