arxiv fondu

Tarixi və məntiqi baxımdan bir-biri ilə bağlı olan arxiv sənədlərinin məcmusu

arxiv
arxiv işi
OBASTAN VİKİ
Arxiv
Arxiv (yun. άρχεϊον) — istifadə edilmiş sənədlərinin komplektləşdirilməsini, uçotunu, mühafizəsini və yenidən istifadəsini həyata keçirən qeyri-kommersiya dövlət təşkilatları və ya idarələrin struktur bölmələri. == Ümumi məlumat == Arxivlər hər hansı qurum və ya fərdi şəxslərin istifadəsində olan sənədlərin mühafizəsini, komplektləşdirilməsini, uçotunu və tədqiqatını təmin edən müəsissələrdir. Arxiv sözü qədim yunan dilindəki “arkheon” sözündən törəyib, latın dilindəki “archivum” sözünə keçmişdir. Məna etibarı ilə, mahiyyətli sənədlərin saxlanc yeri deməkdir. Öz profilinə uyğun olaraq arxivlər dövlət, şəhər, rayon, idari müəssisəsə və yaxud ailə arxivləri kimi bir neçə qrupda sinifləndirilir. Arxiv fondları, dövlət və qeyri-dövlət təşkilatları tərəfindən qeydə alınmış siyasi, ictimai və hüquqi yazışma, akt, sərəncam kimi sənəd növlərindən ibarətdir. Əldə olunmuş sənədlər arxivin mütəxəssisləri tərəfindən xüsusi ekspertizadan keçdikdə sonra öz profili üzrə fondlara yerləşdirilir. Öz qədimliyi ilə seçilən arxiv sənədləri gil və tuncdan hazırlanmış lövhələr üzərində, papirus kağızlarında və ya parşomen materiallarda, əsasən əl yazısı və yaxud daktilo ilə yazılmış halda olur. Bununla yanaşı müasir tələblərdən meydana gələn elektron arxiv növləri də mövcuddur.
Arxiv proqramları
Arxiv proqramları (Arxivatorlar) — fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır: İstifadə olunan arxivatordan Sıxma üsulundan Faylın tipindən. İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla) Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə. Arxivləşmə zamanı faylın daha kiçik həcmə malik, rezerv surəti yaradılmış olur. Rezerv surət – faylın dəqiq surəti olub, sıxılmış halda xüsusi daşıyıcıda, təhlükəsiz yerdə saxlanılır. Arxiv faylları: ARJ, CAB, GZ, LHA, RAR, TAR, TGZ, UU, ZIP. Windows əməliyyat sistemlərində əsasən 7-Zip, WinZİP və WinRAR arxivatorlardan istifadə edilir.
Arxiv (film)
Arxiv (ing. Archive) — rejissor Gavin Rothery tərəfindən çəkilmiş elmi fantastika filmidir. Baş rollarda Theo James və Stacey Martin oynamışdırlar. Premyerası 10 iyul 2020-ci ildə baş tutmuşdur. == Süjet xətti == 2038-ci ildə gənc alim Corc Elmor süni intellektə malik insan ağlına bərabər olan robot üzərində işləyir. O, Yaponiyanın dərin meşələrindən birində yerləşən laboratoriyada tək yaşayır. Onu işə götürən şirkətlə 3 illik bağlanmış müqaviləsi altı aydan sonra başa çatacaq, lakin indiyə qədər o, J1 adlandırdığı gələcəyin robotunun yalnız bir prototipini göstərə bilmişdir. Eyni zamanda, Corc ikinci nəsil olan qabaqcıl J2 prototipinə malikdir və üçüncü nəsil olan və tam antropomorfik J3 üzərində işlərini bitirir. Geri dönüşlərdən aydın olur ki, müqavilə bağlanan ərəfədə Corc və həyat yoldaşı Jüli avtomobil qəzasına düşmüş və Jüli ölmüşdür. Bununla belə, Arxiv şirkətinin texnologiyalar üzrə mütəxəssisləri mərhumun qalıqlarını xüsusi anbara yerləşdirmiş və ümumilikdə 200 saata qədər onun şüuruna daxil olmağın mümkün olduğunu, bundan sonra isə tamamilə şüurun ölümü hadisəsinin baş verəcəyini bildirirlər.
Arxiv (film, 2020)
Bilik fondu
Ehtiyat fondu
Gənclər Fondu
Azərbaycan Gənclər Fondu — Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi, Şimali İrlandiya İcma Fondu (ŞİİF), Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və birlikdə Azərbaycanın beş rayonunda yeni Gəncler Fondu proqramını həyata keçirməyə başlamış, gənclər tərəfindən idarə olunmuş layihə təşəbbüsü. Azərbaycan Respublikasının Gənclər Fondu — Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurum.
Hedc fondu
Hedc fondu — Səciyyəvi olaraq, çox gəlirli möv qeləri götürməklə və qısa alış, svop, derivativlər, proqram ti carəti və arbitraj kimi aqres siv strategiyalardan istifadə etməklə qəfil və qısamüddətli bazar dəyi şikliklərindən yüksək gəlir əldə etməyə can atan özəl investisiya fondudur. Adətən maliyyə təşkilatlarına və varlı adamlara məhdudiyyət qoyulur.
Koreya Fondu
Koreya Fondu (Korean: 한국국제교류재단, Hanja: 韓國國際交流財團) — 1991-ci ildə Koreyanın daha yaxşı anlaşılmasına kömək etmək və beynəlxalq ictimaiyyətdə dostluğu gücləndirmək üçün yaradılmış qeyri-kommersiya ictimai diplomatiya təşkilatıdır. Fond qarşılıqlı anlayışın inkişafı üçün Cənubi Koreya ilə xarici ölkələr arasında mübadilə üzrə müxtəlif layihələr həyata keçirir. == Tarix == Koreya Respublikasının 70-ci illərin sonlarından 80-ci illərə qədər sürətli iqtisadi inkişafı, həmçinin ölkənin demokratikləşməsi və soyuq müharibədən sonra beynəlxalq ictimaiyyətdə sarsıntılar şəraitində Koreyanın xarici siyasət strategiyasına yenidən baxılması qaçılmazdır. 1986-cı ildə 10-cu Asiya Oyunlarını və 1988-ci ildə Seulda 24-cü Yay Olimpiya Oyunlarını müvəffəqiyyətlə keçirərək genişləndirilmiş imkanlarını nümayiş etdirərək dünyanın Koreyaya baxışına uzunmüddətli təsir göstərmişdir. Sonralar vahid əlaqə nöqtəsi kimi xidmət edəcək və müxtəlif sahələrdə mübadilə layihələrini dəstəkləyəcək beynəlxalq mübadilə təşkilatının yaradılması ideyası doğuldu. 1989-cu ilin sentyabrında Koreya parlamenti Koreya fondunun təsis edilməsi ilə bağlı rəsmi debatlara başladı. == Təşkilat == Koreya fondu Koreya Xarici Işlər Nazirliyi ilə bağlıdır, bu təşkilata Koreya fondu, Xarici Koreya fondu (OKF), və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) rəhbərlik edir. Üçü də Koreyanın dünyanın qalan hissəsi ilə diplomatik münasibətlərinin irəliləməsinə həsr olunmuşdur. Hazırda Koreya Fondunun 13 departamentdə 130 əməkdaşı olan 4 bürosu var. Onun qərargahları və KF Qlobal Mərkəzi Seulda yerləşir.
Qətər Fondu
== İstinadlar ==
Rokfeller Fondu
Rokfeller Fondu (ing. Rockefeller Foundation) — Beşinci prospekt, 420, Nyu York ünvanında yerləşən amerikan özəl fondu və xeyriyyəçi tibbi tədqiqat və incəsənəti maliyyələşdirən təşkilat. ABŞ-da Karnegi Korporasiyasından sonra ikinci ən qədim xeyriyyə təşkilatı olan fond, 2015-ci ildə ümumi ianəyə ABŞ-ın 39-cu ən böyük fondu idi. 2016-cı ilin sonuna qədər aktivlər 4,1 milyard ABŞ dolları (2015-ci ildən bəri dəyişmədi), illik qrantlar isə 173 milyon dollar təşkil edib. İƏİT-nın məlumatına görə, fond 2021-ci ildə inkişaf üçün 283,9 milyon ABŞ dolları ayırıb. Fond cari dollarla 14 milyard dollardan çox vəsait ayırıb. Fond Standard Oil maqnatı Con Rokfeller və oğlu, həmçinin onların əsas biznes məsləhətçisi Frederik Taylor Qeyts tərəfindən 1913-cü il mayın 14-də, nizamnaməsi Nyu-York ştatının qanunverici orqanı tərəfindən verildiyi zaman başlamışdır. Fondun 1930-cu illərdən etibarən beynəlxalq nüfuzu və qlobal qeyri-hökumət təşkilatlarına böyük təsiri var. Ümumdünya Səhiyyə Təşkilatı, fondun insanları öyrənmək və müalicə etmək üçün həkimləri xaricə göndərən Beynəlxalq Sağlamlıq Bölməsindən nümunə götürür. Milli Elm Fondu və Milli Səhiyyə Agentliyi da Rokfeller tərəfindən maliyyələşdirilən iş əsasında modelləşdirilmişdir.
Sivilitas fondu
"Sivilitas" fondu (erm. Սիվիլիթաս հիմնադրամ, ing. The Civilitas Foundation) — mərkəzi İrəvan şəhərində yerləşən Ermənistan qeyri-kommersiya təşkilatı. 2008-ci ilin oktyabrında Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanyan tərəfindən təsis edilmişdir. Hal-hazırda Apo Bogigiyanın rəhbərliyində olan təşkilat bir inkişaf agentliyi və düşüncə mərkəzidir. "Sivilitas" fondunun məqsədi vətəndaş cəmiyyətini gücləndirmək, Ermənistanda demokratiyanı, iqtisadi inkişafı və təhsili təşviq etmək, eləcə də bir sıra aktual siyasi məsələlərdə Ermənistanla beynəlxalq ictimaiyyət arasında dialoqun keyfiyyətini artırmaqdır. "Sivilitas" fondunun fəaliyyəti nəticəsində Ermənistanla erməni diasporu arasındakı əlaqələr güclənmişdir. Təşkilatın adı yunan dilindəki "Sivilitas" sözündən yaranmışdır. == CivilNet Media == "Sivilitas" fondunun onlayn media orqanı olan "CivilNet" 21 sentyabr 2011-ci il tarixində Oskanyan tərəfindən başladılmışdır. Fond "CivilNet" vasitəsi ilə erməni və ingilis dillərində müsahibələr, məqalələr və həftəlik icmal videoları kimi məzmun hazırlayır.
Vikimedia Fondu
Vikimediya Fondu (ing. Wikimedia Foundation Inc.) — ABŞ qeyri-kommersiya təşkilatı. Yerli qanunlara əsasən xeyriyyə fondu kimi qeydiyyata alınmışdır. Qərargahı Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Ən çox onlayn ensiklopediya olan Vikipediya üçün hostinq platforması kimi tanınır. Bu, həmçinin digər əlaqəli layihələrə və viki proqramı olan MediaVikiyə ev sahibliyi edir. Vikimedia Fondu 2003-cü ildə Florida ştatının Sent-Pitersberq şəhərində Cimmi Vels tərəfindən yaradılmışdır. Bu, o vaxta qədər Velsin kommersiya şirkəti "Bomis" tərəfindən idarə olunan Vikipediya, Vikilüğət və digər viki layihələrini maliyyələşdirmək üçün qeyri-kommersiya vasitəsi kimi yaradılmışdır. Fond özünü əsasən Vikipediya oxucularından e-poçt kampaniyaları, Vikipediya və digər əlaqəli layihələrdə yerləşdirilən illik fandreyzinq bannerləri vasitəsilə toplanan milyonlarla kiçik ianələr hesabına maliyyələşdirir. Bunlar xeyriyyə təşkilatları və texnoloji şirkətlərin qrantları, həmçinin 2022-ci ildən başlayaraq "Wikimedia Enterprise"dan əldə olunan xidmət gəlirləri ilə tamamlanır.
Vikimediya Fondu
Vikimediya Fondu (ing. Wikimedia Foundation Inc.) — ABŞ qeyri-kommersiya təşkilatı. Yerli qanunlara əsasən xeyriyyə fondu kimi qeydiyyata alınmışdır. Qərargahı Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Ən çox onlayn ensiklopediya olan Vikipediya üçün hostinq platforması kimi tanınır. Bu, həmçinin digər əlaqəli layihələrə və viki proqramı olan MediaVikiyə ev sahibliyi edir. Vikimedia Fondu 2003-cü ildə Florida ştatının Sent-Pitersberq şəhərində Cimmi Vels tərəfindən yaradılmışdır. Bu, o vaxta qədər Velsin kommersiya şirkəti "Bomis" tərəfindən idarə olunan Vikipediya, Vikilüğət və digər viki layihələrini maliyyələşdirmək üçün qeyri-kommersiya vasitəsi kimi yaradılmışdır. Fond özünü əsasən Vikipediya oxucularından e-poçt kampaniyaları, Vikipediya və digər əlaqəli layihələrdə yerləşdirilən illik fandreyzinq bannerləri vasitəsilə toplanan milyonlarla kiçik ianələr hesabına maliyyələşdirir. Bunlar xeyriyyə təşkilatları və texnoloji şirkətlərin qrantları, həmçinin 2022-ci ildən başlayaraq "Wikimedia Enterprise"dan əldə olunan xidmət gəlirləri ilə tamamlanır.
YAŞAT Fondu
YAŞAT Fondu və ya tam və orijinal adı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu — Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu. == Tarixi == “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. == Məqsədi == Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə; işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə; == Himayəçilik Şurası == Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Fondun vəsaitinin formalaşdırılmasına və xərclənməsinə nəzarəti həyata keçirir; Fondun vəsaitinin formalaşdırılması və xərclənməsi istiqamətlərinə dair müzakirələr aparır, habelə daxil olan vəsaitin məbləği nəzərə alınmaqla, onun xərc istiqamətlərini müəyyən edir; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı kənar auditor yoxlamalarının keçirilməsinə dair tədbirlər görür; Fondun vəsaitinin idarə edilməsi ilə bağlı digər məsələləri həll edir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “YAŞAT” Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Abdullayev Çingiz Akif oğlu Alızadə Sevinc Əsgərxan qızı Aslanov Novruzəli Davud oğlu Aşina Məsud İbrahimov Mənsum İsrafil oğlu İsgəndərov Anar Camal oğlu Qasımov Balakişi Ələkbər oğlu Novruzov Cahangir Mütəllib oğlu Ramaldanov Şair Ramaldan oğlu Səfərəliyeva Rəna Teymur qızı Zəkiyev İlham Əzizağa oğlu Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Müvafiq Fərmanla Dövlət Agentliyi üçün aşağıdakı vəzifələr müəyyən edilib: Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərin müraciətlərinin qəbulunu və onlara baxılmanı təmin etsin; Fiziki və hüquqi şəxslərin Fonduna könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımların (ianələrin) bank və ya poçt vasitəsilə, eləcə də elektron qaydada qəbulunu təşkil etsin; Fondun vəsaitlərinin idarə edilməsini və əlavə dəstək tədbirlərinin həyata keçirilməsini təmin edən informasiya sistemini formalaşdırsın; Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılığı, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların Fondun rəsmi internet səhifəsində yerləşdirilməsini və daim yenilənməsini təmin etsin; Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllüləri cəlb etsin; Fondun vəsaitindən istifadəyə dair Himayəçilik Şurasına təkliflər versin; Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, habelə digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim etsin. Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş şəxslərə Fond vasitəsilə göstərilən dəstək tədbirlərinin həmin şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərlə uzlaşdırılmasını, habelə bu sahədə informasiya mübadiləsini təmin etmək üçün müvafiq informasiya sistemlərinin inteqrasiyasını təşkil etsinlər. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI təsdiq edilib.
Yanq Fondu
Yanq Fondu — 2005-ci ildə Böyük Britaniyada yaradılıb və hazırda ona Cef Malqan rəhbərlik edir. Bu fond özünü sosial innovasiyalar mərkəzi adlandırır və öz fəaliyyəti ilə praktiki layihələri, yeni müəssisələrin yaradılması, tədqiqat və nəşriyyat işlərini birləşdirir. Fond ingilis sosioloqu, sosial aktivist və siyasətçi Maykl Yanqın (Michael Young 1915 - 2002) şərəfinə adlandırılmışdır.
İnvestisiya fondu
İnvestisiya portfeli investisiya fondunun malik olduğu aşağıda göstərilən tələblərə cavab verən investisiyaların məcmusudur: açıq investisiya fondu üçün xalis aktivlərinin dəyərinin 15 faizə qədəri, qapalı investisiya fondu üçün isə xalis aktivlərinin dəyərinin 25 faizə qədəri bir emitentin qiymətli kağızları olan emissiya qiymətli kağızlarına investisiya oluna bilər. Dövlət, yaxud bələdiyyə orqanları tərəfindən buraxılan qiymətli kağızlara açıq investisiya fondunun xalis aktivlərinin 25 faizə qədəri, qapalı investisiya fondunun xalis aktivlərinin isə 35 faizə qədəri investisiya oluna bilər,açıq investisiya fondu bir emitentin qiymətli kağızlarının qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış ümumi məbləğinin 15 faizə qədərini, qapalı investisiya fondu isə 25 faizə qədərini ala bilər. == İnvestisiya fondunun nizamnamə kapitalı == 1. İnvestisiya fondunun nizamnamə kapitalının minimum məbləğini və onun formalaşdırılmasının xüsusiyyətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 2. Nizamnamə kapitalı artırıldıqda səhmdarların yeni emissiya edilən səhmlərin alınmasında üstün hüquqları yoxdur. == İnvestisiya fondunun afilə edilmiş şəxsləri == İnvestisiya fondunun afilə edilmiş şəxsləri aşağıdakılardır: onun müdiriyyəti (müdiri) və müdiriyyətin (müdirin) afilə edilmiş şəxsləri; investisiya fondunun vəzifəli şəxsləri; investisiya fondunun bütün səhmlərinin 5 faizindən artıq hissəsinə sahib olan fondun səhmdarları; nizamnamə kapitalında investisiya fondunun payı 5 faizdən artıq olan səhmdar cəmiyyətləri. Fondun müdiriyyətinin (müdirinin) afilə edilmiş şəxsləri onun müdiriyyətinin vəzifəli şəxsləri və iştirakçılarıdır, habelə qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət göstərən digər subyektlərdir.
Bəşir fondu
SCP Fondu
SCP Fondu (ing. SCP Foundation) eyni adı daşıyan internet üzərindən birlikdə əməkdaşlıqla yazmaq layihəsi tərəfindən sənədləşdirilmiş fiziki mövcudluğu olmayan uydurma bir fond. Veb saytın təqdim etdiyi uydurma kainatında SCP Fondu təbii qanunları pozan fərdləri, varlıqları, qurumları, yerləri və ya obyektləri aşkar etməyə və onları qoruyub saxlamağa cavabdehdir. Veb sayt icma əsaslıdır və saytda paylaşdıqları hekayələrə qorxu fantastikası, elmi fantastika və fantaziya daxil olmaqla bir çox janrların elementləri daxildir. SCP Fondu viki -dəki paylaşımlarının əksəriyyəti SCP yəni “xüsusi saxlama prosedurlarından”və onun saxlanma şərtlərinin prosedur qaydalarını təsvir edən sənədlərdən ibarətdir. Veb saytın arxivində həmçinin minlərlə Fond hekeyəsi، yəni SCP Fondunun daxilində baş vermiş qısa hekayələr də insanlara təqdim olunur. Hekayələrin seriyalanmış olması, elmi və akademik yazı üslubu ilə yazılaraq bu şəkildə belə insanlara qorxu hissini dolğun şəkildə ifadə edə bilmək bacarığı və yüksək keyfiyyət standartlarını qoruyub saxlamaqları səbəbində bu layihə çox vaxt əksər insanlar tərəfindən müsbət rəylər alıb. Bu fond həm də qorxu mövzusulu indie oyunları olan SCP - Containment Breach və SCP: Secret Laboratory daxil olmaqla bir çox spin-off layihələr üçün də ilham mənbəyi olmuşdur.
Nobel Fondu
Nobel Fondu (isv. Nobelstiftelsen) Nobel Mükafatlarının maliyyə və idarəçiliyini idarə etmək üçün 29 iyun 1900-cü ildə yaradılmış özəl qurumdur və Fond dinamitin ixtiraçısı Alfred Nobelin son vəsiyyətinə əsaslanır. == Tarix == Alfred Nobel ( ; 21 oktyabr 1833, Stokholm, İsveç anadan olub) kimyaçı, mühəndis, novator, silah istehsalçısı və dinamitin ixtiraçısı idi. O, böyük silah istehsalçısı olan Bofors şirkətinə sahib idi və onu dəmir və polad dəyirmanı kimi orijinal biznesindən yönləndirmişdi. Nobel 355 fərqli patentə sahibdir, ən məşhuru dinamitdir . Nobel həyatı boyu böyük bir şəxsi sərvət topladı, əsasən də bu ixtira sayəsində. 1896-cı ildə Nobel son illərini yaşadığı İtaliyanın San-Remo şəhərindəki villasında insultdan dünyasını dəyişdi Çoxlarını təəccübləndirən Nobelin vəsiyyətnaməsində onun pulunun fizika, kimya, sülh, fiziologiya və ya tibb və ədəbiyyat üzrə mükafatlar üçün istifadə edilməsi xahişi var. Nobel sağlığında bir neçə vəsiyyətnamə yazsa da, sonuncu vəsiyyəti ölümündən bir il əvvəl yazılmış və 27 noyabr 1895-ci ildə Parisdə İsveç-Norveç Klubunda imzalanmışdır. Nobel ümumi aktivlərinin 94%-ni, yəni 31 milyon İsveç kronunu vəsiyyət edib. Beş Nobel mükafatının təsis edilməsi və verilməsi.
Əlyazmalar Fondu
== Əlyazmalar Fondu == Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Əlyazmalar Fondu ümummilli lider H.Əliyevin 07 avqust 2002-ci il tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” sərəncamına müvafiq olaraq yaradılmış, 08 aprel 2005-ci ildə fəaliyyətə başlamışdır. === Fəaliyyət istiqamətləri === Naxçıvan əlyazmalarının toplanması, sistemə salınması, kataloqlaşdıdırlması, qorunması, tədqiqi, nəşri və təbliğidir. === Şöbələri === Əlyazmaların toplanması şöbəsi. Əlyazmaların kataloqlaşdırılması, tədqiqi və nəşri şöbəsi. Əlyazmaların mühafizəsi, gigiyenası və bərpası laboratoriyası. === Əsas elmi nəticələr === Naxçıvanın tarix və mədəniyyətinə aid yeni məlumatların əldə olunması və təbliği istiqamətində: Məhəmməd Həsən Ordubadinin “Astronomiya” əsərinin tərcüməsi və tədqiqi, Mirzə Məhəmməd Haşim ibn Museyib Naxçıvaninin “Həqaiqiət-Tarix” əsəri haqqında ilk məlumat, Suli Fəqihin “Yusif və Züleyxa” əsərinin tərcümə və tekstaloji tədqiqi, Məhəmməd Naxçıvaninin “Səhabəd Dumu” əsərinin mətn xüsusiyyətlərinin təhlili, Hatif İsfəhaninin “Tibbinamə” əsərinin aşkarlanması və ilk tədqiqi, Fazil Naxçivaninin “Tibbinamə” əsərinin ilkin araşdırılması, tib¬binamələrin mətn xüsusiyyətləri və tərcüməsi, Əliqulu Mirzayi Naxçıvaninin “Əqaide-fəlsəfə” əsərinin ilk tədqiqi, Naxçıvanı tədqiq və Tətəbbö Cəmiyyətinin ərəb əlifbası ilə yazılan 41 iclas protokolunun əlyazma mətnlərinin araşdırılması və təhlili.
Milli Arxiv İdarəsi (Azərbaycan)
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi. == Tarixi == Arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır.
Baş Milli Arxiv (Nikaraqua)
Baş Milli Arxiv — (İspan. Archivo General de la Nación) Nikaraquanın sənədli irsinin qorunması, milli arxiv sisteminin standartlaşdırılması, tədqiqatların və məlumatların əldə edilməsinin qəbulu ilə məşğuldur. == Tarix == Prezidentin 21 fevral 1863-cü il tarixli fərmanı ilə Baş Hökumət Arxivinin (ispanca: Archivo General del Gobierno) funksiyaları tənzimləyirdi ki, bu arxiv yeni yaranmaqda olan qurumların sənədlərindən ibarət olmalı və Maliyyə Naziri tərəfindən idarə olunmalı idi. Lakin 1896-cı il iyulun 7-də president Xose Santos Zelaya hökumətin icra, məhkəmə və qanunvericilik qollarının saxlanması, habelə bələdiyyələrin arxivlərinin saxlanması üçün repozitoriya kimi Baş Milli Arxivin yaradılması haqqında fərman verdi. 31 mart 1931-ci il zəlzələsi müstəmləkə dövrünə aid sənədləri ehtiva edən, Sección de Tierras da daxil olmaqla arxivlərin əksəriyyətini məhv edən yanğına səbəb oldu. 1959-cu ilin oktyabrında arxivin fəaliyyətini tənzimləmək üçün daha bir fərman verildi. 1979-cu ilə qədər İdarə Nazirliyinin tabeliyində olub, o zaman Mədəniyyət Nazirliyinin nəzarətinə keçib. 1988-ci ildə aparılan inzibati islahatlarla arxiv Təhsil Nazirliyinin Baş Mədəniyyət İdarəsinin tabeliyinə keçib. Daha sonra Nikaraqua Tarix İnstitutuna aid edildi və 1990-cı ildən Nikaraqua Mədəniyyət İnstitutu tərəfindən idarə olunur. == Funksiyalar == Baş Milli Arxivin funksiyalarına aşağıdakılar daxildir: Dövlət qurumları tərəfindən hazırlanmış sənədlərin toplanması, baxılması və dövlət qulluğuna verilməsi; Qanuni və şəxsi kolleksiyalara qulluq etmək və mühafizə etmək, və çap nəşrləri və digər media vasitəsilə tarixi maraq doğuran sənədlərin yayılması == Holdinqlər == Arxivdə aşağıdakı kolleksiyalarda təşkil edilmiş təxminən on milyon sənəd var: Müstəmləkə Bölməsi (1526–1821): Kosta Rika Milli Arxivindən əldə edilmiş fotokopiyalar toplusu, xronoloji ardıcıllıqla.
Azərbaycan Respublikası Milli Arxiv İdarəsi
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi — Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» 816 Nli Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış dövlət idarəsi. == Tarixi == Arxiv işinin əsası yalnız 1920-ci il dekabr ayının 6-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov tərəfindən imzalanmış «vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında mərkəzi dövlət arxivinin təşkili haqqında» dekretlə qoyulmuşdur. Həmin dekretə müvafiq olaraq Azərbaycan ərazisində keçmişdə mövcud olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından Bakıda fəaliyyətə başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi oldu. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində respublikanın arxivçiləri çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə aid sənədlərin toplanılması və qaydaya salınması sahəsində fəaliyyət göstərmişlər. 1922-ci ilin avqustunda Mərkəzi Dövlət Arxivinə rəhbərlik bilavasitə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət (MİK) Heyətinə həvalə olunur ki, bu da arxiv orqanlarının nüfuzu və rolunun artmasına kömək edir. 20-ci illərdə yerlərdə də arxiv təşkilatları yaradılırdı. 1925-ci il dekabrın 13-də Naxçıvan Muxtar Respublikasında Mərkəzi arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır. 1930-cu ildə arxivlərin fəaliyyət dairəsi genişləndirilir və onların işlərinin canlandırılması üçün Azərbaycan SSR MİK Rəyasət Heyəti Respublika Mərkəzi Arxiv İdarəsinin yaradılması haqqında qərar qəbul edir və onun Əsasnaməsini təsdiq edir. Bu Əsasnaməyə görə Mərkəzi Arxiv İdarəsinə yalnız sənədlərin komplektləşdirilməsi, sistemləşdirilməsi və mühafizəsi deyil, həmçinin siyasi, xalq təsərrüfatı və mədəni quruculuq işlərinə kömək məqsədilə elmi-tədqiqat işlərində arxiv sənədlərindən istifadənin təşkili işi də tapşırılır.
Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi
Arxiv işi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət orqanlarının sənədlərin saxlanması məqsədilə gördükləri tədbirlər. == Yaradılması == Çarizm dövründə Şimali Azərbaycanda vahid arxiv sistemi yox idi. Çar hökumətinin süqutu və 1917-18 illərdə baş verən mürəkkəb hadisələr dövlət və hökumət idarələrinin, sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanması işini çətinləşdirmişdi. Bu vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin nəzərindən yayınmadı. Dövlət nəzarəti idarəsi 1918 il noyabrın 3-də Azərbaycan dövləti ərazisindəki, demək olar, bütün dövlət təşkilatlarının kargüzarlıq və qeydiyyat işinin müharibə və inqilabi şəraitlə əlaqədar olaraq bərbad vəziyyətə düşdüyünü və əsaslı surətdə qaydaya salınmalı olduğunu bildirdi. Azərbaycan Hökuməti çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu məsələyə xüsusi diqqət yetirirdi. Hökumətin Tiflisdə yaradılması, bir müddət orada fəaliyyətdən sonra Gəncəyə köçürülməsi, nəhayət, Bakıda fəaliyyətə başlaması formalaşmaqda olan dövlət hakimiyyəti orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində çətinlik yaradırdı. Lakin bu sahəyə qayğı işin təşkilinə müsbət təsir göstərirdi. 1918 ilin oktyabrında sığorta cəmiyyəti idarələrindən biri binasını dəyişərkən keçmiş hərbi-sənaye kompleksinin atılmış arxiv sənədləri aşkar edilmişdi. Onların siyahısı dərhal tutulmuş, pərakəndə sənədlər yığılıb rəflərə qoyulmuş, bir hissəsi bağlanıb ayrıca otağa yerləşdirilmişdi.