Abdurahman İsrafil oğlu İsrafilov (11 iyun 1991, Zaqatala rayonu – 22 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi.
Abdurahman İsrafilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qımır, Zaqatala, Azərbaycan SSR |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Qubadlı rayonu, Azərbaycan |
Dəfn yeri | Qımır, Zaqatala, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2009—2016 / 2019—2020 |
Rütbəsi | Baş çavuş |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 2020 |
Abdurahman İsrafilov 1991-ci il iyunun 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub.[1] 1997–2008-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Nilay adında bir qızı yadigar qaldı.
Abdurahman İsrafilov 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2011–2016-cı illərdə Sərhəd Qoşunlarının, 2019-cu ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun baş çavuşu olan Abdurahman İsrafilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abdurahman İsrafilov oktyabrın 22-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdurahman İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Abdurahman İsrafilov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]