YAMİN

gözəl, qəşəng; sağ.
YAMİLƏ
YAMİNƏ
OBASTAN VİKİ
Yamin Ağakərimzadə
Yamin Vüqar oğlu Ağakərimzadə (25 iyul 1992-ci ildə Bakıda anadan olub) — Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. == Klub karyerası == === Çempionat === Yamin Ağakərimzadə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Rəvan klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. O, 2012-ci ildən bu klubda çıxış edir. Debüt mövsümündə Yamin Bakı təmsilçisinin əvəzedicilər dəstəsində çıxış etmişdir. 2013-cü ildən isə klubun əsas yığmasında mübarizə aparır. Yamin Rəvan klubu ilə debütünü 15 dekabr 2013-cü ildə Topaz Premyer Liqasının XVII turu çərçivəsində Xəzər-Lənkəran klubuna qarşı oyunda etmişdir. Mövsümlər Azərbaycan çempionatı statistikası aşağıdakı kimidir: === Kubok === Yamin Rəvan klubu ilə Azərbaycan Kubokunda bir oyuna çıxmışdır. == Maraqlı fakt == Yamin Premyer Liqada debütünü Rəvan klubu ilə 20 aprel 2014-cü ildə Yevlax klubuna qarşı oyunda etmiş və 85-ci dəqiqədə qolla yadda qalmışdır.
Yamin qalası
Yamin qalası — Sabunçu rayonunun Kürdəxanı kəndində yerləşən maraqlı quruluğa malik tikili. == Tarixi == Rəvayətlərə görə bu qəribə tikilinin adı bir vaxtlar Kürdəxanı kəndində Yamin adlı sözünü açıq deyən, yoldaşlarından bir çox şeylərdə seçilən bir şəxsin adı ilə bağlıdır. Fiziki cəhətdən qüvvətli olan bu şəxs silah gəzdirmək qadağan dövrdə kiçik çaplı silahı gəzdirərmiş. Buna baxmayaraq, Yaminin düşmənləri tərk-silah edərək ona bədən xəsarəti yetirir, başından ağır zərbələr alırr. Bundan sonra Yamin başından aldığı zərbələrin təsirindən yaddaşını və həyatdakı mövqeyini itirib, doğru-dürüst nə işlə məşğul olduğunu da anlaya bilmir. Yaşaması üçün kənd sakinləri ona maddi yardım edirlər. Lakin Yamin ona verilən bu sədəqəni yığıb təkbaşına simvolik bir qala ucaldmaq qərarına gəlir. Kimsəsiz olan bu şəxs özündən sonra bir iz buraxmaq istəyi. Qalanın daşlarınıözü kürəyində daşımaqla o qalanı tikir. Kənd sakinləri arasında bu qala “Yamin qalası” adlandırılır.