Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
.it
.it — İtaliyanın internet kodu.
Akita (it)
Akita — Yapon işçi it növü, əsasən ailə keşikçisi kimi və ov üçün istifadə edilir. == Ümumi məlumat == Akitanın əcdadları uzaq keçmişə söykənir, və bu it hələ də Yaponyada öz mənəvi əhəmiyyətini saxlayır. 1931-ci ildə Yapon hökuməti bu cinsi milli xəzinə kimi təyin etmişdir. Akitaların heykəlləri uşaq doğumunda və ya bir kəs xəstə olanda hədiyyə edilir. Mülkiyyəti əvvəllər krallar və güc sahibi zadəganlarla məhdudlaşdırılmış bu itlər qidalandırılması və qayğısı xüsusi təlimatlar əsasında aparılır və bu itlərə müraciət etdikdə xüsusi lüğətlərdən istifadə edilir. 17-ci əsrdən Akitalar Şimali Yaponiyanın dağlarında vəhşi heyvan və quşları ovlamaq üçün istifadə edilirdi. Hazırda bu itlər polis və mühafizə işlərində təlim keçirilərək istifadə edilir. Akitalar 20-ci əsirin ikinci yarısından başlayaraq populyarlaşmışdır. == Xüsusiyyələri == Akita böyük və güclü olub, iri başlı, geniş əzələli, geniş və qara burunlu olurlar. Qulaqları səciyyəvi olaraq başına nisbətdə kiçik, cüzi gözlərə tərəf yönəlmiş, dik olur.
Boji (it)
Boji — sosial mediada İstanbulda mütəmadi olaraq ictimai nəqliyyatla səyahət etdiyi üçün tanınan it. == Həyatı == Kanqal və çoban iti arasında xaç olan Boji 2021-ci ildə ictimai nəqliyyatla İstanbulun ilçələri arasında səyahət etdiyi üçün tanınıb. O, bu adı metroya mindiyi zaman boji sahəsində yatdığı üçün almışdır. Onun səfərləri zamanı vətəndaşlar tərəfindən çəkilmiş fotoları internetdə yayılaraq məşhurlaşmışdır.18 avqust 2021-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən Bojiyə taxılan mikroçip sayəsində Bojinin İstanbulun iki qitədəki ilçələri də daxil olmaqla bir gündə 29 dayanacaq gəzdiyi müəyyən edildi. Bojinin marşrutunu izləmək üçün xüsusi proqram da hazırlanıb.2021-ci ilin oktyabr ayından etibarən Metro İstanbul Bojinin qidalanmasını öz üzərinə götürdü. Onun üçün Kadıköy-Moda tramvay xəttində xüsusi daxma tikilib. Boji günlərinin bir hissəsini bələdiyyəyə məxsus qocalar evində keçirir.Boji haqqında beynəlxalq xəbər agentlikləri və mediada da məlumatlar yayılıb və onun nüfuzu Reuters Xəbər Agentliyi vasitəsilə dünyaya yayılıb.Onun Boji adından türk və ingilis dillərində tvitləri olan Twitter hesabı var və 20 noyabr 2021-ci il tarixinə olan məlumata görə 110.000-ə yaxın izləyicisi var. Bundan əlavə, onun Instagramda da 105 min izləyicisi var. Boji üzərindəki GPS izləmə cihazı ilə hər gün izlənir. 2022-ci ildə iş adamı Ömər Koç Bojini sahiblənmişdir.
Manç (it)
Manç (mac. Mancs; 1994–2006) ― erkək alman çoban iti. O, Macarıstanın Mişkolts şəhərinin "Spayder" adlı xüsusi xilasetmə komandasının ən məşhur xilasedici iti idi. Onun adı pəncə deməkdir. Mançın xüsusi istedadı dağıntılar altında qalmış zəlzələdən xilas olanları tapmaq və xilasediciləri xəbərdar etmək idi. O, zəlzələ dağıntıları altında basdırılmış insanları tapa bilirdi və insanın öldüyünü və ya diri olduğunu ayırd etməklə yanaşı, bu barədə xilasetmə qrupunun digər üzvlərinə şarə verə bilirdi. Ölü insanı hiss edəndə uzanırdı,; dağıntılar altında canlı insan hiss etdikdə ayağa qalxırdı, quyruğunu silkələyirdi və hürürdü.Manç və sahibi Laslo Lexotsi 2001-ci ildə El Salvador və Hindistanda baş verən zəlzələlər də daxil olmaqla bir neçə zəlzələdən xilasetmə əməliyyatında iştirak etmişdilər. Manç 1999-cu ildə Türkiyədə İzmit zəlzələsindən sonra 82 saat xarabalıq altında qalan 3 yaşlı bir qızı xilas etməyə kömək etdiyi zaman məşhur oldu. 2004-cü ilin dekabr ayında Mişkoltsun mərkəzində Sinva çayının və yeni şəhər meydanının yaxınlığında Mança heykəl qoyuldu. Heykəlin müəllifi Borbala Sanyi oldu.
Xidməti it
Xidməti it — Xüsusi xidmət orqanları müxtəlif heyvanların bacarığından hər zaman istifadə ediblər. Bunlardan axtarışıyla, izləməyi ilə, iybilmə qabiliyyəti ilə seçilən heyvan itdir. Narkotiklərin axtarışında, cinayətkarların tapılmasında xidməti itlərin köməyi əvvəzsizdir. == Azərbaycanda xidməti itlərdən istifadə olunan xidmət orqanları == Dövlət Sərhəd Xidməti - sərhəd pozucuların axtarışı, narkotiklərin ifşasında; Daxili Qoşunlar - cinayətkarların - terrorçuların axtarışında; Fövqəladə Hallar Nazirliyi - xüsusi riskli xilas etmə zamanı, fövqəladə hal zamanı; Azərbaycan Respublikası Müdafiə Nazirliyi - "Qaravul" xidmətinin təşkili zamanı. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi - əsasən qaçaq mal və narkotik vasitələrin axtarışı zamanı.
Yenotabənzər it
Yenotabənzər it, yenot iti, Ussuri tülküsü və ya Ussuri yenotu, yenotka[daha etibarlı mənbəyə ehtiyac var] (lat. Nyctereutes procyonoides) — itlər fəsiləsinə aid yırtıcı növü. == Xarici görünüşü == Yenotabənzər itlər orta ölçülü iltər hesab edilir. Bədəninin uzunluqları 65–80 sm, quyruqları 15–25 sm; çəkiləri isə 4–10 kq arası dəyişir. Bədəni alcaqdır. Pəncələri qısadır. Sifət quruluşu və xəzi baxımından Amerika yenotuna bənzəyir. Onurğa sütünu boyunca tünd zolaq gedir. Quyruğu qısadır, tüklüdür. Quyruğunda heç bir zolaq yoxdur.
İt boğuşdurması
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədi ilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. == Tarixi == Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt davası
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. == İt savaşının səbəbləri və nəticələri == Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt döyüşü
İt döyüşü və ya İt boğuşdurması — iki itin qanlı döyüşünün nəzərdə tutulduğu idman növü. Bu döyüşlər bir qayda olaraq ya mərc ya da pul uduşları məqsədi ilə aparılır. Qalib gəlmiş itin sahibi mükafatı əldə edir. Döyüş itlərini bəsləyənlərə itbaz deyilir. İt döyüşü milli azart oyunlarından biridir. == Tarixi == Qan tökməklə əlaqəli idman növlərinin ilkin kökləri qədim Roma imperiyasına gedir. Oda məlumdur ki, buldoqların Böyük Britaniyada it döyüşlərində, ayı və öküzlərin təqib edilməsində istifadə edilirdi, ancaq bu tip tamaşalar 1835-ci ildə qadağan edildilmişdir. Azərbaycanda da it döyüşlərinin tarixi qədimlərə gedir. Döyüşlər xüsusi ilə Novruz bayramı günləri təşkil edilirdi. Azərbaycanın demək olar ki, hər bir guşəsində it döyüşlərinin keçirilməsi barədə məlumat verilir.
İt gənəsi
İt gənəsi lat. Ixodes ricinus gənələrin parazit qrupuna aid olub, bilavasitə qan sormaqla qidalanır. == Qısa təsviri == Parazit həyatla əlaqədar olaraq bədənin bütün hissələri tamamilə birləşmiş, bel-qarın istiqamətdə yastılaşmış, oval formaya malikdir. Xeliser və pedipalp birləşərək xortuma çevrilmişdir. Bədənin ön hissəsinin qarın tərəfində dörd cüt ayaq yerləşir. Ayaqlar arasında, bədənin orta hissəsində cinsiyyət dəliyi vardır. Arxa hissəyə yaxın yerdə isə anal dəliyi yerləşir. İt gənəsində cinsi dimorfizm çox aydın görünür. Bədənin yan tərəfində tənəffüs dəliyi - stiqma yerləşir. Dişi fərd qan sormamış 4 mm, qan sorduqdan sonra isə 10–12 mm olur.
İt itburnu
İt savaşı
İt davası — iki hərbi təyyarənin arasında baş verən hava döyüşü. Hərbi termin olub, kökləri Birinci dünya müharibəsi dövrünə kimi gedir.Hərbi təyyarələr arasında havada həyata keçirilir. Müharibə bir döyüş təyyarəsini vura biləcək vəziyyətə gəlmə və eyni zamanda həmin döyüş təyyarəsi tərəfindən vurulmayacaq vəziyyətə gəlməyə çalışma şəkilində davam edir. İt davaları türk və yunan döyüş təyyarələri arasında Egey dənizində baş verir, bu da Türkiyə və Yunanıstan arasında gərginliyə səbəb olur. == İt savaşının səbəbləri və nəticələri == Psixoloji üstünlüyü təmin etmək; Zərər vermək və ya cəzalandırmaq; Müharibə şərtləri xaricində, can və mal itkisinə yol vermədən təsir yaratmaq; Müharibə şərtləri xaricində, hərbi texnologiyaların imkanlarını və qabiliyyətlərini yoxlamaq; Hərbi gərginliyə səbəb olmaq; Güc nümayişi etdirmək istəyi.
İt valsı
İt valsı sadə bir piano əsəridir,ifa etmək asan olduğundan pianoda ifa etməyə yeni başlayanlar tərəfindən tez-tez istifadə olunur. == Musiqisi == Adına baxmayaraq əsər vals deyil.Parça G-flat major açarındə qeyd olunur, çünki notların əksəriyyəti bu düymələrdəki qara düymələrdə çalınır və daha da asanlaşır. === Notlar === == Haqqında == Parça bütün dünyada tanınır.Buna baxmayaraq əsər müxtəlif ölkələrdə müxtəlif adlar almışdır. Məsələn Yaponiyada "Neko Funjatta" (ねこふんじゃった) (Pişiyin üzərinə basdım),İspaniyada "La Chocolatera",Hollandiyada "Vlooienmars" (milçək marşı),Belçikada "Valse de Puce" (Milçək valsı),Rusiyada Собачий Вальс(İt valsı),Polşada "Kotlety"(kotlet),Almaniyada "Flohwalzer" (Milçək marşı), Bolqarıstanda "Koteshki Marsh" (Pişik marşı),Macarıstanda "Szamárinduló" (Uzunqulaq marşı),Malyorkada "Polca de los Tontos" (Axmaqların polkası),Meksikada "Los Changuitos"(Balaca meymunlar),Finlandiyada "Kissanpolkka" (Pişik polkası),Çexiyada "Prasečí valčík" (Donuz valsı),Slovakiyada "Somársky pochod"(Uzunqulaq marşı),Koreyada "Somársky pochod"(Pişik rəqsi),Çində "跳蚤圆舞曲" (Milçək valsı) və Böyük Britaniyada isə Chopsticks (yemək çubuqları) adlarır. == Aranjimanlar == Əsər üzərindəki dəyişikliklərdən biri "Lesson One",1962-ci ildə pianoçu Rass Konuey tərəfindən edilmiş və hit olmuşdur..Danimarkalı pianist Bent Fabrik 1963-cü ildə əsərin cazdan təsirlənmiş versiyası olan "Chicken Feed"-i yazmışdır.
İt itburnusu
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
İt Ceyk
İt Ceyk (ing. Jake the Dog) — Pendlton Vord tərəfindən yaradılmış "Macəra zamanı" cizgi serialının baş qəhrəmanlarından biri. O, "Adventure Time: Distant Lands" spin-off serialında da görünüb. Ceyk Con Di Macio tərəfindən səsləndirilmişdir. Serialda onun "it ili ilə 28 yaşı" var. Ceyk öz formasını və ölçüsünü dəyişmə qabiliyyətinə malikdir. O, bədənini istədiyi qədər böyüdə və kiçildə bilir. Ceykin tövsiyələri və məsləhətləri mükəmməl olmaya bilər, lakin o, övladlığa götürülmüş ögey qardaşı Finnə hər zaman bacardığı qədər dəstək olmağa çalışır. Ceykin gücləri ona döyüşlərdə və hərəkət etməkdə xeyli kömək edir, buna baxmayaraq o, çox vaxt güclərindən sadəcə əylənmək və hisslərini ifadə etmək üçün istifadə edir. Ceykin "Lady Raincorn" adında sevgilisi və onunla sahib olduğu beş övladı var.
Adi it xiyarı
Adi dəlixiyar (lat. Ecballium elaterium) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin dəlixiyar cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 10-50 sm olan çoxillik ot bitkisidir. Bir neçə qısa gövdə əmələ gətirir. Yarpaqları iri, yumurtavari-ürəkvari, zəif dilimlidir. Bütövlüklə cod nahamardır. Tacı kifayət qədər böyük, açıq sarı rəngdədir. Meyvəsi uzunsov, ovalvari, toxunduqda sürətlə sıçrayıb şirə buraxır. May-avqust aylarında çiçəkləyir, iyun-noyabr aylarında meyvə verir. == Mənşəyi və yayılması == Adi dəlixiyar kserofil coğrafi tipinin aralıq dənizi sinfinin aralıq dənizi qrupuna aiddir.
Biql (it cinsi)
Biql — ov itləri cinsi. == Haqqında == Dovşan və tülküləri təqib etmək üçün istifadə olunur, ovunu dəstə ilə qovur, dözümlüdür, güclü iybilmə qabiliyyəti var. Adı yazılı mənbələrdə ilk dəfə 1475-ci ildə çəkilir. İlk standartı Böyük Britaniyada təsdiq edilib. Biqllər mütənasib quruluşlu, canıbərk və qıvraq itlərdir. Süysününün hündürlüyü 33–40,5 sm, kütləsi 8–13 kq-dır. Üzü bir qədər qısa, gözləri mülayim ifadəli, qulaq ları uzun və sallaqdır. Beli düz, sinəsi batıqdır. Quyruğu qılıncşəkillidir, qaçarkən onu dik saxlayır. Tükləri qısa, sıx və coddur.
Hayırsızada it qətliamı
Hayırsızada it qətliamı (türk. Hayırsızada köpek katliamı) – 3-4 iyun 1910-cu ildə 80.000 küçə itinin Türkiyənin Sivriada (digər adı ilə Hayırsızada) adasında toplanıb öldürülməsi ilə baş verən kütləvi heyvan qətliamı hadisəsi. Tarixin ən böyük heyvan qətliamlarından biridir.İstanbul tarixin bir çox dövrlərində itlərlə dolu olan şəhər olmuşdur. İstanbul şəhərində ilk it sürgünlərindən biri XIX əsrdə Osmanlı hökmdarı II Mahmudun dövründə həyata keçirilmişdir. II Mahmud şəhərdəki bütün itlərin tutulub adaya göndərilməsini əmr etdi, lakin İstanbul əhalisi heyvanlara əziyyət verməyin uğursuzluq gətirəcəyini bildirib etiraz etməyə başladılar. Bundan sonra adadakı itlər qayıqlar vasitəsilə yenidən İstanbula gətirildi.XX əsrdə şəhərdə itlərin sayının artmasından sonra başqa İstanbul bələdiyyəsi başçısı Suphi Bəysoyundu başda olmaqla səlahiyyətli şəxslər it problemini həll etmək üçün yol axtarmağa başladılar. Dövlət bu itlərin kimya sənayesində istifadəsi üçün Fransa hökuməti ilə razılaşdı. 80.000 it İstanbul küçələrindən toplanıb əvvəlcə dəniz səmtində yerləşən Topxanaya gətirildi və Fransaya göndərilmək məqsədilə gözlədilməyə başlandı. Əhalinin itləri xilas etməsinin qarşısını almaq üçün əsgərlər vəzifələndirildi. Fransa hökumətindən təlimat gözlənilsə də, heç bir cavab gəlmədi və itlərin baxımı çətinləşdiyindən 80.000 it Mərmərə dənizinin ortasındakı Sivriadaya sürgün edildi.
Shake it up
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
İT-Park (Kazan)
Yüksək texnologiyalar sahəsindəki "İT-park" texnoparkı, "Rusiya Federasiyasında yüksək texnologiyalar sahəsində texnoparkların inşası" kompleks proqramı çərçivəsində Tatarıstan Respublikasının ərazisində inşa edilmiş informasiya və rabitə texnologiyası texnoparkıdır. "İT-park" texnoparkın əsas məqsədi İT şirkətlərinin inkişafını sürətləndirmək və Tatarıstan Respublikası iqtisadiyyatında İT sənayesinin payını artırmaqdır. Tam adı "Yüksək texnologiyalar sahəsində" Texnopark "İT-park" dövlət təşkilatıdır ". == Əsas məlumat == İT-park Teknoparkın inşasına 2008-ci ildə federal büdcə və Tatarıstan Respublikasının büdcəsi hesabına başlanmış və 2009-cu ilin oktyabrında başa çatdırılmışdır. Zonanın Kazan şəhərinin stansiyaları, Tukay Meydanı və Kazan metrosunun Sukno qəsəbəsi yaxınlığında, yəni mərkəzi hissədə yer alması təyin edildi.İT park binaları kompleksi texnopark infrastrukturunun əsas hissəsini özündə cəmləşdirən 5 mərtəbəli müasir bir binadan və keçmiş kazarmaların yenidən qurulmuş iki binasından ibarətdir. İT parkının ümumi sahəsi 30 min kvadratmetrdən ibarətdir. Rusiya Federasiyası Kommunikasiya və Kütləvi İnformasiya Naziri İqor Şeqolev və Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun iştirak etdiyi İT Park Biznes İnkubator 2011-ci ilin aprelində fəaliyyətə başladı. == Şirkətlər == Ərazidə Autodoriya, AK BARS Bank, ICL-KPO VS, BARS Group, GLONASS + 112, İnnovativ İdarəetmə Sistemləri, BİLİŞİM, Microsoft Rus, Sky, NPO VS, Russian Post, Document Circulation System, SIT, StartUp, StartBase TiTi Group, Fujitsu, RT CIT, Kontur SKB şirkətləri yerləşdirilmişdir. == İT Akademiyası və İnkişaf Mərkəzi == 2015-ci ildən etibarən Kazanda İT parkda İT Akademiyası və İnkişafı Mərkəzi uğurla fəaliyyət göstərir və vətəndaşlar və hüquqi şəxslər üçün əlavə peşə təhsili xidmətləri göstərir. İnformasiya Texnologiyaları Akademiyası, təhsil fəaliyyətlərini həyata keçirmək üçün lisenziyaya malikdir və bunun çərçivəsində 3 təlim formatı həyata keçirilir: uşaqlar üçün qabaqcıl təlim, peşəkar yenidən hazırlıq və ümumi inkişaf proqramları.
İt ürəyi (roman)
İt ürəyi (rusca:Собачье сердце) - rus yazııçısı Mixail Bulqakovun romanı. 1925-ci ildə yazılmış roman bolşevizmin və bolşevizm nəticəsində yeni yaranmış varlı təbəqənin tənqidinə yönəlmişdir. Yazıçının evinə keçirilən baxış sonrası "NKVD" tərəfindən müsadirə edilən romanaın əlyazmaları və nüsxələrinin geri qaytarılması üçün Qarsim Qorki işə müdaxilə etdi. Roman yazıçının ölümündən təqribən yarım əsrə sonraya - 1987-ci iə qədər rus dilində çap olunmadı. Bununla belə, roman 1987-ci ildə Maykl Qlenni tərəfindən ingilis dilinə tərcümə olunub çap olunmuşdur. == Mövzusu == Roman küçə iti Şarikin professor Filipp Filippoviç Preobrajenski ilə tanışlığından sonra dəyişən həyatından bəhs edir. F.Filippoviş insanların xəstə orqanlarını heyvan bədən üvzləri ilə dəyişdirməklə onları cavanlaşdırmaq bağlı eksperimentlər həyata keçirir və bu yolla pul qazanır. Dünyamiqyaslı alim professor Filipp Filippoviç Preobrajenski evinə gətirdiyi Şarikə yüngül həyat tərzinə sahib kişinin cinsiyyət və hipofiz vəzilərini köçürdür. == Xarici dillərə tərcümə == Türkcə - Mustafa Kemal Yılmaz tərəfindən tərcümə olunmuş, 2016-cı ildə İş Bankası Kültür Yayınları tərəfindən çap olunmuşdur.
Fotoqrafiyada uzun müddətli məruz qalma
Uzun müddətli məruz qalma, vaxta məruz qalma hərəkətli cisimləri bulanıqlaşdırarkən görüntüdəki sabit cisimləri tutaraq çəkmək üçün uzun müddətli çəkiliş sürətini ehtiva edir. Fotoqrafiyada uzun müddətli məruz qalma metodu ənənəvi fotoqrafiyanın tuta bilmədiyi bir amili tutar: Uzun bir müddəti. Parlaq və hərəkət edən cisimlərin trayektoriyaları dəqiq şəkildə görünən hala gəlir - avtomobil işıqları parlaq xətlər çəkər, ulduzlar səmada iz buraxar və su dalğaları hamar görünər. Parlaq cisimlər iz buraxar, qaranlıq cisimlər isə əsasən itir, görüntüdə öz əksini tapmır. == Tətbiqetmələr == Ulduz izi fotoşəkili, Yerin fırlanması səbəbindən gecə səmasında ulduzların görünən hərəkətini çəkmək üçün uzun müddətli məruz qalma metodundan istifadə edilir. === İşıqla boyama === Bu texinkada, səhnə çox qaranlıq tutulur, fotoqraf və ya köməkçisi əlinə işıq alır və onu istəyə uyğun olaraq hərəkət etdirir, naxış canlandırır və s. === Su və uzun müddət məruz qalma === 30 saniyəlik uzun məruz qalma, şəlaləni duman kimi bir görünüşdə göstərərkən bu görüntünün hərəkətsiz elementlərini kəskin şəkildə büruzə verdi. Hovuzdakı fırlanan su isə tam dairələr əmələ gətirir == İstinadlar == 8 Tips for long exposure photography. Digital Photography School. http://digital-photography-school.com/8-tips-for-long-exposure-photography School of Photography Greenspun, Philip (January 2007).
Ağ it (film, 1982)
Ağ it (ing. White dog, 1982) — ABŞ istehsalı psixoloji film. Filmin göstərilməsinə bir çox ölkədə qadağan olunmuşdur. == Haqqında == Samuel Fullerin rejissoru olduğu filmin senarisini o və Kurtis Hanson filmin rollarında Kristi MakNikol, Paul Vinfild, Burl İves və Ceymson Parker oynayıb. Filmin musiqisi Ennio Morrikone aiddir. Samuel Fullerin filmdə kiçik rolu vardır. (Həmçinin tibb bacısı rolunda Fullerin həyat yoldaşı Krista Lanq çəkilmişdir) Film məşhur fransız yazıçı Romayn Qarinin 1970-ci ildə yarı-avtobioqrafik şəkildə yazdığı "Chien Blanc"'ın (Ağ it) romanı əsasında çəkilmişdi. Romayn Qari ABŞ-də ağlarla zəncilər arasında irqçiliyi tənqid etdiyi bu romanında Los-Ancelesdə Fransa səfiri olrkən yazmışdı. Bu zaman ABŞ aktrisası Jan Seberq ilə evli idi və filmdə baş verən hadisənin bənzəri ailəsinin başına gəlmişdi. Samuel Fuller filmin çəkilişləri başmamışdan qabaq 1980-ci ildə vəfat edən Romayn Qraya həsr etdi.
Divanü Lüğat-it-Türk
Divanü Lüğat-it-Türk (ərəb. ديوان لغات الترك‎ - Türk dilləri lüğəti) — türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğari tərəfindən Bağdadda 1072-1074-cü illər arasında yazılan türkcə-ərəbcə lüğətdir. "Divanü Lüğat-it-Türk" (DLT) həm XI əsrdə söz varlığının genişliyini, müxtəlifliyini nümayiş etdirir, həm də o dövrdə insan və cəmiyyət həyatıyla, türklərin maddi və mənəvi mədəniyyəti ilə bağlı maraqlı qeydləri özündə cəmləyir. Bu baxımdan zamanımızdan təxminən min il əvvəl yazılan DLT, Türkcənin ilk lüğəti olmaqdan kənar bir çox araşdırmaçının təslim etdiyi üzrə tarixi və mədəni müraciət qaynaqlarımızın da ilklərindəndir. Cəmiyyətlərin həyat formaları, dünyanı anlayışları o cəmiyyətin dilində də özünü göstərir. DLT, təxminən bir yüzillikdir ki, Türklük elminin başlıca araşdırma mövzularından biri olmuşdur. Bu əsər, ədəbiyyat baxımından əhəmiyyətli olduğu qədər mədəniyyət xüsusiyyətlərini əks etdirməsi baxımından da qiymətlidir.Türkcənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyətli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir.
İt həyatı (film, 1918)
"İt həyatı" (ing. A Dog's Life) — rejissor Çarli Çaplinin filmi. == Məzmun == Əsl avara Çarli çəpərin altında gecələyir, boş yerə özünə iş axtarır və asanlıqla polisdən qaçır. Avaranı təkcə bir fakta görə başa düşmək olar: onun qalmağa yeri olmayan iti Çarli kimi rədd edilməyib və onun başqa itlərlə münasibəti var. == Film haqqında == Çarli Çaplin bu filmi haqqında demişdir: "Filmin süjetində əsas yeri satira tutur. Avaranın və itin həyatı paralel göstərilir.
İlinden
İlinden- Makedonium kimi də tanınan (Macedonian: Споменик „Илинден“ or Македониум) — Makedoniyanın Kruşevo şəhərində yerləşən abidədir. == Tarixi == Rəsmi olaraq abidə Makedoniya Milli Azadlıq Anti-faşist Assambleyasının ikinci sessiyasının 30-cu ildönümü və İlinden qiyamının 71 illik yubileyi münasibətilə 2 avqust 1974-cü ildə istifadəyə verilmişdir. Abidənin memarları Yordan Qrabuloski və İskra Qrabuloskadır. İlinden abidəsi 1941-1944-cü il arasında Makedoniya Milli Qurtuluş mübarizəsindən iştirak edən bütün döyüşçülərə və 1903-cü ildə İlinden qiyamında iştirak edənlərə, eləcə də bütün əsgər-partizanlara həsr olunmuşdur. Abidə futurizm janrında hazırlanmışdır. Abidədə Yara Petara Mazeva mozaik işləri, məşhur sənətçi Borko lazevski isə keramika işləri ilə məşğul olmuşdur. == Təsviri == Ümümulikdə abidə 12 akr ərazini əhatə edir və oval pəncərələr dəyirmi günbəz formasında abidəyə yerləşdirilmişdir. Yuxarı oval pəncərələr vitrajdan hazırlanmışdır. Günbəzin daxilində Kruşevo Respublikasının Prezidenti Nikola Karev və makedoniyalı müğənni Toşe Proeskinin büstlərini görmək olar. Günbəzin daxilində yerləşən 4 pəncərə dünyanın İlinden ilə bağlı olan Sliva abidəsini, Ayı daşını və Pelaqoniyanı ifadə edir.Memorial kompleksin daxilinə Azadlıq Mübarizəsinin qələbə rəmzi olan "Zəncirləri qırmaq" adlı heykəltəraşlıq nümunələri də daxildir.
Qalba
Qalba (24 dekabr e.ə. 3 – 15 yanvar 69, Roma, Latsio, Qədim Roma) — Roma imperatoru. == Həyatı == Neronun ölümündən sonra imperatorluq taxtı uğrunda ordu başçıları arasında vətəndaş müharibəsi başlandı. İspaniyadakı legionerlər öz sərkərdələri Servi Sulpisi Qalbanı imperator elan etmişdilər. Senat da onu bəyənmişdi. Çünki Qalba senatın hüquqlarını tamamilə bərpa edəcəyini vəd etmişdi. İspanları və qalları öz tərəfinə çəkmək üçüu Qalba onlara Roma vətəndaşlığı vermişdi və vergilərini azaltmışdı. Artıq çox qocalmış Qalba öz düşməulərinə qarşı da ciadi tədbirlər görməkdən çəkinmirdi. Lakiu Qalba əsasən əyanlara arxalanırdı. Əsgərləri ilə о ciddi rəftar edirdi.
Qalxma
Qalxma; uçmağı bacaran canlıların və təyyarələrin yer, su və digər səthlərlə təmasının kəsilməsi və uçmağa başlaması. Kosmik gəmilərin və raketlərin yerdən böyük bir bucaq yaradacaq şəkildə rampadan etdiyi qalxmaya əsasən fırlatma deyilir. Bir cismin qalxması üçün, daşıyıcı qüvvənin cazibə qüvvəsini üstələməsi lazımdır. Təyyarələr şaquli qalxma və üfüqi qalxma edə bilənlər kimi ikiyə bölünür. Bəzi hibrid nəqliyyat vasitələri həm şaquli, həm də üfüqi şəkildə qalxma həyata keçirdə bilirlər. Əksər sabit qanadlı təyyarələr yerdə sürətlənirlər ki, qanadlarda nəqliyyat vasitəsini havaya qaldırmağa yetəcək qədər qüvvə olsun. Helikopterlər kimi fırlanan qanadlı nəqliyyat vasitələri də paletlərdə olan daşıma qüvvəsi ilə qalxmanı həyata keçirirlər. İsti hava balonları isə içərisindəki isti havanın xaricdəki havadan daha yüngül olması səbəbinə görə batmazlıq qüvvəsi sayəsində qalxma həyata keçirirlər.
Qamma
Qamma - yunan əlifbasının üçüncü hərfi. Foton şüalanması bu hərflə işarələnir. Betadan sonra gələn hərfdir.
Qayma
Qayma- (rus. глыба, ing. block, massiph) 1) yer qabığının qırılmalarla ayrılmış hissəsi olub, digər sahələrdən quruluşuna, şaquli tektonik hərəkətlərin sürəti və istiqamətinə görə fərqlənir. Qalxmış Q.-horstlar, enmiş Q. – qrabenlərdir; 2) eni və uzunluğu bir neçə yüz metr, qalınlığı on metrlərlə olan ekzotik və yaxud buzlaq vasitəsilə qopardılmış (ayrılmış) belə Q. Buz-laqlar vasitəsilə ilkin yerlərindən 100 km-lərlə məsafəyə aparılır; 3) diametri 1 metrdən böyük olan süxur parçaları.
Qazma
Qazma — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin məşğuliyyətləri — Fındıq, Qoz, Qarğıdalı yığımı, maldarlıq, arıçılıq, Tütünçülük (son illərdə az sayda). == Tanınmışlar == Elnur Qebedov Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı. == Təhsil == Qazma 1 saylı kənd tam orta məktəbi — Məktəbdə 1–11 siniflərdə olmaqla 400-ə yaxın şagird təhsil alır. == Din == Kənddə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.
Qelma
Qelma (ərəb. قالمة‎) — Əlcəzairin şimal-şərqində şəhər. Eyniadlı vilayətin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Saybuz çayının sağ sahilində, dəniz səviyyəsindən 256 metr yüksəklikdə yerləşir.Qelma ölkənin paytaxtı Əlcəzairdən təxminən 390 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci il əhalinin siyahıya alınmasına əsasən, əhalisi 120,847 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Alma
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Ümumi məlumat == Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Evarist Qalua
Evarist Qalua (fr. Évariste Galois; 25 oktyabr 1811[…], Bur-la-Ren – 31 may 1832[…], Paris) — fransız riyaziyyatçısı, müasir cəbrin və qrup nəzəriyyəsinin banisi. Onun cəbri tənliklərə aid əsərləri müasir cəbrin əsaslarını qoymuşdur; cəbrin əsas anlayışlarından olan qrup, sahə və s. Qaluanın ideyaları ilə bağlıdır. == Həyatı == Riyaziyyata kiçik yaşlarından meyl edib. O, dörddən yüksək dərəcəli cəbri tənliyin radikallarla ümumi şəkildə həll edilmədiyini Paolo Ruffini və Nils Hendrik Abeldən asılı olmadan göstərmişdir. Qalua yüksək dərəcəli cəbri tənliklərin radikalla həlli üçün zəruri şərtləri tapmış və Paris Elmlər Akademiyasına göndərmişdir. Qaluanın işləri yalnız XIX əsrin 70-ci illərində Jozef Liuvillin 1846-cı ildə çap olunmuş əsərlərindən sonra geniş yayılmışdır. Qalua cəbri funksiyaların inteqralı haqqında əsas teoremləri ifadə etməklə bərabər, riyaziyyata qrup, altqrup, normal bölən və meydan anlayışlarını da gətirmişdir. Onun ideyaları təkcə cəbrin yox, bütün riyaziyyatın inkişafına təsir göstərmişdir.
Jalma (mahnı)
Jalma(bolq. Джалма,— bolqarıstanlı qrup Ritonun mahnısıdır. Mahnıya ilk dəfə 1995-ci ildə klip çəkilmişdir. == Digər versiyaları == === Filipp Kirkorov və Maşa Raputina versiyası === 2003-cü ildə Filipp Kirkorov və Maşa Raputina mahnını rusca ifa etmiş və 2005-ci ildə mahnıya klip çəkmişdirlər. Mahnının rusca sözlərinin müəllifi Andrey Morsindir. Filipp Kirkorov daha sonra mahnını erməni müğənni Zara (2006) , belarusiyalı müğənni Anjalika Ahurbaş (2004) ilə də ifa etmişdir. === Filipp Kirkorov və Aygün Kazımova versiyası === Aygün Kazımova 2006-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində səhnə fəaliyyətinin 20 illiyi münasibətilə verdiyi "Я девушка восточная" adlı konsert proqramında mahnını Filipp Kirkorov ilə duet şəklində ifa etmişdir. Mahnının ilk bəndinə azərbaycanca sözlər əlavə edilmişdir. 2019-cu ildə "Jara" musiqi festivalında Aygün Kazımova və Filipp Kirkorov mahnını yenidən aranjıman edərək ifa etmiş və klip çəkmişdirlər. 2020-ci ilin fevral ayının 20-də Aygün Kazımova mahnını solo ifa etmiş və rusiyalı rejissor Alişer mahnıya İçərişəhərdə klip çəkmişdir.
Küsnət qazma
Küsnətqazma — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Qəçrəş bələdiyyəsinin tərkibindədir. == Tarixi == Küsnət qazma kəndi Quba rayonunun qədim yaşayış məskənlərindən biridir. Burada dəqiq məskunlaşma tarixi bilinmir. Amma o da məlumdur ki, onlarla üz-üzə olan Küsnət kəndindən köçüb gələnlər burada ilk məskunlaşanlar olmuşlar. Küsnət kəndi Qımıl-qazma kəndi ilə qonşudur. Bu iki kənd bir-birinə qohumdur. == Toponimikası == Küsnətqazma oyk., mür. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylağının ətəyindədir.
Lalla Salma
Lalla Salma — Mərakeş Krallığının birinci xanımı Lalla Salma 1978-ci ildə mayın 10-da Mərakeşin Fəs şəhərində dünyaya gəlib. Salma Mərakeş kralı VI Məhəmmədlə 2002-ci ildə ailə həyatı qurub. Onların Moulay Həsən və Lalla Xədicə adında iki övladı var. Kraliça Rabat şəhərində təhsil alıb. ONA Group şirkətində informasiya xidmətləri sahəsində mühəndis vəzifəsində çalışıb. O, HİV-QİÇS və xərçəng xəstəliklərinə qarşı mübarizə ilə əlaqədar xarici ölkələrə səfərlər edib. Məhz bu məsələləri müzakirə etmək üçün Salma xüsusi səfir kimi Tunis və Səudiyyə Ərəbistanı olub. == Mənbə == Birinci xanımlar fotolarda – Lalla Salma.
Palma (kommuna)
Palma (fr. Palmas, oks. Palmàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12177. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 145 km şimal-şərqdə, Rodezdən isə 22 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 287 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 174 nəfər (15-64 yaş arasında) arasında 140 nəfər iqtisadi fəal, 34 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 80,5%, 1999-cu ildə 76,8%) olmuşdur.
Palma Adaları
Palma adaları — Dubay şəhərində tikilmiş adalar. == Cumeyra palması == Birləşmiş Ərəb Əmirliklərindəki Dubay əmirliyinin dəniz sahilinə yaxın süni ada. Nakheel developer şirkəti tərəfindən yaradılıb. Palma adalarından biridir. 25°06′28″ şm. e. 55°08′15″ ş. u. == Cəbəl Əli Palması == 25°00′14″ şm. e.
Palma cocos
Kokos palması və ya Hind qozu ağacı (lat. Cocos nucifera) — palmalar fəsiləsindən bitki növü. Gövdəsinin hündürlüyü 20–25 m, diametri 50-60 sm-dir, yarpağı lələkvarı olub uzunluğu 3-6,5 metrdir. Bircinsiyyətli çiçəkləri süpürgə çiçək qrupunda yerləşir. Kokos qozu adlanan meyvəsi çəyirdəkdir: çəkisi 1,5-2,5 kq olur. Yetişmiş meyvəsində kokos südü və yağı var. Hind qozu 7-13 yaşında meyvə verir, 60 ilə qədər məhsul yığmaq olur. 90-100 il yaşayır. Kokos palması qədim zamanlardan hər iki yarımkürənin tropik ölkələrində, əsasən Filippində, Malay arxipelaqı adalarında, Malakka yarımadasında, Hindistanda və Şri-Lankada becərilir. Dəniz və okean sahillərində bitən bitkidir.
Palma kakadusu
Probosciger aterrimus (lat. Probosciger aterrimus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin kakadular fəsiləsinin probosciger cinsinə aid heyvan növü.
Qalça sümüyü
Qalça əzələsi
Qalça əzələsi (lat. musculus iliacus) daxili qrup çanaq əzələlərindən olub, qalça çuxurundan başlanğıc götürüb, bud sümüyünün kiçik troxanter çıxıntısına bağlanır.
Qazma (dəqiqləşdirmə)
Qazma - Balakən rayonunda kənd. Qazma ev - Qədim yaşayış məskəni.
Qazma baltası
Qazma baltası- yeraltı yataqlara yol açmaq prosesində dağ-mədən suxurlarının deşilməsi üçün tətbiq olunan deşmə alətinin əsas hissəsidir. Baltalar adətən deşmə ştanqının sonunda bərkidilir və ona deşmə avadanlığından fırlanma hərəkəti verilir. Zərbə ilə işləyən qurğularda balta başlığı metal məftilldən asılır və deşmə lazımi yerə zərbə ilə düşərək həyata keçirilir. == Təsnifatı == Qazma baltalarının sinifləşdirilməsi onun təyinatı və suxura təsirindən asılı olaraq aparılır. Təyinatından asılı olaraq 3 növ baltalar mövcuddur: bütöv qazma üçün (suxuru bütün qazma boyu dağıtmaqla), içlikli qazma (suxur silindrik divar boyu kəsilir, içi isə bütöv qalır) və xüsusi hallar üçün (sementin deşilməsi, quyunun genişləndirilməsi). Suxura təsir etmək xarakterinə görə isə baltalar 4 sinifə bölünürlər: qazma hərəkətli, qazma-ovma və sürtmə-kəsmə hərəkətli. Baltaların əsas elementi olan gövdəsi və işçi hissəsinə görə 3 növ baltalar vardır: diyirlənən, almazlı və kürəkli. Diyirlənən qazma baltası qaz və neft yataqlarının qaılmasımda tətbiq olunan baltaların 90%-ni təşkil edirlrər. Bu baltalar bir, iki, üç və çox saylı diyircəklərə malik ola bilir. Diyirlənən baltaların kəsən hissəinin parametrləri (dişin hündürlüyü və uzunluğu, ilişmə bucağı, itiləmə bucağı, yeyilməsi, dişlər arasındakı məsafə) onların tətbiq olunduğu şəraitdən asılı olaraq təyin olunur.
Linden, Vaşinqton
Linden (ing. Lynden) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əyalətin ikinci böyük şəhəridir. ABŞ-Kanada sərhədindən 8 km məsafədə yerləşir. Burada hər il Şimal-Qərb Vaşinqton Yarmarkası keçirilir. == Coğrafiyası == Ümumi ərazisi 13.42 km² olub, bunun 13.39 km² quru, 0.03 km² isə sudur. == İqlimi == Orta illik yağıntı miqdarı 1562 mm-dir. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 11951 nəfər əhali, 4594 şəxsi təsərrüfat və 3248 ailə vardı. Əhalinin sıxlığı 892.5 nəfər/km²-di. Burada 4812 ev var və evlərin sıxlığı 359.4/km²-di.
Linden (Vaşinqton)
Linden (ing. Lynden) - ABŞ-nin Uatkom əyaləti, Vaşinqton ştatında şəhər. Əyalətin ikinci böyük şəhəridir. ABŞ-Kanada sərhədindən 8 km məsafədə yerləşir. Burada hər il Şimal-Qərb Vaşinqton Yarmarkası keçirilir. == Coğrafiyası == Ümumi ərazisi 13.42 km² olub, bunun 13.39 km² quru, 0.03 km² isə sudur. == İqlimi == Orta illik yağıntı miqdarı 1562 mm-dir. == Əhalisi == === 2010-cu il əhalinin siyahıyaalınması === 2010-cu il əhalinin siyahıyaalınması məlumatlarına görə burada 11951 nəfər əhali, 4594 şəxsi təsərrüfat və 3248 ailə vardı. Əhalinin sıxlığı 892.5 nəfər/km²-di. Burada 4812 ev var və evlərin sıxlığı 359.4/km²-di.
Linden Eşbi
Linden Eşbi (ing. Linden Ashby) — ABŞ aktyorudur. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Conni Keyc roludur. == Həyatı == Linden Eşbi 23 mart 1960-cı ildə Atlantik-Biç şəhərində dünyaya gəlmişdir. Məktəbi bitirdikdən sonra Koloradonun məntəqələrindən biri olan Dyuranqo məntəqəsində yerləşən Fort Lyuis kollecinə daxil olur. Burada Linden Eşbi biznes və psixologiyanı oxuyur. 21 yaşından başlayaraq Linden Eşbi karate, taekvondo və kunq-fu kimi döyüş sənətləri ilə məşğul olmağa başlayır. 1987-ci ildən başlayaraq filmlərdə və seriallardə iştirak edir. Linden Eşbi 1986-cı ildən etibarən ABŞ aktrisası Syuzan Uolters (ing. Susan Walters) ilə ailə həyatı qurmuşdur.
Qazma bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qazma ev
Qazma — Azərbaycaının ən qədim məskən tiplərindən biri. Mağara tipli yaşayış evlərinin sonrakı mərhələsini qazma, yarımqazma adlandırırdılar. Azərbaycanın Kiçik Qafqaz, Gəncəbasar və qərb bölgələrində bu tip evləri pəyə evlər kimi də adlandırıblar. == Qazmanın inşaatı == Planda düzbucaqlı olan bu tip evlər, onun sahibinin maddi vəziyyətindən asılı olaraq müxtəlif ölçülərdə tikilirdi. Dağlıq ərazilərdə son zamanlara qədər qalmaqda olan qazma (pəyə) tipli evlərin inşaqaydası bəsit olduğundan, onları hər kəs özü tikə bilirdi. Bunun üçün yamacın gündöyən səmtində (güney) tikiləcək ev üçün ilk növbədə yer müəyyənləşdirib kalafa qazılırdı. Kalafanın arxa və ya iki yan divarları yamacın dik çapılmış torpaq divarından, açıq qalmış qabaq tərəfi isə daş hörgüdən ibarət olur və burada giriş yolu qoyulurdu. Düzənlik yerlərdə inşa edilən belə qazmalarda divarların dördü də torpaqdan olurdu. Kalfa qazılıb başa çatdıqdan sonra qazmanın (pəyənin) dam örtüyü qurulurdu. Bunun üçün evin uzunu boyunca bir-birindən 1,5-1, 7 m aralı dirəklər basdırılır, üzərinə yoğun tir (kərən) atdıqdan sonra kalafa divarlarının üstünə "hərmə" (pasna) adlanan yastı ağaclar uzadılırdı.
Qazma mağarası
Qazma mağarası — Ordubad və Şərur rayonları ərazisində 1983-cü ildə aşkarlanmış və paleolit dövrünə aid düşərgə. == Tarixi-coğrafi mövqeyi == O, Tənənəm kəndindən 3 km şimal-şərqdə, dəniz səviyyəsindən 1450 m yüksəklikdə yerləşir. Qazma dərəsində olduğundan bu cür adlandırılıb. == Tədqiqi tarixindən == 1987-1990-cı illərdə Ə.Q.Cəfərovun rəhbərliyi ilə Qazma mağarasında qazıntı işləri aparılmışdır. Qazıntı zamanı qalınlığı 3 m olan mədəni təbəqə aşkar edilmişdir. 6 mədəni təbəqə qeydə alınmışdır. 1-2-ci təbəqələrdən Orta əsrlər və Tunc-Eneolit dövrü maddi mədəniyyət qalıqları tapılmışdır.Düşərgənin aşağı təbəqələrindən isə Daş dövrü nümunələri aşkarlanıb.Qazma mağarasından aşkar olunmuş daş məmulatının hazırlanma texinkası və tipologiyası əsasında alimlər burada Mustye mədəniyyəti dövründə yaşayış olduğunu deyirlər. == Aşkarlanmış maddi mədəniyyət nümunələri == Mədəni təbəqələrin üçündə IV, V və VI təbəqələrdə zəngin osteoloji material, ocaq yerləri və Mustye mədəniyyətinə aid daş alətlər aşkar edilmişdir. Mustye mədəniyyətinə aid təbəqələr tərkibcə eyni olub az miqdarda əhəngdaşı çınqılının qarışığı olan yüngül gil torpaqdan ibarətdir. Kəsiklərin birində bir neçə ocaq qeydə alınmışdır.
İlişgən
İlişgən (lat. Sabanejewia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinə aid heyvan cinsi.
İlişdin
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film. == Məzmun == Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır. Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin. == Film haqqında == Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir. "İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
Adi ilişgən
Adi ilişgən (lat. Cobitis taenia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin cobitis cinsinə aid heyvan növü. Öz fəsiləsinin ən kiçik balığıdır. == Təsviri == Bədəni lentvari formanda olub, yanlardan sıxılmış formadadır. Burnunun ucunda və ağzının kənarlarında bığcıqlar vardır. Quyruq üzgəcləri çökəkdir. Uzunluqları 12 sm-dir. Burnu kəsikdir. Alt dodağı iki pərlidir. Rəngi açıq sarıdır.
Gizlindən Qeydlər
"Yeraltından Qeydlər" (rus. Записки из подполья) — Dahi rus yazıçısı Fyodor Dostoyevskinin 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır. Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, daha çox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik. Belə ki, romanın baş qəhrəmanı olan adsız şəxs, cəmiyyətdən özünü kənar tutmuş sərt xarakterli bir kimsədir. Roman iki hissədən ibarətdir və qəhrəmanın öz dilindən nəql olunur. "Mən xəstə bir adamam" ifadəsi ilə başlayan kitabın ilk hissəsində şəxs, cəmiyyətdən nə üçün qaçdığından, öz gizli dünyasında necə yaşadığından və daha çox nələr ilə məşğul olduğundan bəsh edir. İkinci hissədə isə O, daxilinə qapanmadan öncəki sosyal həyatından bir neçə səhnə nəql edir. Ustad qələmindən çıxmış və Dostoyevski müşahidələrinin əvəzsiz zənginliyini özündə əks etdirən bu əsər, bir roman olmaqla yanaşı, eyni zamanda möhtəşəm bir pisixi təhlil xarakteri də daşıyır. Əsər oxunduqca özü üçün yaratdığı kiçik və fərqli dünyada yaşayan adi bir insanın həyatına nəzər salınarkən həm də bütün cəmiyyət tənqidə məruz qalır. == Digər obrazlar == Yeraltı adamı - baş personaj Anton Antonıç Setoçkin - yeraltı adamının masa rəisi Apollon - yeraltı adamının yaşlı qulluqçusu Liza - yeraltı adamının fahişəxanada yatdığı gənc bir fahişə Simonov - yeraltı adamının məktəb yoldaşı.
Qızılı ilişgən
Qızılı ilişgən (lat. Sabanejewia aurata) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çöprələr fəsiləsinin i̇lişgən cinsinə aid heyvan növü. == Yayılması == Yayılması nisbətən genişdir. Dunay, Egey dənizi çayları, Yuxarı Don və Kuban çayları hövzəsi, Xəzərin İran sahilli, Azərbaycan hüdudlarında bütün Kür və Araz boyu, eləcə də dağətəklərinə qədər onların qollarında qeydə alınır. == Morfoloji əlamətləri == D II–III (5) 6–7, A II–III 5–6, P I 6–8, V I 5–6, C I 12–14, l.l. 170–200, fəqərələrin sayı 41–43-dür. Bel və anus üzgəclərinin gerisində və ya çox dərəcədə inkişaf etmiş dəri darağı vardır. Gözaltı tikanı yaxşı inkişaf etmişdir. Bığları nisbətən uzundur, ağzın küncündəki bığlar gözün dal kənarı vertikalına qədər çatır. Cüt üzgəcləri xallıdır, quyruq ezgəcinin əsasında tünd rəngli zolaq olur; bu zolaq ortadan qırılmış şəklində olur.
İlişkən qatıqotu
İlişkən qatıqotu (lat. Galium aparine) — qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Aparine hispida Moench [Illegitimate] Aparine vulgaris Hill Asperula aparine (L.) Besser [Illegitimate] Asterophyllum aparine (L.) Schimp. & Spenn. Crucianella purpurea Wulff ex Steud. Galion aparinum (L.) St.-Lag. Galium aculeatissimum Kit. ex Kanitz Galium adhaerens Gilib. [Invalid] Galium aparine var. agreste P.D.Sell Galium aparine subsp.
Lindon Conson
Lindon Beyns Conson (ing. Lyndon Baines Johnson; 27 avqust 1908, Stonuoll, Texas, ABŞ — 22 yanvar 1973, Stonuoll, Texas, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 36-cı prezidenti (1965-1969) və 37-ci vitse-prezidenti (1961-1963). == Həyatı == Lindon Beyns Conson 27 avqust 1908-ci ildə fermer ailəsində anadan olmuşdur. O, 1930-cu ildə Müəllimlər kollecini bitirmiş, bir müddət dərs demişdir. 1939-1948-ci illərdə ABŞ Demokratlar Partiyasından Nümayəndələr palatasının üzvü, 1949-1961-ci illərdə Texas ştatından senator, 1953-1960-cı illərdə Senatda demokratların lideri olmuşdur. == Prezidentliyi == 1960-cı ildə partiyadaxili ilkin seçiklərdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş, lakin Con Kennediyə məğlub olmuşdur. Kennedi onun cənublu olmasını nəzərə alaraq, seçkilərdə cənub ştatlarının dəstəyini almaq məqsədilə Consona vitse-prezident postunu təklif edir və bu cütlük seçkilərdə qələbə qazanır. 1961-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayan Lindon Conson 1963-cü il 22 noyabr tarixində Con Kennedinin öldürülməsindən dərhal sonra and içərək prezident vəzifəsini tutmuşdur. Onun hakimiyyət dövrü cənub ştatlarında hökm sürən irqi ayrıseçkiliyin aradan qaldırılması, ümumi tibbi sığortanın (Medicare, Medicaid) tətbiqi, "Yoxsulluğa qarşı mübarizə" proqramının qəbulu və ABŞ-nin Vyetnamdakı hərbi iştirakının artması və müharibənin qızışması ilə xarakterizə olunur. Conson 22 yanvar 1973-cü ildə keçirdiyi sayca üçüncü infarktdan vəfat etmişdir.
Lindon Riv
Lindon Riv (ing. Lyndon Rive; 22 yanvar 1977, Pretoriya) — CAR sahibkarı. Riv SolarCity-nin həmtəsisçisi və 2016-cı ilə qədər baş icraçı direktoru olmuşdur. 2006-cı ildə qardaşı Piter ilə birlikdə SolarCity-ni təsis etmişdir. == Mükafatları == Riv 2013-cü ildə "Ernst & Young Entrepreneur of the Year Award" mükafatına layiq görülmüşdür.
Barri Lindon
Barri Lindon — amerikalı rejissor Stenli Kubrikin filmi. Ekranlara 1975-ci ildə çıxıb. == Məzmun == Film irlandiyalı yetim kəndli oğlanın necə zadəgan Barri Lindon olmasından bəhs edir. Gənc Barri Redmond öz dayısı qızına vurulur, onun zabit nişanlısını qısqanclıqdan duelə çağırıb, yaralalıyır və doğma yerləri tərk etməli olur. Daha sonra orduya qoşulur. Avropadakı sərgüzəştləri zamanı Barri Yeddillik müharibədə iştirak edir, Prusiya dövlətinin xeyrinə casusluq edir və peşəkar qumarbaz olur. Böyük Britaniyaya qayıtdıqdan sonra o varlı bir gənc dul qadınla evlənir və Lindon soyadını qəbul edir. Arvadı onu sevsə də, oğulluğu ona nifrət edir. Varlı arvadından bir oğlu olur. Bir qəza nəticəsində uşaq ölür.
Blanden
Blanden (fr. Blandin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38047. Kommunanın 1999-cu il üçün əhalisi 122 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 387 ilə 664 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
İnden
İnden — Molekul formulu С9H8 olan politsiklik aromatik karbohidrogendir. Quruluşca benzol və tsiklopenten həlqələrinin kondensləşməsindən ibarətdir. Asanlıqla alovlanır və polimerləşir. == Alınması == Inden daş kömür qətranında (1%-ə qədər), həmçinin olefinlərin istehsalının qalıq yağlarında rast gəlinir. Sənayedə inden fenol və əsaslardan təmizlənmiş daş kömür qətranının rektifikasiyası və sonra kristallaşdırılmasından alınır. Əgər əvvəlcədən fenolun ekstraksiyası aparılmırsa, su ilə azeotrop qovulma ilə indenin konsentrasiyası yüksək olan fenol-inden fraksiyası alınır. Bu zaman fenol aşağı fraksiya kimi ayrılır. Indenin alınmasının preparativ variantı asetilenin 630oC-də pirolizindən və toluolun asetilenlə 825-900oC-də və aşağı təzyiqdə reaksiyasından ibarətdir[1]. == Fiziki xassələri == Inden bir çox üzvi həlledicilərdə (etanol, dietil efiri, piridin, dördxlorlu karbon, sirkə turşusu) həll olur, suda isə həll olmur[1]. == Kimyəvi xassələri == Inden otaq temperaturunda qaranlıqda asanlıqla polimerləşərək poliinden əmələ gətirir.
Alan Blinder
Alan Stüart Blinder (/ˈblaɪndər/ , 14 oktyabr 1945, Bruklin, Nyu-York ştatı) — Prinston Universitetində amerikalı iqtisadiyyat professoru, Federal Ehtiyat Sisteminin 15-ci sədr müavini. IDEAS/RePEc-ə görə dünyanın ən nüfuzlu iqtisadçıları sırasındadır. Aparıcı makro iqtisadçı, siyasi liberal və Keynsçi iqtisadiyyat və siyasətlərin müdafiəçisidir.Binder 1993-cü ilin yanvarından 1994-cü ilin iyununadək Prezident Bill Klintonun İqtisadi Məsləhətçilər Şurasında və 1994-cü ilin iyunundan 1996-cı ilin yanvarınadək FED sədrinin müavini vəzifələrində çalışıb.Onun akademik fəaliyyəti xüsusilə pul siyasəti və mərkəzi bankçılıq və iş yerlərinin "offşorinqi" üzərində cəmlənmişdir. Onun yazıları The Wall Street Journal, həmçinin The New York Times və The Washington Post-da aylıq köşə yazılarında dərc olunub. 2007–2008-ci illərin maliyyə böhranı ilə bağlı Blinder iqtisadçı həmkarları üçün "Bu, burada baş verə bilər" və "Fırıldaqçılıq və fırıldağa yaxın hadisələr makroiqtisadi əhəmiyyət qazana bilər" daxil olmaqla on dərs çəkdi.
Entoni Blinken
Antoni Con Blinken (ing. Antony John Blinken; 16 aprel 1962, Yonkers[d], Nyu-York ştatı) — 26 yanvar 2021-ci ildən ABŞ-nin 71-ci dövlət katibi vəzifəsində çalışan Amerika dövlət xadimi və diplomatı. O, bundan əvvəl 2013–2015-ci illərdə milli təhlükəsizlik üzrə müşavir müavini və 2015–2017-ci illərdə prezident Barak Obama dövründə dövlət katibinin müavini vəzifələrində çalışıb.Bill Klinton administrasiyası dövründə Blinken 1994–2001-ci illərdə Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında yüksək vəzifələrdə çalışıb. 2001–2002-ci illərdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində baş elmi işçi olub. O, 2002–2008-ci illərdə Senatın Xarici Əlaqələr Komitəsinin Demokratlar heyətinin direktoru vəzifəsində çalışarkən 2003-cü ildə İraqın işğalını müdafiə edib. O , Obama-Bayden prezidentlik keçidinə məsləhət verməmişdən əvvəl 2008-ci ildə Co Baydenin prezidentlik kampaniyasının xarici siyasət müşaviri olub. 2009–2013-cü illərdə Blinken prezidentin köməkçisinin müavini və vitse-prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. Obama administrasiyasında işlədiyi müddətdə o, ABŞ-nin Əfqanıstan, Pakistan və İranın nüvə proqramı ilə bağlı siyasətinin hazırlanmasına kömək edib. Dövlət xidmətini tərk etdikdən sonra Blinken konsaltinq firması olan WestExec Advisors-un həmtəsisçisi olaraq özəl sektora keçdi . Blinken əvvəlcə Baydenin 2020-ci il prezidentlik kampaniyası üçün xarici siyasət müşaviri kimi hökumətə qayıtdı, sonra senatın 26 yanvar 2021-ci ildə təsdiqlədiyi, Baydenin seçdiyi dövlət katibi vəzifəsinə təyin olundu.
Ernst Linder
Ernst Linder (25 aprel 1868 – 14 sentyabr 1943) — İsveç Ordusunda 1887-ci ildən 1918-ci ilə qədər xidmət etmiş fin əsilli general. O, Finlandiya vətəndaş müharibəsində Botnik körfəzini Nyasiyarviyə birləşdirən Finlandiyanın qərb sahillərində fəaliyyət göstərən Satakunta və Savo hərbi qruplarına rəhbərlik edirdi. Linder ağların komandiri, marşal Qustav Mannerheymin dostu idi. Müharibədən sonra o, təqaüdə ayrıldığı 1920-ci ilə qədər süvari müfəttişi olaraq xidmət etdi. Linder 13 aprel 1918-ci ildə general-mayor, 1938-də general-leytenant və 1940-cı ildə qoşun generalı rütbəsinə yüksəldi.