QART

I
(Göyçay, Qazax, Qax, Mingəçevir, Ordubad, Salyan)
lovğa. – Əli yaman qart adamdı (Ordubad)
◊ Qart danışmax (Salyan) – lovğa-lovğa danışmaq. – Adə, sən nə qart danışırsan?
II
(Dərbənd, Xaçmaz, Quba)
bülöv. – Qarti heybəyə sal (Dərbənd)
III
(Bakı)
bərk, sərt. – Burda qart daş çoxdu
IV
(Qazax, Salyan, Şəki, Yardımlı)
çoxbilmiş. – Yaman qart uşaxdı o (Qazax)
QARŞUX
QART-QART
OBASTAN VİKİ
Qart Bruks
Troyal Qart Bruks(ing. Troyal Garth Brooks; doğ. 7 fevral 1962, Talsa, Oklohoma) —ABŞ ifaçısı, Bəstəkar. 1999-cu ilin musiqisevərləri onu yaхşı tanıyır. Qart Bruks da rok musiqiçi kimi özünü sınamaq qərarına gəldi və nəhəng uğursuzluğa düçar oldu.
Ağ Qartal Ordeni (Serbiya)
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi. Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.
Ağbaş qartal
Ağbaş qartal — Amerikada yaşayan qartal növü. Yayılma arealı Şimali Amerikadır. Ağbaş qartalın uzunluğu 71–106 sm arasında dəyişir. Qanadlarını açdıqda qanadların ümumi uzunluğu 1.83–2.34 metrə çatır. Çəkisi 3–7 kq təşkil edir. Bu qartalın baş və quyruğu ağ, gövdəsi isə qara və boz rəngdə olur. Bu qartallar 30 ilə qədər yaşayırlar. Ağbaş qartal 1782-ci ildə ABŞ-nin milli simvoluna çevrilib.
Ağquyruq dəniz qartalı
Ağquyruq dəniz qartalı (lat. Haliaeetus albicilla) — Haliaeetus cinsinə aid quş növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Berkut qartal boyda iridir. Ümumi rəngi qonur, qarın tərəfi nisbətən açıq rənglidir. Quyruğu qısa və təmiz ağdır. Dimdiyi sarıdır. Yayılması: Avropada və Asiyada yayılıb. Azərbaycanın Xəzəryanı və Kür-Araz sahələrində məskunlaşıb. Oturaq yaşayır, qışda biotopunu dəyişməklə kifayətlənir.
Bozqır qartalı
Bozqır qartalı (lat. Aquila rapax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. İri qartaldır. Rəngi qonurdur. Burun dəlikləri ovaldır. Səsi boğunuq çıxır. Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda miqrantdır. Burada Xəzər sahili boyunca uzanan düzənlik sahələrdə təsadüf olunur. Mart-aprel və sentyabr oktyabr aylarında görünür.
Böyük xallı qartal
Böyük xallı qartal (lat. Clanga clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü. Nadirdir. (VU). Mənfi təsirlərə həssasdır. Cinsin 5 növündən biridir. Bozqır (çöl) qartalından az kiçikdir. Səsi bərk çıxır– "kiyak-kiyak". Rəngi qara-qonurdur. Avropa və Asiyada yayılıb.
Cırtdan qartalça
Cırtdan qartalça (lat. Hieraaetus pennatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartalça cinsinə aid heyvan növü. Təhlükə altında olan və sayı azalan quş növüdür. Ən kiçik qartaldır. Ümumi rəngi qəhvəyi-qonur, quyruğu nisbətən açıq, çalma lələkləri isə tünd rənglidir. Səsi zəif, amma bərkdir (“yuq-yuq-yuq”). Arealı genişdir: Avropa, Asiya, Afrika, Avstraliya, Azərbaycanda aranda və dağda yayılıb. Yaşayış yeri və həyat tərzi: Açıq sahə ilə növbələşən seyrək meşələrdə və hündür ağac olan köhnə bağlarda yaşayır. Azərbaycana reproduksiya üçün gəlir (apreldən oktyabra qədər olur). Yalnız ağacda yuva tikir və ya başqa quşların yuvasını zəbt edir.
Döyüşkən qartal
Döyüşkən qartal (lat. Polemaetus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Kafr qartalı
Afrika qara qartalı (lat. Aquila verreauxii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Afrikada yaşayır. Növün latınca adı fransız botaniki və ornitoloqu Jül-Pyer Verronun şərəfinə adlandırılmışdır. Arealı Afrikada - Çad və Keniya Samburu Parkının cənubunda Finboş və Əjdaha dağları əraziləridir.
Kazım Qartal
Kazım Qartal (28 aprel 1936, Altunhisar, Niğdə ili – 13 avqust 2003, İstanbul) — görkəmli türk aktyor, teatr rejissoru, film rejissoru, ssenari müəllifi, prodüser, 1968-ci ildə keçirilən "İlin ən yaxşı kişi aktyoru" müsabiqəsinin qalibi, Qartal, yaşadığı müddətdə 452 filmdə rol almışdır. Yeşilçam kinostudiyasının ən yaxşı aktyorlarından biridir. 1964-cü ildə sənət həyatına başlayan Kazım Qartal, türk kinosunun çox tanınan qəhrəmanıdır. Çox vaxt köməkçi rol oynayıb. Filmlərində "pis adam" kimi çıxış edib. Çəkildiyi 452 filminin təxminən 300 filmini baş rolda oynamışdır. 2 filmin ssenarisini yazmış və 2 filmin rejissorluğu ilə məşğul olmuşdur. Pornoqrafik və erotik filmlər dövründə müxtəlif bu tipli filmlərdə də rol alan aktyor, bu prosesin səbəbini aşağıdakı sözlərlə izah etmişdi. Tez-tez aktyorluq edən sənətçi, Ərzurumdakı xəstəliyindən qısa bir müddət sonra ürək infaktı səbəbiylə İstanbulda həyatını itirdi. Məşhur aktyor 15 avqust 2003-cü ildə dəfn edildi.
Kiçik xallı qartal
Kiçik xallı qartal (lat. Clanga pomarina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin xallı qartal cinsinə aid heyvan növü.
Məzar qartalı
Məzar qartalı (lat. Aquila heliaca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Qanadları enli, böyük qartaldır. Ümumi rəngi tünd-qonurdur. Amma başında sarı “papağı”, çiyinlərində isə ağ xallar birləşib, uzunsov "güzgü" əmələ gətirib. Səsi it hürməsini xatırladır. Avropada və Asiyada yayılıb, qışlamaq üçün Afrikaya qədər miqrasiya edir. Azərbaycanda dağətəyi sahələrdə nəsil verir, düzənlərdə qışlayır. Qaya, yarğan və seyrək ağac olan sahələrdə nəsil verir.
Novruz Qartal
Novruz Yaqub oğlu Əliyev (3 mart 1947, Bakı – 8 yanvar 2022, Bakı) — Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti (2013). Əliyev Novruz Yaqub oğlu 1947-ci ildə anadan olub. N.Y. Əliyev əmək fəaliyyətnə 1965-ci ildə Texniki təchizat idarəsində fəhləlikdən başlayıb. 1966-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 1967-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışır. Çalışdığı illərdə Novruz Əliyev özünü epizodik və əsas rolların bacarıqlı ifaçısı kimi göstərib. Azərbaycan dramaturqlarının, eləcə də xarici ölkə yazıçılarının əsərlərində onlarla yaddaqalan surətlər yaradıb. Onun "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Lənət şeytana"da İsrafil, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç və başqa rolları tamaşaçıların dərin rəğbətini qazanıb. 1989-cu ildə Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrına dəvət alan aktyor burada da yüksək peşəkarlığı, zəhmətkeşliyi və intizamlılığı ilə fərqlənib. Bu dövrdə Novruz Qartal adı ilə tanınan N.Əliyev müntəzəm olaraq cəbhə bölgələrində, səngərlərdə, hərbi hissələrdə, qospitallarda maraqlı proqramlarla çıxışlar edib, dəfələrlə fəxri fərmanlarla təltif edilib.
Qan qartalı
Qan qartalı (qədim skandinav dilində — blóðörn) — Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi. Roberta Frank. "Viking Atrocity and Skaldic Verse: The Rite of the Blood-Eagle." The English Historical Review. Vol. 99, No. 391 Apr., 1984.
Qara Qartallar
Qara Qartallar (kor. ブラックイーグルス) — Koreya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 12 dekabr 1994-cü ildə yenidən yaradılmışdır. Uçuşlar üçün Cessna A-37 Dragonfly təyyarələri istifadə olunurdu. 2007-ci ildə komanda müvəqqəti ləğv olunmuş, 2010-cu ildə isə T-50 Golden Eagle təyyarələri ilə yenidə qurulmuşdur. İlk komanda 1 oktyabr 1953-cü ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd North American P-51 Mustang təyyarəsi istifadə olunurdu. 1959-cu ildə bu təyyarələr Lockheed T-33 ilə əvəz olundu. 1 oktyabr 1959-cu ildə North American F-86 Sabre təyyarələr ilə uçan komanda yaradıldı və Mavi Qılınclar adlandırıldı. 1978-ci ildə komanda ləğv olundu.
Qartal
Qartal (lat. Aquila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Bədəninin uzunluğu 75–88 sm, quyruğu isə qısadır. Geniş qanadları var və açılan halda 2,4 m civarında olur. Ayaqları barmaqlarına qədər tüklə örtülü olur. 2–3 yaşlarında yetişkənliyə çatırlar. Meşə və dağlarda yaşayırlar. Erkəklər həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Yuvaları əlçatmaz yerdə olur. Qartalların bəzi növləri 100 kq-a qədər yükü qaldıra bilirlər.
Qartal (bürc)
Qartal (lat. Aquila) - ekvatorial bürc.
Qartal (dəqiqləşdirmə)
Qartal —
Qartal (hərbi birləşmə)
"Qartal" — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Qartal" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Qartal" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir.
Qartal (əməliyyat)
"Qartal" əməliyyatı — 29 avqust-6 sentyabr 2008-ci il tarixində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Qusar rayonu ərazisində qanunsuz fəaliyyət göstərən ekstremist "Meşə Qardaşları" təşkilatına qarşı keçirilən əməliyyat Avqustun 25-də hüquq-mühafizə orqanlarına Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin qanunsuz yolla Azərbaycana keçdiyi barədə məlumat daxil oldu. Məlumatdan sonra Daxili Qoşunlar, Sərhəd Qoşunlarının bölmələri və MTN qanunsuz fəaliyyət göstərən "Meşə qardaşları" təşkilatının üzvlərinin zərərsizləşdirilməsi üçün birgə əməliyyat keçirdi. Sonradan onların Qusarın Həzrə kəndi və Avaran kəndləri yaxınlığında meşə massivində gizləndikləri məlum oldu. Əməliyyat zamanı Daxili Qoşunlarla dəstə üzvləri arasında silahlı insident baş verdi və Daxili Qoşunların əsgəri Əli Yolçuyev həlak oldu. Milli Təhlükəsizlik Nazirliyinin rəsmi məlumatına görə, Mollaçiyev və Samir Mehdiyev "Meşə qardaşları" adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırmışdılar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilmiş və görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilmişdir. Əməliyyat zamanı terrorçu qruplaşmanın 3 üzvü – Telman Abdullayev (Həmzət), Ramil Əsədullayev və Gülşad Əlixanov zərərsizləşdirilmişdir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan bölməsinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı "Dağıstan əmiri" adlandıran, "Meşə qardaşları" terror təşkilatının lideri İlqar Mollaçiyev öldürülmüşdür.
Qartal Patrulu
Qartal Patrulu (isp. Patrulla Águila) (ing. Eagle Patrol) İspaniya Hava və Kosmik Qüvvələrinə məxsus aerobatika eskadronudur. 4 iyul 1985 tarixində qurulmuşdur. 27 fevral 2020: Solo pilot Eduardo Fermín Garvalena La-Manqa dili yaxınlığında təyyarəsinin okeana çırpılması nəticəsində həlak olub.
Qartal Yuvası təbiət parkı
Qartal Yuvası təbiət parkı (pol. Park Krajobrazowy Orlich Gniazd ) — Polşanın cənub-qərbində qorunan ərazi və Polşanın 120-dən çox rəsmi təbiət parklarından biri. 597 km2 (231 mil2) əraziyə malikdir. 1980-ci ildə qurulmuş və Qartal yuvası cığırının çox hissəsini əhatə edir. Cığır Böyük Kral III Kazimirin əmri ilə böyük, hündür qayalar üzərində inşa edilən "Qartalların yuvaları" adlanan orta əsrə aid təxminən 25 qaladan keçir. Park Krakov, Çenstoxova və Vielun şəhərləri arasında yerləşən Polşadakı Yuraya aid formalaşmalar (pol. Jura Krakowsko-Częstochowska) boyu uzanır. Buraya daxil olan III Kazimir (1310–1370) tərəfindən inşa edilmiş çox sayda orta əsr qalaları (pol. Orle Gniazda) ildə təxminən 400.000 ziyarətçi qəbul edir. Dağların bir hissəsi ölkənin ən cəlbedici istirahət zonaları arasında sıralanan Polşanın iyirmi milli parkının ən kiçiyi olan Oykov Milli Parkına aiddir.
Qartal ilə ovçuluq
Qartal ilə ovlamaq, Avrasiya çölündə tapılan, qədim türk xalqları tərəfindən tətbiq olunan ənənəvi ovçuluq formasıdır. Bu gün Qazaxlar və Qırğızlar tərəfindən çağdaş Qazaxıstan və Qırğızıstandan, habelə Monqolustanın Bayan-Ölqiy vilayətində və Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda ovda qartallardan istifadə olunur. Bu bölgələrin əhalisinin ən çox berqutlarla ovlamaqla məşhur olsalar da, şimal qırqovulları, şahin, ütəlgi qızılquşlar və bir çox digər quşalrı əhliləşdirməsi məlumdur. Həm qazax, həm də qırğız dilində ümumilikdə yırtıcı quşlarla ov edənlər və qartallarla ov edənlər üçün ayrıca terminlər mövcuddur. Qazax dilində həm qusbegi, həm də sayatşi ümumilikdə ovçulara aiddir. Qusbegi qus ("quş") və bek ("ağa") sözlərindəndir, beləliklə sözün əsl mənası "quşların ağası" kimi tərcümə olunur. Köhnə türk dilində kus begi, sarayın şahin ovçusunun qiymətləndirəni rolunu əks etdirən xanın ən hörmətli məsləhətçiləri üçün istifadə edilən ad idi. Sayatşi, türk dilində peşəkar adlar üçün istifadə edilən sayat ("şahinlik") sözündən və -şi şəkilçisindən əmələ gəlir. Eramızın 936-45-ci illərində Mançuriyadan olan köçəri bir xalq olan Xitaylar Şimali Çinin bir hissəsini fəth etdilər. 960-cı ildə Çin Sun sülaləsi tərəfindən fəth edildi.
Qartal kölgəsində ilan (film, 1978)
Qartal kölgəsində ilan (ing. Snake in the Eagle's Shadow, çincə:蛇形刁手) — 1978-ci ildə çəkilən Ceki Çanın məşhur filmlərindən biridir. Çin Sin sülaləsi dövrünə. Yetim Çien Fu Kunq Fu ustası və Şaolinin "İlan Zərbəsi" məktəbinin sağ qalan sonuncu nümayəndəsi Pay Çen-Çenyunu xilas edir. "İlan Zərbəsi" məktəbinin bütün nümayəndələri "Pələng caynağı" klanı tərəfindən öldürülürlər. Usta Çienə Kunq Fu öyrətməyə başlayır. Çien bu texnikanı mükəmməl öyrənərək, öz şəxsi stilini yaradır. Bu müddətdə isə məğlubedilməz Şan Kuanyin Pay Çen-Çenyunu tapır və onu öldürmək niyyətindədir… Qartal kölgəsində ilan — Internet Movie Database saytında.
Xallı qartal
Xallı qartal (lat. Clanga) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi. Etimoloji cəhətdən, cinsin adı qədim yunan sözü olan "klangos"dan gəlir və qartal mənasını ifadə edir. Əvvəllər bu quşlar qartal cinsində təsnif olunmuşdur. Azərbaycan ərazisində bu cinsə mənsub iki qartal növü qeydə alınmışdır: Böyük xallı qartal və kiçik xallı qartal.

Digər lüğətlərdə