AVDI

"Əbd" və "Allah" sözlərindən və ya Allahın epitetlərindən ("Əsmayi Hüsna”dan) ibarət olub "Allahın qulu", "Allahın bəndəsi" mənasını verən Abdulla, Abdulcəlil, Abduləhəd kimi adların ümumi ixtisar variantıdır. "Allahqulu, Qulu" kimi başa düşülməlidir; əbədi, sonsuz.
AVAZƏ
AVDIBƏY
OBASTAN VİKİ
Avdı Qoşqar
Avdı Qoşqar — Azərbaycan şairi, publisist, əməkdar jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Avdı Qoşqar 1958-ci il iyunun 8-də Qazax rayonunun Kəmərli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsindən məzun olmuşdur. == Fəaliyyəti == Bir müddət müəllimlik edib. 1986-cı ildən sonra Yazıçılıq Hüququ şöbəsində müvəkkil olaraq çalışmışdır. İlk şeirləri 1980-ci illərdə nəşr edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Filmoqrafiya == Bitməyən ömür (film, 2013) == İstinadlar == == Xarici keçidlər == Ədəbi həyat.
Aşıq Avdı Qaymaqlı
Aşıq Avdı Qaymaqlı (1909, Qaymaqlı, Qazax rayonu – 1988) — Azərbaycan aşığı. == Həyatı == Aşıq Avdı Qaymaqlı 1909-cu ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur. Aşıqlıq dərsini dövrünün ustad sənətkarı sayılan, Borçalı mahalında yaşayıb-yaradan ustad Aşıq Sadıqdan (Aşıq Sadıq Sultanov) almış, görkəmli saz-söz ustaları Mikayıl Azaflı, Aşıq Dərya Məhəmməd, Hüseyn Saraçlı, Əmrah Gülməmmədov, Aşıq Cəlal Qəhrəmanov, Aşıq Kərəm İncəli ilə dostluq etmişdir. Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə "Avdı və Mehriban" dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən "İncəgülü" saz havası yaradıb. O, həmişə özünəməxsus ifa tərzi, xoş avazı ilə sevilib seçilib, toylarda, şadlıqlarda, el şənliklərində ürəkləri fəth edib. Dörd böyük aşıq yetişdirmişdir: Aşıq Cəlal Qəhrəmanov, Aşıq Yəhya, Aşıq Sadıq və Aşıq Sədi.
Avdıbəy
Avdıbəy — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. Rayon mərkəzindən 20 km məsafədə yerləşir. == Toponimi == Yerli tələffüz forması Əvdibəy. Toponim Avdıbəy şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4.V.1939-cu il fərmanı ilə adı dəyişdirilib Tsaxkaber qoyulmuşdur. == Tarixi == 1939-cu ildə kənd ermənicə Tsaxkaşen, 1967-ci ildə Tsaxkabert adlandırılmışdır. Toponimin iki cür izahı verilə bilər. Kəndin adı Avdibəy şəxs adındandır.