Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vadi
Vadi (rus. вади, ing. wadi — Şimali. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Avdi
Avdi (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Avdi (peyğəmbər) — Əhdi-ətiq peyğəmbəri, on iki kiçik peyğəmbərlərdən dördüncüsü.
Ceymi Vardi
Ceymi Vardi 11 yanvar 1987-ci ildə İngiltərədə anadan olub. Premyer Liqa klubu Leicester City və İngiltərə millisində forvard rolunu oynayan İngilis peşəkar futbolçusudur. 16 yaşında sərbəst buraxıldıqdan sonra Vardi, Stocksbridge Park Steels ilə karyerasına başladı, 2007-də ilk komandaya girdi və üç mövsüm orada keçirərək 2010-cu ildə Şimali Premyer Liqa klubu FC Halifax Town'a qatıldı. 25 qol vurdu debüt mövsümündə klubun "İlin Oyunçusu" mükafatını qazandı və ardından açıqlanmayan bir ödəniş qarşılığında avqust 2011-ci ildə Konfrans Premyer klubu Fleetwood Town-a keçdi. Yeni komandasında ilk mövsümündə 31 liqada qol vurdu və bölüyü qazandıqları üçün komandanın "İlin oyunçusu" mükafatını qazandı. 2012-ci ilin may ayında Vardi Leicester City-də çempionluqda 1 milyon funt-sterlinq olmayan rekord transfer qiyməti ilə müqavilə imzaladı və komandanın 2014-cü ildə çempionluğu qazanmasına kömək etdi. 2015–16 Premyer Liqa mövsümündə ardıcıl on bir Premyer Liqada qol vurdu. Matçlarda Ruud van Nistelrooyun rekordunu qırdı və Premyer Liqada Sezonun Ən Yaxşı Oyunçusu və Festival Liderini autsayder olaraq İlin Futbolçusu seçildi. 2019–20 mövsümündə Premyer Liqanın Qızıl Çəkməsini qazandı və mükafatı alan ən yaşlı oyunçu oldu. O, eyni zamanda 38 qolla "ilk 6" ya qarşı ən çox Premyer Liqada vurduğu rekordun sahibidir.
Avdi (Urmiya)
Avdi (fars. ‎‎‎‎اودي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (20 ailə).
Avdı Qoşqar
Avdı Qoşqar — Azərbaycan şairi, publisist, əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Avdı Qoşqar 1958-ci il iyunun 8-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsindən məzun olmuşdur. == Fəaliyyəti == Bir müddət müəllimlik edib. 1986-cı ildən sonra Yazıçılıq Hüququ şöbəsində müvəkkil olaraq çalışmışdır. İlk şeirləri 1980-ci illərdə nəşr edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Filmoqrafiya == Bitməyən ömür (film, 2013) == İstinadlar == == Xarici keçidlər == Ədəbi həyat.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Vadi Ram
Vadi Ram (ərəb. وادي رم‎) və ya Ay vadisi (ərəb. وادي القمر‎) — İordaniyanın Akaba mühafazasının 60 km şərqində yerləşən vadi və səhra. Vadi Ram İordaniyanın ən böyük vadisidir. "Ram" sözü Arami dilində "yüksək" və ya "qalxaq" deməkdir. Adının arami tələffüzü ilə olan əlaqəsini əks etdirmək üçün arxeoloqlar Ram vadisi yox, Vadi Ramm adından istifadə edirlər. Vadi Ram qədim dövrlərdən başlayaraq müxtəlif mədəniyyətlər tərəfindən məskunlaşdırılmışdır. Bu mədəniyyətlərdən biri olan nəbatilər burada qayaüstü rəsmlər, graffitilər və məbədlər yaratmışlar. Qərbdə bu vadi Ərəbistanlı Lourensin Ərəb üsyanı (1917–1918) dövründə buradan bir neçə dəfə keçməsi ilə tanınır. 1980-ci illərdə vadidəki qaya quruluşlarından biri Lourensin müharibənin sonlarında yazdığı eyniadlı kitabın şərəfinə "Müdrikliyin yeddi sütunu" adlandırılmışdır, lakin bu kitabda Ramla bağlı heç bir şey yoxdur.
Avdi (peyğambər)
Avdi, Avdiya və ya Ovadiya (ivr. ‏עֹבַדְיָה‏‎ — «tanrıya qulluq») — Əhdi-ətiq peyğəmbəri, on iki kiçik peyğəmbərlərdən dördüncüsü. Avdi kitabı bir fəsildən ibarətdir, əsasən Yeremiya kitabından bir parçanın təkrarı hesab edilir. == Həyatı == Avdiyanın nə vaxt və harada yaşadığı məlum deyil. Talmud onu iudaizmi qəbul etmiş idumeyalı adlandırır və onu e.ə. IX əsrin əvvəllərində İsrailin qəddar padşahı Ahavın tanrıdan qorxan idarəçisi ilə eyniləşdirir. Xristian ilahiyyatçısı Suriyalı Yefrem Ovadiyanın Sixemdən olduğunu və Osiya, İoil, Amos və Yeşua peyğəmbərlərin müasiri olduğunu (e.ə. IX–VIII əsrin sonu) yazırdı. Eyni zamanda, "Ovadiya" kitabının məzmunu göstərir ki, o, İudeya səltənətinin Babil tərəfindən ilk məğlubiyyəti dövrünə, yəni Yeremiya (e.ə. VII–VI əsrlərin sonu) ilə eyni vaxta təsadüf edir – bu, ona ünvanlanmış nitqdən aydın görünür.
Avdi (peyğəmbər)
Avdi, Avdiya və ya Ovadiya (ivr. ‏עֹבַדְיָה‏‎ — «tanrıya qulluq») — Əhdi-ətiq peyğəmbəri, on iki kiçik peyğəmbərlərdən dördüncüsü. Avdi kitabı bir fəsildən ibarətdir, əsasən Yeremiya kitabından bir parçanın təkrarı hesab edilir. == Həyatı == Avdiyanın nə vaxt və harada yaşadığı məlum deyil. Talmud onu iudaizmi qəbul etmiş idumeyalı adlandırır və onu e.ə. IX əsrin əvvəllərində İsrailin qəddar padşahı Ahavın tanrıdan qorxan idarəçisi ilə eyniləşdirir. Xristian ilahiyyatçısı Suriyalı Yefrem Ovadiyanın Sixemdən olduğunu və Osiya, İoil, Amos və Yeşua peyğəmbərlərin müasiri olduğunu (e.ə. IX–VIII əsrin sonu) yazırdı. Eyni zamanda, "Ovadiya" kitabının məzmunu göstərir ki, o, İudeya səltənətinin Babil tərəfindən ilk məğlubiyyəti dövrünə, yəni Yeremiya (e.ə. VII–VI əsrlərin sonu) ilə eyni vaxta təsadüf edir – bu, ona ünvanlanmış nitqdən aydın görünür.
Aşıq Avdı Qaymaqlı
Aşıq Avdı Qaymaqlı (1909, Qaymaqlı, Qazax rayonu – 1988) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Aşıq Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli ilə dostluq etmişdir. Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb. O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib. Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.
Vadi-üs-Salam
Vadi-üs-Salam və ya Sülh vadisi (ərəb. وادي السلام‎) — İraq şiələrin müqəddəs Nəcəf şəhərində yerləşən İslam qəbiristanlığıdır. Bu, dünyanın ən böyük qəbiristanlığıdır. Qəbiristanlıq 1,485.5 acre (601.16 ha; 6.01 km2; 2.32 kv. mil) ərazini əhatə edir və 6 milyondan çox cəsəddən ibarətdir. Hər il milyonlarla zəvvar cəlb edir.
Vadi rəhmət qəbiristanlığı
Vadi rəhmət qəbiristanlığı — Təbrizin əsas qəbiristanlığı. Qəbiristanlıq şəhərin cənub şərqində yerləşir. Qəbiristanlıqda İran–İraq müharibəsində dünyasını dəyişmiş hərbi qulluqçular və Təbriz sakinləri dəfn olunublar. Aylar Həqqi - 2022-ci ildə Təbrizdə baş tutmuş etiraz aksiyasında öldürülmüş tələbə. Əbülhəsən xan İqbali Azər - Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. Salamulla Cavid - Azərbaycan Milli hökumətinin üzvü, daxili işlər naziri. Səməd Sərdariniya - tanınmış tarixçi və tədqiqatçı, bir neçə tarixi kitabın müəllifi. Seyid Camal Turabi Təbatəbayi - İran numizmatikasının atası Əlaəddin Melmasi - fotoqraf, tərcüməçi, müəllim, dilçi, şair və kimyaçı. Həsən Dəmirçi - Süsən Nəvadə Razi - Əziz Purvəli - milli mədəni fəal. Tohid Novruzi - musiqiçi.
Vadi əl-Xəznədar döyüşü
Vadi əl-Xəznədar və ya Üçücü Homs döyüşü — qərbi Suriyada Homs qəsəbəsinin şimal-şərqindəki Vadi əl-Xəznədarda Məmlük sultanlığı və Monqol imperiyasının qolu olan Elxanlı dövləti və onlara yardım edən Kilikiya çarlığı ilə Gürcüstan çarlığı arasında 22–23 dekabr 1299-cu ildə edilən, Suriyaya olan monqol axınları içərisində monqol zəfəri ilə nəticələnən tək savaşdır. Bu döyüşdən sonra daha öncəki 4 döyüşdə uduzan monqollar özlərinə inam qazandılar, cənuba irəliləmiş və 1303-cü ildə yenə Məmlüklərlə Marj əl-Səffar döyüşünü etmişdirlər. Ancaq orada da məğlubiyyətə uğrayan Elxanilər Suriya axınlarına son verərək Suriyanı tərk etmişdirlər. Monqol ordusunun mərkəz hissəsində olan Qazan xan döyüş başladığında hiyləyə əl ataraq ordusunun sağ cinahına komandnalıq edən Qutluqşaha Məmlük ordusunu aldatmaq üçün kös çaldırmışdır. Bu yanılğıya aldanan Məmlüklər Qazan xanın bu tərəfdə olduğunu düşünürək hücumlarını monqol ordusunun sağ qanadına cəmləşdirmişdir. Bu sayədə həm Qazan xan qorunmuş, həm də Məmlük ordusunun qurulan tələyə çəkilməsi mümkün olmuşdur. Başda üstün olan məmlüklərin monqollar tərəfindən sol qanad bölmələrinin dağıdılması ilə monqollar üstünlük qazanmağa başlamışdır. Buna baxmayaraq, günorta boyunca döyüşən məmlüklər ertəsi günə qədər sıralarını qorumağı bacarmışdır. Ancaq ertəsi gün olan 23 dekabr 1299-cu ildə monqolların və yardımcı erməni, gürcü bölmələrinin məmlüklərin orta cinahını dağıtması ilə yaxında monqolların qələbə qazanacağı sezilməyə başladı. Axşama doğru məmlüklər məğlubiyyəti qəbul edərək və daha çox itki verməmək üçün döyüş meydanından cənuba doğru geri çəkilməyə başladı.
Biri vardı, biri yoxdu... (film, 1967)
Biri vardı, biri yoxdu... qısametrajlı bədii filmi rejissor Eldar Quliyev tərəfindən 1967-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi ilə qarının niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. Əsas rolları Sədayə Mustafayeva və Sadıq Həsənzadə ifa edirlər. == Məzmun == Kinolentdə tənha qalmış iki nəfərin-qoca kişi (Sadıq Həsənzadə) ilə qarının (Sədayə Mustafayeva) niskilli ovqatlarından, təsadüfi tanışlıqdan sonra qarşılıqlı qayğılarından bəhs olunur. == Film haqqında == Film yazıçı Salam Qədirzadənin "Xəzan yarpaqları" hekayəsinin motivləri əsasında çəkilmişdir.
Basdı
Bavlı
Baulı və ya Bavlı (tatar. Баулы; rus. Бавлы) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Cavid
Cavid — kişi adı; təxəllüs. Hüseyn Cavid İsmayılov — Animator. Fon rəssamı. İkinci rəssam. Fazaçı rəssam. Dekor rəssamı. Cavid Təvəkkül — rejissor, ssenari müəllifi. Cavid İmamverdiyev Cavid İmamverdiyev (rejissor) — rejissor Cavid İmamverdiyev (futbolçu) — futbolçu Cavid Əliyev — Operator Cavid Əhədov — Rejissor Cavid Səfərov — Cavid Səmədov — Cavid Cabbarzadə — Cavid Xaspoladov Cavid Manafov — Cavid Xıdırov — Bu təxəllüsü olan tanınmış şəxslər Hüseyn Cavid — Azərbaycan şairi Turan Cavid — C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, şair Hüseyn Cavidin qızı.
Dandi
Dandi (ing. Dundee [dʌnˈdiː], şot.kelt Dùn Dèagh) — Böyük Britaniyada, Şotlandiya vilayətinin dördüncu böyük şəhəri.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Kandi
Kandi (sinh. මහනුවර) və ya Senkadaqalapura (Senkadagalapura) — Şri-Lankada şəhər. Bu şəhər qədim krallar dövrünün son paytaxtı olub. Burada çoxlu park, abidə, şəhər mərkəzində isə göl var. Eyni zamanda Buddanın müqəddəs evlərindən biri burada yerləşir. Mərkəzi Əyalətin paytaxtı, Kandi Bölgəsinin inzibati mərkəzi. Əhalisi — 161 min nəfər (2001). XIV əsrdə adanın qədim paytaxtlarından biri olan dəniz səviyyəsindən 500 m yüksəklikdə qurulmuşdur. 1988-ci ildə tarixi mərkəz YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edildi. == Görməli yerləri == Kandi, Asiyanın ən böyük botanika bağlarından birinə — Peradeniyada yerləşən Kral Botanika Bağlarına ev sahibliyi edir.
Klavdi
Tiberi Klavdi Neron Germanik (1 avqust e.ə. 10, Luqdun[d] – 13 oktyabr 54, Roma) — Yulilər-Klavdilər sülaləsindən Roma imperatoru (41-54). Klavdi senatın hesabına imperator hakimiyyətini genişləndirmiş, əyalət adamlarına, xüsusən qallara Roma vətəndaşlığı hüququ vermiş, maliyyə işini yaxşılaşdırmış, böyük tikinti aparmışdı. 42-ci ildə Anadoluda Likiyanı, 43 ildə Britaniyanı, 44-45 illərdə Mavretaniyanı Romaya birləşdirmişdi. Klavdi bizə çatmamış iki tarix əsərin müəllifidir. Arvadı Aqrippina tərəfindən zəhərlənmişdir.
Maadi
Maadi (arb: المعادي / rom: əl-Maadi) - Misirin paytaxtı Qahirənin ətrafında yerləşən şəhərətrafı zona. Buraya Misir Ali Konstitusiya Məhkəməsi, Amerika Kolleci, İngilis Beynəlxalq Məktəbi və Misir Geologiya Muzeyi daxildir.
Pavzi
Pavzi və ya Pavsi (yun. Παυσίας; e. ə. IV əsr – e. ə. IV əsr) — Qədim Yunanıstan rəssamı. O, əslən Sikiondandır. Pavzi Apellesin müasiri, Pamfilin tələbəsi olmuşdur. Pavzi əsasən uşaq və heyvan fiqurlarını, eləcə də çiçəkləri çəkmişdir. O, tarixdə tavanları arabesk, çiçəklər və fərdi fiqurlarla rəngləyən ilk şəxs olmuşdur.
Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind. मोहनदास करमचंद गाँधी, 2 oktyabr 1869[…], Porbandar[d], Porbandar[d], Britaniya Hindistanı – 30 yanvar 1948[…], Yeni Dehli dairəsi[d], Yeni Dehli, Hindistan dominionu[d]) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Mahdi
Mehdi, Məhdi; əsl adı Məhəmməd — İslam dinində sonuncu xəlifə və Qiyamətdən öncə gələcək xilaskar. Cəfərilikdə on dördüncü məsum, on ikinci imam və xəlifə, qeybə çəkilib və qiyamətdən öncə zühur edib bəşəriyyəti xilas edəcəyi iddia olunan şəxs. == Sünnilikdə == == Şiəlikdə == === Keysanilikdə === === İsmaililikdə === ==== Qərmətilikdə ==== ==== Dəruzilikdə ==== ==== On iki imam şiəliyində ==== == Əhmədiyyədə == == Babilikdə == == Bəhailikdə == == Mehdini inkar edən İbn Xəldun == Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi məlum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: "Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq… Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yəla Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məsud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər.
Godfrey Hardi
Qodfri Hardi (ing. Godfrey Harold Hardy; 7 fevral 1877[…] – 1 dekabr 1947[…]) — ingilis riyaziyyatçısıdır; Ramanucanla birlikdə n ədədinin bütün bölgülərinin sayı haqqında təqribi düstur almışdır, ədədlər nəzəriyyəsi və funksiyalar nəzəriyyəsi sahəsində əsərlərin müəllifidir. == Həyatı == Məşhur ingilis riyaziyyatçısı olan Qodfri Hardi 1877-ci ildə Kranli, Surreydə anadan olmuşdur. Oksford Universitetində həndəsə professoru olub. Sonralar həyatının böyük bir hissəsini Kembric Universitetində riyaziyyat müəllimi olmaqla keçirtdi. Geniş və müxtəlif olan əsərləri ümumilikdə toplamalı və ya analitik ədədlər nəzəriyyəsi barədədir.
Hüseyin Cavid
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 5 dekabr 1941, Tayşet rayonu[d], İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır.