Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oxuma (kompüter)
Oxuma (en. read) - İnformasiyanın qaynaqdan alınması. Kompüterin informasiyanı başlıca olaraq diskürənlərdən alması üsulu; bunun “əks” prosesi olan yazma informasiyanın yaddasaxlama qurğusuna (məsələn, diskə), printerə, ekrana, yaxud lent quğusuna verilməsidir. Diskdən oxuma dedikdə informasiyanın diskdən yaddaşa ötürülməsi başa düşülür. Klaviaturadan simvolların alınmasını da kompüter üçün oxuma əməli hesab etmək olar. Readme – (“məni oxu”) istifadəçiyə gərəkli olan, ancaq verilmiş proqram məhsulunun sənədlər toplusuna daxil edilməmiş, yaxud satışa buraxılma anında meydana çıxmış informasiyaların olduğu faylın adı. README faylları diskdə adi formatlanmamış mətn şəklində yerləşdirilir ki, onları istənilən proqramda – mətn redaktorunda asanca açmaq olsun. Bu fayllar READ.ME, README.1ST, README.NFO, README.TXT, READ_ME.TXT, yaxud README.DOC kimi də adlana bilər. Oxuma xətası (en.read error) kompüterin informasiyanı yaddasaxlama qurğusundan, yaxud başqa qaynaqdan (məsələn, xarici daşıyıcıdan) alması prosesində yaranan xətadır. Yalnız oxuma üçün (en.
Aşıq Talıb
Aşıq Talıb (1877, Ağkilsə, Yeni Bəyazid qəzası – 21 may 1979, Azad, Vardenis rayonu) — Göyçə aşığı, Aşıq Ələsgərin oğlu. == Həyatı == Aşıq Talib Ələsgər oğlu 1877-ci ildə Ağkilsə kəndində anadan olmuş, aşıqlıq sənətini atasından öyrənmişdir. İlin yaz-yay aylarında əkinçilik etmiş, payız-qış aylarında isə xalqımızın toylarında, el şənliklərində sazlı-sözlü söhbətləri ilə şərəfli ömür yolu keçmişdir.Klassik və müasir aşıq sənətini mükəmməl bilən Aşıq Talıb Göyçə sənətkarlarının, xüsusən atası Aşıq Ələsgərin irsinin sinədəftəri kimi aşıqlar arasında böyük nüfuza malik olmuşdur. Yaşadığı, ömür sürdüyü mühitin təsiri onu ustad aşıq zirvəsinə qaldırmışdır. Aşıq Talıb 1979-cu ilin 21 mayında 102 yaşında Ağkilsə kəndində vəfat etmişdir. XX yüzillik Göyçə aşıqlığının saz-söz aləmindəki sənət uğurları birbaşa Aşıq Talıbın iştirakı və ya onun xeyir-duası ilə qazanılmışdır. == Kitabları == "Könlüm Vətən arzular". == İstinadlar == == Xarici keçidlər == Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan nəşriyyatı, 2010.
Talıb (Çaroymaq)
Talıb (fars. طالب‎‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (19 ailə).
Talıb Musayev
Talıb Qurban oğlu Musayev (1 yanvar 1908, Hüseynquluağalı, Yeni Bəyazid qəzası – 4 aprel 2005, Bakı) — Azərbaycan və Ermənistan sovet ictimai-siyasi dövlət xadimi. Basarkeçər rayonu partiya komitəsinin birinci katibi. Maksim Musayevin atası. == Həyatı == Talıb Musayev 1908-ci ildə Basarkeçər rayonu Nərimanlı kəndində anadan olmuşdur. 1936-cı ildə Basarkeçər rayon komsomol komitəsinə I katib seçilir. 1937-ci ildə onu rayon partiya komitəsinin III, bir az sonra isə II katibi seçilər. 1938-ci ildə Zodda ekstern imtahanla tam orta təhsil haqda attestat alaraq, İrəvan pedaqoji institutuna qiyabi daxil olur. 1943-cü ildə ali təhsil diplomu ilə institutu bitirir. 1939-cu ildə Basarkeçər Rayon İcraiyyə komitəsinin sədri, 1942-ci ildə Qarabağlar, 1946-cı ildə isə Basarkeçər Rayon Partiya Komitəsinin I katibi təyin olunur. 1948-ci ildə vəzifəsinin icrasında qalmaqla Moskvada Marksizm-Leninizm kursunu da oxumuşdur.
Talıb Məmmədov
Talıb Gürşad oğlu Məmmədov — Azərbaycanlı hərbi rəhbər. 2004-cü ilə qədər Azərbaycan Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi olub. 2004-2006-cı illərdə Azərbaycanın Pakistandakı hərbi attaşesi işləyib. General-leytenant rütbəsinə malikdir. == Həyatı == Talib Məmmədov 1981-ci ildə Bakı Ali Hərbi Məktəbini bitirib. Məmmədov Qarabağ müharibəsində iştirak etmişdir. 1992-1993-cü illərdə Ağdamın müdafiəsinə rəhbərlik edib. Ağdamın müdafiəsinin uğursuz təşkilindən və şəhərin işğalından sonra tutuldu və bir neçə ay həbsxanada qaldı. 2004-cü ildə ölkə rəhbərliyi ilə qarşıdurma zamanı Talib Məmmədovun İlham Əliyevi Azərbaycan rəhbərliyində davamçı kimi qəbul etməməsi nəticəsində vəzifəsini itirdi və Azərbaycanın Pakistandakı səfirliyinə hərbi attaşe olaraq göndərildi. Daha sonra rütbəsi aşağı endirilərək Müdafiə Nazirliyinin Elmi Tədqiqatlar Hərbi Mərkəzinə köçürüldü.
Talıb Tale
Talıb Tale (Talıb Ələsgər oğlu Ələsgərov; 16 fevral 1981, Azad, Vardenis rayonu) — Azərbaycan müğənnisi, ifaçı, söz yazarı, bəstəkar və rejissor. == Həyatı == Talıb Tale 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində, Aşıq Ələsgərin ocağında dünyaya göz açıb. Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır.Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Göygöl rayonuna köçmüşdür. === Təhsili === Göygöl rayonundakı Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil olmuş və əla qiymətlərlə orta məktəbi bitirmişdir. Ali təhsilini isə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində almışdır. 1997-1998-ci illərdə Gəncə şəhərindəki "Araz" hazırlıq kursunu bitirmişdir. == Musiqiçilik fəaliyyəti == Talıb Tale sazda ifa etməyi bacarır. Aşıq Ələsgərin "Tellərin" şeirinə yeni aranjımanda musiqi bəstələyib və ifa edib. Talıbın oxuduğu bəzi mahnıların söz və musiqiləri özünə aiddir.
Talıb Talıbov
Talıb Azay oğlu Talıbov (6 iyun 1992; Birinci Şahsevən, Beyləqan rayonu, Azərbaycan — 6 dekabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Talıb Talıbov 6 iyun 1992-ci ildə Beyləqan rayonunun Birinci Şahsevən kəndində Azay Talıbovun ailəsində anadan olmuşdur. 1998–2009-cu illərdə Ə. Rüstəmov adına Beyləqan rayon Birinci Şahsevən kənd 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Talıb Talıbov bir müddət Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu olmuş və "çavuş" rütbəsiylə hərbi xidmətinə davam etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Talıb Talıbov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan-Ermənistan arasında baş verən və Azərbaycanın qələbəsi ilə sona çatan İkinci Qarabağ müharibəsi bitdikdən sonra Talıb Talıbov xidmətini Xocavənd rayonunda yerləşən "N" saylı hərbi hissədə davam etdirmişdir. Talıb Talıbov 6 dekabr 2020-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində xidmət edərkən şəhid olmuşdur.
Talıb Şirazi
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Yelena Çalıx
Yelena Çalıx (25 mart 1984) — Rusiyanı və Azərbaycanı təmsil edən velosipedçi, Avropa Çempionatının qalibi. == Karyerası == Yelena Çalıx 2000-ci ildə Mançesterdə, 2001-ci ildə Antverpendə 2004-cü ildə isə Melburnda baş tutan Avropa Çempionatlarında bürünc medalların sahibi oldu. 2003-cü ildə isə Yelena Çalıx Rusiyada Dünya Çempionatını gümüş medalla başa vurdu. Yelena Çalıx həm də Rusiyanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi. Turnirin nəticələrinə əsasən Yelena Çalıx olimpiadanı yeddinci pillədə başa vurdu. 2008-ci ildə isə Yelena Çalıx Polşada Avropa Çempionatının qalibi oldu. 2010-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) Yelena Çalıxı Azərbaycan yığmasının heyətinə cəlb elədi.Yelena Çalıx Azərbaycanı 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Yelena Çalıx velosiped idmanı üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. İyulun 28-də Yelena Çalıx ümumi turnirdə mübarizə apardı. 66 velosipedçinin mübarizə apardığı final mərhələsində Yelena Çalıx finiş həddinə çata bilmədi və London Olimpiadasını nəticəsiz başa vurdu.
Şadi Çalıq
Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür. == Bioqrafiya == Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.
Çalı (Marağa)
Çalı — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Mərkəzi bölgəsində, Qavdul kəndistanında, Marağa şəhərindən 15 km çənub-şərqdədir.
Mirzə Talıb xan
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri. == Həyatı == Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir.1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Mirzə Talıb xan Ordubadi
Mirzə Talıb xan Ordubadi — 1632-1633-cü illərdə Səfəvi şahı I Səfinin (1629-1642) vəziri. == Həyatı == Mirzə Talıb xan orta əsr filosofu Nəsirəddin Tusinin nəslindən gələn Ordubadilər sülaləsinin nümayəndəsi Hatəm bəy Ordubadinin oğludur. Bundan başqa o, Qəndəharın bəylərbəyi Əlimərdan xan Zığın qohumudur. 1632-ci ildə Xəlifə sultan əl-Hüseyninin sürgünə göndərilməsindən sonra Mirzə Talıb xan Səfəvi şahı I Səfinin (1629-1642) vəziri təyin edilir.1633-cü ildə Mirzə Talıb xan xədim Sarı Tağı tərəfindən təhqir edilir, daha sonra isə öldürülür. Sarı Tağının Mirzə Talıb xanı öldürməsinə səbəb onun Ordubadilərə qarşı olan nifrəti idi; Hatəm bəy Sarı Tağının atasının istədiyi vəzifəni ona verməmişdi. Sarı Tağı Mirzə Talıb xanın İsfahandakı evini də ələ keçirir.
Çalır Tamilla Mahmudova (1966)
== Məzmun == Filmdə Azərbaycan pianoçusu Tamilla Mahmudovanın konserti öz əksini tapmışdır.
Caliq
Caliq-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Caliq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 13,903 nəfər və 2,594 ailədən ibarət idi.
Calın
Calın - türk və altay xalq inancında müqəddəs mərasim. Yalın və ya Çalın da deyilir. Xüsusilə Yer Ana və Yer iyəsi üçün edilən mərasim. Böyük bir ağacın altında həyata keçirilir. Bu ağac Uluqayını təmsil edir. Yerə üç direk batıb təpələri oyularaq və ya üzərlərinə bir stəkan qoyularaq içlərinə kımız doldurulur. Şaman sahəyə gələrək əllərində ağac budaqları tutan 39 qız və 39 kişilə birlikdə "kırınır" (rəqs edər). Burada qırxıncı adam özüdür və bu rəqəmin müqəddəsliyi ilə əlaqədar da bir yanaşma vardır. Yer ananı təmsil edən üç dirəyin yanına çataraq Calın alır. Artıq reallaşan müqəddəs əlaqəyə "Calın Almaq" deyilir.
Çalbi
Çalbi (ing. Chalbi) — gilli şoranlıqlardan ibarət olan səhra. Səhra Keniyanln şimalında, Turkana gölünün şərqində qərarlaşır. Qabbra dilində səhranın mənası «Çılpaq və duzlu» mənasını verir. Bu ərazi Keniyanın ən quru və isti regionudur. Səhra qədim gölün yerində əmələ gəlmişdir. Səhrada insanlar ilğım müşahidə edilir.
Çalır Bəhram Mansurov (film, 1971)
== Məzmun == Film tanınmış Azərbaycan musiqiçisi, tarzən Bəhram Mansurova həsr olunmuşdur.
Çalır Kamera Orkestri (film, 1968)
Çalır Tamilla Mahmudova (film, 1966)
== Məzmun == Filmdə Azərbaycan pianoçusu Tamilla Mahmudovanın konserti öz əksini tapmışdır.
Çalış, nəfəs alma (film, 2006)
Çalış, nəfəs alma — Rejissor Alina Abdullayevanın çəkdiyi Azərbaycan filmi. == Məzmun == Filmdə iki qəhrəman var — bir qədər yaşlı kişi və cavan qız. Kişi astma xəstəliyinə tutulub, nəfəs almaqda böyük problemləri var. Qız isə gənc, gözəldir, həyatda sevinmək üçün hər şeyi var. Ancaq o… nəfəsini saxlayır, özünü sevdiyi insan kimi hiss edib, ona kömək edə bilmək üçün… Və hər ikisi paradoksal və eyni zamanda təhlükəli oyun oynayırlar — kim daha çox nəfəsini saxlayacaq. Onlar dərindən nəfəs alıb donurlar. == Film haqqında == Filmdə əsas məqsədlərdən biri fikri təsvir dili ilə tamaşaçılara çatdırmaqdır. Buna görə də filmdə dialoqlardan çox az istifadə olunub. Film İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin "Avanti" proqramı və Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına çəkilib. Filmin büdcəsi 20 min manat təşkil edib.
Cali
Santiaqo de Kali (isp. Santiago de Cali) və ya sadəcə Kali (isp. Cali) — Kolumbiyanın qərbində şəhər və Valle del Kauka departmanının mərkəzi.2,5 milyon əhalisi ilə Kali, Boqota və Medellindən sonra ölkədə üçüncü ən böyük şəhər.
Talib ibn Əbu Talib
Talib ibn Əbu Talib (ərəb. طَالِب بْن أَبِي طَالِب‎) — İslam peyğəmbəri Məhəmmədin birinci əmisi oğlu və Əlinin qardaşı. == Ailəsi == O, Məkkədə, Əbu Talib ibn Əbdülmüttəlibin və Fatimə binti Əsədin böyük oğlu olaraq anadan olmuşdur. Gənc Məhəmməd Taliblə hər ikisi səkkiz yaşında olandan onların evində yaşayırdı.:79Onun övladı yox idi. == Vərəsəlik hüququ == Atası Əbu Talib 620-ci ildə vəfat etdikdə:191  onun mirası Talib və qardaşı Əqil arasında bölündü. Onların iki kiçik qardaşı, Cəfər və Əli heç bir şeyə varis olmadılar. Bu, İslam hüquq prinsipini təsbit etdi: “Heç bir mömin kafirin malına və heç bir kafir möminin malına varis olmayacaq.” == Bədr döyüşü == 624-cü ildə Talib müsəlmanların hücumu ilə təhdid edilən ticarət karvanını xilas etmək üçün Məkkə ordusu ilə yola düşdü.:291 Əbu Süfyandan xəbər gələndə ki, karvanın sağ-salamat evə çatdığına görə yürüşə davam etməyə ehtiyac qalmadı, Qureyşdən bəziləri buna baxmayaraq Bədrə qədər davam etmək istədilər. Talibə dedilər: “Biz bilirik ki, ey Haşim oğlu, əgər bizimlə çıxmısansa, ürəyin Məhəmmədlədir." Məkkəyə qayıtmaq qərarına dair bir şeir ona aid edilir. Bir qədər müzakirədən sonra Talıb onları müşayiət etməmək qərarına gəldi. Talib heç vaxt Məkkəyə gəlmədi.
Toxuma
Toxuma (yun.histos lat.tela) — mənşə və quruluş oxşarlığına malik olan, müəyyən funksiya yerinə yetirən hüceyrə və hüceyrəarası maddələr qrupu. Xarici mühitlə vəhdət təşkil edən tam orqanizm tərkibində, ümumi quruluşa və sinir sisteminin bilavasitə təsiri altında davam edən vəzifəyə və inkişafa malik olan tarix boyu meydana çıxmış histoloji elementlər sistemi. == Toxumaların növləri == Hazırda insanlarda və heyvanlarda dörd qrup toxuma ayırd edilir: epiteli birləşdirici əzələ sinir === Epiteli toxuma === Epiteli və yaxud örtük toxuması orqanizmi həm xaricdən, həm də daxili səthdən örtür. Hüceyrələri isə sitoplazmatik atmalarla bir-birinə sıx birləşmiş vəziyyətdə olur. Epiteli toxuma əsasən heyvanların dırnaqlarında, buynuzlarında, vəzilərdə, tənəffüs yollarında olur Epiteli toxuması təkqatlı və çoxqatlı olmaqla iki qrupa bölünür. Təkqatlı epiteli toxuması birsıralı və çoxsıralı olur. Təksıralılardan yastı (mezoteli) epiteli hüceyrələrinin hamısı bir formalıdır. Təksıralı epiteli toxumalardan biri də kubşəkillidir. Təksıralı epiteli toxumasının üçüncü forması silindr şəkillidir. Çoxqatlı epiteli toxumasına üç formada rast gəlinir: yastı qərniləşmiş (buynuzlaşmış), yastı qərniləşməmiş (buynuzlaşmamış) və keçid (aralıq forma).
Qalib Ağayev
Qalib Ağayev (tam adı: Qalib Ağabala oğlu Ağayev; 13 iyul 1941, Bakı – 22 sentyabr 2015, Bakı) — Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri. Azərbaycan SSR əməkdar iqtisadçısı (1991). == Həyatı == Qalib Ağayev 13 iyul 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur. Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.Əmək fəaliyyətinə Bakıda SSRİ Dövlət Bankının rayon bölməsində inspektor kimi başlamış, daha sonra sədr müavini, SSRİ Dövlət Bankının rayon bölməsinin sədri, SSRİ Dövlət Bankının Azərbaycan kontorunun sədrinin müavini, SSRİ Dövlət Bankı Azərbaycan Respublika bankının İdarə Heyətinin sədrinin birinci müavini vəzifələrində çalışmışdır.Sovet dövrünün son illərində SSRİ Dövlət Bankı Azərbaycan Respublika Bankının İdarə Heyətinin sədri olmuş, Qalib Ağayev 1 sentyabr 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Soveti sədri Heydər Əliyevin təqdimatına əsasən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri təyin edilmişdir. O, 22 aprel 1994-cü il tarixində vəzifəsindən azad edilmişdir.22 sentyabr 2015-ci ildə vəfat etmişdir.
Sumaq
Sumaq (lat. Rhus) – sumaqkimilər fəsiləsinə aid bitki cinsi.Dünyada 250-ə qədər kol və ağac növləri məlumdur. Meyvəsinin tərkibində 18 – 20 % aşı maddə, şəkər, üzvi turşular [alma, çaxır və s.], C, K vitaminləri vardır. Meyvəsindən xalq təbabətində çay kimi dəmləyib ishala və dezinteriyaya qarşı işlədilir. Elmi təbabətdə duru ekstrakt hazırlayıb hipertoniyada, eləcə də şəkər xəstəliyində içirlər. Yabanı sumaq bitkisinə Şimali Qafaqazda, Dağlıq Krımda, Zaqafqaziyanın dağlıq-meşəlik rayonlarında, Azərbaycanda isə Lənkəran, Göyçay, Quba, Şəki- Zaqatala rayonlarının dağ meşələrində çox təsadüf edilir. Sumaq iyun-iyulda çiçəkləyir. Xırda yaşıltəhər göy rəngli tutqun çiçəkləri uzunsov-konusvari süpürgəciyin üzərində toplanır. Sumağın meyvəsi sentyabr-oktyabrda yetişir. Hər meyvə süpürgəciyinin üzərində 200-300 və daha çox meyvə olur.
Xumam
Xumam — İranın Gilan ostanında yerləşən şəhər. Xumam əhalisinin çoxluğunu giləklər təşkil edir.
Birləşdirici toxuma
Heyvan orqanlarının əsas hissəsini təşkil edir. Birləşdirici toxuma orqanizmdə əsasən müdafiə və dayaq funksiyasını yerinə yetirir. Birləşdirici toxumanın müxtəlif funksiya yerinə yetirən bir neçə növü var. Bu qrupa lifli, sümük, qığırdaq, qan və piy toxumaları aiddir. Birləşdirici toxumada, adətən, hüceyrəarası maddə çox olur.Birləşdirici toxuma və ya başqa adı ilə daxili mühit toxuması orqanizimdə digər toxumalardan daha geniş yayımış toxuma növüdür. Bu toxuma latınca adı ilə isə “textus conjuctivus” adlanır.Əsasən dayaq sistemində yerləşir.TDV-BTI === Xüsusiyyətləri === Onun əsas xüsusiyyətləri isə aşağıdakı formada göstərilir: Xarici mühitlə birbaşa əlaqədə deyil. Ümumilikdə toxuma və onun hüceyrələri polyarlıq xüsusiyyətinə malikdir. Bu toxumanın hüceyrələrində mübadilə prosesi eyni formada gedir. Buna səbəb bütün hüceyrələrin daxili mühitin içərisində yerləşməsidir. Bu toxuma orqanların həm daxilində həmdə aralarında olmaqla yeganə sistem yaradır.
Euseius okumae
Euseius okumae (lat. Euseius okumae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Nuri Oxudan
Nuri Oxudan (6 dekabr 1962) — Türk dövlət xadimi. == Həyatı == Əvvəllər Gönen Kənd İnstitutu olaraq bilinən indiki adı ilə Gönen Anadolu Müəllim Liseyini bitirib. 1986-cı ildə Mülküyə Məktəbi, İş idarəçiliyi bölməsini bitirib. Uludağ Universiteti, Sosial Elmlər Fakültəsi, İdarəetmə-Təşkilat şöbəsində magistr dərəcəsini oxuyub. 1989–1990-cı illərdə İngiltərədəki Canterbury və Margate-də bir il peşəkar bilik, ədəb və dil təhsili aldı. 1986-cı ildə Daxili İşlər Nazirliyinin açdığı bir aylıq planlaşdırma idarəetmə kursuna qatılıb. 1986-cı ildə 6 ay bir planlaşdırma mütəxəssisi olaraq işlədikdən sonra Bitlis bölgə qubernatoru, Amasya-Taşova bölgə baş məmuru, Bursa-Harmancıq, Van-Baxçasaray, Ərzurum-Narman, Gümüşxana-Kəlkid rayonlarında namizəd olmuşdur. Taşovada qubernator köməkçisi, Harmancıq, Baxçasaray, Narman, Kəlkit də bölgə qubernatorluğu, Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi daxilində şöbə müdiri, ümumi müdir köməkçisi, Sakarya qubernatoru olmuşdur. 7 mart 2007-ci ildə Trabzon qubernatoru təyin edilib. Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyinin 10 iyun 2009-cu il tarixli 10030 nömrəli məktubu və Nazirlər Kabinetinin 11 iyun 2009-cu il tarixli qərarı ilə Şanlıurfa qubernatoru təyin edilmişdir.
Oturaq heyvanlar
Oturaq heyvanlar - Oturaq tip ərazi bölüşdürülməsi ərazinin resurslarından populyasiya səviyyəsində nisbətən səmərəli istifadəyə səbəb olur: ərazidə ayrı-ayrı fərdlər nisbətən bərabər paylanır: hər bir məskunlaşma sahəsi həyat üçün hər bir şərait ilə təmin olunmuşdur. Bunun nəticəsində yem, sığınacaq və digər resurslar uğrunda rəqabət minimuma enmiş, hər fərdin yaşamaq və təzələnməyə şansı vardır, populyasiya isə bütövlükdə inkişaf və ərazi zəbt etməyə geniş perspektiv qazanır. Məhdud əraziyə bağlılıq fərdlərə bir sıra bioloji üstünlük qazandırır, bu baxımdan, heyvanların öz əraziləri ilə mənimsənilmə dərəcəsi ilə tanışlığı da böyük əhəmiyyət kəsb edir. Məskunlaşma sahəsi daxilində heyvanlar tanış oriyentir (səmt) sistemində sərbəst yerini dəyişir, yem axtarmaq üçün az vaxt sərf edir. Bir çox növlər sahədə sığınacağa, yem sahəsinə, yem ehtiyatı və s. yerə gedən əlaqələndirici cığırlar salır. Heyvanların gündəlik aktiv hərəkətləri sanki avtomatik surətdə həyata keçirilir: rezident – fərd qısa yolla yem, istirahət, yırtıcıdan və ya pis havadan gizlənmək yerinə əlavə vaxt və enerji sərf etmədən catır. Lakin oturaq həyat keçirdikdə populyasiyanın sıxlığı hədsiz çox olduqda resurslar gücdən düşür. == Heyvan populyasiyalarının etoloji strukturu == Oturaq heyvanların ərazi differensasiyası tək (ailəvi) həyat tərzi ilə bağlıdır. Bunun əksinə, həyat tərzi tipi qrupla olub, fərdlər daima və ya dövri olaraq sıx sürü və ya dəstə əmələ gətirir.
Oturaq sinir
Oturaq siniri (lat. N. ischiadicus) oma kələfinin ən böyük şaxəsidir. Böyük oturaq dəliyindən çanağın arxasına çıxır və əkiz əzələləri ilə budun kvadrat əzələsinin dal səthi ilə aşağı enir. Böyük sarğı əzələsininaltından budun dal səthinə keçir, budu yaxınlaşdıran böyük əzələnin dal səthi boyunca həmin əzələ və budun dal qrup əzələlərinin arası ilə dizaltı çuxura doğru gedir, ona bir qədər qalmış iki böyük uc şaxəyə qamış siniri lat. nştibialis və ümumi incik sinirinə lat. nş peroneus (fibularis) communis bölünür.
Oturaq sümüyü
Oturaq sümüyü (lat. os ischii) — qalça sümüyünün oturaq hissəsi. Oturaq sümük bucaq altında əyilmiş oturaq sümüyün yuxarı (lat. ramus superior ossis ischii), aşağı (lat. ramus inferior oss. ischii) şaxələrdən və sümük cismindən ibarətdir. Oturaq sümüyün şaxələri qasıq sümüyü ilə birləşərək qapayıcı dəliyi (lat. foramen obturatum) əmələ gətirir.
Oxuyan qaratoyuq
Oxuyan qaratoyuq (lat. Turdus philomelos) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Oxuyan sərçələr
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Saleh Oxumuş
Saleh Oxumuş (türk. Salih Okumuş; 1968, Rizə, Rizə ili) — Türkiyə ədəbiyyatçısı, araşdırmaçı-yazar, şair, elmlər doktoru, professor == Həyatı == Saleh Oxumuş 1968-ci ildə Türkiyənin Rizə ilçəsinin Pazar kəndində doğulmuşdur. 1857-1858-ci illərdə Krım-Rus hərbi sırasında Kefedən Türkiyəyə köç edən Səlimoğlu sülaləsinə mənsubdur. Sülalə Orta Kefelili adıyla da tanınır. Ailə Cumhuriyyətdən sonra Soyad Qanununun çıxmasıyla Oxumuş soyadını alır. Ailədə oxuyub yazan simaların çoxluğu bu soyadı almağa səbəb olur. Ailənin böyüklərindən bəziləri İstanbulda Fatih Mədrəsəsində müdərrislik etmişdir. === Təhsili === Babası əski yazını bilən dinə bağlı bir şəxs olmuşdur. Ancaq ölkədə yaşanan qıtlıq və yoxsulluq səbəbindən uşaqlarını oxuda bilməmişdir. Altı qardaşdan ancaq biri təhsil almağa müvəffəq olur.
Stroma (toxuma)
Stroma (toxuma) — Stroma (yunan dilindən στρῶμα "qat, yataq, örtük") struktur və ya birləşdirici rol oynayan toxuma və ya orqan hissəsidir . Səthləri təsnif etməyin bir neçə yolu var: bir təsnifat sxemi toxumaların funksiyalarına əsaslanır, digəri isə onların hüceyrə komponentlərini təhlil edir. Stromal toxuma bədənin dəstəklənməsinə və hərəkətinə kömək edən "funksional" sinifə aiddir. Stromal toxumanı təşkil edən hüceyrələr digər hüceyrələrin daxil olduğu bir matris kimi xidmət edir. Stroma müxtəlif növ stromal hüceyrələrdən ibarətdir. Stroma nümunələrinə aşağıdakılar daxildir: irs stroması buynuz qişa stroması yumurtalıq stroması tiroid vəzinin stroması timus stroması sümük iliyinin stroması limfa düyünlərinin stromal hüceyrəsi multipotent stromal hüceyrələr (mezenximal kök hüceyrələr) == Struktur == Stromada birləşdirici toxumalara rast gəlinir. Bu toxuma uyğun birləşdirici toxuma qrupuna aiddir. Birləşdirici toxumanın düzgün funksiyası qan damarları və stromal sinirlər də daxil olmaqla parenximal toxumanı qorumaq və yerli stresi azaltmaq üçün orqanlar qurmaq və mexaniki stressi yaymaqdır. Stromal toxuma əsasən birləşdirici toxuma hüceyrələrindən ibarət hüceyrədənkənar matrisdən ibarətdir. Hüceyrədənkənar matris əsasən əsas maddədən — əsasən proteoqlikanların aqreqatlarından ibarət məsaməli nəmləndirilmiş geldən və birləşdirici toxuma liflərindən ibarətdir.
Toxmaq (xalça)
. Həvə — xalça, palaz və digər xalça məmulatlarını toxuyarkən ilmələri döyüb yerində bərkitmək üçün (bəzi heyvanların buynuzundan, yaxud da metaldan və s.-dən hazırlanan) ucu kəsik, dişli alətdir. Azərbaycanın bəzi bölgələrində bu aləti toxmaq (xalça) da adlandırırlar. Toxuculuğun ilk dövründə birinci arğacı vurmaq üçün möhkəm oduncaqdan (qoz, palıd və digər ağaclardan) hazırlanan dişli həvələrdən istifadə edirdilər. Bu cür primitiv həvələrin (toxmaq (xalça)ların) sapı (tutacağı) istifadə zamanı narahat idi, dişlər arasındakı məsafə ərişin sıxlığına hər zaman uyğun gəlmirdi. Zaman keçdikcə digər alətlər kimi bu alətlərində forma və texniki xüsusiyyətləri təkmilləşmiş, həvənin (toxmağın) dişlərinə metal ucluqlar əlavə edilmişdir. Yarı ağac, yarı metal materialdan hazırlanan həvələr texnoloji tələblərə tam cavab vermədiyi üçün belə alətlər sonda tam metaldan hazırlanmış, müasir həvələrin (toxmaqların) ilk nümunələri meydana gəlmişdir. Metal həvələr (toxmaqlar) XV – XVI əsrlərdən başlayaraq xalça emalatxanalarında istifadə olunmuş və XIX əsrdə isə metal həvələr (toxmaqlar) tam təkmilləşmişdir.
Oxuyan qırğı
Oxuyan qırğı (lat. Melierax) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Oxuyan qırğılar
Oxuyan qırğılar (lat. Melieraxinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Toxmaq barmağı
Toxmaq barmağı və ya beysbol barmağı kimi də tanınır — barmağın ən kənar birləşməsindəki vətər zədəsi. Bu, barmağın ucunu basmadan uzada bilməməsi ilə nəticələnir. Ağrı və göyərmə adətən barmağın ən kənar vətərinin arxasında baş verir. == Səbəbi == Toxmaq barmağı adətən barmaq ucunun həddindən artıq əyilməsi nəticəsində yaranır. Tipik olaraq, bu, bir top uzadılmış barmağa dəydikdə və onu sıxışdırdıqda baş verir. Bu, ya vətərin parçalanması, ya da avulsiya sınığı ilə nəticələnir.Diaqnoz ümumiyyətlə simptomlara əsaslanır və rentgen şüaları ilə təsdiqlənir.Müalicə adətən barmağın ucunu 8 həftə ərzində daimi olaraq düz saxlayan şin istifadəsini nəzərdə tutur. Orta oynaq hərəkət edə bilər. Bu, zədədən sonra 1 həftə ərzində başlamalıdır. Bu həftələrdə barmaq əyilirsə, sağalma daha uzun çəkə bilər.Böyük bir sümük parçası qoparsa, əməliyyat tövsiyə oluna bilər. Müvafiq müalicə olmadan barmaqların daimi deformasiyası baş verə bilər.
Qalib Cəfərov
Qalib Cəfərov (7 aprel 1989, Temir, Aqtöbe vilayəti, Qazaxıstan SSR, SSRİ) — qazaxıstanlı həvəskar-boksçu, dünya və Asiya çempionu. Qazaxıstan Respublikasının əməkdar idman ustası. == Həyatı == Qalib Cəfərov 7 aprel 1989-cu ilda Temir şəhərində azərbaycanlı ailəsində anadan olub. Kudayberqen Jubanov adına Aqtöbə Dövlət Universitetinin "bədən tərbiyəsi və idman" fakültəsini bitirib.
Qalib Həsənoğlu
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. == Həyatı == Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Məmmədov
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. == Həyatı == Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Qalib Nurizadə
Qalib Habil oğlu Nurizadə (10 iyun 1996, Gəgiran, Lənkəran, Azərbaycan — 4 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qalib Nuruzadə 10 iyun 1996-cu ildə Lənkəran rayonu Gərgiran kəndində dünyaya gəlib. Lənkəran şəhər, Gəgiran kənd orta məktəbində təhsil almışdır. 2014-2015-ci illərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qalib Nurizadə, Füzuli, Şuşanın azad edilməsində savaşıb. 5 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Qalib Nurizadə Lənkəranda torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Nurizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Qalib Nurizadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Qalib Qadir
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qalib Qarayev
Qalib Şalon oğlu Qarayev (17 yanvar 1947, Qaryagin) — tibb elmləri doktoru, professor, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi == Həyatı == Qalib Şalon oğlu Qarayev 17 yanvar 1947 ildə Füzuli rayonunun Qarğabazar kəndində anadan olmuşdur. O, 1953–1963 illərdə Qarğabazar kənd orta məktəbində oxumuş, 1966–1972 illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Azərbaycan Tibb Universiteti) ali təhsil almışdır. Qalib Qarayev ali təhsil aldığı illərdə tələbə elmi cəmiyyətinin fəal üzvü olmuş və 1970 ildə "Ən yaxşı tələbə elmi işi" Ümumittifaq müsabiqasinin "Ürəyin işemik xəstəliyinin cərrahi müalicəsi" adlı eksperimental tədqiqat işi bürünc medala layiq görülmüşdür. Qalib Qarayev 1972–1982 illərdə Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzində müxtəlif vəzifələrdə işləmişdir. 1982 ildən Elmi-Tədqiqat Mərkəzin direktorudur. Qalib Qarayev "Sağlamlıq" jurnalının baş redaktorudur. Uzun illər AAK-nın ekspert şurasının üzvü olmuş, elmi katibi vəzifəsində çalışmışdır. Dissertasiya müdafiə şurasının sədr müavini kimi fəaliyyət göstərmişdir. Qalib Qarayev 2013 ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb elmləri üzrə ekspert şurasının sədri təyin edilmişdir. Rusiya Federasiyası alimləri ilə birlikdə sünii ürək və yardımçı qan dövranı aparatı üzərində apardığı elmi tədqiqat işlərini nəzərə alaraq 2014 ildə Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının üzvü seçilmişdir.
Qalib Qasımov
Qalib Əhməd oğlu Qasımov (31 mart 1978, Zod kəndi) — Sənətşünas, qalerist, mentor, ekspert, Contemporary Baku şirkətinin təsisçisi və direktoru. == Həyatı == Qalib Qasımov 31 mart 1978-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. Orta məktəbi 1995-ci ildə Xanlar rayonunda bitirmişdir. 1997-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakültəsini bakalavr, 2004-2006-cı illərdə isə magistr pilləsi üzrə fərqlənmə diplomları ilə bitirmişdir. 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertanturasında sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının 17 mart 2022-ci il tarixli qərarına əsasən sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 25-i elmi olmaqla, Azərbaycan, Türkiyə, Qazaxıstan və Rusiyada çap olunmuş onlarla məqalənin, Azərbaycan rəssamlarının kataloq və kitablarının ön sözlərinin, "Təsviri sənətdə ənənə və müasirlik" (Bakı-2022) kitabının müəllifi, beynəlxalq səviyyəli elmi konfransların iştirakçısıdır. 2021-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının 24-cü qəbul SADİMAK-nu bitirmişdir. == Karyerası == Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan İstiqlal Muzeyində başlamışdır.
Qalib Qurbanov
Qalib İslam oğlu Qurbanov (1945) — Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Zaqatala Rayon Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Zaqatala Rayon Komitəsinin birinci katibi. == Həyatı == Qurbanov Qalib Islam oğlu 1945-ci ildə anadan olub. 1952-ci ildə Zaqatala şəhəri 2 nömrəli orta məktəbə daxil olub və 1963-cü ildə oranı bitirib. Həmin il Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakultəsinə qəbul olunub və 1969-cu ildə institutu bitirərək mühəndis-elektromexanik ixtisası alıb. Əmək fəaliyyətini 1965-ci ildə başlayıb. Müvafiq olarak "AzərDənizNeftTikinti" Trestinin 3 nömrəli TQİ-də fəhlə, "VOTQEO" Ümümittifaq Elmi Tədqiqat İnstitutunda, Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda, Azərbaycan Dəmir Yollarında, Ət və Süd Sənayesi Nazirliyi SMK-da müxtəlif texniki-mühəndis vəzifələrində işləyib. 1971–1972-ci illərdə hərbi xidmətdə olub. 1972–1979-cu illərdə "Azerenerji"nin enerjisatış idarəsində mühəndis-müfəttiş, qrup rəhbəri, "Dövlətenerjinazarət"in rəis müavini vəzifələrində işləyib. Evlidir. İki övladı var.
Qalib Zülfüqarlı
Qalib Laim oğlu Zülfüqarlı (d. 20 dekabr 1992; Lənkəran, Azərbaycan — ö. 27 mart 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı. 2016-cı ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Qalib Zülfüqarlı 1992-ci ilin 20 dekabr günündə Lənkəran şəhərinin Vilvan kəndində anadan olub. Qalib Zülfüqarlı nişanlı idi, yaxın günlərdə toy mərasimi baş tutmalı idi. == Hərbi xidməti == Leytenant Qalib Zülfüqarlı 2016-cı ildə, martın 27-si Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Elə martın 27-si isə Qalib Zülfüqarlı doğulduğu Lənkəran şəhərinin Vilvan kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və leytenant Zülfüqarlı uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu (9 may 1972, Yevlax) — Ekspress qəzetinin redaktoru, Həsən bəy Zərdabi mükafatçısı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Qalib İbrahimoğlu 1972-ci il mayın 9-da Yevlax şəhərində anadan olub. 1979-cu ildə Yevlax şəhər Ş. Qurbanov adına 8 saylı orta məktəbin birinci sinfinə getmiş, 1989-cu ildə həmin məktəbi bitirib. 1990–92-ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmət keçib. === Təhsili === 1992-ci ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (indiki Prezident yanında İdarəçilik Akademiyası) sosial idarəetmə və sosiologiya fakültəsinə qəbul olmuş, 1998-ci ildə həmin institutu bitirib. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Mətbuat fəaliyyəti === 1994-c ildən mətbuatdadır. Həmin il Yevlaxda çıxan "Nicat" qəzetində müxbir vəzifəsində işləyib. 1996-cı ildə Bakıda nəşr olunan "Hürriyyət" qəzetində müxbir, şöbə redaktoru, baş redaktorun I müavini vəzifəsində çalışıb. 1997-ci ildə "Bu gün" qəzeti baş redaktorunun I müavini, "Hürriyyət" qəzetinin baş redaktoru vəzifəsində işləyib.
Qalib İmanov
Qalib Gəncəvi oğlu İmanov (8 avqust 1974, Qoşabulaq, Vardenis rayonu) — Tibb üzrə fəlsəfə doktoru (11 aprel 2012), invaziv və pediatrik kardioloq, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında Kardiologiya şöbəsinin müdiri. == Həyatı == Qalib İmanov 8 avqust 1974-cü ildə Göyçə mahalının Qoşabulaq kəndində anadan olub. 1977-ci ildə ailəsi ilə birlikdə Zaqatala rayonuna köçmüşdür. 1981-ci ildə Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 saylı orta məktəbin I sinfində təhsil almağa başlamış və 1991-ci ildə həmin orta məktəbi medalla bitirmişdir. 1992-ci ildə Azərbaycan Tibb Universitetinin "Müalicə-profilaktika" fakültəsinə daxil olmuş, 1998-ci ildə ali təhsilini başa vurmuşdur. 1998–1999-cu illərdə 1 saylı Bakı Şəhər Kliniki Xəstəxanasında həkim-interna olaraq "Anestezoloq-reanimotoloq" ixtisasına yiyələnmişdir. Qalib İmanov 1999–2001-ci illərdə Azərbaycan Səhiyyə Nazirliyi C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "Reanimasiya və İntensiv Terapiya şöbəsi"ndə həkim-reanimotoloq işləmişdir. Həmçinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda klinik ordinator olaraq fəaliyyət göstərmişdir. 2001–2009-cu illər ərzində Mərkəzi Klinik Xəstəxanada "Ürək Mərkəzi"nin Kardiologiya bölümünün həkimi işləmişdir. 2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalının "Kardiologiya şöbəsi"ndə invaziv kardioloq və pediatrik kardioloq olaraq fəaliyyət göstərib.
Qalib Əfəndiyev
Qalib Əfəndiyev (Əfəndiyev Qalib Məmməd oğlu; d. 09.05.1946, Bakı) — texnika elmləri doktoru, Professor, AMEA müxbir üzvü (26.04.2007). == Həyatı == Əfəndiyev Qalib Məmməd oğlu 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1969-cu ildə "Neft və qaz mədənlərinin maşın və avadanlıqları" ixtisası üzrə AzNKİ-nun neft-mexanika fakültəsini bitirmişdir. 1970–1996-cı illərdə Azərbaycan EA-nın DNQYPİ-da mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, "Qazımada geoloji-texnoloji proqnozlaşdırma" sektorunun rəhbəri işləmiş, 1996-cı ildən "Quyuların qazılmasının geoloji şəraiti" şöbəsinin rəhbəri, 2003-cü ildən bu günə kimi isə, AMEA-nın Geologiya və Geofizika İnstitutunda həmin şöbənin müdiri vəzifəsində işləyir. 1985-ci ildə "Dağ süxurlarının xassələrini nəzərə almaqla kəsici tipli baltaların rasional seçimi yolu ilə işinin səmərəliliyinin artırılması" mövzusunda namizədlik, 1997-ci ildə isə "Dağ süxurlarının qazılması prosesinin səmərəliliyinin artırılması və xassələrinin öyrənilməsi üçün geoloji-texnoloji informasiyanın kompleks istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əfəndiyev Q. M. ADNA-nın "Neft və qaz quyularının qazılması" kafedrasının professoru olmaqla bərabər elmi və pedaqoji fəaliyyət göstərir. 2007-ci ildə o AMEA-nın müxbir üzvü seçilmişdir. == Elmi fəaliyyəti == Əfəndiyev Q. M. neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Elmi tədqiqatların sahəsi: quyuların qazılması zamanı optimal qərarların qəbulu; qazıma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi; dağ süxurlarının dağılması prosesləri və süxurdağıdıcı alətin işi; quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınması (Anomal Yüksək Lay Təzyiqləri zonalarının, udulma intervallarının və s.
Qalib Əhmədov
Qalib Əhmədov — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1984), Azərbaycan Fəlsəfə Cəmiyyətinin üzvü (1986). "Dünyaya pəncərə" qəzetinin təsisçisi və baş redaktoru. == Həyatı == 1949-cu il iyunun 1-də Azərbaycanda Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Hacallı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinə daxil olmuş (1966), sonra təhsilini filologiya fakultəsində davam etdirmişdir (1967-1972). 2020-ci il iyunun 16-da vəfat etmişdir. == Karyerası == Əmək fəaliyyətinə Qəbələ rayonunda müəllim kimi başlamış, sonra Sumqayıtda 49 saylı orta texniki-peşə məktəbində tərbiyyəçi, müəllim, tədris hissə müdiri vəzifələrində işləmişdir (1973-1980). Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi ixtisası üzrə aspiranturaya daxil olmuşdur (1979). Azərbaycan Elmlər Akeademiyasının Fəlsəfə və Hüquq İnstitutunun dissertantı kimi ictimai şüur, ünsiyyət, siyasi mədəniyyət və digər problemlərə dair bir sıra elmi məqalələrlə çıxış etmişdir (1983-1987). "İflas: səbəblər və nəticələr" (1991) kitabında cari ictimai-siyasi hadisələr haqqında elmi araşdırmaları toplu halda nəşr olunmuşdur. "Təşviqatçı", "Dialoq" jurnallarında elmi-nəzəri şöbənin müdiri (1980-1990), "Azərbaycan kommunisti" və "Dirçəliş" jurnallarında ideologiya şöbəsinin müdiri, "Ayna" qəzetində tərcüməçi (1990-1993), Bakının Nərimanov rayonunda Əmək və Məşğulluq Mərkəzinin direktoru (1993-1995), "Xalq qəzeti", "Yeni Azərbaycan" qəzetlərində ədəbi işçi, şöbə müdiri, redaktor müavini (1996-1998) "Respublika" (2004-2006), "Azərbaycan" (2006-2008) qəzetlərində müxbir, bölgə müxbiri vəzifələrində işləmişdir.
Qalib Əkbərov
Qalib Əbdüləhəd oğlu Əkbərov (6 aprel 2002; Kərgəlan, Lənkəran rayonu, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qalib Əkbərov 2002-ci il aprelin 6-da Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 2008—2019-cu illərdə Lənkəran rayon Kərgəlan kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Qalib Əkbərov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdi. Azərbaycan Ordusunun əsgəri olan Qalib Əkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qalib Əkbərov sentyabrın 27-də Füzuli rayonu istiqamətində döyüş tapşrığının yerinə yetirilməsi zamanı şəhid olub. Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Qalib Əsədov
Əsədov Qalib Əliəfsər oğlu — həkim-nevroloq, "Space" TV-də "Sağlam yaşa" layihəsinin və "Şəki və onun təbabət tarixi" kitabının müəllifi, Avropa Nevroloji Akademiyanın həqiqi üzvü. == Həyatı == Qalib Əliəfsər oğlu Əsədov 1968-cı il yanvarın 20-də Azərbaycan Respublikasının Şəki şəhərində hərbçi ailəsində anadan olub. 1984-cü ildə Şəki şəhər M. Fizulin adına 3 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. 1984-1985-ci illərdə Şəki şəhəri Mərkəzi Rayon Xəstəxanasının nəzdində olan 652 saylı aptekdə fəhlə işləyib. 1985-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitunun müalicə profilaktika fakultəsinə qəbul olunub. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Hərbi xidmətdən tərxis edildikdən sonra təhsilimi davam etdirib. Təhsil aldığı dövrdə Bakı şəhər Təcili yardım stansiyasında və Respublika Neyrocərrahiyyə Mərkəzində tibb qardaşı vəzifəsində işləyib. 1992-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra Tibb Universitetinin Nevrologiya Kafedrasinda işləyib, elmi fəaliyyətlə məşğul olub. 1993-cü ildə “Epilepsiya xəsətəliyinin əmələ gəlməsində meyilli faktorlar“ adlı elmi işinə görə Bakı Dövlət Universitetinin Elmi Şurasının keçirdiyi müsabiqdə “İlin ən yaxşi gənc elmi tədqiqatçisi” nominasiyasında birinci yeri qazanıb.
Qəzənfər Talib
Qəzənfər Talib (Qəzənfər Əhməd oğlu Həsənov) — Azərbaycan şairi, tədqiqatçı. == Həyatı == Hacı Qəzənfər Əhməd oğlu Həsənov (Talib), 1952-ci il dekabr ayının 14-də Nardaran kəndində anadan olub. O, 1959-cu ildə Nardarandakı 130 saylı məktəbin birinci sinifinə gedib və 1967-ci ildə səkkiz illik məktəbi bitirib. Təhsilini davam etdirmək üçün həmən il Maştağa kəndində yerləşən 128 saylı məktəbdə iki il oxuyub on illik təhsil alıb. 1990-cı ildə Azərbaycan Pedaqoji Xarici Dillər institunun nəzdində yerləşən iki illik xarici dillər kursunun ərəb dili şöbəsini bitirib. Yaradıcılıq fəaliyyətinə heç də uşaq çağlarından başlamayan Hacı Qəzənfər, həmən illəri dini elmlərlə məşğul olmağa sərf edib. Bu günün özündə də elmdə və imanda əgər bir qədəm irəli atmasa gözünə yuxu getməz. Elə ona görə də şeirlərində bəzi ayə və hədislərə istinad olunmaq, bəzi fəlsəfi və irfani fikirlər açıq-aydın görünür. Hacı Qəzənfər Talib xarici dili mənimsəmək baxımından çox istedadlı bir şəsxdir. Ərəb dili kimi zəngin bir dili iki il ərzində öyrənmək, doğrudan da insandan istedad tələb edir.
Talib Gürcü
Abdulla xan Talıb Gürcü Şirazi — İranın Qacarlar dövründə yaşayan gürcü əsilli şairi Gürcüstanda dünyaya gəlib və sonra Şirazda sakin olub və fars dilində şeirlər yazıb.
Aşı sumaq
Aşı sumaq (lat. Rhus coriaria L.) — Sumaxkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 2–3 m hündürlüyündə, 15-20 sm diametrində, azbudaqlı, xırda ağac və ya koldur. Yaşlı ağacların gövdəsinin qabığı bozumtul rəngli, dayaz, qeyri-bərabər çatlıdır. Cavan zoğlarının qabığı açıq-şabalıdı rəngli, qumral tükcüklərlə örtülüdür. Yarpaqları təklələkvari, növbəli düzülmüşdür, 12(10)-20 sm uzunluğundadır. Çiçəkləri müxtəlifcinsli xırda, birillik zoğların ucunda ehramşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır. Meyvəsi çox bərk, qonur-qırmızı rəngli, yumru olub, qırmızımtıl vəzicikli tükcüklərlə örtülüdür, 5–6 mm diametrindədir. ==== Yarpaq ==== Yarpaqlarının uzunluğu 12-22 sm olub, qışda töküləndir, növbəli düzülmüş, tək lələkvaridir, 9-17ədəd yarpaqcıqdan ibarətdir, dar qanadlı oxun yuxarı hissəsində; yarpaqcıqların uzunluğu 3-6 sm olub, oturaqdır, uzunsov-neştərvari, uzunsov-yumurtaşəkilli və ya yumurtaşəkillidir, kənarları mişarvari-dişcikli və ya küt-dişcikli, demək olar ki, dairəvi-dişlidir üst tərəfdən tünd-yaşıl, alt tərəfdən tutqun-yaşıl, bəzən bozumtul-ağ rəngdə olur, hər iki tərəfdən və ya əsasən alt tərəfdən qısa tükcüklü, təpə hissədə sivriləşmiş və ya kütdür. ==== Çiçək ==== Çiçəkləri müxtəlifcinsli, xırda, yaşılımtılağ rəngdədir və təpə hissədə piramidaşəkilli süpürgəvari çiçək qrupunda toplanmışdır.
Kiyoşi Okuma
Kiyoşi Okuma (大熊 清, Okuma Kiyoshi, 21 iyun 1964-cü ildə anadan olub) — Keçmiş Yaponiya futbolçusu və baş məşqçisidir. O, Yaponiya U-20 milli komandasının baş məşqçisi olarkən 2003 FİFA Dünya Gənclər Çempionatı və 2005 FİFA Dünya Gənclər Çempionatında iştirak etmişdir. Onun kiçik qardaşı Yuci Okuma keçmiş Yaponiya futbolçusudur. == Məşqçi statistikası == 11 oktyabr 2016-cı il məlumatlarına əsasən.
Neştəryarpaq sumaq
Ətirli sumaq (lat. Rhus lancea) — sumaqkimilər fəsiləsinin sumaq cinsinə aid bitki növü. == Təbii yayılması == Bitki Cənubi Afrikada çayların sahillərində quraqlıq rayonlarda bitir. == Botaniki təsviri == Uzunluğu 9 m-ə qədər olan,tünd-qonur qabıqlı və qırmızı budaqları olan həmişəyaşıl kol və ya ağacdır.Yarpaqları 3 bölümlü,neştərvari,üstü tünd-yaşıl,alt səthi açıq-yaşıl rənglidir.Sarı,salxımşəkilli çiçək qruplarında yerləşir.Noyabr-dekabr aylarında çiçəkləyir.Bu dövrdə bitki olduqca dekorativ görünüşə malik olur.Hər il çiçəkləyir və keyfiyyətli toxum verir.Meyvəsi yumru,iri toxumlu və nazik lətlidir.Toxumları may ayında yetişir.Toxum və qələmlə çoxalır. == Ekologiyası == Torpağa az tələbkar,quraqlığadavamlı,tez boy atan bitkidir.İsti və işıqsevəndir.Sərt qışda yerüstü hissəsi kök boğazına qədər məhv olur.Yazda pöhrələrlə yenidən bərpa olunur. == Azərbaycanda yayılması == Mərdəkan dendrarisində 80-ci illərdə introduksiya edilmişdir.Abşeronun torpaq və iqlim şəraitinə davamlıdır. == İstifadəsi == Bordürlərin tərtibatında istifadə olunur.Oduncağı ağır,qırmızı-qonurdur,yaxşı rəndələnir.Meyvəsindən pivə hazırlanmasında istifadə edilir. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Onuma Sittirak
Onuma Sittirak (13 iyun 1986) — Tailand milli voleybol komandası voleybolçusudur. == Həyatı == Onuma Sittirak 1986-cı ildə Tailandın Surat Thani bölgəsində anadan olmuşdur. == Karyerası == Voleybolçu karyerasına ölkəsinin Bankong Bank klubunda başlamışdı. Karyerasında ən böyük nailliyyətlərini ölkəsində Federbrau klubu ilə yaşamışdır. 2009, 2010 və 2011-ci illərdə bu komanda ilə Asiya Çempionlar liqasında çempionluqlar yaşamışdır. 2009 Asiya çempionatının ən dəyərli oyunçusu seçilmişdir. Həmçinin bu turnirin ən yaxşı zərbəçisi mükafatını da qazanmışdır. 2012-ci ildə İqtisadçı komandasına transfer olunan Sittirak bir müddət sonra Avropa adından söz etdirməyi bacarmışdır.2013-cü ildə Yaponiyada keçirilən "Grand Champions Cup" un ən məhsuldar oyunçusu olmuşdu.2013–14 mövsümündə İqtisadçıyla ilk Çempionlar Liqası təcrübəsini qazanan tailandlı turnirin son matçında Vakıfbanka qarşı keçirilən görüşdə mövsüm ərzindəki ən yaxşı oyununu nümayiş etdirmişdir.Sittirak öz gözəlliyi ilə də digər voleyboçaldan fəqlənir.
Oumar Kaba
Oumar Kaba (d. 13 yanvar 2001) — Qvineyalı üzgüçü. Oumar Kaba Qvineyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Oumar Kaba birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. O, yarışı sona qədər başa vura bilmədi, 119 üzgüçü arasında 119-cu oldu və yarımfinala vəsiqə qazanmadı.
Oumar Kone
Oumar Kone (11 fevral 1985, Mali) — Malili cüdoçu. Oumar Kone Malini 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Həyatı == 11 fevral 1985-ci ildə anadan olub. == Karyerası == Oumar Kone birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında kişilər 100 kq çəkidə, 1/16 final mərhələsində Braziliyanın nümayəndəsi Lusiano Korreya ilə üz-üzə gəldi. Həmin görüşdə Oumar Kone rəqibinə 2:102 hesabı ilə uduzdu.
Oumar Ture
Oumar Ture (24 yanvar 1996) — Malili üzgüçü. Oumar Ture Malini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Oumar Ture birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 57.56 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.