ABİD

Allaha bütün qəlbi ilə inanaraq bütün varlığı ilə Ona qulluq etməyə çalışan, Allahdan qorxan, bütün dini ayinləri yerinə yetirən və yaşadan, günlərini ibadətlərdə keçirən, yüksək əxlaqi xüsusiyyətləri ilə seçilən müsəlmandır. Abid insanlar İslamın ilk dövrlərindən günümüzə qədər hər dövrdə mövcuddurlar. Sufi ənənəsinə görə, abidlər Məhəmməd peyğəmbərin və onun ardıcıllarının yolu ilə getmiş, öz həyatlarını bütövlüklə Allaha həsr etmiş və dünyanın aldadıcı gözəlliklərinə aldanmamış insanlardır.
ABDULLAH İBN ZÜBEYR
AD
OBASTAN VİKİ
Abid Alimov
Abid Əhmədcan oğlu Alimov (1900, Penza quberniyası[d] – 31 yanvar 1935, Leninqrad) — Azərbaycan SSR-nin ilk səhiyyə komissarı (28 aprel 1920 – 5 iyun 1920). Türkoloq. XI ordunun tərkibində Azərbaycana gəlib. Azərbaycan SSR-in ilk səhiyyə komissarı (naziri) olub (28 aprel – 5 iyun 1920). Sonralar Leninqrada gedərək türkoloji tədqiqatlar aparıb. Professor olub.
Abid Bayramov
Abid Məmmədov
Abid Məmmədov (4 aprel 1994, Dəymədərə, Oğuz rayonu – 4 oktyabr 2020, Murovdağ döyüşləri) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Abid Məmmədov 4 aprel 1994-cü ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olub. 2000-ci ildə şəhid Elburus Haşımov adına Dəymədərə kənd tam orta məktəbinə daxil olmuşdur. 2011-ci ildə məktəbi bitirmişdir. Oğuz Qarğıdalı Emalı və Qlükoza İstehsalı zavodunda operator kimi çalışmışdır. Ailəli idi, Əli adlı övladı yadigar qaldı. Abid Məmmədov Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Abid Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak etmişdir. Abid Məmmədov oktyabrın 4-də Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Abid Məmmədov oktyabrın 4-də Oğuz rayonunun Dəymədərə kəndində dəfn olunmuşdur.
Abid Tahirli
Abid Şərifov
Şərifov Abid Qoca oğlu (6 yanvar 1940, Nuxa) — Azərbaycan Respublikası Baş Nazirinin sabiq müavini (1995–2018). Abid Qoca oğlu Şərifov 1940-cı il yanvarın 6-da Şəki şəhərində anadan olmuşdur. 1947-ci ildə Şəki şəhər 10 saylı orta məktəbin 1-ci sinfinə gedərək, orta təhsilini 1957-ci ildə həmin məktəbdə başa vurmuşdur. Həmin il Azərbaycan Dövlət Politexnik İnstitutunun "İnşaat" fakültəsinə daxil olmuş, 1962-ci ildə institutu "İnşaat mühəndisi" ixtisası üzrə bitirmişdir. Gənc mütəxəssis kimi "Bakıbaştikinti" idarəsinə təyinat alan Abid Şərifov 2 saylı trestin 25 nömrəli tikinti idarəsində tikinti ustası vəzifəsində əmək fəaliyyətinə başlamış, 1971-ci ilə qədər həmin idarədə iş icraçısı böyük iş icraçısı işləmişdir. 1971-ci ildən isə "Bakısosialmədəntikinti" trestinin 9 nömrəli tikinti idarəsində istehsalat şöbəsinin rəisi, sonra baş mühəndis kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə "Bakıbaştikinti" idarəsinin 23 nömrəli tikinti idarəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 1978-ci ildə Ulyanovsk şəhərində Nəriman Nərimanovun heykəlinin quraşdırılması ölkə rəhbərliyi tərəfindən həmin idarəyə tapşırılarkən, A. Şərifovun fəal iştirakı ilə bu iş vaxtında, yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Həmin ildən A. Şərifov öz fəaliyyətini Azərbaycan SSR Nazirlər Sovetinin əsaslı tikinti şöbəsində böyük referent kimi davam etdirməyə başlamışdır. A. Şərifov 1980-ci ildə SSRİ Nəqliyyat və Tikinti Nazirliyinin "Azərnəqliyyattikinti" trestinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Məzrə Abid
Məzrə Abid (fars. مزرعه‌بید‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,723 nəfər yaşayır (504 ailə).
Nafiə Abid
Nafiə Abid (1903, Yanina) — milliyyətcə alban olan Azərbaycan şairi və yazıçısı. Yazdığı hekayə və şeirlər Azərbaycan türkcəsində olub, əsərlərində Azərbaycanın azadlıq mübarizəsini tərənnüm edib. Bir çox şeirləri Nafiə Şükrü imzasıyla çap olunmuşdur. Əmin Abid Gültəkinin həyat yoldaşıdır. 1903-cü ildə Yanya (indi Yunanıstanın tərkibindədir) şəhərində bir alban ailəsində doğulan Nafiənin ailəsi yunanların Osmanlı dövlətinə qarşı üsyanından sonra İstanbula köçür. Kiçik yaşlarında atası Əhməd Şükrünü itirir. Bundan sonra Nafiənin anası Zəhra Tevfik Tanurə ərə gedir. Beləliklə Nafiənin qızlıq sənədlərində Nafiə Tevfik Tanur qızı yazılır. 7 yaşında ikən İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə 11 il orada təhsil alıraq, 18 yaşında oranı bitirir. Daha sonra birillik pedaqoji kursu bitirərək 1922-ci ildə İstanbul Universitetinin Tarix-ədəbiyyat fakültəsinə daxil olur.
Əmin Abid
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.
Mehmed Abid Əfəndi
Mehmed Abid Əfəndi (17 sentyabr 1904, 17 sentyabr 1905 və ya 1972, İstanbul – 8 dekabr 1973, Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin ən kiçik oğlu, Osmanlı şahzadəsi. Şahzadə Mehmed Abid Əfəndi 1904-cü ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun son xanımı Naciyə xanım idi. Atasının 1909-cu ildə devrilməsindən sonra ailəsi ilə birlikdə 5 yaşında Salonikiyə sürgün edildi. Sürgündə 1 il yaşadıqdan sonra atasıyla birlikdə Bəylərbəyi sarayına alındı və atasının vəfatına qədər burada qaldı. Qalatasaray və Həbibiyyə kolleclərində təhsil aldı. 1923-cü ildə anası vəfat etdi. Bir il sonra isə Osmanlı sülaləsinin sürgün qanunu ilə ölkəni tərk etdi. Əvvəlcə Beyruta, daha sonra Nitsaya köçdü.
Əmin Abid Gültəkin
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.
Əmin Abid Mütəllibzadə
Əhmədov Əmin Mütəllib oğlu (1898, Bakı – 21 oktyabr 1937, Basqal, İsmayıllı rayonu) — tənqidçi, ədəbiyyatşünas, şair. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda anadan olmuşdur. İlk təhsilini burada almışdır. Türkiyəyə səfər etmişdir (1919). Türkiyədə pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1919–1926). İlk gənclik dövründən sərbəst və heca vəznində şeirlər yazmışdır. "Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda Gültəkin təxəllüsü ilə dərc etdirdiyi şerlərində Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu tərəfındən vəhşicəsinə işğalına, Sibirə sürgünlərə, təqib və təhqirlərə qarşı etirazla yanaşı, sabaha — üç rəngli ay-ulduzlu bayrağın müstəqil Azərbaycan üzərində dalğalanacağı günə inamı güclü idi. Ona görə də mühacirətdə yaşayan Azərbaycan gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, mübarizəyə ruhlandırmışdır. Onun Türkiyədə qələmə aldığı şeirlər siyasi mühacirlərin köməyi ilə "Buzlu cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilmişdir.
Məhəmmədəli bəy əl-Abid
Məhəmmədəli bəy əl-Abid (ərəb. محمد علي بك العابد‎; 1867, Dəməşq – 22 oktyabr 1939, Roma[…]) — Osmanlı imperiyasının ABŞ-dakı səfiri (1908) və Fransanın mandatı dövründə Suriya respublikasının ilk prezidenti (1932–1936).
Cümhuriyyət abidəsi (İstanbul)
Cümhuriyyət abidəsi — İstanbulda mövcud olan, Taksim meydanında yerləşən abidədir.
Cəbrayıl rayonunun abidələri
Cəbrayıl rayonunun abidələri — Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənubqərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Rayon ərazisində yerləşən, tarixi-dini abidələr, ziyarətgahlar, muzeylər. Məscid (XVI əsr) – Çələbilər kəndi (İNV № 4170) Məscid (XIX əsr) – Papı kəndi (İNV № 4171) Məscid – Daşkəsən kəndi (İNV № 4172) Məscid (XIX əsr) – Mərzə kəndi (İNV № 4173) Məscid (XIX əsr) – Süleymanlı kəndi (İNV № 4174) Türbə (Sərdabə) (XIII–XIV əsrlər) – Dağtumas kəndi (İNV № 4169) Səkkizguşəli türbə (XVII əsr) – Xubyarlı kəndi (İNV № 4165) Dairəvi türbə (XVII əsr) – Xubyarlı kəndi (İNV № 4164) Daş məqbərə (1307–1308-ci illər) – Şıxlar kəndi Qəbiristanlıq (orta əsrlər) – Cəbrayıl şəhəri (İNV № 5790) Qəbiristanlıq (XVII–XVIII əsrlər) – Karxulu kəndi (İNV № 5791) Qəbiristanlıq (orta əsrlər) – Sirik kəndi (İNV № 5792) Qəbiristanlıq (orta əsrlər) – Diridağ dağında (İNV № 5793) Qəbiristanlıq (orta əsrlər) – Şıxlar kəndi (İNV № 5795) Şıxbaba (Dairəvi) türbəsi (XIV) əsr – Şıxlar kəndi (İNV № 4166) Mazannənə məqbərəsi (b.e ə.) – Xələfli kəndi Mərmərnənə məqbərəsi (b.e.ə.) – Xələfli kəndi Xırda pir – Balyand kəndi İspiri ocağı – Balyand kəndi Zingir ocağı – Cəfərabad kəndi Hacı Qaraman ocağı – Dağtumas kəndi Çaxmaq piri – Tinli kəndi Müqəddəs Düldül ziyarətgahı – Hacılı kəndi Qarı ocağı – Horovlu kəndi Pir Əhməd – Yarəhmədli kəndi Lalə ocağı – Böyük Mərcanlı kəndi Seyid ocağı – Əfəndilər kəndi Çələbi ocağı – Horovlu kəndi Hacı Qaraman ziyarətgahı – Çələbilər kəndi Qara daş ziyarətgahı Miri evi ziyarətgahı – Quycaq kəndi Düldül ziyarətgahı – Balyand kəndi Əfəndilər piri – Əfəndilər kəndi Qərib Seyid ziyarətgahı – Tatar kəndi Tumas ata ziyarətgahı – Dağtumas kəndi Cəbrayıl ata ziyarətgahı Xubyarlı piri – Xubyarlı kəndi Qərər piri – Qərər kəndi Sarı ocaq – Hovorlu kəndi Qurbantəpə ziyarətgahı İncirli piri ziyarətgahı – Şahvəlli kəndi Qasım Baba piri – Minbaşlı kəndi Düldül ziyarətgahı – Gödəklər kəndi Yel ziyarətgahı – Çaxırlı kəndi Yel ziyarətgahı – Əmirvarlı kəndi Seyid ziyarətgahı – Cocuq Mərcanlı kəndi Qara Molla ziyarətgahı – Daşkəsən kəndi Qarnıyarıq ziyarətgahı – Cəfərabad kəndi Dağdağan ocağı – Qumlaq kəndi Çomaq ata ziyarətgahı – Dağtumas kəndi Düldül ziyarətgahı – Hacılı kəndi Ağoğlan nekropolu (ilk orta əsrlər) – Cəbrayıl şəhəri (İNV № 869) Məscidtəpə kurqanı (tunc dövrü) – Qalacıq kəndi (İNV № 878) Qız qalası (XII əsr) – Xələfli qəsəbəsi (Diridağ ərazisi) (İNV № 4168) Qala bürcü (V–VI əsrlər) – Sirik kəndi (İNV № 4167) Canqulu kurqanı (tunc dövrü) – Mahmudlu kəndi (İNV № 871) Quştəpə kurqanı (tunc dövrü) – Mahmudlu kəndi (İNV № 872) Karxulu kurqanları və yaşayış yeri (tunc dövrü) – Karxulu kəndi(İNV № 870) Naftalı kurqanları (son tunc və ilk dəmir dövrü) – Naftalı kəndi (İNV№ 879) İmanqazantəpə kurqanı (son tünc dövrü) – Şıxlar kəndi (İNV № 876) Qışlaq kurqanları və yaşayış yeri (son tunc və ilk dəmir dövrü) – Qışlaq kəndi (İNV № 880) Hovuslu kurqanları (son tunc və ilk dəmir dövrü) – Hovuslu kəndi(İNV № 881) Cinlitəpə yaşayış yeri – Horovlu kəndi (İNV № 882) "Divlər sarayı" – Dağtumas kəndi (İNV № 884) Siklop tikililəri (b.e.ə. III minillik) – Tatar kəndi "Şəhərşik qalıqları", "Qışlaq yerləri" (b.e.ə. II minillik) – Şıxlar kəndi On bir aşırımlı Xudafərin körpüsü (b.e.ə. V əsr) – Qumlaq kəndi On beş aşırımlı Xudafərin körpüsü (b.e.ə. VII əsr) – Qumlaq kəndi Kəhrizlər (b.e.ə. I əsr) – Mahmudlu kəndi Başıkəsik günbəz (XIII–XIV əsrlər) – Dağ Tumas kəndi Ərəb yazıları ilə qoyun abidəsi (XV əsr) – Şıxlar kəndi Xanəgah – Xubyarlı kəndi Xanəgah – Şıxlar kəndi Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi "Cəbrayıl rayonunun vandalizmə məruz qalmış abidələri". dqdk.gov.az.
Dmitri Rostovski abidəsi (Rostov-na-Donu)
Dmitri Rostovski abidəsi — Rostov-na-Donu şəhərində yerləşən monumental abidələrdən biri. Abidə Dmitri Rostovskinin şərəfinə ucaldılmışdır. Abidə Dobornaya meydanında ucaldılmışdır. Abidənin idea müəllifi Anatoli Andreeviç Sknarindir. Dmitri Rostovski abidəsi 1999-cu ildə quraşdırılmışdır. Abidə Rus provaslav kilsəsinin yepiskopu və Rostov və Yaroslav eparxiyasının mitropoliti Dmitri Rodtovskinin şərəfinə ucaldılmışdır. Abidə Müqəddəs Məryam Mövludu kilsəsinin öndündə ucaldılmışdır. Kilsə Rostov və Novoçekassk eparxiyasının əsas kilsəsidir. Onun təntənəli açılışı 15 dekabr 1999-cu ildə gerçəkləşdirilmişdir. Abidə şəhərin 250 illiyində ucaldılmıdır.
Don rabitəçilərinin abidəsi (Rostov-na-Donu)
Don rabitəçilərinin abidəsi — bürüncdən ibarət olan abidə Rostov-na-Donu şəhərində Nikolay Ostrovski adına parkda yerləşən manumental abidə. Abidənin təntənəli açılış mərasimi, 9 sentyabr 2016-cı ildə gercəkləşmişdir. Abidənin heykəltaraşı Valentin Kostev olmuşdur. Abidənin açılış mərasimi şəhər günü ilə eyni zamanda gercəkləşdirilmişdir. Üstəlik həmin gün mülki rabitəçilərin 115 illik yubileyi idi. 2016-cı ilin aprelində Rostov-na-Donu şəhərində xalq səsverməsi keçirilir. Burada maketlər arasında Don rabitəçiləri abidəsinin ən yaxşı variantını seçmək lazım gəlirdi. Belə ki, bu seçilmiş variant əsasında Don rabitəçiləri abidəsi hazırlanmalı idi. Səsvermədə seçicilərin 40 % Cənub Federal Dairəsinin Radiostansiya mərkəzi işçilərinin hazırladığı maket qəbul edilir. Heykəltəraş olaraq Valentin Kostaev seçilir.
Dyuk de Rişelye abidəsi
Dyuk de Ришельё abidəsi Odessada dyuk (hersoq) de Rişelye abidəsi (həmçinin tunc hersoq kimi də tanınır)- 1828-ci ildə açılmış hersoq de Rişelye Armand Emmanuel du Plessisə (fr. Armand Emmanuel Sophie Septemanie de Vignerot du Plessis, 5eme duc de Richelieu) həsr olunmuş tam boylu tunc abidə. Odessada ucaldılan ilk abidədir. De Rişelye İzmail mühasirəsində iştirak etdikdən beş il sonra uzun müddətə Rusiyada məskunlaşıb. 1803-cü ildə Rişelye mer, 1805-1814-cü illərdə isə Odessanın general-qubernatoru olub. Odessalılar onu "bizim Dyuk" adlandırırdılar və baxmayaraq ki, Odessanın artıq 8 yaşı var idi onu şəhərin qurucusu hesab edirdilər. Yeni merin səyləri ilə şəhər böyük ticarət limanına çevrildi. Burbonlar yenidən taxt-taca sahib olduqdan sonra Dyuk Fransaya gedir və burada XVIII Lüdovik hökumətinin baş nazir olur. O, 1822-ci il mayın 16-da 55 yaşında Parisdə beyin qansızmasından vəfat edib. Rişelyenin ölümü ilə bağlı Parisdən kədərli xəbər alan qraf Lanjeron əhaliyə müraciət edərək abidənin tikintisi üçün vəsait toplamağa başlamağı bildirir.
Dyuk de Rişölye abidəsi
Dyuk de Ришельё abidəsi Odessada dyuk (hersoq) de Rişelye abidəsi (həmçinin tunc hersoq kimi də tanınır)- 1828-ci ildə açılmış hersoq de Rişelye Armand Emmanuel du Plessisə (fr. Armand Emmanuel Sophie Septemanie de Vignerot du Plessis, 5eme duc de Richelieu) həsr olunmuş tam boylu tunc abidə. Odessada ucaldılan ilk abidədir. De Rişelye İzmail mühasirəsində iştirak etdikdən beş il sonra uzun müddətə Rusiyada məskunlaşıb. 1803-cü ildə Rişelye mer, 1805-1814-cü illərdə isə Odessanın general-qubernatoru olub. Odessalılar onu "bizim Dyuk" adlandırırdılar və baxmayaraq ki, Odessanın artıq 8 yaşı var idi onu şəhərin qurucusu hesab edirdilər. Yeni merin səyləri ilə şəhər böyük ticarət limanına çevrildi. Burbonlar yenidən taxt-taca sahib olduqdan sonra Dyuk Fransaya gedir və burada XVIII Lüdovik hökumətinin baş nazir olur. O, 1822-ci il mayın 16-da 55 yaşında Parisdə beyin qansızmasından vəfat edib. Rişelyenin ölümü ilə bağlı Parisdən kədərli xəbər alan qraf Lanjeron əhaliyə müraciət edərək abidənin tikintisi üçün vəsait toplamağa başlamağı bildirir.
Dəmir yumruq (abidə)
Dəmir yumruq — Xocavənd rayonunun Hadrut qəsəbəsində qoyulmuş abidə. Abidə 2021-ci ildə qoyulub. Hadrut qəsəbəsində yerləşən zəfər şəhidlərinin xatirə kompleksinin qarşısında yerləşən abidənin üzərində əsgər təsviri və Azərbaycan Silahlı Qüvvələrinin arsenalında yer alan pilotsuz uçuş aparatları əks olunub. "Dəmir yumruq" Azərbaycan Ordusunun işğal altında olan torpaqların azad edilməsi uğrunda başlatdığı döyüş əməliyyatlarının adı olub. "Plener Group" tərəfindən hazırlanmışdır.Layihənin memarı gənc memar Gülər Elxan qızıdır.Yumruq üzərində işləyən rəssamlar: Elxan Əliyev, Azər Məmmədov, Fərid Nəcəfov. Layihənin təşkilatçısı Cavid Əhmədovdur.
Dəniz Piyadasına Hərbi Abidə
Dəniz Piyadasına Hərbi Abidə (yaxud İvodzima Memorialı) Virciniyadakı Arlinqton milli qəbiristanı yanında yerləşir, tuncdandır. 1775-ci ildən etibarən ölkəni müdafiə etmiş ABŞ-nin bütün həlak olmuş dəniz piyadaçılarına həsr olunmuşdur. 1954-cü il noyabrın 10-da açılmışdır. Heykəltəraş - Feliks de Ueldon. Abidə altı dəniz piyadaçını təsvir edir (hündürlüyü 10 metr). 1961-ci ildən, Con Kennedi fərmanına əsasən, abidəsində 24 saat ərzində ABŞ bayrağı yellənir. Bayraq ağacı hündürlüyü 20 metrdir.
Elegeş abidələri
Elegeş abidələri və ya Elegeş abidəsi – 650-ci illərdə yaradılmış və Elegeşt çayı vadisində yerləşən Göytürk abidəsidir. Orxon abidələrindən təxminən 100-150 il əvvəl yazılmışdırlar. İlk yayımlarda "Elegeş abidəsi " olaraq anılan bu abidə 1888-ci ildə Elegeşt çayı vadisində, çayın sol sahilində tapılmışdır. Abidə 1891-ci ildə Klements tərəfindən incələnmiş və kopyalanmışdır. 1892-ci ildə də Oşurkov abidənin eştampajını çıxarıb Vasili Radlova vermişdir. Elegeşt abidəsi 1915-ci ildə Adriyanov tərəfindən Minusinsk muzeyinə gətirilmiş və 19 nömrə ilə qeydiyyata alınmışdır. Abidə qatı boz rəngdə, 320 x 66 x 20 sm ölçüsündə, üst qismi dar, aşağıya doğru genişləyən qum daşından ibarətdir. Daşın üzərində yuxarıdan aşağıya doğru yarıqlar və çatlar vardır. Abidədə uzunlamasına yazılmış 12 sətir vardır. Abidənin alt qismində ilk yayımlarda müəyyən olmayan damğa vardır.
Erik Abidal
Erik Silven Abidal (fr. Éric Sylvain Abidal, fransızca tələffüzü [eʁik abidal]; 11 sentyabr 1979[…]) — Fransa futbolçusu, Barselona klubunun və Fransa milli futbol komandasının sol cinah müdafiəçisi. Lion klubunun heyətində 20005–2007-ci illərin Fransa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı, Barselonanın heyətində 2009 və 2011-ci illərdə Çempionlar liqasının qalibi, 2009, 2010, 2011-ci illərdə İspaniya çempionu, 2009-cu ildə İspaniya kubokunun Peşəkar karyerasına 2000-ci ildə "Monakoda" başlamışdır. Kiçik prensliyin komandası üçün 2 mövsüm oynadıqdan sonra 2002-ci ildə Lillə köçüb, iki mövsümdən sonra yenidən tərk edilmiş, daha sonra hakim olan "Lyon" a hərəkət etdi. "Lion" da 3 mövsüm üçün üç dəfə Fransa çempionatı qazandı. 30 iyun 2007-ci ildə Barselona ilə müqavilə imzaladı, fransız transferinin dəyəri 15 milyon avro idi/ Fransanın milli komandasında 18 avqust 2004-cü ildə çıxdı. 2010 Dünya Kubokunda Fransa milli komandasının düşərgəsində məşqçi heyəti və milli komandanın bəzi oyunçuları arasında bir qarşıdurma yaşandı — Nicolas Anelka çempionatda doğru atıldı və komanda məşq etməyi rədd etdi. Məhkəmədən sonra, Fransa Futbol Federasiyası münaqişənin çoxsaylı oyunçularını diskvalifikasiyalı oyunçular arasında cəzalandırdı, lakin Abidal heç bir cəzadan çəkinirdi. 2009-cu ildə donuz qripi diaqnozu qoyuldu . 2011-ci ilin mart ayında isə qaraciyərdə bir şiş idi/ Fransız müdafiəçisi 3 may 2011-ci ildə sahəyə qayıdacaq, Carles Puyol isə Real Madrid ilə Çempionlar Liqası yarı finalının geri dönmə matçının 90-cı dəqiqəsində əvəzləndi.
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi
Ermənilər Tərəfindən Qətlə Yetirilən Şəhid Türklər Abidəsi və Muzeyi (türk. Ermeniler Tarafından Katledilen Şehit Türkler Anıt ve Müzesi) — ermənilərin İğdır bölgəsindəki türklərə qarşı həyata keçirdiyi soyqırıma həsr olunmuş abidə-muzey kompleksi. Türkiyənin İğdır bölgəsində yerləşən kompleksin tikintisinə 1 avqust 1997-ci ildə başlanılmış və 5 oktyabr 1999-cu ildə sona çatdırılmışdır. Abidənin təməli İğdır valisi Şəmsəddin Uzun tərəfindən atılmışdır. 43.5 metr hündürlükdə olan abidə Türkiyədəki ən hündür abidədir. Abidənin açılış mərasimində Türkiyənin o zamankı prezidenti Süleyman Dəmirəl və dövlət naziri Ramazan Mirzəoğlu da iştirak etmişdir. Memorialın açıqlanan məqsədi I Dünya Müharibəsi və Ermənistan-Türkiyə müharibəsi (1920) zamanı "ermənilərin İğdır vilayətində törətdikləri qırğınları və zülmləri anmaqdır". 350 m² qapalı muzey və 36 m hündürlüyündə 5 ədəd qılıncdan ibarətdir. Ətrafı yaşıl sahə və park olaraq inşa edilmişdir. Ümumilikdı 14.000 m² sahədən ibarətdir.
Ermənistan ərazisində azərbaycanlılara məxsus məscid və dini abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. Xudabəndə məscidi Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı
Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinə aid abidələrin siyahısı — İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayılmışdır. Bu ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. Bu bölgədə mövcud olan dini abidələr haqqında İrəvanda olmuş səyyahların əsərlərində kifayət qədər məlumat əldə etmək mümkündür. Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir Abbas Mirzə məscidi — Tamamən dağıdılmışdır. Əxi Təvəkkül zaviyəsi Ərgəz məscidi Dəmirbulaq məscidi (1909–1990) — Tamamən dağıdılmışdır. Göy məscid (1776) — Ermənilər məscidi "Fars məscidi" kimi təqdim edirlər. Xudabəndə məscidi Hacı Cəfər bəy məscidi (XVIII əsr) — Tamamən dağıdılmışdır. Novruzəli bəy məscidi — Tamamən dağıdılmışdır. Rəcəb Paşa məscidi (1725–1828) — 1930-cu illərdə tamamən dağıdılmışdır. Sərdar məscidi (1510–1918) — Sovet Ermənistanı dövründə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikimişdir.
Etok abidəsi
Etok abidəsi və ya Duka-bek (Davoqo) abidəsi hündürlüyü 2,65 m olan, naxışlarla və oyma yazılarla örtülmüş qranit abidədir. Hazırlanmasının dəqiq vaxtı müəyyən edilməsə də, bəzi hesablamalara görə eramızın IV əsrinə məxsusdur. Mənbələrə görə isə, XII əsr və ya XV əsrin sonu — XVI əsrin əvvəllərinə məxsusdur. Abidə 1773-cü ildə I Guldenştedt tərəfindən Nalçik-Pyatiqorsk yolunun sağında, indiki Etoka kəndi yaxınlığında aşkar edilmişdir. 1881-ci ildə abidə Moskvaya, o vaxtdan bəri nümayiş etdirildiyi Tarix Muzeyinin XII zalına köçürülmüşdür. Abidə ilk dəfə 1771–1773-cü illərdə Qafqazı gəzdikdən sonra alman səyyahı və təbiətşünası İohan Quldenştedt tərəfindən qeyd edilmişdir. 1773-cü ilin may-iyun aylarında Kabardaya səfəri zamanı Podkumka çayının sağ qolu olan Etoko çayının sahilində bir abidə görmüşdür. Bir kurqanın üstündə bir döyüşçü heykəli dayanmışdı və onun yaxınlığından bulaq axırdı və yol keçirdi. Abidənin şəkli ətraflı təsviri ilə birlikdə onun "Reisen durch Russland und im Caucasischen Gebürge" kitabında dərc edilmişdir. I Guldenştedt Etok heykəlinin runik yazısını çoxaltmış və abidənin ətraflı təsvirini vermişdir.
Faşizm qurbanlarına abidə
Faşizm qurbanlarına abidə — 1995-ci ildə Ukraynanın Novoqrad-Volınska şəhərinin rəhbərliyi təşəbbüsü ilə qoyulmuş abidə. Abidə faşizm qurbanlarına həsr edilib və Sluç çayının yüksək sahilində, Levanevskiy küçəsində, Zabitlər evinin yanında yerləşir. Abidənin qoyulduğu yerdə 1941-ci ilin avqust ayının sonunda 700-800 yəhudi qadın və uşaq güllələnib. 1945-ci ilə aid istintaq işinə görə burada qazılmış məzarlıq 5 metr dərinliyində 12 metr uzunluğunda və 3 metr enində olub. Onların hər biri ya sinəsində ya da başlarından aldıqları güllə yarasından ölüblər. Tapılmış meyidlər arasında hələ də övladını qucağında tutan ana meyidlərinə rast gəlinib. Təxmin edilir ki güllələnməni "Cənub" polis polku həyata keçirib. Abidənin ən böyük hissəsi qırmızı qranitdən hazırlanmış üçbucaqdır. Onun ətrafında isə Öz övladları üçün əzab çəkən və ağzını tutan ana obrazı təsvir edilib. Bu abidədə yalnız bir yazı həkk olunub.
Füzuli abidəsi
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir. Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.
Füzuli rayonunun abidələri
Füzuli rayonunun abidələri — Füzuli rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. Məscid (XVII əsr) — Qarğabazar kəndi (İNV № 4212) Məscid (XVIII əsr) — Qoçəhmədli kəndi (İNV № 4228) Məscid (XIX əsr) — Qacar kəndi (İNV № 4216) Məscid (XIX əsr) — Dədəli kəndi (İNV № 4214) Məscid (XIX əsr) — Merdinli kəndi (İNV № 4217) Məscid (1889-cu il) — Horadiz şəhəri (İNV № 4220) Məscid (XX əsr) — Horadiz şəhəri (İNV № 4221) Məscid (XIX əsr) — Böyük Bəhmənli kəndi (İNV № 4211) Məscid (XIX əsr) — Yuxarı Veysəlli kəndi (İNV № 4225) Məscid (XIX əsr) — Araz Dilağarda kəndi (İNV № 4227) Sərdərli məscidi (XIX əsr) — Qoçəhmədli kəndi (İNV № 4231) Məscid (XIX əsr) — Gecəgözlü kəndi (İNV № 4223) Məscid (XIX əsr) — Qoçəhmədli kəndi (İNV № 4233) Məscid (XVIII əsr) — Qaradağlı kəndi (İNV № 4237) Məscid (XIX əsr) — Qaraxanbəyli kəndi (İNV № 4240) Məscid (XIX əsr) — Qorqan kəndi (İNV № 4205) Məscid (XIX əsr) — Pirəhmədli kəndi (İNV № 4239) İbrahim türbəsi (XVIII əsr) — Aşağı Aybasanlı kəndi Palıd ocağı — Böyük Bəhmənli kəndi İmamzadə ocağı (XIX əsr) – Horadiz şəhəri (İNV № 4222) Yel piri — Pirəhmədli kəndi Sarı baba ocağı — Qoçəhmədli kəndi İlan ocağı — Sərdarlı kəndi Pirocaq ocağı — Qacar kəndi Cəlil türbəsi (XIX əsr) — Qarğabazar kəndi Arqalı türbəsi (XIII əsr) — Aşağı Veysəlli kəndi Arğalı türbəsi (XIII əsr) — Əhmədalılar kəndi Türbə (XVIII əsr) — Qarğabazar kəndi (İNV № 4213) Türbə (XIX əsr) — Seyidəhmədli kəndi (İNV № 4226) Türbə (XIX əsr) — Divanalılar kəndi (İNV № 4238) Seyid Əşrəf ocağı — Horadiz şəhəri İbə (İbn İbrahim) piri — Seyidəhmədli kəndi Hamam (XIX əsr) — Füzuli şəhəri (İNV № 4201) Alı körpüsü (XIX əsr) — Saracıq kəndi (İNV № 4234) Kərəm körpüsü (XIX əsr) — Saracıq kəndi (İNV № 4236) Sandığabənzər başdaşı (1624-1625-ci illər) — Əhmədalılar kəndi Şah Abbas karvansarası — Qarğabazar kəndi Şah Abbas məscidi (1683-1684-cü illər) — Qarğabazar kəndi XII əsrə məxsus qəbiristanlıq — Aşağı Veysəlli kəndi Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər) — Horadiz şəhəri Oğuz qəbri — İşıqlı kəndi Karvansara (XVII əsr) — Qarğabazar kəndi "Füzuli rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 1 iyun 2021. "Füzuli rayonunun tarixi türbələri". news.milli.az. İstifadə tarixi: 1 iyun 2021. "Əsirlikdə olan Azərbaycan abidələri". armenianvandalism.preslib.az. İstifadə tarixi: 1 iyun 2021.
Güvənpark abidəsi
Güvənpark abidəsi — Ankara Qızılay Meydanında Güvənparkda yerləşən, Türk millətinin polis və jandarmeriya olan güvənini, Atatürkün istiqlaliyyət müharibəsində və inqilab hərəkətlərində birlikdə olduğu dostlarını təmsil edən və insan zəkasını, fermerin əkinçilik işlərini əks etdirən çıxıntılı abidədir. Respublika rəhbərliyinin ictimai binalarını, evlərini və ətrafını planlaşdıran Avstriyalı memar Clemens Holzmeister, Qızılay Meydanında bir park və bir abidə təklifi ilə tikintisinə başladı. Bürüncdən hazırlanan heykəllər Avstriyada Vyanadakı Erdberg tökmə zavodunda hazırlandı. Mamak daşı üzərində istifadə edilən daş çıxıntılar Türkiyə istehsalıdır. Abidənin daş hissələrində Franz Wirt, Triberer və Anton Hanakın tələbələri ilə türk ustaları işləmişdir. Anton Hanak tərəfindən inşasına başlanan abidə onun vəfatı səbəbi ilə Josef Thorak tərəfindən 1935-ci ildə tamamlanmışdır. Abidənin uzunluğu 37 metr, orta blok 8 metr, yan qanadlar 2 metr, tunc fiqurlar 6 metr uzunluqdadır. Abidə, 2013-cü il Gəzi parkı etirazları hökumət əleyhinə qraffiti və 2016-cı ildə hökumət əleyhinə nümayişlərdə hərbi çevriliş zamanı silah izləri ilə zərər görüb. Bu zərərlərə görə eyni illərdə Ankara Böyükşəhər Bələdiyyəsi tərəfindən qayğıya götürülmüşdür.
Gədəbəy abidələri
Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir. Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün "Qafqazın mədəni-tarixi əhəmiyyəti" adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır. 26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.
Gədəbəy rayonunun abidələri
Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir. Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün "Qafqazın mədəni-tarixi əhəmiyyəti" adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır. 26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi
Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi — Gəncə şəhərində yerləşən 2014-cü ildə istifadəyə verilmiş muzey kompleksi. Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksinin inşasına 2012-ci ilin yanvarında başlanılmışdır. Kompleks 2014-cü ildə fəaliyyət göstərməyə başlayıb. Tarixi Gəncə qalasının beş qapısı olmuşdur. Yaradılmış abidə kompleksi şəhərin "Məqbərə qapısı" adlanan qapılarının bərpa olunan variantıdır. Gəncə-Bakı magistral yolunun hər iki tərəfində inşa edilən, ümumi uzunluğu 50 metr, bürclərinin hündürlüyü 22 metr olan qalanın əsas hissəsi beşmərtəbəli, baş sütun hissəsi ilə birlikdə yeddimərtəbəlidir. Qarşıda 75 metr hündürlüyündə dövlət bayrağı ucaldılmış, ətrafında park salınmışdır. Abidə kompleksinin sağ cinahında Gəncənin gerbi yaradılmışdır. Uzunluğu 62 metr olan yeraltı tunel hər iki qalanı birləşdirir. Bakıdan gələn yolun sağ cinahında xronoloji ardıcıllıqla İran-Turan müharibəsinin əks olunduğu pannolarda türk sərkərdəsi Əfrasiyabın fars hökmdarı Keyxosrovu məğlub etməsi və romalıların Gəncəyə hücumu, usta Bəndərin rəhbərliyi ilə gəncəlilərin xarəzmlərə, Cavad xanın isə ruslara qarşı mübarizə səhnələri, sol cinahda isə Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Gəncəyə gəlişi, 1920-ci ilin mayında bolşevizmə qarşı tarixi Gəncə üsyanı və nəhayət, Heydər Əliyevin Gəncədə vətəndaş müharibəsinin qarşısını alması əks olunmuşdur.
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə
Gəncədə Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə abidə — Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidlərinin xatirəsinə ucaldılan abidə Qafqaz İslam Ordusu komandanı Nuru paşanın 1918-ci il mayın 25-də Gəncəyə gəlib. Nuru Paşa Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi. 1918-ci il iyunun 11-də Qafqaz İslam Ordusunun 13 döyüşçüsü Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2022-ci il 26 iyunda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, qardaş ölkənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Türk İş Adamları Birliyinin sədri Camal Yanğın, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə, Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının nümayəndəsi, idarə, müəssisə, təşkilat rəhbərləri, din xadimləri və şəhər sakinləri iştirak ediblər. Abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki baş konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib. Yeddi metr hündürlüyündə olan abidənin memarı Mustafa Yama, layihə rəhbəri Turqay Əliyevdir.
Haaqa şəhərində Xocalı abidəsi
Haaqa şəhərində Xocalı abidəsi — 24 fevral, 2008-ci ildə, Hollandiyanın Haaqa şəhərində ermənilərin Xocalıda törətdikləri soyqırıma etiraz əlaməti olaraq ucaldılan abidə. Azərbaycandan kənarda ucaldılan ilk belə abidənin açılışında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, diplomatik korpusun əməkdaşları, Azərbaycan və türk diasporlarının təmsilçiləri iştirak edib. "Kamperfoeliestraat" parkında ucaldılan abidə Hollandiya-Azərbaycan-Türk Kültür Dərnəyinin ən böyük layihələrindən biridir. Abidədə körpəsini erməni qəsbkarlarından qorumaq üçün başının üzərinə qaldıran ana təsvir olunub. Abidənin hündürlüyü 2 metrə yaxındır. 30 illiyə kirayələnmiş ərazidə mərmərdən ucaldılan abidənin ətrafındakı böyük bir sahədə gül-çiçək bağı salınacaq. 2020-ci ildə çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğu nəzərə alınaraq, abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.
Heydər Əliyev abidəsi (Belqrad)
Heydər Əliyevin Belqraddakı abidəsi — Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşən Taşmaydan parkında ucaldılan abidə. Taşmaydan parkı Belqradın Palilula bələdiyyəsinin ərazisində yerləşir. İki min il əvvəl romalılar Belqrad hakimi üçün saray tikmək məqsədi ilə bu ərazidə yerləşən karxanadan daş çıxarırmışlar. Karxananın osmanlılar dövründə də mövcudluğu onun adının yaranmasına səbəb olmuşdur. Osmanlılar dövründə Belqradda inşa olunmuş tikili və divarlar bu karxanadan çıxarılan daşlardan tikilmişdir. Taşmaydanda XIX əsrdə yaşamış bir çox görkəmli serb xadimləri dəfn olunmuşlar. Həmin əsrin sonundan başlayaraq qəbiristanlıq başqa əraziyə köçürülmüş və burada yaşıllıqlar salınmışdır. İndi bu park Belqrad sakinlərinin istirahət üçün ən çox üz tutduqları məkanlardan biridir. Parkda ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılmışdır. Hazırda dünyanın bir çox ölkəsində ulu öndər Heydər Əliyevin adı əbədiləşdirilmiş, onun adına park və xiyabanlar salınmış, abidələr ucaldılmışdır.
II Yekaterina abidəsi (Naxçıvan-na-Donu)
II Yekaterina abidəsi — Rostov-na-Donu şəhərində vaxtı ilə yerləşən monumental abidələrdən biri. Abidə rus çariçası II Yekaterinanın şərəfinə ucaldılmışdır. Abidənin müəllifi Matvey Afanaseviç Çijov və Matvey Matveeviç Çijov olmuşdur. Abidə 1894-cü ildə quraşdırılmışdır. Abidə Sovet hakimiyyəti qurulduqdan sonra dağıdılmışdır. Bu abidənin altlığı üzərində isə Karl Marksa heykəl ucaldılmışdır. Şəhərdə II Yekaterina abidənin ucaldılması şəhər dumasının rəhbəri tərəfindən irəli sürülmüşdür. Abidənin ucaldılması 1879-cu ilə planlaşdırılırdı. Bu şəhərin salınmasının yüz illiyi münasibətinə düşünülürdü. Bununla belə vısait çatışmazlıı səbəbindən işlər dayanmışdı.

Digər lüğətlərdə