LüğətlərAzərbaycan dilinin omonimlər lüğəti

ALA

ALA I is. dan. Qanın pozulması nəticəsində dəridə əmələ gələn ağ ləkə (dəri xəstəliyi).

ALA II is. dan. Alaq; tarlada və bostanda bitən ziyanverici ot. Qızlar bostanın alasını çəkib qurtardılar.

ALA III sif. Müxtəlif rəngli (ağlı-qaralı). Of! Məni titrətdi sənin gözlərin; Göz yaşı görməsin ala gözlərin (S.Vurğun).

AL
ALACƏHRƏ

Digər lüğətlərdə