CƏBR₁

is. [ ər. ] Zor, zor işlətmə, zülm.
Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. Aşıq Ələsgər.
[Sönməz:] Xalq ərəblərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir. C.Cabbarlı.
Əvvəl gündən sevmədim cəbri və belə cəbrli şeyləri xoşlamadım. R.Rza.

□ Cəbr çəkmək – cəzasını çəkmək.
Zeynal [Qadir üçün] cəbrindir çək (dedi)… Ə.Əbülhəsən.

Cəbr etmək (eləmək) – zor işlətmək, zülm etmək. Əzizim cəbr eylədi; Yar yara cəbr eylədi.
Sağ olsun ürəyim ki; Bir belə səbr eylədi. (Bayatı).

// Zorla məcbur etmək.
[Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə, görürsən ki, qorxurlar, dəxi niyə qısnayırsan? M.F.Axundzadə.

Cəbrə düşmək – zora düşmək, əziyyət çəkmək.
[Muxtar Firəngizə:] Arvad kişinin yanında olsa, iş də bu qədər artmaz, arvad da bir belə cəbrə düşməz… B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • CƏBR I CƏBR (riyaz.), HESAB II cəbr bax güc
  • CƏBR zor — güc

Omonimlər

  • CƏBR CƏBR I is. [ ər. ] riyaz. Riyaziyyat elmlərindən birinin adı. Bu cəbr, həndəsə bilməm nə demək? Uğraşan beynini incitmiş olur (H

Etimologiya

  • CƏBR Ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, “əziyyət” anlamında işlə­di­lir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əz
CƏBHƏÇİ
CƏBR₂
OBASTAN VİKİ
Cəbr
Cəbr — ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, "əziyyət" anlamında işlədilir. Müxtəlif cəbr sistemlərinin adlarında istifadə edilir. Daha geniş mənada cəbrdə toplamanın və sayların vurulmasının adi əməliyyatlarını ümumiləşdirən bir çox sərbəst təbiət elementlərinin üstündə əməliyyatların öyrənilməsinə həsr edilmiş riyaziyyatın bölməsini anladır. Cəbrin mənbələri dərin qədimliyin vaxtlarına gedir. Həqiqi sayların və kəsrlərin üstündə hesab hərəkətləri — ən sadə cəbr əməliyyatlarıdır. Güman edilir ki, məsələlərin həlli yanlış vəziyyətin qaydasına əsaslandırılmışdı. Babilistan riyaziyyatçıları kvadrat tənlikləri həll edə bilirdi. Onlar yalnız müsbət əmsallarla və tənliyin kökləriylə işləyirdilər, çünki mənfi rəqəmləri bilmirdilər. Babilistanda müxtəlif yenidən qurmalar üzrə işlər bilirdilər. Cəbrin məqsəd və metodları əvvəlcə tənliklərin qurulması və onların həllindən ibarət olmuşdur.
Kub(cəbr)
Kub — ədədi 3 dəfə özünə vurduqda alınan hasilə deyilir. n3 = n × n × n. Ədədin kubu cədvəli: 0³=0. 1³=1. 2³=8. 3³=27. 4³=64. 5³=125. 6³=216. 7³=343.
Kvadrat (cəbr)
Kvadrat ədəd - ədədin özü-özünə vurulmasından alınan hasil. Kvadrat dərəcəsi 2 olan qüvvət şəklində göstərilir. Kvadrat sırası: 0, 1, 4, 9, 16, 25, 36, 49, 64, 81, 100, 121, 144, 169, 196, 225, 256, 289, 324, 361, 400, 441, 484, 529, 576, 625, 676, 729, 784, 841, 900, 961, 1024, 1089, 1156, 1225, 1296, 1369, 1444, 1521, 1600, 1681, 1764, 1849... Tarixən bu ardıcıllıqlar həqiqi ədədlərin "kvadratı" adlandırılır. n {\displaystyle n} həqiqi ədədinin kvadratını n-ə qədər olan ilk tək ədədlərin cəmi şəklində göstərmək olar: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 3 {\displaystyle 4=1+3} … 7: 49 = 1 + 3 + 5 + 7 + 9 + 11 + 13 {\displaystyle 49=1+3+5+7+9+11+13} … Həqiqi ədədin kvadratının göstərilməsinin daha bir üsulu: n 2 = 1 + 1 + 2 + 2 + . . . + ( n − 1 ) + ( n − 1 ) + n {\displaystyle n^{2}=1+1+2+2+...+(n-1)+(n-1)+n} Nümunə: 1: 1 = 1 {\displaystyle 1=1} 2: 4 = 1 + 1 + 2 {\displaystyle 4=1+1+2} … 4: 16 = 1 + 1 + 2 + 2 + 3 + 3 + 4 {\displaystyle 16=1+1+2+2+3+3+4} … Cəbri formada olan kompleks ədədin kvadratını aşağıdakı düstur ilə hesablamaq olar: ( a + b i ) 2 = ( a 2 − b 2 ) + 2 a b i . {\displaystyle \left(a+bi\right)^{2}=\left(a^{2}-b^{2}\right)+2abi.} Triqonometrik formada kompleks ədəd üçün analoji düstur: r ( cos ⁡ ϕ + i sin ⁡ ϕ ) 2 = r 2 ( cos ⁡ 2 ϕ + i sin ⁡ 2 ϕ ) .
Relyasiyalı cəbr
Əlaqələr cəbri və ya relyasiyalı cəbr (ing. Relational algebra) — verilənlər bazalarının idarə olunmasında: əlaqələri (cədvəlləri) emal etməyə imkan verən qaydalar və deyimlər toplusu. Əlaqələr cəbrində, adətən, aşağıdakı deyimlərdən istifadə olunur: SELECT, PROJECT, PRODUCT, UNION, INTERSEC, DIFFERENCE, JOIN (yaxud INNER JOIN) və DIVIDE; onların köməyilə verilənlər bazasında olan əlaqələrə əsaslanan yeni əlaqələr qurmaq üçün prosedurlar işlənib hazırlanır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Uzunluq (Cəbr)
Uzunluq — cəbrdə verilmiş modulun ölçüsünü göstərir. Əgər A {\displaystyle A} üzüyü üzrə M {\displaystyle M} modulu verilibsə, onda M {\displaystyle M} -in uzunluğu alt modulların cəmindən ibarət olur: 0 = N 0 ⊊ N 1 ⊊ N 2 ⊊ … ⊊ N n = M . {\displaystyle 0=N_{0}\subsetneq N_{1}\subsetneq N_{2}\subsetneq \ldots \subsetneq N_{n}=M.} Buradakı uzunluq çox vaxt ℓ A ( M ) {\displaystyle \ell _{A}(M)} və ya ℓ ( M ) {\displaystyle \ell (M)} ilə işarə edilir.
Xətti cəbr
Xətti cəbr — riyaziyyat elminin bir sahəsidir, vektorları və vektor məkanlarını, xətti köçürmələri və məhdud ölçülərdə xətti tənlik sistemlərini öyrənir. İndiki riyaziyyatda vektor fəzaları vacib bir rol oynayır. Buna görə, xətti cəbr abstrakt cəbrdə və funksional analizdə genişliklə istifadə olunur. Xətti cəbr, həm də, analitik həndəsədə işlənilir, ümumiləşdirimiş formada xətti cəbri operator nəzəriyyədə görmək olar.
Ağa Cəbrayıl Abasəliyev
Ağacəbrayıl Ağa Saleh oğlu Abasəliyev (26 iyul 1955, Bakı) — məşhur kamança ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Abasəliyev Ağa Cəbrayıl Ağa Saleh oğlu, 26.07.1955 tarixində Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə 6 nömrəli musiqi məktəbinə, Əməkdar artist Elman Bədəlovun sinfinə daxil olmuşdur. 3-cü sinifdə (1965) məktəblilər arasında Respublika Festivalının laureatı olmuşdur. 1970-ci ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub. 2-ci kursda olarkən (1972), Almaniyanin Rudolfstat şəhərində Tələbə və Gənclərin festivalının laureatı olmuşdur. Həmin ildə (1972) Opera və Balet teatrına Milli Üçlükdə iştirak etməyə dəvət olunmuş, 1975-ci ildə isə həmin teatrda ilk dəfə olaraq Azərbaycan Xalq Çalğı Alətləri ansamblnı yaratmışdır. Bu ansamblla Rübabə Muradova, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova və s. tanınmış müğənnilər bir çox ölkələrdə qastrollarda müvəffəqiyyətlə çıxış etmişlər. 1974-cü ildə Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasına qəbul olunmuş, 1979-cu ildə Konservatoriyanın iki fakültəsini — Dirijorluq və Xalq Musiqisi İfaçısı-Solist bitirmişdir. 30 dekabr 2015-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
Ağacan Cəbrayılov
Ağacan Zakir oğlu Cəbrayılov (20 may 2002, Şamaxı – 10 noyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ağacan Cəbrayılov 2002-ci il mayın 20-də Şamaxı şəhərində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Ağacan Cəbrayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ağacan Cəbrayılov noyabrın 10-da şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ağacan Cəbrayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ağtəpə (Cəbrayıl)
Ağtəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Ağtəpə oyk., sadə. Cəbrayıl r-nunun Minbaşılı i.ə.v.-də kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınmışdır. Adını ərazidəki eyni-adlı dağdan almışdır. İran (Ağtəpə), Sibir (Aktöbe), Əfqanıstan (Aqtəpə, Aqtubə), Özbəkistan (Oktepa), Türkmənistan (Aqdepe), Tatarıstan (Aktübe) toponimiyasında da eyniadlı oykonimlər qeydə alınmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Bul cəbri (məntiqi)
Bul cəbri — ədədi dövrələrin analiz və dizaynını təmin edən riyazi nəzəriyyədir. Rəqəmli kompüter dövrələrinin tətbiqində, ikili dəyişənlər üzərində təyin olunan ədədi əməliyyatları göstərir.Bul cəbri ikili say sisteminə əsaslanır. Diskret riyaziyyatın ən əhəmiyyətli bölmələrindən biri riyаzi məntiqdir. Bu еlmin əsаsını ХVII əsrdə аlmаn riyаziyyаtçısı və filоsоfu Q.Lеybnis qоymuşdur. О, bu gələcək еlmi əqli nəticələr hеsаbi və yа riyаzi məntiq аdlаndırmışdır. İrlаnd riyаziyyаtçısı və məntiqçisi Corc Bul ХIХ əsrdə bu еlmi məntiqin riyаzi аnаlizi аdlаndırmışdır. Bulun işlərinin dаvаmçılаrı və sistеmləşdiriciləri оlаn riyаziyyаtçısı Е.Şrеdеr və rus riyаziyyаtçısı P.S.Pоrеtski "riyаzi məntiqin" əsаs bаşlаnğıclаrı hаqqındа tədqiqаt аpаrmışlаr. ХIХ əsrin 70-ci illərində оlduqcа tеz-tеz "məntiq cəbri" tеrmini, bəzən də bu tеrminə C.Bulun sоyаdının əlаvə еdilməsi nəticəində аlınаn tеrmin rаst gəlinirdi "Bul məntiq cəbri" (Pirs, 1870), "Bulun məntiq cəbri" (Liаrd, 1877), "Məntiq cəbri" (Mаkfеrlеyn, 1880). 1880-cı ildə ingilis məntiqçisi "Simvоlik məntiq", 1891-ci ildə isə itаlyаn riyаziyyаtçısı Pеаnо "Riyаziyyаtın məntiqi" tеrminlərini istifаdə еtmişlər. Məntiq cəbri funksiyаlаrı riyаziyyаtın bаşqа sаhələri ilə yаnаşı həm dəqiq və həm də humаnitаr еlm sаhələrində, tехnikаnın müхtəlif sаhələrində tətbiq оlunur.
Camo Cəbrayılbəyli
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli (29 yanvar 1887, Şamaxı – 30 iyul 1965, Bakı) — Azərbaycan ictimai xadimi, maarifçi, pedaqoq, metodist, publisist və yazıçı. Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Atasını erkən itirmişdi. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxumuşdu. O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını almışdı. 1919-cu ilə kimi Şamaxıda müəllim işləmişdi. 1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi.
Coşqun Cəbrayılov
Coşqun Adil oğlu Cəbrayılov ( ) — Nizami Rayon İcra Hakimiyyətinin başçısı. Coşqun Adil oğlu Cəbrayılov əvvəllər Sumqayıt Şəhər İcra Hakimiyyətində və Səbail Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edib. 2018-ci ilin sentyabrında BŞİH-in Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Cəbrail
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrail Hüseynxan oğlu Xanməmmədov
Cəbrail Osmanov
Cəbrail Osmanov (1 yanvar 1936, Astara rayonu) — rabitə veteranı, əməkdar rabitə işçisi, prezident təqaudçüsü. Cəbrail Osmanov 1936-cı ildə Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndində anadan olub. 1954-cü ildən rabitəçi kimi çalışıb. Azərbaycan SSR rəhbərliyi tərfində müxtəlif medal və ordenlərlə təltif olunub. Müstəqillik dövründə də əmək fəaliyyətini davam etdirən Cəbrail Osmanov, İlham Əliyevin 2007-ci il sərəncamına əsasən "Prezident Təqaüdü" ilə mükafatlandırılıb. Uzunömürlü, ikinci dünya müharibəsi iştirakçısı, xeyriyyəçi Ömər Əliyevin oğludur. 1971. "Şərəf nişanı" ordeni 1974. "Sosialist Yarışı Qalibi" nişanı 1980. "Qırmızı əmək bayrağı" ordeni 1985.
Cəbrail Xanməmmədov
Cəbrayil
Cəbrayıl şəhəri — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl şəhər inzibati ərazi dairəsində şəhər. Cəbrayıl rayonunun inzibati mərkəzi. Cəbrayıl şəhəri 1993-cü ilin avqust ayının 23-ü ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. Rusiya imperiyasının əhalinin siyahıya alınması üzrə 1897-ci il Cəbrayılda 520 insan yaşayırdı, onların 228 azərbaycanlı, 186 rus, 76 erməni, 18 ukraynalı və başqaları idi. SSRİ-in Ümumittifaq Əhalinin siyahıya alınmasına əsasən 1989-cu il Cəbrayılda 6070 insan yaşayırdı.
Cəbrayıl

Cəbrayıl-Qubadlı seçki dairəsi
Cəbrayıl (Bicar)
Cəbrayıl (fars. جبرئيل‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 567 nəfər yaşayır (126 ailə). Əhalisini azərbaycan türkləri və kürdlər təşkil edir.
Cəbrayıl (ad)
Cəbrayıl — Azərbaycanlı kişi adı. Bu adı olan tanınmışlar Cəbrayıl Əsgərov — şəhid. Cəbrayıl Rzaquliyev — Azərbaycan jurnalisti, ensiklоpedist-lüğətşünas, tərcüməçi. Cəbrayıl Vəliyev — iqtisadiyyat üzrə fəlsəfə doktoru. Cəbrayıl Əzimov — Azərbaycanın kino rəssamı. Cəbrayıl Həsənov — azərbaycanlı güləşçi. Cəbrayıl Əhmədov — Bakı milyonçusu, görkəmli xalça ustası. Cəbrayıl Cəbrayılov — şəhid. "Azərbaycan Bayrağı" ordeni kavaleri.
Cəbrayıl (arxangel)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrayıl (dəqiqləşdirmə)
Cəbrayıl — Azərbaycan şəhəri, Cəbrayıl rayonunun inzibati mərkəzi. Cəbrayıl rayonu — Azərbaycanda rayon. Cəbrayıl (arxangel) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Cəbrayılabad (Üşnəviyyə) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd.
Cəbrayıl (mələk)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Cəbrayıl (Üşnəviyyə)
Cəbrayılabad (fars. جبرئيل اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (16 ailə). Əhalisini kürdlər təşkil edir.
Cəfərabad (Cəbrayıl)
Cəfərabad — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. Cəfərabad Cəbrayıl rayonunun Qarxun inzibati ərazi vahidiində kənd. Arazboyu düzənlikdədir. Yaşayış məntəqəsini 1806-cı ildə Rusiya himayəsinə keçmiş Xoy hakimi Cəfərqulu xana məxsus ailələr salmış və kəndi də xanın adı ilə adlandırmışlar. Əsas təsərrüfatı heyvandarlıq idi.
Cəmo Cəbrayılbəyli
Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli (29 yanvar 1887, Şamaxı – 30 iyul 1965, Bakı) — Azərbaycan ictimai xadimi, maarifçi, pedaqoq, metodist, publisist və yazıçı. Cəmo bəy Adil bəy oğlu Cəbrayılbəyli 1887-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. Atasını erkən itirmişdi. Mir Cəfər Seyidzadənin mənəvi yardımı ilə 1896-cı ildən 1901-ci ilədək Şamaxı şəhər məktəbində oxumuşdu. O, 1908-ci ildə imtahan verib məktəb müəllimi adını almışdı. 1919-cu ilə kimi Şamaxıda müəllim işləmişdi. 1920-ci ildə Bakıda Köhnə Marinskaya qız gimnaziyasının binasında ilk darülmüəllimat — qızlar üçün seminariya yaradılmışdır. Onun müdiri Azərbaycan xalqının fədakar qızlarından Mədinə Qiyasbəyli idi. 1926-cı ildə Maarif Komissarlığının sərəncamı ilə hər iki seminariya birləşdirilərək Bakı Müttəhid (birləşmiş) Pedaqoji Texnikum kimi fəaliyyət göstərməyə başlamış və tezliklə respublikanın tədris ocaqları arasında özünəməxsus yer tutmuşdur. Birləşmiş məktəbin direktoru Pənah Qasımov, tədris işləri üzrə direktor müavini Cəmo Cəbrayılbəyli idi.
Cəmo bəy Cəbrayılbəyli

Daşkəsən (Cəbrayıl)
Daşkəsən — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizağ nahiyəsinin Daşkesen kəndi olaraq keçir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilib. Cəbrayıl rayonunun Süleymanlı i.ə.v.-də kənd. Qarabağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi Daşkəsən təpəsi adlı yerin ş.-ində salındığına görə belə adlandırılmışdır. Əsas təsərrüfatı heyvandarlıq idi.
Dizaq-Cəbrayıllı mahalı
Dizaq-Cəbrayıllı mahalı — Qarabağ xanlığının 25 mahalından biridir. Sahəsi - Əhalisi -Cəbrayıllılar Yaranması — 1747-ci il Paytaxtı— Cəbrayıllı kəndi Sərhədləri —Qərbdən Bərgüşad mahalı, şimaldan Dizaq mahalı, şərqdən Xırdapara-Dizaq mahalı, cənubdan Qaradağ xanlığı. Qədim-qayım Qarabağın ünlü mahallarından biri də Dizaq-Cəbrayıllıdır. Mahalın sınır-sərhədi güneydən Araz çayı, quzeydən Dizaq mahalı, günbaтandan Bərgüşad mahalı və günbaтandan Xırdapara-Dizaq mahalıdır. Dizaq-Cəbrayıllı mahalı Dizaq mahalının ərazisində yaranıb. Mahal öz adını Cəbrayıllı elindən alıb. Mahal 1822-ci ildə ləğv olundu. Dizaq mahalına bağlandı. Ənvər Çingizoğlu, Cəbrayıllı eli, "Soy" dərgisi, 2 (5), 2005, səh.48–57. Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007.

Digər lüğətlərdə