JALƏ

is. [ fars. ]
1. Şeh, şəbnəm.
Güldü gül, açıldı nərgiz, lalə doldu jalədən. Füzuli.
Bitir çəməndə lalələr, əlində al piyalələr; Səhər zamanı dür kimi düşər ot üstə jalələr. A.Səhhət.
Səhər zamaniydi, əsərkən yellər; Düşərkən jalələr oyatdı səni. Ə.Cavad.

2. məc. Göz yaşı mənasında.
Çün gəldi özünə, qıldı nalə; Yağdırdı xəzanı üzrə jalə. Füzuli.
Zaman silər ürəklərdən naləni; El unudar göz yaşını, jaləni. S.Rüstəm.

Sinonimlər (yaxın mənalı sözlər)

  • JALƏ jalə bax şeh
JAKÉT
JALÜZ

Digər lüğətlərdə