Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəvər
Yaşayış məntəqələri Kəvər (şəhər) — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Kəvər rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Göyçə gölü sahilində rayon. Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzi Gavar (Təbriz) Bitkilər Kəvər (bitki) — kəvərkimilər fəsiləsinə aid bitki cinsi. Tikanlı kəvər — kəvərkimilər fəsiləsindən bitki növü. Digər Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970–1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloq Ənvər Xudiyev — Ənvər Şıxəlizadə — Kəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Ekler
== Ekler (Éclairs) == Ekler 3 elementdən ibarətdir: Şu xəmiri (Pâte à Choux) Krem Şokoladlı qlazur Elementləri bir-bir hazırlayıb ekleri düzəldək. Əvvəlcə kremi hazırlayaq (krem 2 gün əvvəldən də hazırlana bilər) == Krem == 16 ekler üçün 2 stəkan süd 1/2 stəkan şəkər tozu 2 çay qaşığı vanil ekstaktı (əvəzində bir çimdik vanilin də istifadə edə bilərsiniz) bir çimdik duz 4 yumuta sarısı 1/2 stəkan qarğıdalı nişastası 2 xörək qaşığı kərə yağı, balaca-balaca doğranmış == Hazırlanma qaydası == Qazana süd, 1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin. Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın. Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin. Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır. Kremin üstünü sellofanla örtün.
Əkbər
Əkbər — kişi adı. Əkbər şah — Böyük Moğol imperiyasının 3-cü padşahı. Əkbər Hüseynli — Vətən müharibəsi şəhidi. Aşıq Əkbər Cəfərov — Azərbaycan aşığı. Əkbər Məsimov — Vətən müharibəsi şəhidi. Əkbər Xanmətov — kimya elmləri doktoru. Əkbər Hüseynov — Vətən müharibəsi şəhidi. Əkbər Tağıyev — Vətən müharibəsi şəhidi. Əkbər Yerevanlı — ədəbiyyatşünas, pedaqoq, nasir, dramaturq, dosent (1956). Əkbər Mustafayev — Dövlət Sərhəd Xidmətinin Əkbər Quliyev — Vətən müharibəsi şəhidi.
Əkbər Xanmətov Əkbər oğlu
Əkbər Xanmətov (tam adı: Əkbər Əkbər oğlu Xanmətov; 25 oktyabr 1938, Sudur, Qusar rayonu – 26 dekabr 2020, Bakı) — kimya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi. Əkbər Əkbər oğlu Xanmətov 25 oktyabr 1938-ci ildə Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. O, 1957-ci ildə Xaçmaz rayonunun Maksim Qorki adına kənd orta məktəbini bitirmişdir. 1958–1961-ci illərdə Sovet Ordu sıralarında xidmət etmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və orada 1965-ci ilə kimi təhsil almışdır. 1965-ci ildən təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirmiş və 1968-ci ildə həmin universiteti kimyaçı ixtisası üzrə bitirmişdir. O, 1969–1972-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında təhsil almış və 1972–1976-cı illərdə həmin institutda kiçik elmi işçi vəzifəsində işləmişdir. O, 1977–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuda böyük elmi işçi vəzifəsində, 1996–2001-ci illərdə elmi tədqiqat "Olefinlər" institutunda və 2002 – 2012-ci illərdə AMEA – nın Neft-Kimya Prosesləri İnstitutuda aparıcı elmi işçi, 2014-cü ildən Neft-Kimya Prosesləri İnstitutunun 30 saylı "Polimerləşmə katalizi" laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışır. 2012-ci ildən Neft-Kimya Prosesləri İnstitutunun Kiçik Elmi Şurasının üzvüdür. Əkbər Xanmətov 26 dekabr 2020-ci ildə Bakıda vəfat etmişdir.
Ekler pirojnası
Elgiz Əkbər
Elgiz Əkbər (22 yanvar 1974, Yaroslavl vilayəti) — aparıcı. == Haqqında == Elgiz Əkbər 1974-cü ildə Rusiya Federasiyasının Yaroslavl vilayətində anadan olmuşdur. Bakı kommersiya məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ərzaq malları üzrə əmtəəşünaslıq fakültəsində təhsilini davam etdirmişdir. İqtisadiyyatla bağlı məqalələrlə mətbuata gəlmiş, sonradan mədəniyyət yazarı kimi tanınmışdır. Uzun müddət saytlarda, jurnallarda redaktor müavini, qəzetlərdə isə redaktor işləmişdir. 2007-ci ildə ANS TV-də Bağlama verilişinin aparıcısı kimi fəaliyyətə başlamışdır. Bağlama‚ Elgizin Cümə Axşamları‚ Elgizli Axşamlar‚ Toy Olsun, Sən Tək Deyilsən Xoşqədəm Hidayətqızı ilə birlikdə, Adam içində, Günəbaxan, hazırda isə ARB TV-də Elgizlə İzlə verlişinin aparıcısıdır. Elgiz Əkbər 9 may 2015-ci ildə ailə həyatı qurub.
Enver Yücel
Ənvər Yücəl (1957, Giresun) — Türk iş adamı, pedaqoq, təşəbbüskar, XXI əsr təhsil futuristi və lider. Türkiyə və Türkiyə xaricində təhsil sahəsində fəaliyyət göstərən Bahçeşehir Uğur Eğitim Kurumları İdarə Heyəti Başçısı; Uğur Hazırlık, Uğur Yayınları, Uğur Kariyer Merkezi, Uğur Dershaneleri, Bahçeşehir Kolejleri, Bahçeşehir Kolejleri Fen ve Teknoloji Lisesi, Uğur Okulları, Bahçeşehir Üniversitesi, BAU International University Washington DC, BAU International University Berlin, 2015–2016 təhsil ilində fəaliyyətə başlayacaq olan BAU International Tıp Üniversitesi Batum və Mentora Dil Okulları və CES Dil Okulu banisidir. == Vizyonu == Ənvər Yücəl bütün həyatını təhsilə həsr edən bir iş adamı və pedaqoqdur. 1974-cü ildən etibərənTürkiyə və dünyanın fərqli ölkələrindən tələbələri yüksək səviyyədə təhsil imkanı ilə təmin etməkdədir. Yücəlin fikrincə dünyadaki bütün problemlərin həlli təhsildir və məhz buna görə də təhsil sahəsini əslində bir "sosyal məsuliyyət" sahəsi olaraq görmək lazımdır. Yücəl, təhsilin dünyaya sülh gətirəcəyinə inandığı üçün dünyanın bütün ölkələrində bu sahədə fəaliyyət göstəməyə çalışır. ən önəmli fəaliyyətləri isə Mərakeşdən Cibutiyə, Somalidən Orta Şərqə, dünyanın müxtəlif regionlarından tələbələrə öz qurumlarında təqaüd verməkdir. Bu vasitəylə həm mədəniyyətlər arasında sülhə töhfə verir, həm də bu ölkələrdəki problemlərin həlli üçün təhsilli insan potensiyalının yetişdirilməsində rol oynayır. == Həyatı == Ənvər Yücəl 1957-ci ildə Türkiyənin Giresun rayonunda anadan olub. Orta təhsilini internat olan Haydarpaşa Lisesində bitirdikdən sonra indiki adı Marmara Universiteti Təhsil Fakültəsi olan İstanbul Atatürk Təhsil İnstitutunun riyaziyyat kafedrasını bitirib.
Envər Aysevər
Envər Aysevər (1971, İstanbul) — Türk jurnalist, roman yazarı, televiziya aparıcısı. "BirGün" qəzetində gündəlik, "Boyun Eğme" jurnalında isə həftəlik yazılar yazmaqda və eyni zamanda Tele1 televiziya kanalında "Ayrıntılar" adlı televizya proqramını hazırlayıb aparıcılığını etməkdədir. == Həyatı == 1971-ci ildə İstanbulda doğulmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Sosyologiya ixtisasından məzun olub. Doğuş Universiteti, Yeditəpə Universiteti və Arel Universitetində dərslər verib. Bir il Cümhuriyyət Xalq Partiyası Partiya Məclisi üzvlüyü də edən yazıçı, evli və bir övlad atasıdır.
Kəvər (bitki)
Kəvər (lat. Capparis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kəvərkimilər fəsiləsinə aid bitki cinsi.
Kəvər (şəhər)
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Kəvər rayonu
Kəvər rayonu, Yeni Bəyazid rayonu, Kamo rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) (İrəvan xanlığınınGöyçə mahalının indi Ermənistanın Kamo rayonu ərazisində rayon. Mərkəzi Kəvər şəhəridir. == Tarixi == 1930-cu il, sentyabrın 9-da yaradılıb. 1959-cu il aprelin 13-nə qədər Yeni Bəyazid rayonu, həmin tarixdən etibarən isə Kamo rayonu adlandırılıb. Rayon mərkəzi respublika tabeli Kəvər (dəyişdirilmiş adı Kamo) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 98 km-dir. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür. Kəvər rayonunun kəndləri – Ağzıbir, Əyrivəng, Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Dəliqardaş, Kərimkənd, Hacı Muxan, Kosa Məmməd, Noradüz Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: == Toponimi == Erməni tədqiqatçıları bu toponimin ermənicə qavar — "mahal", "dairə", "nahiyə" sözündən ibarət olduğunu yazmaqda səhv edirlər. Ona görə ki əvvəla, inzibati ərazi bölgüsü vahidini bildirən söz ("ölkə", "əyalət", "mahal", o cümlədən ermənicə "qavar") heç vaxt ayrılıqda yaşayış məntəqə adına çevrilə bilməz; ikincisi, bu məntəqənin XX əsrə qədər əhalisi erkən orta əsrlərdə burada məskunlaşmış xəzərlərin Kəbər tayfasının adının fonetik formasıdır. == Əhalisi == 1948–1951-i illərdə rayonun azərbaycanlı əhalisinin əksəriyyəti Azərbaycana köçürülmüşdür.
Kəvər soğanı
Üzüm soğanı (lat. Allium ampeloprasum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü.
Kəvər şəhəri
Kəvər və ya Gavar (erm. Գավառ) — Qərbi Azərbaycan Göyçə gölü sahilindən bir neçə km aralıda yerləşən şəhər. Göyçə mahalının mərkəzidir. 1938-ci ildən respublika tabeli şəhərdir. 1959-cu ildən inqlabçı Kamonun adını daşıyır.(əsl adı S. A. Ter-Petrosyan) == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == İstinadlar == == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov.
Medison skver
Medison skver (ing. Madison Square) — Manhettenin Fletayron rayonunda ictimai park. Park Beşinci prospekt, Brodvey, Şərqi 23-cü küçə, Medison prospekti və 26-cı küçə ilə sərhədlənib. 1686-cı ildə Nyu-York Qubernatoru Tomas Donqan, parkın indi yerləşdiyi ərazilərin çoxunun bələdiyyə mülkiyyətinə verildiyi şəhər nizamnaməsini təsdiqlədi. 1794-cü ildə bu sahədə yoxsullar üçün qəbiristanlıq quruldu. Üç il sonra o, indiki Vaşinqton Skver Parka köçürüldü. XIX əsrin əvvəllərində parkın indi əhatə etdiyi ərazi 97 hektarlıq sahəyə daxil edildi, orada hərbi baraklar, arsenal və kasıblar üçün bir qəbiristanlıq yerləşirdi. 1814-cü ildə bu əraziyə ABŞ-nin dördüncü prezidenti Ceyms Medisonun adı verildi və 36 hektara qədər azaldıldı. meydanın ətrafında tikilmiş malikanələrdə ABŞ-nin 26-cı prezidenti Teodor Ruzvelt, yazıçı Edit Varton və Vinston Çörçillin anası Cenni Çörçill kimi tanınmış şəxslər doğulmuşdular. 1857-ci ildə meydanın qərb hissəsində Meksika-ABŞ müharibəsində iştirak edən general Vilyam Uortun məzarı üzərində obelisk qoyuldu.
Məhəmməd Əkbər
Məhəmməd Əkbər (11 sentyabr 1657 – 31 mart 1706) — Böyük Moğol imperiyasının hökmdarı Övrəngziblə onun əsas arvadı, Səfəvi sülaləsinin nümayəndəsi Dilras Banu Bəyimin övladı olan moğol şahzadəsi. Əkbər atasına qarşı üsyan başlatmış, uğursuzluğa düçar olduqdan sonra da Dəkkənə qaçmışdır. Bundan sonra Səfəvi imperiyasına sürgün edilmiş və orada da ölmüşdür. O, 1719-cu ildə bir neçə aylıq moğol imperiyasına hökmdanlıq etmiş Nikusiyarın atasıdır. Məhəməd Əkbər 11 sentyabr 1657-ci ildə Övrəngabadda şahzadə Sultan Övrəngzib (Aləmgir)lə onun birinci və əsas arvadı Dilras Banu Bəyimin ailəsində dünyaya gəlmişdir. Onun anası dövrün ən görkəmli hökmdar ailələrindən hesab edilən Səfəvi sülaləsinə mənsub idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Bədiüzzaman Mirzə Səfəvi moğol imperiyasında Qucarat valisi kimi çalışmış və sarayda çox güclü nüfuza sahib olmuşdu. Anası Dilras Banu Bəyim Əkbəri dünyaya gətirən zaman infeksiyaya yoluxmuş və buna görə də Əkbər bir neçə aylıq ikən vəfat etmişdir. Övrəngzibin ən sevimli arvadı olan Dilrasın ölümündən sonra Əkbər atası və böyük bacısı Zeb-un Nisə Bəyim tərəfindən xüsusi qayğı və diqqətlə böyüdülmüşdür. O, atasının ən sevimli övladı olmuşdur.
Məmməd Əkbər
Məmməd Əkbər (tam adı: Əkbərov Məmməd Həmzə oğlu; 5 may 1909, Ordubad, Naxçıvan qəzası – 10 dekabr 1974, Bakı) — yazıçı, jurnalist, tərcüməçi. 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əkbərov Məmməd Həmzə oğlu (Məmməd Əkbər) 1909-cu il mayın 5-də Ordubad şəhərində ipəkçi ailəsində anadan olmuşdur. Atası əttarlıqla məşğul olduğundan, yəni bitkilərdən ətriyyat, ədviyyat hazırladığından, el arasında “Əttar Həmzə” kimi tanınmışdı. Məmmədin əmisi Axund Hacı Molla Hüseyn Bikəs şair idi, “Bikəs” təxəllüsü ilə klassik şer nümunələri yaradırdı. XIX əsr Ordubad ədəbi mühitinin formalaşmasında, “Əncüməni şüəra” ədəbi məclisinin fəaliyyətində Axund Hacı Molla Hüseyn Bikəsin böyük xidmətləri olub. Balaca Məmməd ilk təhsilini Ordubad mədrəsəsində Axund Mirzə Həsənin hücrəsində almağa başlayır. Lakin həyat elə uşaq yaşlarından onu sınağa çəkir. O, 6 yaşında ikən atası Həmzə, 8 yaşında ikən anası Səltənət xanım vəfat edir. Məmməd bacısı Tərlanla ata nənəsi Gülsüm xanımın himayəsinə sığınır.
Məşkur Əkbər
Məşkur Əkbər(ədəbi adı:Məşkur Qurban oğlu Əkbərzadə) — şair 9 may 1925-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakultəsini bitirmişdir. Şərq qapısı qəzetində şöbə müdiri, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor işləmişdir. 1982-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Regional Elmi Mərkəzinin əməkdaşı işləmişdir. Qaynar bulaqlar 1964, Mənim arzum 1967, Ömrümüzün baharı 1989.
Portsmut-skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Portsmut Skver
Portsmut Skver (ing. Portsmouth Square) — Kaliforniya əyalətinin San Fransisko şəhərində Çin məhəlləsində olan və şərqdə Kearny küçəsi, şimalda Vaşinqton küçəsi, cənubda Clay küçəsi və qərbdə Ualter Lum Place ilə məhdudlaşdırılmış bir park.
Ramiz Əkbər
Ramiz Fəzail oğlu Əkbərov (Ramiz Əkbər) —yazıçı-dramaturq, həkim-cərrah, Respublikanın əməkdar həkimi, tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, istefada olan tibb xidməti polkovniki. Ramiz Fəzail oğlu Əkbərov 11 sentyabr 1956-cı ildə Yardımlı rayonunda ziyalı ailəsində anadan olub. 1963–1973-cü illərdə Yardımlı rayon M. F. Axundov adına orta məktəbdə əla qiymətlərlə oxuyub. 1973-cü ildə yüksək qiymətlərlə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1979-cu ildə oranı Lenin adlı təqaüdlə bitirib. 1979–1980-ci illərdə M. Nağıyev adına Təcili Tibb Yardım Xəstəxanasında cərrahiyə üzrə ordinatura və internatura kursu keçib. Əmək fəaliyyətinə tələbəllik illərində akademik M. Cavadzadənin klinikasında orta tibbi personal – tibb qardaşı kimi başlamışdır. 1980–1983-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişi ilə Saatlı rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim kimi işləmiş, 1983–1985-ci illərdə Ə. Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasında iki illik kliniki-ordinatura təhsilini almışdır. 1985-ci ildən 2017-ci ilə kimi Daxili İşlər Nazirliyinin Respublika Hospitalında fəaliyyət göstərmişdir. Mülki-uroloq; cərrahiyə şöbəsinin rəisi, hospitalın müalicə işləri üzrə rəis müavini, hospitalın rəisi vəzifələrində çalışmışdır. İstefada olan polkovnikdir.
Əyrivəng (Kəvər)
Əyrivəng - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. Rayon mərkəzindən 12 km şimal-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeydə alınmışdır. Toponim qədim türk dilində «ayrılmış» mənasında işlənən «ayrı» sözündən və qala mənasında işlənən vəng sözünün birləşməsindən əmələ gəlmiş relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Ayrivan, Ayrivank formasında işlədilir. Ermənistan prezidentinin 19.IV. 1991-ci il fərmanı ilə adı dəyişdirilib Hayravan qoyulmuşdur. Kənddə IX-X əsrlərə məxsus alban abidəsi qala vardır və kəndin adı həmin qala adından götürülmüşdür. Kənddə 1831-ci ildə 65 nəfər, 1873 - cü ildə 326 nəfər, 1886-cı ildə 451 nəfər, 1897-ci ildə 545 nəfər, 1904 - cü ildə 708 nəfər, 1914 - cü ildə 896 nəfər, 1916-cı ildə 735 nəfər, 1918-ci ilin yanvarında 706 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar vəhşicəsinə kənddə qırğınlarla qovulmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir.
Enver Hadri
Enver Hadri (alb. Enver Hadri) — Kosovalı alban olan hüquq müdafiəçisi. 1972-ci ildən Brüsseldə yaşayıb, Kosovoda İnsan Hüquqları Komitəsinin təsisçisi olub. 25 fevral 1990-cı ildə Brüsseldə svetoforda dayanarkən üç serb - Yuqoslaviya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən öldürülüb. Bu hadisə Sent-Gilles kommunasında, Sent-Bernard küçəsi ilə Viktuar küçəsinin kəsişməsində baş verir. Hadrinin yanında Serbiya tərəfindən Kosovoda öldürülən 32 albanın siyahısı var idi və o, ertəsi gün bunu Avropa Parlamentinin İnsan Haqları Komitəsinə təqdim edəcəkdi. Qatillər Andrija Lakoniç, Veselin Vukotiç və Darko Aşanin idi. Lakoniç Hadrinin öldürülməsindən qısa müddət sonra Serbiyada Vukotiç tərəfindən öldürüldü, Aşanin isə əvvəlcə Yunanıstanda həbs olunur, oradan Belçika hakimiyyətinə göndərilməli idi, lakin Yunanıstanın ədliyyə nazirinin müdaxiləsindən sonra o, Serbiyaya aparılır. Elə həmin il Serbiyada öldürülür. Veselin Vukotiç 2006-cı ildə İspaniyada həbs edilib İspaniya polisinin məlumatına görə, Vukotiçdə Ənvər Hadrinin qətlindən əlavə, çoxsaylı qətllərlə bağlı keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloşeviç haqqında ittihamedici sənədlər də olub.
Ənvər Nəciyev
Əkbər Novruzov
Əkbər Novruz oğlu Novruzov (1924, Giləzi, Bakı qəzası – fevral 1975) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibi (1971–1975), Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1975), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. Əkbər Novruz oğlu Novruzov Bakı qəzasının Giləzi stansiyasında kəndli ailəsində anadan olmuşdur. 1942-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi zamanı Qafqaz, Belqrad, Budapeşt və Vyana uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1947-ci ildə ordudan tərxis olunduqdan sonra Əkbər Novruzov Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1952-ci buranı bitirərək Xəzər Gəmiçilik İdarəsinin siyasi şöbəsində təlimatçı, sonra isə idarənin partiya təşkilatının katibi olmuşdur. 1958-ci ildən Azərbaycan Kommunist Partiyası Bakı Şəhər Komitəsinin Təbliğat və təşviqat şöbəsinin təlimatçısı, 1961–1969-cu illərdə isə Təşkilat-partiya işi şöbəsinin müdiri olmuşdur. 1969–1971-ci illərdə Şaumyan Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuş, 1971-ci ildən həyatının sonunadək Azərbaycan Kommunist Partiyası Əli Bayramlı Şəhər Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır. Əkbər Novruzov 1947-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyasının XXVIII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvlüyünə namizəd seçilmişdir. "Qırmızı ulduz" və "Qırmızı əmək bayrağı" ordenləri, eləcə də medallarla təltif edilmişdir. Əkbər Novruzov 1975-ci ilin fevral ayında həlak olmuşdur.