1. AĞIR (çəkisi ağır olan) Ağır sandıq seçmə parçalarla dolu idi (Mir Cəlal); VƏZNLİ İlk məşq kiçik vəznli millərlə başlar, get-gedə ağır vəznli millərə keçirdilər (Çəmənzəminli); SANBALLI Gecəm belə keçdi, səhərim gəlsin! Dadıma sanballı sözlərim gəlsin! (M.Müşfiq).
2. AĞIR (yara haqqında) ..Ağır yaralanmış bir müsəlman süvarisi Gürcüstan milli xalq qvardiyasının xəstəxanasında müalicə edilməkdədir (M.Hüseyn); BƏRK O, bərk yaralanmışdı (M.Hüseyn).
3. ağır bax çətin; gərgin 2
4. ağır bax ağırtərpənən; yavaş
5. ağır bax ağırtəbiətli