Abxaziya
abır
OBASTAN VİKİ
Abı
Abı (q.yun. Ἄβαι) — Qədim Yunanıstanda, Fokidada şəhər. Bu, Apollon ibadətgahı ilə məşhur idi. Əhəməni padşahı Kserksin öz ölkələrini xarabalığa çevirməsindən sonra şəhərin sakinləri abantlar təqribən Evbeyaya köçmüşdülər. Həmin vaxtdan ada Abantida adlandırılmağa başlamışdır. Məbəd yenidən qurulmuş, lakin sonra Beotiya yunanları tərəfindən dağıdılmışdır. Hər halda, şəhər məhv olmamışdır. Abı Roma hökmranlığı dövründə muxtariyyət hüquqlarını almışdır. İmperator Adrianın əmri ilə məbəd bərpa edilmişdir.
Abılay xan
Abılay xan (1711, Türkistan – 23 may 1781, Daşkənd) — Orta juzun, sonra isə bütün Qazax xanlığının qurultayda seçilmiş xanı, Qazaxıstanın azadlıq və müstəqillik simvolu (1711–1781) == Həyatı == Əsl adı Əbilmənsur olan və sonralar babasının adı ilə Abılay xan kimi tanınan bu böyük və cəsur insan 1711-ci (1713) ildə o dövrün məşhur xanı Korkem Vali sultanın ailəsində anadan olub. Uşaq ikən cəsurluğu və döyüşkənliyi ilə seçilən Əbilmənsur dərhal ətrafındakıların diqqətini cəlb etmişdi. Oğlunun cəsurluğunu görən atası onun haqqında fəxrlə: "Onun gözlərində qorxu yoxdur. O, ölümündən qorxmur, ondan yaxşı sərkərdə çıxacaq",-demişdi. Hələ gənc ikən Abılay həm də müdrik bir insan təsiri bağışlayırdı və o ən çətin vəziyyətlərdən belə çıxış yolu tapa bilirdi. Ona görə də ona "Aruvaq" (ataların ruhu) ləqəbini vermişdilər. Abılay 13 yaşında olanda Cunquriya xanı Tsevan Rabdan Orta Cüzə hücum etdi. Bu hücum zamanı Abılayın atası qəhrəmancasına həlak oldu. Ancaq düşmən güclü idi və ona görə də Orta Cüzün əhalisi Səmərqəndə çəkilməyə məcbur oldu. Abılay xan isə qisas almaq üçün alışıb yanırdı və ona görə də bir neçə dəfə Cunquriya xanına qarşı yürüşdə iştirak etdi.
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.
Abıy ulusu
Abıy ulusu (saxa Абый улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Belaya Qora şəhər tipli qəsəbəsidir. == Coğrafiyası == Arktikada (coğrafi koordinatları: 146 ° 25 'şərq uzunluğu və 68 ° 32' şimal enliyi), Kolıma ovalığında yerləşir. Allayıaxa, Orta Kolıma, Yuxarı Kolıma, Muoma və Ust-Yana ulusları ilə həmsərhəddir. Ərazi — 69,4 min km²-dir. Rusiyadakı on birinci ən uzun çay olan İndigirka və Uyandı çayları rayon ərazisindən axır. Aşağıdakı yaşayış məntəqələri rayonda yerləşir: Suturuoxa, Kuberqan, Abu, Sıagqannah, Kenq-Kuel. Çoxlu sayda kiçik və böyük göllərə sahibdir (təxminən 12000), bunlardan ən böyüyü Ojoqino gölüdür. Landşaft əsasən meşə-tundra ilə təmsil olunur. Bitki örtüyündə Qmelin şamı üstünlük təşkil edir.
Abıyev İlkin
Abış Ahməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abış Mustafayev
Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) (rus. Мустафаев Абыш Гусейнович və ya Гусеин-оглы, d. 1924 – ö. 2020, Qazax, Azərbaycan (indiki Ağstafa) rayonunun Köhnə Qışlaq kəndi) — Qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı. == Həyatı == Abış Hüseyn oğlu Mustafayev (Abış Borclu) 1924-cü ildə Qazax mahalının ucqar dağ kəndi Köhnə Qışlaqda anadan olub. 1943-cü ildə orta məktəbi bitirib faşistlərə qarşı müharibəyə yollanıb. 1947-ci ildə müharibədən orden-medallarla qayıdan A.H.Mustafayev həmin il imtahansız Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1952-ci ildə universiteti bitirərək bir müddət indiki Həsənsu məktəbində, sonra isə doğma Köhnə Qışlaqda müəllim və direktor işləmişdir. 50 illik pedaqoji işdən sonra qabaqcıl maarif xadimi, müharibə və əmək veteranı kimi təqaüdə çıxmışdır. Beş övladı — üç oğlu, iki qızı var.
Abış Əhməd
Abış Əhməd (fars. آبش احمد‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanında yerləşən şəhər. Təbrizdən 273 kilometr şimal-şərqdə yerləşir və Hurand şəhərilə 54 kilometr məsafəsi var. Şəhərin qədim adı Əhmədli / Əhmədlu olmuşdur. Kənd qalası və Şahzadə Qasım imamzadəsi şəhərin tarixi abidələrindəndir. == Əhalisi == Şəhərdə 2006-cı il siyahıya alınmaya görə 2329 nəfər yaşayır (526 ailə).
Abışabad
Abışabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Şiləvəngə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin ətəyindədir. Oykonim Abış (şəxs adı) və abad topokomponentlərindən ibarətdir. Bu I şəxs adı ilə bağlı Masallı rayonunun Şıxlar kəndi ərazisində Abış təpəsi oronimi və Ağcabədi rayonunun Qaradolaq i.ə.v.-də Abışbəyli (1933) oykonimi məlumdur. Elmi ədəbiyyatların verdiyi məlumata görə, bu yaşayış məntəqəsi keçmişdə həmin ərazidə yaşayan aslar tayfasının üçüncü qolundan olan Abış bəyə mənsub ailələr tərəfindən XIX əsrdə salınmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1025 nəfər əhali yaşayır.
Elnur Abışov
Fərid Abışov
Fəridə Abıyeva
Fəridə Abıyeva (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. Fəridənin ailəsində heç kim idmanla məşğul olmayıb. 2000-ci ildə millət vəkili, karate üzrə dünya və Avropa çempionu Ülvi Quliyev Bakıda karate məktəbi yaradır. Fəridənin atası idmana olan marağını diqqətə alaraq 5 yaşında onu Ülvi Quliyevin məktəbinə yazdırır. 6 yaşında olan zaman Xırdalanda təşkil edilən oğlanların klublararası respublika çempionatını birinci kimi başa vurur. Təxminən 5 il ancaq oğlanlarla yarışan Fəridə, 10 yaşından öz həmcinsləriylə məşqlərə başlayır. O, 2013-cü ildə Bakı Dövlət Universitetinin filalogiya fakültəsinə daxil olub, 2017-ci ildə buradan məzun olur.
Mayis Abışov
Məşədi Abdulla bəy Abış
Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy; 1841, Şuşa, Kaspi vilayəti – 1912, Şuşa) — şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin oğlu. Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir. Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır. Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi "Məclisi-fəramuşan"ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır. Abdulla bəy Vəlizadə "Məclisi-fəramuşan"ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, "Məclisi-fəramuşan"ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.
Məşədi Abış bəy Novruzov
Nasim Abışov
Nasim Əjdər oğlu Abışov — pedaqogika üzrə elmlər doktoru, professor, Respublikanın Əməkdar müəllimi. Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü. Abışov Nasim Əjdər oğlu 12 may 1974-cü il tarixində Yardımlı rayonunun Bozayran kəndində anadan olmuşdur. Orta məktəb şagirdləri arasında kimya fənni keçirilmiş Respublika fənn olimpiadalarının qalibi kimi 1991-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə imtahansız qəbul olunmuş və 1996-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. N. Ə. Abışov BDU-da oxuduğu dövr ərzində ali məktəb tələbələri arasında kimya fənni üzrə keçirilmiş Respublika fənn olimpiadalarının qalibi olmuşdur. O, 1996-cı ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinin "Fiziki kimya" ixtisası üzrə aspiranturasına daxil olmuş, 1999-cu ildə oranı bitirmiş, 2000-ci ildə həmin ixtisas üzrə kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. Aspiranturada oxuduğu dövrdə BDU-da yaradılmış "Kimyadan dünya olimpiadasına hazırlıq mərkəzində" orta məktəb şagirdlərindən ibarət Azərbaycan yığma komandasının hazırlığında fəal iştirak etmişdir. N. Ə. Abışov yığma komandanın uğurlu nəticələrinə görə MDB ölkələrinin "Kimyadan Təhsil Assosiasiyasının" diplomu, 2 dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2 dəfə BDU- nun Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə ADPU-nun "Kimyanın tədrisi metodikası" ixtisası üzrə doktoranturasını bitirmişdir. 2013-cü ildən pedaqogika üzrə elmləri doktoru, 2017-ci ildən professordur.
Nurtay Abıkayev
Nurtay Əbikay oğlu Əbikayev (qaz. Нұртай Әбіқайұлы Әбіқаев; 15 may 1947) — Qazaxıstanın dövlət xadimi, diplomat, general-mayor, iqtisad elmləri doktoru. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin çoxdankı dostu və köməkçisi və Qazaxıstan elitasını təşkil edən siyasi "klanlardan" birinin lideri kimi qəbul edilir . 15 may 1947-ci ildə Alma-Ata bölgəsi, Jambıl rayonunun Jambıl kəndində anadan olmuşdur. S. M. Kirov adına Ural Politexnik İnstitutunu (Sverdlovsk), Alma-Ata Ali Partiya Məktəbini, Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. 1972-1976-cı illərdə Almatı Ağır Maşınqayırma Zavodunda mühəndis vəzifəsində çalışıb 1976-1988 — partiya və sovet işində 1988 — Qazaxıstan SSR Nazirlər Sovetinin sədrinin köməkçisi 1989-1990 — Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibinin köməkçisi 1990-1995 — Qazaxıstan Respublikası Prezidentinin və Baş nazirinin Baş Katibi, Qazaxıstan Respublikası Təhlükəsizlik Şurasının üzvü 1995 — Qazaxıstan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, eyni zamanda Danimarka, Norveç və İsveçdəki fövqəladə və səlahiyyətli səfiri 1996-cı ilin sentyabrında Qazaxıstan Respublikası Prezidentinin ilk köməkçisi vəzifəsində çalışır. 1998-1999 — Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin sədri, general-mayor rütbəsidir. 2000-2002 — Qazaxıstan Xarici İşlər Nazirinin 1-ci müavini. 2002-ci ilin yanvarından — Qazaxıstan Respublikası Prezident Administrasiyasının rəhbəri 2004-cü ilin martında ikinci çağırış Qazaxıstan Respublikası Parlamenti Senatının sədri oldu. 12 fevral 2007-ci ildə Qazaxıstan Respublikası Prezidentinin Fərmanı ilə Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi.
Pərvin Abıyeva
Pərvin Abıyeva (17 oktyabr 1990, Ağdaş) — teatr və kino aktrisası, Ən Yaxşı Aktrisa fəxri diplomu laureatı. Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. İlk dəfə "Qarabağnamə" filminə çəkilmişdir. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilmişdir. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol almışdır. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynamışdır. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynamışdır. Həmin il "Gecə Qonağı" filminı çəkilir. "Ay Brilliant" filmində çəkilir.
Ruslan Abışov
Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub. Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib.
Sirac Abışov (şəhid)
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
Zümrüd Abıyeva
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir. 1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. 1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur.
Sirac Abışov
Sirac Abış oğlu Abışov (29 avqust 1989, Qubadlı – 4 iyun 2021, Susuzluq, Kəlbəcər rayonu) — Azərbaycan Televiziyasının operatoru, şəhid. 29 avqust 1989-cu il tarixində Azərbaycan SSR-in Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. Sirac Birinci Qarabağ müharibəsi zamanı ailəsi ilə birlikdə evlərindən didərgin düşmüş, Sumqayıt şəhərində yaşamağa başlamışdır. . 4 iyun 2021-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda minaya düşərək şəhid olub. 5 iyunda Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər. “Sərhədsiz Reportyorlar” Təşkilatı (SRT) 2021-ci ildə vəzifə borcunu yerinə yetirərkən öldürülən jurnalistlərin siyahısına Məhərrəm İbrahimovu və Sirac Abışovu adını salıb. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 14-də imzaladığı Sərəncamla işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu "3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun əmri ilə Sirac Abışov “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı ilə təltif edilib. Türkiyə Xəbər Video-operatorları Cəmiyyəti tərəfindən Məhərrəm İbrahimov və Sirac Abışovun adına xüsusi mükafat təsis olunub.
Kəmalə Abıyeva
Abiyeva Kəmalə Nəbi qızı (1979) — azərbaycanlı hüquqşünas; Azərbaycan Ali Məhkəməsinin hakimi və Kommersiya Kollegiyasının sədri (2020—). == Həyatı == Kəmalə Abiyeva 1979-cu ildə anadan olub. 1996–2000-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2000–2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsi mülki və təsərrüfat hüququ üzrə magistr dərəcəsi alıb. 2007–2011-ci illərdə isə Bakı Dövlət Universitetində Mülki hüquq ixtisası üzrə aspirantura təhsili alıb. == Fəaliyyəti == 2000–2006-cı illərdə İqtisad Məhkəməsində məhkəmə iclas katibi, 2006–2010-cu illərdə Ali Məhkəmədə məsləhətçi, məhkəmə iclas katibi, hakim köməkçisi vəzifələrində çalışıb. 26 oktyabr 2010-cu ildə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə hakim vəzifəsinə təyin edilib. 2 iyul 2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinəhakim vəzifəsinə təyin edilib. 21 dekabr 2018-ci ildə Bakı Apellyasiya Məhkəməsi sədrinin müavini vəzifəsinə təyin edilib. İlham Əliyevin 11 fevral 2023-cü il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Fidan Abışova
Fidan Abışova — (18 may 2006 - Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar idmançı. Badminton üzrə Azərbaycan millisinin keçmiş üzvü. Futbol üzrə Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Bakı Juniyors" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 millisinin müdafiəçisi == Həyatı və Karyerası == 2022-ci ildən etibarən Fidan Abışova "8-li İOEUGİM" klubunda çıxış etməyə başladı. Orda yaxşı performans göstərsə də, klub olaraq liqa sxemində 4 xal geridə olduqları üçün 4-cü sırada qərarlaşdılar. 2023/2024 mövsümündə klubun dağılması nəticəsində "Baku Juniyors" klubuna keçdi. Orda 3-cülük əldə etdi. == Milli Karyerası == 2022-ci ildən 2024-cü ilə qədər Azərbaycanın qadınlardan ibarət U17 millisində, 2024-cü ildən bugünə qədər U19 millisində çıxış etmişdir.
Vüsalə Abışova
Vüsalə Mahir qızı Abışova və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist. == Həyatı == 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur. Ailəlidir, bir övladı var. == Jurnalist fəaliyyəti == 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır.

Digər lüğətlərdə