Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
İqtisadçı VK
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir. "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi.
İqtisadçı
İqtisadçı — Resursların insan ehtiyaclarını ən yaxşı qarşılayacaq formada istifadə edilməsini, sonsuz insan ehtiyaclarından qıt resurslarla qarşılana biləcəklərin təyin edilməsini, ehtiyacları qarşılayacaq mal və xidmətlərin istehsalında mənbələrin ən yaxşı formada paylanılmasını, istehsal olunan mal və xidmətlərin bölüşdürülməsi mövzusunda işləyən insanlardır. İstehsal edilən mal və məhsulların istehlakçıya çatdırılması barədə planlama edirlər. Məlumat toplama bacarıqlarını inkişaf etdirirlər. İnflyasiya, qazanc faizi, məşğulluq və enerji maaliyyəti sahələrində yoxlama edirlər.
Akif Musayev (iqtisadçı)
Akif Fərhad oğlu Musayev (18 iyul 1947, Qorqan, Qaryagin rayonu – 11 iyul 2022) — Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun İqtisadi tədqiqatların riyazi təminatı şöbəsinin müdiri, professor, AMEA-nın müxbir üzvü, Ali Attestasiya Komissiyası-nın rəyasət heyətinin üzvü, Kıbrıs, Girne Universiteti-nin "Bankacılık ve Finans Bölüm Başkanı", Gürcüstanın Qafqaz Universiteti və Azərbaycanın Odlar Yurdu Universiteti-nın fəxri doktoru, "ASERC" jurnalının baş redaktoru, Rusiyanın "Научные известия" jurnalının redaksiya heyətinin üzvü. == Həyatı == Akif Musayev 1947-ci il 18 iyul tarixində Azərbaycanın Füzuli rayonunda anadan olub. 1965–1971 — S. M. Kirov adına Azərbaycan Dövlət Universiteti, Bakı, tələbə 1967–1980 — Azərbaycan Elmlər Akademiyası, Kibernetika İnstitutu, Iqtisadı – riyazi modellər laboratoriyasında kiçik, baş elmi işçi 1977 – Moskva şəhəri, SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat İnstitutu, İqtisadi – riyazi üsullar ixtisası üzrə "İqtisad elmləri namizədi" alimlik dərəcəsi almışdır 1980–1991 – Azərbaycan Neft və Kimya İnstitutu (Azərbaycan Dövlər Neft Akademiyası), Tətbiqi Riyaziyyat kafedrasında baş müəllim, dosent 1992 — Tbilisi Dövlət Universiteti Xalq Təsərrüfatı və onun sahələrinin (sənaye) iqtisadiyyatı planlaşdırılması və idarə edilməsinin təşkili üzrə "İqtisad elmləri doktoru" alimlik dərəcəsi almışdır 1991–1999 — Azərbaycan Dövlər Neft Akademiyası, Sənaye iqtisadiyyatı fakültəsinin nəzdində "Maşınqayırma sənayesinin iqtisadiyyatı və Menecmenti" kafedrasının müdiri. 1999–2000 — Baş Dövlət Vergi Müfəttişliyinin Analitik İnformasiya idarəsinin Rəisi 2000–2007 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin və Tədris mərkəzinin rəisi, Azərbaycan Dövlət İqtisad Universitetinin "Vergi və Vergiqoyma" kafedrasının müdiri 2007–2011 — Azərbaycan Universitetinin Rektoru 2011–2013 — Vergilər Nazirliyi Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi 2013–2016 — Vergilər Nazirinin vergi siyasəti məsələləri üzrə müşaviri 2016-cı ildən AMEA-nın İqtisadiyyat İnstitutunun "İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın "İqtisad elmləri" üzrə redaksiya heyətinin üzvüdür. == Mükafatları == "Dövlət qulluğunda fərqlənməyə görə" medal. Azərbaycan Respublikasının vergi orqanlarında qulluq vəzifəsinin yerinə yetirilməsində fərqləndiyinə, ölkəmizin iqtisadi mənafeyinin qorunmasında xidmətinə görə Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2007-ci il tarixli 1960 saylı sərəncamı. "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu". Azərbaycan Respublikası Prezidentinin 16 oktyabr 2018-ci il tarixli sərəncamı. == Kitabları == Vergiər haqqında etüdlər. A. F. Musayev, Ə. Əliyev.
Eldar Nuriyev (iqtisadçı)
Elçin Süleymanov (iqtisadçı)
Elçin Süleymanov (22 sentyabr 1973, Şişqaya, Vardenis rayonu) — Azərbaycan alimi, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru (2017–2023), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin Sədrinin müavini (2024- hal hazırda) == Həyatı == Elçin Süleymanov 22 sentyabr 1973-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalı Şişqaya kəndində anadan olub. 1996-cı ildə dövlət təqaüdü ilə Türkiyə Respublikasının Dokuz Eylül Universiteti İqtisadiyyat və İdarəetmə fakültəsi Maliyyə ixtisasında bakalavr təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun, Biznesin Təşkili və İdarə olunması ixtisası üzrə magistr dərəcəsi, Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrinin inkişaf problemləri" mövzusunda dissertasiya müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2018-ci ildən maliyyə ixtisası üzrə dosent elmi adı verilmişdir. Eyni zamanda 2018-ci ildən AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmlər doktorluğu üzrə dissertantdır. 1996–2000-ci illərdə Bakı Ekonomi Kollecində ixtisas fənnləri müəllimi işləmişdir. 2000-ci ildən Qafqaz Universiteti , Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyasında pedaqoji fəaliyyətlə məşgul olmuşdur. 2017-ci ildən Bakı Mühəndislik Universiteti, İqtisadiyyat və İdarəetmə Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. 18 dekabr 2017-ci il tarixindən etibarən Azərbaycan Respublikasi Təhsil Nazirinin müvafiq əmri ilə Elçin Süleymanov Bakı Mühəndislik Universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilmiş və 2023-cü ilin dekabr ayına kimi bu vəzifədə işləmişdir. 2024-cü ilin yanvar ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın idarə heyəti sədrinin müavini vəzifəsində işləyir.
Elçin Əliyev (iqtisadçı)
Elçin Əliyev (Əliyev Elçin Həmzə oğlu; 1 fevral 1963, Ağdam rayonu) — İqtisad elmləri doktoru, professor. Sankt‑Peterburq Dövlət Universitetinin və Baltik Turizm və Sahibkarlıq Akademiyasının professoru. == Həyatı == Əliyev Elçin Həmzə oğlu 1963-cü il fevralın 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olub. 1986-cı ildə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsini "siyasi iqtisad" ixtisası üzrə bitirib, iqtisadçı, iqtisadi fənlər müəllimi ixtisasına yiyələnib. 1986–1989-cu illərdə E. Əliyev Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadiyyat tarixi kafedrasının müəllimi işləyib. 1989–1991-ci illərdə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin aspiranturasında oxuyub və təhsilini başa vurduqdan sonra "XX əsrin ilk 30 ilində Avropa sosial-demokratlarının və sovet iqtisadçılarının əsərlərində imperializmin əsas xarakteristikası" mövzusunda dissertasiya müdafiə edib. Sonra Azərbaycan İqtisadiyyat İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) siyasi iqtisad kafedrasında işləyib. 1994–1998-ci illərdə E. Əliyev Azərbaycan Sahibkarlıq və Hüquq İnstitutunun iqtisadiyyat kafedrasının baş müəllimi olub. 1998-ci ildə onu Sankt-Peterburq Dövlət Universitetinə iqtisadiyyat tarixi və iqtisadi təfəkkür kafedrasında dosent vəzifəsinə dəvət ediblər. 1999-cu ildə E. Əliyev "Ümumrusiya bazarı strukturunda "Milli ucqar bazarların" yaranma əsasları (Azərbaycanın nümunəsində: 1810–1917-ci illər)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Emin Hüseynov (iqtisadçı)
Emin Zamin oğlu Hüseynov (12 noyabr 1974, Sumqayıt) — Azərbaycan iqtisadçısı, iqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi (2018-ci ildən), Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi (2024-cü ildən), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və "Azərbaycan Dəmir Yolları" QSC-nin müşahidə şuralarının üzvü, Azərbaycan Respublikasının İqtisadi Şurasının üzvü, Azərbaycan Respublikası maliyyə nazirinin sabiq müavini (2016–2018). == Həyatı == Emin Zamin oğlu Hüseynov 12 noyabr 1974-cü ildə anadan olmuşdur. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu Kommersiya fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bitirmiş, 1998-ci ildə ABŞ-nin Florida Ştatı Universitetində iqtisad üzrə magistr dərəcəsini almışdır. 2009-cu ildə isə ABŞ-nin Harvard Kennedi Məktəbində dövlət idarəçiliyi üzrə ikinci magistr dərəcəsini almışdır. Emin Hüseynova 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. == Fəaliyyəti == Emin Hüseynov 1998–2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, 2001–2003-cü illərdə isə Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsinin ofisində iqtisadçı vəzifələrində çalışmışdır. 2003–2005-ci illərdə Dünya Bankının Azərbaycandakı ölkə ofisində ölkə üzrə iqtisadçı olmuşdur. 2005–2013-cü illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərən Emin Hüseynov 2005–2007-ci illərdə burada Tədqiqatlar departamentinin, 2007–2008-ci illərdə Tədqiqatlar və statistika departamentinin direktoru, 2008–2010-cu illərdə isə Tədqiqatlar departamentinin direktoru və Mərkəzi Bankın baş iqtisadçısı işləmişdir. 2010–2013-cü illərdə Mərkəzi Bankda Tədqiqatlar və inkişaf mərkəzinin direktoru olmaqla bərabər, bankın baş direktoru vəzifəsində də çalışmışdır. Emin Hüseynov 2013–2016-cı illərdə Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) Strategiya və inkişaf məsələləri üzrə, 2016-cı ilin yanvar–iyul aylarında isə Elmi məsələlər və strategiya üzrə prorektor vəzifəsində işləmişdir.
Fərid Fərəcov (iqtisadçı)
Fərid Fərəcov (23 iyun 1927, Bakı – 19 aprel 2000, Bakı) — iqtisadçı, iqtisad elmləri doktoru (1971), professor(1977), Azərbaycan Respublikasının əməkdar iqtisadçısı (1972). Ə.S.Fərəcovun oğludur. == Həyatı == Azərbaycan Dövlət Xalq Təsərrüfatıİn-tunu (indiki İqtisad un-ti) (1949)və Azərb. Milli EA İqtisadiyyat bölməsinin (indiki İqtisadiyyat İn-tu) aspiranturasını (1953) bitirmiş, həmin vaxtdan burada kiçik və baş elmi işçi (1953-57), Bakı Ali Partiya Məktəbində konkret iqtisadiyyat kafedrasının müdiri (1957-76), Azərb. SSR Dövlət Plan Komitəsi sədrinin müavini və birinci müavini(1981-93), İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzində baş elmi işçi (1993 ildən)nvəzifələrində çalışmışdır. Sənayenin iqtisadiyyatına,onun inkişaf və sahə quruluşu, iqtisadi islahatların, texniki tərəqqinin, işin keyfiyyətinin ictimai istehsalın səmərəliliyinə təsiri, sənayenin idarə edilməsi problemlərinə dair tədqiqatların, o cümlədən bir neçə monoqrafiya və kitabın müəllifidir.
Hüseynbala Məmmədov (iqtisadçı)
Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı. == Həyatı == 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümumittifaq Ali Maliyyə Məktəbini bitirmişdir. 1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir. Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. 1940–1947-ci illərdə Sovet Ordusunda Leninqrad şəhərində xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.
Həsən Qasımov (iqtisadçı)
Həsən Allahyar oğlu Qasımov ( ) — iqtisad elmləri namizədi (1968), iqtisad elmləri doktoru (1985), professor (1987),Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru (1992–1994). == Həyatı və fəaliyyəti == 1940-cı ildə Naxçıvan MR-nın Naxçıvan şəhərinin inzibati ərazi vahidində yerləşən Qaraçuq kəndində anadan olmuşdur. 1968-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1987-ci ildə professor adına layiq görülmüşdür. Professor H. Qasımovun tədqiqat obyekti Azərbaycanda aqrar-sənaye kompleksinin maddi-texniki bazasının formalaşması və inkişafı məsələləridir. Bir neçə monoqrafiyanın, 200-dən çox elmi məqalənin müəllifidir. 1961–1986-cı illərdə Azərbaycan SSR EA İqtisadiyyat İnstitutunda laborant, elmi işçi, şöbə müdiri, 1987–1992-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru, 1992–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun rektoru vəzifələrində çalışmışdır.
Mehdi Bağırov (iqtisadçı)
Məcid Hüseynov (iqtisadçı)
Məhərrəm Məmmədov (iqtisadçı)
Məhərrəm Tamo oğlu Məmmədov (1922, Bakı – 1993, Bakı) — Azərbaycanın əməkdar iqtisadçısı. Məmmədov Məhərrəm Təmimdər (Tamo) oğlu 1922-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə könüllü olaraq cəbhəyə getmiş, döyüşlərdə iştirak etmişdir. 1944-cü ildə ağır yaralanmış və ordu sıralarından tərxis olunmuşdur. 1949-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmiş və 1964-cü ilədək bu institutda dərs demişdir. 1964-cü ildən ömrünün axırınadək Azərbaycan Dövlət Plan Komitəsində şöbə rəisi vəzifəsində çalışmış, Komitənin kollegiyasının üzvü olmuşdur. O, bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif olunmuşdur. 1944-cü ildə II dərəcəli Böyük Vətən Müharibəsi ordeninə, 1981-ci ildə Qırmızı Əmək Bayrağı ordeninə, 1985-ci ildə I dərəcəli Böyük Vətən Müharibəsi ordeninə, 1991-ci ildə "Azərbaycanın əməkdar iqtisadçısı" adına layiq görülmüşdür. Atası Xəlil oğlanlarından Təmimdar(Tamo) Məmmədağa 1875-ci ildə Kars şəhərində anadan olmuş. 20-ci əsrin əvvəllərində ailəsi ilə birlikdə (həyat yoldaşı Səriyyə, qizları Əfruz və Bilqeyis, kiçik qardaşı Həmid) Bakı şəhərinə köçmüş.
Məmməd Məmmədov (iqtisadçı)
Məmməd Məmmədov (tam adı:Məmmədov Məmməd Əhməd oğlu) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985–1993), Azərbaycan SSR əməkdar iqtisadçısı (30.01.1991); Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri (13.01.1993–13.03.2020) 5 may 1941-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunda anadan olmuşdur. Orta təhsilini Tovuz rayonunda başa vurmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Maliyyə-Kredit fakültəsinə daxil olmuş və 1965-ci ildə həmin universiteti bitirərək iqtisadçı ixtisası almışdır. 1966-cı ilin fevral ayından 1972-ci ilin noyabr ayınadək Bakı şəhəri Binəqədi rayon Əmanət bankının müdiri vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1985-ci ilin aprel ayınadək Bakı şəhəri Əmanət Bankının rəisi vəzifəsində işləmişdir. 1985-ci ilin aprel ayından 13 yanvar 1993-cü ilədək Azərbaycan Respublikası Əmanət Bankının (indiki Kapital Bank) Prezidenti vəzifəsində işləmişdir. 13 yanvar 1993-cü ildə Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir. 2 mart 1995-ci ildə Dövlət Aqrar İslahat Komissiyasının üzvü təyin edilib. 13 mart 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sədri vəzifəsindən azad edilib. Ailəlidir.
Natiq Qasımov (iqtisadçı)
Natiq Qasımov (tam adı:Qasımov Natiq Əbülfəz oğlu; 19 mart 1960, Bakı) — iqtisadçı, iqtisadi elmləri doktoru, professor, Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010). Qasımov Natiq Əbülfəz oğlu 19 mart 1960-cı ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu iqtisadiyyat fakütləsini bitirib. 1988-ci ilədək Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüafının iqtisadiyyatı və Təşkili İnstitutunda böyük elmi işçi işləmişdir. 1988–93-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqı sədr müavini olub. 1993–94-cü illərdə Azərbaycan Elmi Tədqiqat Yeyinti Sənayesi İnstitutunun direktoru olub. 1994–1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 1998–2002-ci illərdə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin direktoru olub. Azərbaycan Respublikası vergilər nazirinin müavini (2002–2010) olub. 6 monoqrafiyanın,80-dən çox elmi məqalənin,9 kitabçanın müəllifidir.
Nazim Məmmədov (iqtisadçı)
Nazim Bəydəmirli (tam adı: Məmmədov Nazim Hüseyn oğlu; 4 may 1963, Çayrəsullu, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı; İqtisad elmləri doktoru; "Bəydəmirli Xeyriyyə Fondunun" təsisçisi. Nazim Məmmədov 1963-cü il mayın 4-də Gədəbəy rayonunun Çay Rəsullu kəndində anadan olmuşdur. 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, 1989-cu ildə isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləmişdir. Həmin universitetin aspiranturasında təhsil almış, elmi işini müdafiə edərək iqtisad elmləri namizədi adı almışdır. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir. Hazırda Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universitetinin (SPDİMU) doktorantıdır. Elmlər doktoru adını qazanmaq üçün elmi işinin ilkin müzakirəsi müvəqqiyyətlə baş tutub, profil kafedra vasitəsilə Böyük Elmi Şuraya müdafiə üçün tövsiyə edilib. Müxtəlif Beynəlxalq iqtisadi Forum və Sammitlərdə iqtisadçı-ekspert kimi mütəmadi çıxış edir.. Bu sırada Avropa Birliyinin hər il Polşanıən Krınitsa kurort şəhərçiyində keçirdiyi Economic Forum-u, Sankt-Peterburq İqtisadi Forumunu, İstanbul Maliyyə Sammitini misal göstərmək olar.
Ramil Əliyev (iqtisadçı)
Əliyev Ramil Bəylər oğlu (1940, Qaryagin rayonu) — iqtisad elmləri doktoru, professor. Ramil Əliyev 1940-cı ilin qışında Füzuli rayonunun Saracıq kəndində əsilli, nəcabətli bir ailədə doğulub. 1958-ci ildə qonşu Qaradağlı kənd orta məktəbini müvəffəqiyyətlə bitirir. Təhsilini ali məktəbdə davam etdirmək məqsədilə həmin ildə o vaxtkı K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinə daxil olur. İnstitut illərində R. Əliyev biliyi, çalışqanlığı, dünyagörüşünün genişliyi, ünsiyyət yaratmaq bacarığı ilə seçilir. Çox keçmir ki, institut həyatı universitet illərilə əvəz olunur. 1959-cu ildə adıçəkilən institut ləğv edilir. Eyni adlı fakültə Azərbaycan Dövlət Universitetinə verilir. Müvəffəqiyyətlə ötən təhsil illərində R. Əliyev universitetin professor–müəllim heyətinin böyük rəğbətini qazanır. Universiteti 1963-cü ildə fərqlənmə diplomu ilə bitirən R. Əliyev təyinatla Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsində işləməyə göndərilir.
Ruslan Quliyev (iqtisadçı)
Rəhim Hüseynov (iqtisadçı)
Rəhim Hüseynov (tam adı: Rəhim Hüseyn oğlu Hüseynov; 22 iyul 1961, Bakı – 12 may 2014, Bakı) — iqtisadçı, Azərbaycan Marketinq Cəmiyyəti İdarə Heyətinin sədri, AMEA prezidentinin müşaviri. Rəhim Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olub. 1978–1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Mühəndis-iqtisad" fakültəsində təhsil alıb. 1991–92-ci illərdə İstanbul Dövlət Universitetində "İdarəetmə" fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib. AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışıb. "SİAR" şirkətində təsisçilərdən biri və baş menecer, "Marketinq mütəxəssisləri" İctimai Birliyində idarə heyətinin sədri, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzi və nazirliyin Antiinhisar Siyasəti Departamentinin direktoru, İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun müşaviri olub. 1997–1998-ci illərdə BMT Sənayenin İnkişafı Təşkilatında (UNİDO) Azərbaycan üzrə milli ekspert kimi fəaliyyət göstərib. 1997–2002-ci illərdə Avropa İctimai Rəy və Marketinq Araşdırmaları Cəmiyyətinin (ESOMAR) üzvü, 2000–2002-ci illərdə Böyük Britaniya Marketinq Akademiyasının və Amerika Marketinq Assosiasiyasının Himayəçilər Şurasının üzvü olub. 2003–2005-ci illərdə Beynəlxalq İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Regional Planlaşdırma Şurasında təşkil olunan iclaslarda ölkəmizin rəsmi nümayəndə heyətinə rəhbərlik edib. 2005-ci ildən bu günə qədər Dünya İqtisadi Forumunun Azərbaycanda tədqiqatlar üzrə tərəfdaşı, 2006-cı ildən Ümumdünya Ticarət Təşkilatı Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycanda rəsmi tərəfdaş Qrupunun rəhbəri, Azərbaycan Kənd Təsərrüfatına Yardım Layihəsi üzrə Milli ekspertlər Komissiyasının üzvü olub.
Sahib Məmmədov (iqtisadçı)
Sahib Əli oğlu Məmmədov (1978) — Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini. 1978-ci ildə anadan olub. 2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib. BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi" (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi" üzrə kursları (İrlandiya), Harvard Biznes Məktəbininin "Menecerlər üçün iqtisadiyyat" Sertifikat Proqramını bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb. 2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib. 2003–2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib. 2004–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Saleh Vəliyev (iqtisadçı)
Saleh Vəliyev (tam adı: Vəliyev Saleh Cəbrayıl oğlu; 5 aprel 1938, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan SSR əməkdar iqtisadçısı Vəliyev Saleh Cərbayıl oğlu 5 aprel 1938-ci ildə Naxçıvan Muxrar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olub. 1960-ci ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (Kənd Təsərrüfatı Akademiyası) iqtisadiyyat fakültəsini bitirmişdir. Naxçıvan Muxrar Respublikası Nazirlər Soveti Dövlət Plan Komitəsində böyük iqtisadçı, bölmə müdiri, Naxçıvan Muxrar Respublikasınəın Statistika İdarəsində rəis müavini-kənd tərəssüfatı şöbəsinin rəisi,hesablama mərkəzinin rəisi, Naxçıvan Muxrar Respublikası Nazirlər Sovetinin Sədrinin referent,Naxçıvan Muxrar Respublikası maliyyə nazirinin müavini vəzifələrində çalışmışdırlar. 1983-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri olub.
Telman Hüseynov (iqtisadçı)
Telman Hüseynov (tam adı:Hüseynov Telman Əlihüseyn oğlu; 28 dekabr 1934, Cəbrayıl rayonu – 4 avqust 2016, Bakı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru. Telman Hüseynov 1934-cü il 28 dekabrda Cəbrayıl rayonunda anadan olmuşdur. 1955-ci ildə K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və həmin institutu "Sənayenin iqtisadiyyatı" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olmuş, aspiranturanı bitirdikdən sonra 1967-ci ilədək orada kiçik elmi işçi vəzifəsində çalışmışdır. 4 avqust 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. 1967-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. Ali məktəbdə işlədiyi 50 ilə yaxın müddətdə professor elmi adına layiq görülmüş, kafedra müdiri, fakültə dekanı, prorektor və rektor əvəzi vəzifələrində çalışmışdır. 1967-ci ildə namizədlk dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi, 1989-cu ildə iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Elm sahəsində əldə etdiyi nailiyyətləri ilə respublikada iqtisad elminin inkişafına sanballı nəzəri-praktik töhfələr vermişdir. Elmlər namizədi və elmlər doktoruna elmi rəhbər və məsləhətçi olmuş, uzun müddət Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədr müavini işləmişdir.
Teymur Zeynalov (iqtisadçı)
İqtisadçı (qəzet)
İqtisadçı qəzeti — 1970-ci ilin 28 yanvarından çap olunan qəzet. «İqtisadçı» qəzeti 1970-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu rektorluğunun, Partiya Komitəsinin, Həmkarlar İttifaqı və Komsomol Təşkilatlarının orqanı kimi təsis olunmuş və ilk sayı həmin ilin yanvarın 28-də çapdan çıxmışdır. Qəzetin təsisi institutun yaranmasından xeyli sonra olsa da, qəzet nəşr edildiyi vaxtdan bu günə qədər özünün obyektivliyi və dolğun məzmunu ilə professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. Qəzet fəaliyyət göstərdiyi 30 il ərzində universitetin bütün tədbirlərində yaxından iştirak etmiş və həmin tədbirlər haqqında öz səhifələrində geniş materiallar dərc etmişdir. «İqtisadçı» qəzeti universitetdə tədrisin təşkili və onun müasir standartlara uyğun aparılması üçün mütərəqqi təkliflərin dərcinə xüsusi diqqət yetirir. Bununla bağlı universitet rəhbərliyinin tədrisin keyfiyyətinin qaldırılması sahəsində apardığı məqsədyönlü işlər qəzetin səhifələrində öz əksini tapır. Burada həmçinin, tədrislə əlaqədar tədrisə kömək etmək məqsədilə qəzetdə dərc edilən təsirli məqalələr xüsusi diqqət mərkəzindədir. Məsələn, zaçot və imtahan sessiyalarına hazırlığın vəziyyəti və gedişatı ilə bağlı yol verilən nöqsanlar, qeyri-obyektiv hallar, dərsə gecikən, öz mühazirəsini günün tələbləri səviyyəsində qura bilməyən, pedaqoji qaydalara riayət etməyən, tələbə-müəllim münasibətlərinə xələl gətirən əməkdaşlar haqqında ciddi yazılar dərc olunur və onlar yeri gəldikdə tənqid olunur. Bununla yanaşı, universitetdə qabaqcıl iş metodu ilə fərqlənən, tədrisin yaxşılaşdırılması istiqamətində fəallıq göstərən alimlərimiz haqqında da obyektiv, tərbiyəvi xarakterli materiallar dərc olunur. Qəzetdə universitetin elmi fəaliyyətinə də geniş yer verilir.
İqtisadçı QVK
İqtisadçı VK — Azərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu. Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır. Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı. (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir. "İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi.
Keynsdən sonra böyük iqtisadçılar
Keynsdən sonra böyük iqtisadçılar (ing. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists) — İngilis iqtisadi elm tarixçisi Mark Blauqun (1985) əsəri. == Məzmunu == Müəllif Con Meynard Keynsdən sonra iqtisadiyyata töhfə verən 100 ən məşhur iqtisadçı alimin həyat və yaradıcılığına dair kiçik və lokanik şəkildə yazılmış oçerklər şəklində izah edir. Hər bir oçerkdə iqtisadçının həyat və yaradıcılığının əsas mərhələləri haqqında məlumatlar vardır. Kitab bioqrafik mənbə kimi istifadə olunur , ingilis dilində bir neçə dəfə çap olunmuş, başqa dillərə tərcümə edilmişdir. === İqtisadçıların siyahısı === == İstinadlar == == Nəşrlərin siyahısı == Блауг М. Great Economists since Keynes: An Introduction to the Lives and Works of One Hundred Modern Economists. Edward Elgar Publishing. 1998. 328. ISBN 1858986923.
Keynsdən əvvəl 100 böyük iqtisadçı
"Keynsdən əvvəl Böyük İqtisadçılar: Keçmişdəki 100 İqtisadçının həyatı və işi ilə tanışlıq" (ing. Great Economists Before Keynes: A Introduction to the Lives and Works of 100 Economists of the Past) — ingilis iqtisadi elm tarixçisi M. Blauq (1986), 2005-ci ildə rus dilində yenidən çap olunmuş əsəri. == Məzmunu == İngilis iqtisadi düşüncə tarixçisi Mark Blauq, Con Meynard Keynsdən əvvəl iqtisadiyyata töhfə verən ən məşhur 100 iqtisadçıdan 100-nün bioqrafiyasını təsvir edir. Keyns. Bu iqtisadçıların fikirlərini və dövrünün ən vacib müzakirələrini göstərir. Ön sözdə M. Blauq seçdiyi subyektivliyi qeyd edir, lakin iqtisadçılar arasında səsvermə olsaydı, siyahısından 90 və ya 95 nəfər böyüklərdən olardı. Kitabdakı hər bir məqalə bir neçə blokdan ibarətdir: əvvəlcə alimin əsas fikirləri təhlil edilir, əsas əsərləri nəzərdən keçirilir və sonu iqtisadçının tərcümeyi-halına həsr olunur. Kitab 1985-ci ildə nəşr olunan "Keynsdən sonra böyük iqtisadçılar" kitabının davamıdır və İqtisadi Doktrina Tarixi və ölkənin və dünyanın bir sıra universitetlərinin İqtisadi Düşüncə Tarixi kurslarının tədris planlarına daxil edilmişdir. Mark Blauq tam yüz belə cazibədar hekayə topladığı məşhur konsepsiyaların müəlliflərindən və onların həyat yollarından rahat və əyləncəli bir şəkildə bəhs edir. Rus dilində tərcümədə kitab "Keynsdən əvvəl 100 Böyük İqtisadçı" (Sankt-Peterburq: İqtisadi Məktəbi, 2005) başlığı ilə nəşr olunmuşdur və aşağıdakı iqtisadçılar siyahısına malikdir.
Kənd Təsərrüfatı İqtisadçılarının Beynəlxalq Assosiasiyası
Kənd Təsərrüfatı İqtisadçılarının Beynəlxalq Assosiasiyası (ing. İAAE) — Kənd təsərrüfatının ümumi məsələləri üzrə beynəlxalq təşkilat == Yaradılması == Assosiasiya 1929-cu ildə Böyük Britaniyanın Totnes şəhərində təsis olunmuşdur. == Məqsədi == Kənd təsərrüfatı iqtisadiyyatı elminin inkişafına köməklik göstərmək və iqtisadi təşkilatlarınnəticələrinin tətbiqi, Assosiasiya üzvləri arasında informasiya mübadiləsinin təşkili, müxtəlif beynəlxalq konfransların və digər tədbirlərin keçirilməsi.
Korner (iqtisadi)
Müdaxilə (iqtisadi)
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
İqtisadi agent
İqtisadi agent — müəyyən müddət ərzində başqasının tapşırığı ilə və onun hesabına istehsal, satış, tədarük, topdan satış ticarəri üzrə fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslərdir; onların əqd sənədlərinə imza etmək hüququ olmur; öz xidmətlərinə görə sifarişçidən — müqavilə əsasında — müəyyən məbləğdə haqq alır. Məsələn, alıcılar (istehlakçılar) və satıcılar (istehsalçılar) vahid bazarın qismən tarazlıq modellərində iki ümumi agent növüdür. Makroiqtisadi modellər, xüsusən də açıq şəkildə mikro təməllərə əsaslanan dinamik stoxastik ümumi tarazlıq modelləri, ev təsərrüfatlarının, firmaların və hökumətlərin və ya mərkəzi bankların iqtisadiyyatdakı əsas agent növləri olduğunu göstərir. Bu agentlərin hər biri iqtisadiyyatda bir neçə rol oynaya bilər; evlər, məsələn, modeldə istehlakçı, işçi və seçici rolunu oynaya bilər. Bəzi makroiqtisadi modellər işçilər və alıcılar və ya kommersiya bankları kimi daha çox agent növünü ayırd edir. Agent termini əsas agent agentləri üçün də istifadə olunur; bu halda konkret olaraq direktor adından fəaliyyət göstərməkdə ittiham olunan birinə aiddir. Agent əsaslı bir hesablama iqtisadiyyatında, aidiyyəti agentlər, real insanlar deyil, məkan və zamandakı “qaydalara görə qarşılıqlı fəaliyyət kimi modelləşdirilmiş hesablama obyektləridir”. Qaydalar müəyyən edilmiş stimul və məlumatlara əsaslanan davranış və sosial qarşılıqlı əlaqəni modelləşdirmək üçün hazırlanmışdır. Agent anlayışı, dinamik çox agentlikli iqtisadi sistem kontekstində digər bu cür subyektlərlə qarşılıqlı fəaliyyət göstərən hər hansı bir daimi fərdi, sosial, bioloji və ya fiziki şəxs kimi şərh edilə bilər. Alıcı və satıcılara uzun müddət müvəkkillik etməkdən ibarətdir.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.
İqtisadi artıq
İqtisadi artıq — əsas iqtisadi nəzəriyyədə ümumi rifah və ya Marşall artığı (Alfred Marşalldan sonra) olaraq da bilinən iqtisadi artıq, iki əlaqəli kəmiyyətə işarə edir: İstehlakçı artımı və ya istehlakçılın artıqlığı, istehlakçılar tərəfindən alınan bir pul faydasıdır, çünki bir məhsulu ödəmək istədikləri ən yüksək qiymətdən aşağı bir qiymətə ala bilərlər. İstehsalçının artığı və ya istehsalçıların artığı, istehsalçıların satmaq istədikləri ən aşağı qiymətdən yüksək olan bazar qiymətinə sataraq əldə etdikləri məbləğdir; bu, təqribən mənfəətə bərabərdir (istehsalçılar ümumiyyətlə zərərlə satmaq istəmədiklərindən və hətta zərərsiz qiymətə satmağa biganədirlər). XIX əsrin ortalarında mühəndis Jül Düpüi ilk dəfə iqtisadi artıqlıq konsepsiyasını irəli sürdü, lakin bu konsepsiyanı iqtisadiyyat sahəsində məşhur edən iqtisadçı Alfred Marshall idi. Standart tələb və təklif diaqramında istehlakçı profisiti məhsulun tarazlıq qiymətinin üstündə və tələb əyrisinin altındakı sahədir (tələb və təklif əyriləri xətti olarsa üçbucaqlı). Bu, istehlakçıların bir mal vahidini tarazlıq qiymətindən yüksək bir qiymətə, ikinci vahidi ondan aşağı, lakin müvazinət qiymətinin üstündəki bir qiymətə və s. Almaq istəyən olmasını əks etdirir, amma əslində tarazlıq qiymətini ödəyirlər. Hər vahid alınmışdır. Eynilə, bir tələb-tələb diaqramında istehsalçının artığı tarazlıq qiymətinin altındakı, lakin təklif əyrisinin üstündəki bir sahədir. Bu, istehsalçıların ilk birimi tarazlıq qiymətindən aşağı bir qiymətə, ikinci birimi ondan yüksək, lakin tarazlıq qiymətindən daha aşağı bir qiymətə təmin etmək istəmələrini, ancaq əslində tarazlıq qiymətini alacaqlarını əks etdirir, satdıqları bütün vahidlər üçün. İstehlakçı artığı — istehlakçının ödəməyə hazır olduğu maksimum qiymətlə faktiki olaraq ödədiyi faktiki qiymət arasındakı fərqdir.
İqtisadi coğrafiya
M. V. Lomonosov iqtisadi coğrafiya terminini ilk dəfə olaraq elmə gətirmişdir. XVIII əsrdə Rusiyada coğrafiyanın inkişafında alimlərin xüsusi əməyi olmuşdur. Əldə edilmış məlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbbəb oldu. Bu termini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçının Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir. İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır.
İqtisadi göstəricilər
İqtisadi göstəricilər (indiqatorlar) (Economic indicators) - Ölkədə iqtisadi vəziyyəti əks etdirən və maliyyə və iqtisadi meyilləri təhlil etmək, qiymətləndirmək və proqnozlaşdırmaq üçün istifadə olunan statistik göstəricilər. Məsələn: ÜDM-in artım sürəti, İstehlak qiymətləri indeksi, Tədiyyə balansının saldosu, İşsizlik səviyyəsi və s. Ümumi daxili məhsul (Gross Domestic Product) — bir il ərzində iqtisadiyyatda (ölkə daxilində) istehsal olunan bütün mal və xidmətlərin məcmu bazar qiymətidir. İstehlak qiymətləri indeksi — ümumi qiymət səviyyəsini müəyyən edən əsas ölçüdür. Bu ölçüdən istifadə etməklə inflyasiya dərəcəsini tapmaq mümkündür. İstehlak qiymətləri indeksi alıcıların istehlak səbətinə daxil olan məhsul və xidmətlərin (ərzaq, tibbi xidmətlər, nəqliyyat, sığorta xərcləri, kommunal xərclər və s.) ümumi qiymət səviyyəsinin dəyişməsini göstərir. Tədiyə balansı saldosu — Tədiyyə balansı ölkənin beynəlxalq iqtisadi əlaqələrinin mədaxil və məxaric formasında valyuta ilə ifadə olunmuş dəyəridir. Başqa sözlə, tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Tədiyə balansı ölkə rezidentlərinin müəyyən dövr ərzində qeyri-rezidentlərlə apardığı iqtisadi əməliyyatların məcmusunu əks etdirən statistik hesabat sistemidir.Tədiyyə balansının saldosu isə tədiyyə balansındakı mədaxil və məxaric fərqinə bərabər olur.
İqtisadi hərəkətlilik
İqtisadi icarə
İqtisadi icarə — sahibinə və ya istehsal amilinə bu faktoru istehsala gətirmək üçün lazım olan xərcləri aşan hər hansı bir ödənişdir. Klassik iqtisadiyyatda iqtisadi kira, yer (torpaq) kimi istehsal olunmamış girişlər və təbii fürsətlər (məsələn, patentlər) üzərində rəsmi imtiyaz yaratmaqla formalaşan varlıqlar üçün alınan hər hansı bir ödənişdir (ehtimal olunan dəyər daxil olmaqla) və ya fayda. Neoklasik iqtisadiyyatın əxlaq iqtisadiyyatında iqtisadi kira, əmək gildiyaları və qeyri-rəsmi korrupsiya kimi əmək və ya digər "uydurulmuş" şəxslərin (bazarın təbiidir və dövlət və sosial güzəştlər tərəfindən meydana gəlmədiyi fərz olunur) dövlət faydalananlarının qazandığı gəlirləri əhatə edir. İqtisadiyyat ənənəsinin əxlaq iqtisadiyyatında geniş şəkildə iqtisadi renta istehsalçının artığına və ya normal mənfəətə qarşı çıxır və bunların hər ikisi də məhsuldar insan fəaliyyətini əhatə edəcək şəkildə nəzəriyyə olunur. İqtisadi renta, fürsət qiymətinin vacib bir komponent olduğu iqtisadi mənfəətdən fərqli olaraq fürsət maliyyətindən də müstəqildir. İqtisadi renta qazanılmamış gəlir kimi qəbul edilir , iqtisadi mənfəət isə riskə görə tənzimlənən alternativlər arasından seçim edərək qazanılan gəlirləri izah edən daha dar bir müddətdir. İqtisadi mənfəətdən fərqli olaraq iqtisadi renta rəqabət yolu ilə nəzəri cəhətdən aradan qaldırıla bilməz, çünki gəlir alanın icarəyə götürülən obyektin yaxşılaşdırılması kimi edə biləcəyi hər hansı bir hərəkət daha sonra ümumi gəliri müqavilə icarəsinə çevirəcəkdir. Hələ də ümumi gəlir iqtisadi qazancdan (qazanılan) və iqtisadi icarədən (qazanılmamış) ibarətdir. İstehsal olunmuş məhsul üçün iqtisadi icarə patentin qanuni mülkiyyətinə (bir prosesin və ya tərkib hissəsinin istifadəsi üçün siyasi olaraq tətbiq olunan hüquqa) görə ola bilər. Təhsil və peşə lisenziyalaşdırması üçün bilik, performans və etik standartlar, eləcə də icazə və lisenziyaların dəyəri, yalnız qiymətə rəqabət etmək istəyənlərin səriştəsindən və istəklərindən asılı olmayaraq, onların sayına görə kollektiv olaraq nəzarət olunur.
İqtisadi imperializm
Müasir iqtisadiyyatda iqtisadi imperializm həyatın iqtisadiyyatdan kənar aspektlərinin, o cümlədən cinayət, qanun, ailə, qərəz, zövq, irrasional davranış, siyasət, sosiologiya, mədəniyyət, din, müharibə, elm və tədqiqatın iqtisadi analizidir. Bu terminin istifadəsi təqribən 1930-cu illərə təsadüf edir. Belə bir analizin ortaya çıxması, fiziki elmlərdə olduğu kimi standart statistik üsullar vasitəsilə təkzib olunan məna və nəticələrin sınanmasına imkan verən metoda istinad edir. Bu yanaşmada "davranışları maksimum vəziyyətə gətirməyin, sabit üstünlüklərin və qətiyyətlə tətbiq olunan bazar tarazlığının birgə fərziyyələri" mərkəzi mövqe tutur. Bütün bunların və diqqətin əsasən iqtisadi səmərəliliyə yönəlməsinin digər sosial elmlərdə nəzərə alınmaması və "iqtisadiyyata əvvəlcədən intizam aləmindən kənarda hesab edilən intellektual sahəni zəbt etməyə icazə verməsi" iddiaları irəli sürülmüşdür.
İqtisadi inkişaf
İqtisadi inkişaf — iqtisadiyyat və istehsal qüvvələri, təhsil, elm və mədəniyyətin, insanların həyat səviyyəsinin müntəzəm olaraq keyfiyyət və struktur baxımından müsbət istiqamətdə dəyişməsi ilə xarakterizə olunan iqtisadi prosesdir. İqtisadi inkişaf həm də ictimai əlaqələrin inkişafını nəzərdə tutur və buna görə də tarixən formalaşmış texnoloji və maddi nemətlərin bölgüsünün müxtəlif sistemlərində bir-birindən fərqlənir. Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri - əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin ümumi daxili məhsulu, ümumi milli məhsulu, adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir. İqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsi insan kapitalı və onun yaratdığı yeniliklərdir. İnsan kapitalı deyərkən, insanların təhsil, səhiyyə, elm, əmək şəraiti və həyat səviyyəsinin yüksəldilməsinə çəkilən xərclər nəzərdə tutulur. Макконнелл К.Р., БРЮС. Л. 14 издание. ЭКОНОМИКС. Москва: Инфа-М, 2005 Шумпетер Й.А. (1883—1954).
İqtisadi inteqrasiya
İqtisadi inteqrasiya — ölkələr arası iqtisadi əməkdaşlığın ən uyğun səviyyəyə çıxarılmasıdır. İqtisadi inteqrasiya proses kimi müxtəlif milli təsərrüfatlara mənsub olan iqtisadi vahidlər arasında bütün əngəllərin ləğv edilməsi, vəziyyət kimi həmin maneələrin yoxluğunu ifadə edir. Başqa sözlə, iqtisadi inteqrasiya qismən və ya tam olaraq tarif və qeyri-tarif məhdudiyyətlərin aradan qaldırımasına yönəlik müxtəlif dövlətlər arasında iqtisadi siyasətin birləşdirilməsidir. Bu üzv ölkələrdə istehsalın məhsuldarlığını artırmaq məqsədilə həm istehsalçılara, həm də alıcılara aşağı qiymətlər təqdim edir. İqtisadi inteqrasiyanı izləməkdə bəzi iqtisadi və siyasi səbəblər var. İqtisadi səbəb üzv ölkələr arasında ticarəti artırmaqla, həm istehsalı, həm də məhsuldarlığı yüksəltməkdir. Bu qlobal səviyyədə formalaşan iqtisadi inteqrasiyanın əsas səbəblərindən biridir. Bu fenomen həm region (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)), həm qitə (ASEAN, NAFTA, SACN (Cənubi Amerika Millətlər Birliyi), Avropa İttifaqı, Avrasiya İqtisadi İttifaqı), həm də qitələrarası miqyasda (Transatlantik Azad Ticarət Zonası (Transatlantic Free Trade Area), Şərqi Asiya Hərtərəfli İqtisadi Əməkdaşlıq birliyi (Comprehensive Economic Partnership for East Asia)) təzahür edir. İkinci bir səbəb kimi ölkələrin sahib olduğu nisbi üstünlükləri göstərmək olar. Belə ki, hər hansı şəxs və ya ölkə müəyyən məhsul istehsalında digərinə nisbətənmarjinal faydası daha çoxdur.
İqtisadi azadlıq
İqtisadi azadlıq — cəmiyyətin insanlarının iqtisadi tədbirlər görmək qabiliyyəti. Bu, iqtisadi və siyasi müzakirələrdə, eləcə də iqtisadiyyat fəlsəfəsində istifadə olunan termindir. İqtisadi azadlığa yanaşmalardan biri azad bazarlara, azad ticarətə və azad sahibkarlıq şəraitində xüsusi mülkiyyətə üstünlük verən liberal ənənədən irəli gəlir. İqtisadi azadlığa başqa bir yanaşma fərdi seçimlə rifah iqtisadiyyatının öyrənilməsini genişləndirir. Liberal azad bazar baxış bucağında iqtisadi azadlıq güc tətbiq etmədən, fırıldaqçılıqdan və ya oğurluqdan istifadə etmədən, dövlət tənzimləməsi olmadan əldə edilmiş hər hansı mal və xidmətləri istehsal etmək, ticarət etmək və istehlak etmək azadlığı kimi müəyyən edilir. Bu, hüququn aliliyi, mülkiyyət hüquqları və müqavilə azadlığında təcəssüm olunur və bazarların xarici və daxili açıqlığı, mülkiyyət hüquqlarının qorunması və iqtisadi təşəbbüs azadlığı ilə xarakterizə olunur. Cebula, R., & Clark, J. (2014). Impact of Economic Freedom, Regulatory Quality, and Taxation on the Per Capita Real Income: An Analysis for OECD Nations and Non-G8 OECD Nations, MPRA Paper 56605, University Library of Munich, Germany. Cebula, R. (2013). Effects of Economic Freedom, Regulatory Quality, and Taxation on Real Income, MPRA Paper 55421, University Library of Munich, Germany.
İqtisadi model
İqtisadçılar öz təcrübəsində ən müxtəlif modellərdən istifadə edirlər. Bu modellər diaqramlardan, cədvəllərdən, bərabərliklərdən ibarət olur. İqtisadi modellərdə də bir çox hissələr, məlumatlar çatışmır. Buna baxmayaraq, əslində onların çatışmazlığı bizə həqiqətən mühüm olan şeyi dərk etməyə imkan verir. İqtisadçının modeli də bütün iqtisadi amilləri nəzərə ala bilmir. Bütün modellər müəyyən fərziyyələr və ehtimallarla qurulmuşdur. İqtisadçılar öz təhlillərində öyrənilən məsələyə dəxli olmayan amillərin iştirak etməsinə yol vermirlər. İqtisadiyyat müxtəlif fəaliyyət növləri ilə — alıcılıqla, satıcılıqla, işlə, muzdlu əməklə, istehsalla və s. məşğul olan milyonlarla insanlardan ibarətdir. Onun necə qurulduğunu dərk etmək üçün bizim düşünmə tərzimizi sadələşdirən üsulun tapılması zəruridir.
İqtisadi sistemlər
İqtisadi sistem — özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir. Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür. Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki, hər bir sistem daxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili ünsürlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar. Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir.
İqtisadi səmərəlilik
İqtisadi səmərəlilik — insan fəaliyyətinin nəticələrinin, məhsulların və ya xidmətlərin istehsalı ilə əmək və istehsal üçün vəsaitlərin nisbəti ilə müəyyən edilən dəyər. Pol Samuelson və Vilyam Nordhausun tərifinə görə, iqtisadi səmərəlilik faydaları (əmtəə) və xərcləri daim əlaqələndirərək, eyni zamanda rasional davranaraq mövcud resurslardan maksimum dərəcədə potensial fayda əldə etməkdir. Məhsulların istehsalçısı və istehlakçısı öz faydalarını maksimuma çatdırmaqla və xərcləri minimuma endirməklə ən yüksək səmərəliliyə can atırlar. Şirkətlərin səmərəliliyinin etikası aşağıdakıların kombinasiyasını əhatə edir: müştəriləri üçün ən yüksək dəyəri yaratmaq; sahibləri üçün gəlirlilik; işçilər üçün cəlbedici əmək haqqı ilə birlikdə özünüreallaşdırma və böyümə imkanları.
İqtisadi zorakılıq
İqtisadi zorakılıq — şəxsə iqtisadi ziyan vuran hər hansı hərəkət və ya davranış. Bu, əmlaka vurulan ziyan, maliyyə resurslarına, təhsilə və ya əmək bazarına çıxışın məhdudlaşdırılması və ya iqtisadi öhdəliklərin yerinə yetirilməməsi (məsələn, alimentin ödənilməməsi) şəklində təzahür edə bilir. Ümumdünya Səhiyyə Təşkilatı bunu daha böyük qruplar tərəfindən fərdlərə qarşı törədilən kollektiv zorakılıq forması kimi müəyyən edir. Bu termin adətən onu cinsi, psixoloji və iqtisadi zorakılığı özündə ehtiva etsin deyə fiziki gücdən istifadə və ya hədələmədən kənar zorakılığın daha geniş forması kimi qiymətləndirən feminist nəzəriyyə ilə əlaqələndirilir. Argentina qanunvericiliyində bu, məişət zorakılığının bir forması kimi müəyyən edilir.
İqtisadi islahat
İqtisadi islahat — iqtisadi sistemin fəaliyyət tərzini dəyişdirməyə yönəlmiş hökumət siyasəti. İqtisadi islahat hüquqi tənzimləmə və ya hökumətin birbaşa təsir tədbirləri (fiskal, inzibati və s.) vasitəsilə həyata keçirilə bilər. İqtisadi islahatların məqsədi ölkənin iqtisadi vəziyyətini, o cümlədən işsizliyin azaldılması, iqtisadi bərabərsizliyin azaldılması və ya ÜDM-in artırılması kimi məsələlərdə yaxşılaşdırmaqdır. İqtisadi islahatlar müxtəlif tənzimləyici və institusional maneələrlə qarşılaşa bilər. OECD baş katibi Anxel Qurria qeyd edib ki, islahatların həyata keçirilməsi asan məsələ deyil. Onların uğurla başa çatmasına mane olan bir neçə amil var. Bəzən görülməli olan tədbirlər müəyyən qruplar üçün ağrılı olur, onlar birləşərək onları əngəlləyə bilər. İslahatdan bəhrələnənləri isə kollektiv fəaliyyətə səfərbər etmək daha çətindir. İslahatların nəticələri adətən orta və uzunmüddətli perspektivdə reallaşır və seçki təqvimini nəzərə almır. İslahatın hər bir ardıcıl mərhələsi əvvəlkindən daha çətindir, çünki siz bu yolda siyasi kapital sərf edirsiniz.
İqtisadi müdaxilə
İqtisadi müdaxilə (ing. economic interventionism və ya state interventionism "dövlət müdaxiləsi") — bazar iqtisadiyyatı və çoxstrukturlu sosial-bazar və qarışıq iqtisadiyyat şəraitində sahibkarlığa nəzarət, saxtakarlıq və böhran vəziyyətlərinin aradan qaldırılması üçün dövlət və hökumət tərəfindən həyata keçirilən tədbirlər. İqtisadi inkişafın təşviqi, məşğulluğun artırılması, əmək haqqının artırılması, qiymətlərin artırılması və ya aşağı salınması, bərabərliyin təşviqi, pul kütləsinin və faiz dərəcələrinin idarə edilməsi, mənfəətin artırılması və ya bazar uğursuzluqlarının həlli kimi istənilən siyasi və ya iqtisadi məqsədlərə nail olmaq üçün istifadə edilə bilər. Termin dövlətin və mahiyyətcə bir-birindən ayrı olan iqtisadiyyatların iqtisadiyyata müdaxiləsini nəzərdə tutur və buna görə də hökumətin hərəkətlərinin "müdaxilə" təşkil edəcəyi kapitalist bazarına və ya qarışıq iqtisadiyyata aiddir (baxmayaraq ki, bu, dövlət müəssisələrinə şamil edilmir. bazarda fəaliyyət göstərən).
İqtisad
İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir. Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur.
İqtisadi ittifaq
İqtisadi İttifaq (İİ) — ticarət blokunun elə bir növüdür ki, burada ümumi bazar və gömrük ittifaqı eyni anda tətbiq edilir. İttifaq çərçivəsində üzv ölkələr istehsalın ümumi tənzimlənməsini həyata keçirir, mal və xidmətlərin, istehsal amillərinin sərbəst hərəkəti təmin edilir, eləcə də ümumi xarici ticarət siyasəti yeridilir.