AZƏR

Quranda (6: 74) İbrahim peyğəmbərin atası kimi qeyd edilən şəxsdir. Rəvayətlərə görə, o bütpərəst olub, bütlərin düzəldilməsi və satışı ilə məşğul olmuşdur. Ancaq, bir çox tanınmış İslam təfsirçiləri Azərin İbrahimin doğma atası olmadığını da iddia etmişdirlər. Onların dediklərinə görə onun doğma atası Tarux adlı mömin bir insan olmuşdur. Təfsirçilər Taruxun İbrahim peyğəmbərin yetkinlik yaşına çatmamış vəfat etdiyini qeyd edirlər.
AZAN
BAB
OBASTAN VİKİ
Azər
Azər bu mənaları ifadə edə bilər:
Alpay Azər
Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı. Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub. Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Mərhum yazıçı Azər Abdullanın oğludur. Evlidir, iki övladı var. 2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb.
Azər-ilmə
Azər-ilmə — Azərbaycan şirkəti. Azərbaycan xalçası əsrlər boyu dünyada incəsənətimizin təmsilçisi, ulu keçmişimizin, təkrarsız mədəniyyətimizin, milliliyimizin səfiri, elçisi olub. Bu xalçalar öz gözəlliyi, zərifliyi ilə hamını heyrətə gətirmiş, muzeylərdə, şəxsi kolleksiyalarda və ən nəhayət mənzillərdə belə digər eksponatları, əşyaları kölgədə qoymuşdur. Bu baxımdan Azərbaycanda xalça işi özünəməxsus ənənələrə malikdir. Tarix xalçaçılıqla məşğul olan, bu sahənin inkişafına və sağlam təməllər üzərində miqyasca genişlənməsinə əmək sərf etmiş neçə-neçə həmvətənimizin adını öz səhifələrində yaşadır. Azərbaycanın müxtəlif bölgələrində — Şuşada, Ağdamda, Qazaxda, Göyçayda, Qubada və s. təşkil olunan xalça bazarları dünyanın bir çox tacirlərini, səyyahlarını, alimlərini, tədqiqatçılarını özünə cəlb etmişdir. Mənbələrdə bu bazarlarda satışa çıxarılan, sərgilənən xalçaların gözəlliyi, rəngarəngliyi, yüksək hərrac qiymətləri, xaricilərin onlara qarşı marağı haqqında qiymətli məlumatlar vardır. Xalçaçı, toxucu – sənətkardır, yaradıcıdır. O, öz əl işlərini – yuxusuz gecələrinin, alın tərinin bəhrəsi olan məhsulları qədərincə qiymətləndirməkdə çətinlik çəkir.
Azər (ad)
Azər — Dünyada daha çox Azərbaycanlılara məxsus kişi adı. Azər Axşam — azərbaycanlı aktyor. Azər Qasımov Azər Qasımov (mətbuat katibi) — Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi. Azər Qasımov (alim) — Azərbaycan alimi. Azər Məmmədov (yazıçı) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azər Sarıyev — tanınmış Azərbaycan jurnalisti. Azər Kərimov — Azərbaycanlı alim.
Azər (ay)
Azər (fars. آذر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin doqquzuncu ayı. Azər ayında 30 gün var. Bu ay 22 noyabrda başlayıb 21 dekabrda sona çatır. Azər payızın üçüncü ayıdır.
Azər Abdulla
Azər Abdulla oğlu Əhmədbəyli (Azər Abdulla) (1 aprel 1940 – 20 mart 2021, Bakı) — şair, yazıçı, publisist, 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1977), filologiya elmləri namizədi (1986). Azər Abdulla 1940-cı il aprelin 1-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Lök kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Lök kəndi orta yediillik məktəbində, sonra qonşu kənd orta məktəbində təhsil almışdır. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1962–1967). Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967–1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışmışdır. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru idi. "Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Dövri mətbuatda şeir, hekayə və publisistik yazılarla müntəzəm çıxış edib. Azər Abdulla 2021-ci il martın 20-də kəskin pnevmoniyadan dünyasını dəyişib.
Azər Abdullayev
Azər Canbaxış oğlu Abdullayev (25 fevral 1929, Bakı – 18 iyun 2010, Bakı) — Azərbaycan-sovet qoboyçalanı, elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar artisti (2008). Azər Canbaxış oğlu Abdullayev 25 fevral 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. O, 1947-ci ildə omusiqi məktəbini bitirib Bakı Konservatoriyasının orkestr fakültəsində qatılmışdır. Abdullayev 1950-ci ildə Moskva Konservatoriyasına göndərilmiş, 1952-ci ildə isə oradan məzun olmuşdur. Abdullayev həmin il Azərbaycan Dövlət Akademik Opera Simfonik Orkestri və Balet Teatrının solisti olmuşdur. 1959–2006-cı illərdə Azərbaycan Konservatoriyasının səs alətləri kafedrasında dərs keçmişdir (1962-ci ildən baş müəllim, 1968-ci ildən dosent, 1978-ci ildən professor, 1965–1992-ci illərdə kafedranın müdiri). Buna əlavə olaraq, Abdullayev 1963–1971-ci illərdə Bakı Musiqi Kollecinin direktoru olmuşdur. Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijorlar Rauf Abdullayevin və Kamal Abdullayevin qardaşıdır.
Azər Abdullazadə
Azər Rizvan oğlu Abdullazadə (18 fevral 2001, Cəmilli, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, tankçı, Vətən müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. Azər Abdullazadə 18 fevral 2001-ci ildə Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Azər Abdullazadə 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmət müddətinin bitməsinə bir neçə gün qalmış Vətən Müharibəsi başlayıb. Azərbaycan Ordusunun əsgəri olan Azər Abdullazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 11 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlərdə ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Azər Abdullazadə qazi olaraq sağ gözünü itirib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadəyə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Abdullazadə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edildi.
Azər Atakişiyev
Azər Axundov
Azər Əliramiz oğlu Axundov (d. 12.9.1959, Bakı) — professor, cərrah, onkoloq, tibb elmləri doktoru, Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin, N.Bloxin adına Onkoloji Elmi və Tədqiqat Mərkəzinin baş və boğaz üzrə bölməsinin baş elmi işçisi. Azər Axundov 12 sentyabr 1959-cu ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün 1978-ci ildə Nəriman Nərimanov adına Tibb İnstitutuna daxil olub. Mokvada N.Bloxin adına Ümumittifaq Onkoloji Elmi və Tədqiqat Mərkəzində (hazırda Rusiya Federasiyasının ən böyük Onkoloji Elmi və Tədqiqat Mərkəzi sayılır) onkoloji-cərrahlıq sahəsində təhsilini davam etdirib. 1984-ci ildə institutu bitirdikdə sonra öz təşəbbüsü ilə cərrah kimi təcrübəsini artırmaq üçün 1989-ildə Qazaxıstan SSRİ Kokçetansk şəhərinin Mərkəzi Xəstaxanasında, daha sonra Azərbaycan SSR-inin Lənkaran şəhərindəki hərbi hospitalda işləyib. 1994-ci ildə orada təhsilini bitirdikdən sonra “Boğaz xərçəngi xəstəliyinin şua ilə mualicəsi zamanı yaranan fəsadların terapiyasında araşdırmalar” mövzusunda dissertatsiyasıni müdafiə edərək, tibb elmləri namizədi dərəcəsini alıb. Onun bu elmi işi tibb elmi tarixində yeni müalicə metodu olduğundan Onkoloji Elmi və Tədqiqat Mərkəzin rəhbərliyi kimi işə dəvət edib. Həmin mərkəzdə bir müddət cərrah-həkim işlədikdən sonra 1999-cu ildə baş elmi işçi kimi vəzifəsinə təyin olunub. 2000-ci ildə bəd xassəli şişlərin innovativ müalicə metodları üzərində apardığı tədqiqatlar müdafiə etdiyi tibb elmləri doktorluğu dissertatsiyasında öz əksini tapıb.
Azər Axşam
Azər Şabanov (23 fevral 1973, Qax) — azərbaycanlı aktyor, televiziya aparıcısı. Şabanov Azər Abdusalam oğlu 1973-cü ildə Qax şəhərində anadan olub. Uşaqlıqdan aktyorluğa meyl göstərən Azər, ailədə bu sənəti seçən yeganə adam olduğunu bildirir. Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib. Aktyor 2 dəfə ailə həyatı qurub. Uğursuz olan birinci evliliyindən, Cavidan adlı gənc oğlu var. İkinci evliliyindəndə Ərcan adlı oğlu var. O, 20 iyun 2011-ci ildə Yeni Azərbaycan Partiyasına üzv qəbul edilmişdir. Lider TV-də Teletime verilişi ilə məşhurlaşan aktyor Milyonçu verlişində aparıcılığını etmişdi. Azər Axşam həmçinin ATV və Xəzər TV-də də işləyib.
Azər Aydəmir
Azər Aydəmir (24 iyul 1986, Bakı) — azərbaycanlı aktyor, ssenarist, prodüser. Azər Aydəmir 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbi bitirib. Məktəb illərində məktəbin KVN komandasının kapitanı olub. Ailəlidir 1 övladı var. Aktyorun əsli Xızıdandır. Atası malakandır. Yüz il bundan qabaq Altıağaca köçən malakan sülaləsindəndir. Ata nənəsi rus, anası isə dağlıdır, Əmbizlər kəndindən. Məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsində natamam ali təhsil almışdır.
Azər Badamov
Azər Camal oğlu Badamov (18 avqust 1968, Düztahir, Qusar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI çağırış deputatı. Azər Badamov 18 avqust 1968-ci ildə Qusar rayonu Düztahir kəndində anadan olub. 1985-ci ildə Bakı şəhəri 5 saylı kimya təmayüllü orta məktəbini bitirdikdən sonra D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olub. İki il ordu sıralarında xidmət edib, 1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1988–2009-cu illər ərzində "Azərittifaq"ın tikinti briqadasında fəhlə, şəhər mərkəzi xəstəxanasında mühasib-müfəttiş, DSMF rayon şöbəsində birinci dərəcəli müfəttiş, "Şahdağ" firmasında iqtisadçı vəzifələrində işləyib. Azər Badamov sahibkarlıq fəaliyyətilə də məşğul olub. Həmçinin, 2009–2010-cu illərdə Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi vəzifəsində işləyib. Azər Badamov Milli Məclisinin IV, V və VI çağırış deputatıdır. 2010, 2015, 2020-ci illərdə parlament seçkilərində 51 saylı Qusar Seçki Dairəsindən millət vəkili seçilib. İctimai birliklər və dini qurumlar komitəsi və Aqrar siyasət komitəsinin tərkibindədir.
Azər Baxşəliyev
Azər Baxşəliyev — azərbaycanlı aktyor, Bozbash Pictures layihəsində canlandırdığı Ağsaqqal və Əzəmət obrazı ilə tanınır. Azər Baxşəliyev 3 iyul , 1985-ci ildə anadan olub. Aktyor, Bozbash Picturesin Ağsaqqal və Əzəmət obrazı ilə tanınmağa başlamışdır. ATV telekanalında çalışır. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Ən çox sevdiyi aktyorlar Antoni Hopkins və "Bozbaş Pictures"də olan "Ağsaqqal" (gülür). Hobbisi sovet maşınlarının modellərini yığmaqdır. Evlidir.
Azər Bayramov
Azər Əziz oğlu Bayramov (1 fevral 1970, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin müavini. Əslən Gədəbəyin Nərimankənd Kəndindəndir. Azər Bayramov 1 fevral 1970-ci ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə N. Voznesenski adına Leninqrad Maliyyə — İqtisad İnstitutunun Bakı filialını bitirərək iqtisadçı ixtisasını almışdır. 2000-ci ildə M. Rəsulzadə adına Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirmişdir. Ailəlidir, iki övladı var. Azərbaycanın 7-ci xarici işlər naziri Ceyhun Bayramovun qardaşıdır. Əmək fəaliyyətinə 1990-cı ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlamışdır. 1992―1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin "Beynəlxalq vergiqoyma", 1997―1999-cu illərdə isə "İri vergi ödəyiciləri ilə iş üzrə" idarələrinin rəisi olmuşdur. 2000―2004-cü illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.
Azər Bağırov
Azər Bağırov (18 iyun 1984) — Azərbaycan futbol məşqçisi, Araz Naxçıvan PFK-nin baş məşqçisi. O, bu posta 1 iyun 2022-ci ildə gəlmişdir. Onun rəhbərliyi altında "Boz qurdlar" 2022/2023 sezonunda I Divizionun çempionu olmuş və Azərbaycan Premyer Liqasına vəsiqə qazamışdır.
Azər Biliyev
Mehdi Azər
Mehdi Azər (1901, Məşhəd – 30 may 1994) — Siyasətçi və həkim. Mehdi Azər, Mirzə Əli Ağa Təbrizinin oğlu idi və Məşhəd şəhərində dünyaya gəlmişdir. Mehdi Azər İranda daxili tibb sahəsinin təsisçisi hesab olunur. O, Məhəmməd Musaddıq kabinetində mədəniyyət naziri idi. Mehdi Azər ABŞınÇikaqo şəhərində yaşayırdı və orada vəfat edib. Müvəhhidi, Məhəmmədmehdi.Hafiz Dil və Ədəbiyyat nəşriyyəsi.
İrina Azər
İrina Azər Abdurrezaevna (İren Azər) (1949) — SSRİ-də populyar kino-aktrisa. 1949-cu ilin sentyabr ayının 19-da (bəzi mənbələrə görə 18-də) Bakıda anadan olmuşdur. Sovet kinosunun ən gözəl sarışını, Sovet ekranının ən gözəl aktrisası, Sovet Merilin Monrosu kimi taninib. Ümumilikdə 1967 −1991-ci illərdə 31 filmdə çəkilmişdir. 1990-cı ildə kino sənətini tərk etmişdir. 1991-ci ildən kiçik bizneslə məşğul olmağa başlamışdır. Hal-hazırda qızı, kürəkəni və 2 nəvəsi ilə ABŞ (Los Anceles, Kaliforniya)- da yaşayır. Anası Liliya Georgievna İkinci Dünya müharibəsində Sovet Ordusunun tərkibində ön cəbhədə vuruşub. Dəfələrlə cəbhə xəttinin arxasına kəşfiyyata gedib. Atası Polşa aristokratı Yofan adlı şəxs idi.
İsayev Azər
Azər Novruzov
Azər Niftəliyev
Azər Qismət
Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989–1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991–1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, "Telebenefis" və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997–1998).
Azər Xəlilov
Azər Xəlilov — Telejurnalist. Azad Azərbaycan TV-nin prezidenti(2017-ci ildən), CBC Telekanalının baş direktoru (2013–2017), Azərbaycan Respublikasının əməkdar jurnalisti, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. Azər Nəriman oğlu Xəlillov 25 fevral 1959-cu ildə Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1990-cı ildən Böyük Britaniyanın nüfuzlu BBC teleradiokompaniyasında işə başlayıb.2001-ci ildən etibarən BBC-Azərbaycan Xidmətinə rəhbərlik edib. Uzun illər Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan "ATV International" televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013–2017-ci illərdə "ATV International"ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik edib. 2017-ci ildən ATV telekanalına rəhbərlik edir.
Azər (dəqiqləşdirmə)
Azər bu mənaları ifadə edə bilər:
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası — Azərbaycan dövlət kinostudiyası. Kinostudiya 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Qurum indiki dövrdə Azərbaycan Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərir. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. İlk struktur nümunəsi kimi XlX əsrin sonlarında fotoqraf və kinooperator Aleksandr Mişon Bakıda elmi foto dərnəyin katibi və nəşriyyat sahibi olduğu fotoatelyeni nəzərə almalıyıq. 1920-ci ildə Nəriman Nərimanov kinematoqrafiya idarələrinin milliləşdirilməsi haqqında dekret imzalayır və xalq mədəniyyət komissarlığının tərkibində foto-kino şöbəsi (Azərbaycan XMK-nın İncəsənət Şöbəsi) yaradılır. 1923-cü ildə isə bu qurumu I Dövlət kinofabriki ("Azərbaycan Foto-Kino İdarəsi" (AFKİ) əvəzləyir. Azərbaycan kino strukturu sonrakı illərdə müxtəlif cür adlandırılıb. Məsələn, 1926–1930-cu illərdə "Azdövlətkino" (Azərbaycan Foto–Kino Sənaye və Ticarət Birliyi), 1930–1931-ci illərdə "Azərkino", 1934–1935-ci illərdə "Azdövlətkinosənaye" (Oktyabrın X illiyi adına kinofabrik), 1932–1941-ci illərdə "Azərfilm" (Azərbaycan Foto-Kino Sənayesi İdarəsi), 1939–1959-cu illərdə "Bakı kinostudiyası" (SSRİ Xalq Komissarları Sovetinin 1938-ci il 2 mart qərarı ilə bədii filmlərin Bakı Kinostudiyasının Nizamnaməsi təsdiq olundu. SSRİ Xalq Komissarları yanında Kinematoqrafiya İşləri üzrə komitənin 1938-ci il 30 iyun tarixli əmri ilə kinostudiya 1938-ci ildən bədii filmlərin Bakı Kinostudiyası adlandırıldı və 1944-cü ilə kimi Komitənin tabeliyində oldu.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
Azərbaycanda teatr muzeyinin — Azərbaycan Respublikasının zəngin və qabaqcıl mədəniyyət ocaqlarından biri. Direktoru Sevinc Mikayılovadır. Muzeydə 140 mindən çox əşya toplanmışdır. Muzey Mərkəzində yerləşir. Muzeyin təşkili 1934-cü ilə təsadüf edir. Muzeyin yaradıcısı teatr tariximizin öyrənilməsində və təbliğində böyük əmək sərf etmiş Ağakərim Şərifov olmuşdur. 1934-cü ildə teatr işçilərinin respublika müşavirəsində belə bir muzeyin yaradılması barədə məsələ qaldırılmış və elə həmin ildə Azərbaycan Dövlət Dram Teatrının binasında belə bir muzey təşkil olunmuşdur. Əslində bu, teatr tarixinə aid sərgi və gələcək muzeyin təməli idi. Şahidlərin xatırladığına görə, sərginin açılış lentini kəsən böyük ədiblərimiz – Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev belə demişlər: "Yaşasın Azərbaycan teatrı!" Məhz həmin gündən bu muzey teatr tarixinə və teatr xadimlərinə aid yadigarları, əlyazmaları, fotoşəkilləri, rəsm əsərlərini, müxtəlif sənədləri toplayan və qoruyan məbədə çevrilmişdir. Sərgi tez bir zamanda o vaxtlar fəaliyyət göstərən Azərbaycan Dövlət Muzeyinin teatr şöbəsi kimi rəsmiləşdirilir.
Cəfərabad (Qərbi Azərbaycan ostanı)
Cəfərabad (fars. جعفراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 217 nəfər yaşayır (54 ailə).
Cəngavər (Azərbaycan)
Cəngavər — orta əsrlər dövründə, yəni Ağqoyunlu və Səfəvi imperiyaları zamanı orduda ağır süvariləri bildirmək üçün istifadə edilən söz. Termin qədim pəhləvi dilindən gələn iki sözdən yaranmış — Cəng (döyüş) və Vər’е (gedən)-, mənası döyüşə getmək deməkdir. Bu termin sadəcə at üzərində döyüşə gedən süvarilər ilə ağır silahlarla silahlanmış və ya zirehlər geyinmiş döyüşçüləri tərif etmək üçün istifadə edilmişdir. Ağqoyunlu və Səfəvi imperiyaları zamanı ordu əsasən qeyri-nizami hissələrdən təşkil edilirdi və müharibə zamanı müxtəlif türk tayfalarından toplanırdı. Səfəvilər dövründə cəngavərlər həm də qızılbaş hesab edilməklə birlikdə, şahın davamçıları mənasını verən müridlər — iman üçün döyüşən — kimi qəbul edilirdilər. Bu cəngavərlərin ən çox məşhurlaşdığı döyüşlərdən birinci Çaldıran döyüşüdür. Döyüşdə Səfəvi imperiyasının məğlub olmasına baxmayaraq, cəngavərlərin Osmanlı ordusunun yeniçəri və sipahilərinə qarşı inadlı müqavimətləri onların məşhurlaşmasına səbəb olmuşdu. Döyüş zamanı onlar yeniçərilərə və sipahilərə aramsız hücumlar edərək, ağır zərbələr vurur və dərhal da geri çəkilirdilər, Osmanlı ordusu onların öhtəsindən yalnız artilleriya atəşinin gücü ilə gələ bildi. Bu isə, Səfəvi ordusunda yox idi. I Şah Abbas dövründə yenidən başlayan Səfəvi-Osmanlı müharibələrində də cəngavərlərdən istifadə edilmiş və bu dəfə uğurlu olunmuşdur.
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Cənub-qərbi Azərbaycan general-qubernatorluğunun yaradılması haqqında qərar
Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu, Naxçıvan General-Qubernatorluğu və ya Əlahiddə Naxçıvan general-qubernatorluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsində yaratdığı idarəçilik orqanı; yerli azərbaycanlı əhalinin qəti tələbinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 28 fevral 1919-cu il tarixli qərarı ilə yaradılmışdı (sənədlərdə həmçinin "Cənub-Qərbi Azərbaycan general-qubernatorluğu", yaxud "Naxçıvan, Ordubad, Şərur-Dərələyəz və Vedibasar rayonlarının general-qubernatorluğu" da adlanır). General-qubernatorluğun yaradılmasını şərtləndirən mühüm amillərdən biri də bölgənin müsəlman əhalisinin problemlərini həll etmək zərurəti olmuşdur. Naxçıvanın Müvəqqəti hökuməti Azərbaycan torpaqları olan Naxçıvan, Şərur, Ordubad qəzalarının "Cənub-Qərbi Azərbaycan" adı altında Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün həm ingilis komandanlığına, həm də Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyinə müraciət etmişdi. Yerli hakimiyyətin təşkili üçün daxili işlər nazirliyinin 20 milyon manatlıq fondundan 500 min manatın general-qubernatorluq üçün ayrılması, Hökumətin bundan əvvəlki 1918 il 6 dekabr tarixli qərarına müvafiq olaraq ayrılmış bir milyon manatın 150 mininin Ermənistan ərazisində yaşayan müsəlman qaçqınlarının ehtiyacları üçün Ermənistandakı diplomatik nümayəndəyə, qalan 850 min manatın isə Cənub-Qərbi Azərbaycan qaçqınlarına yardım göstərmək üçün general-qubertorun sərəncamına verilməsi də qərarda öz əksini tapmışdı. Hökumətin 1919 il 3 mart tarixli qərarı ilə hərbi nazirliyə Cənub-Qərbi Azərbaycandakı silahlı qüvvələrin sayını və vəziyyətini aydınlaşdırmaq məqsədilə general-qubernatorluğa nümayəndə göndərilməsi, əlavə olaraq, bölgəyə daha 500 min manat vəsait ayrılması tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 28 fevral 1919-cu il tarixində qəbul etdiyi qərara əsasən Bəhram xan Naxçıvanski general-qubernator, Kərim xan İrəvanski hərbi, Hacı Mehdi Bağırov isə mülki işlər üzrə general-qubernatorun müavinləri təyin olunmuşdular. General-qubernatorluğun nəzdində 7 nəfərdən ibarət Şura yaradılmışdı. Şuranın tərkibinə Naxçıvan qəzasından 2, Sürməli, İrəvan qəzalarının və Ordubad mahalının hərəsindən 1 nümayəndə daxil edilmişdi. 16 mart 1919-cu il tarixində Azərbaycan hökumətinin qərarına əsasən Cənub-Qərbi Azərbaycan general-qubernatoru Bəhram xan Naxçıvanski öz xahişinə görə tutduğu vəzifədən azad olundu. Elə həmin gün digər bir qərarla Zaqatalanın qubernatoru general Əliyar bəy Haşımbəyov general-qubernator, Kərim xan İrəvanski hərbi, Bəhram xan Naxçıvanski isə mülki işlər üzrə general-qubernatorun müavin təyin edildilər.
Cənubi Azərbaycan
Cənubi Azərbaycan ya da Güney Azərbaycan (az-əbcəd. گونئی آذربایجان‎) və ya sadəcə Azərbaycan (az-əbcəd. آذربایجان‎) və ya bölgənin İran ərazisində yerləşdiyinə görə digər adı İran Azərbaycanı (az-əbcəd. ایران آذربایجانی‎) — İran İslam Respublikasının şimal-qərbində, İraq Respublikası, Türkiyə Respublikası, Naxçıvan Muxtar Respublikası, Ermənistan Respublikası və Azərbaycan Respublikası ilə olan sərhədində yerləşən tarixi ərazi. İran Azərbaycanı rəsmi şəkildə 5 inzibati ərazi vahidinə bölünmüşdür – Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Mərkəzi ostanları. Bölgədə əsasən Azərbaycan türkləri yaşayır. Buna baxmayaraq, bölgənin ərazilərində kürd, erməni, tat, talış, aysor və fars azlıqlar da yaşayır. Cənubi Azərbaycan İran İslam Respublikasının şimal-qərb hissəsində yerləşir. Şimalda Azərbaycan Respublikası ilə sərhədi Araz çayı, Muğan düzü və Talış dağlarından keçir. Qərbdə Türkiyə və cənub-qərbdə isə İraqla həmsərhəddir.
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı və ya qısaca CAMAH (Farsca: جنبش آزادیبخش ملی آذربایجان جنوبی) — Cənubi Azərbaycanın milli azadlıq hərəkatı təşkilatı olaraq, 1991-ci ildə Piruz Dilənçinin rəhbərliyi altında bir qrup siyasətçi və ziyalı tərəfindən yaradılmışdır. İranın parçalanması, müstəqil Cənubi Azərbaycan dövlətinin yaradılması və nəhayətdə Bütöv Azərbaycanın qurulması CAMAH təşkilatının ali və son məqsədidir. 1999-cu ildə Təbrizdə milli hərəkatın güclənməsi ilə, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatının lideri seçilmiş, 2002-ci ildə isə təşkilatda baş verən daxili fikir ayrılıqları nəticəsində səs çoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır və təkrar Piruz Dilənçi CAMAH təşkilatının lideri olaraq fəaliyyətini davam etdirməyə başlamışdır. Bundan sonra, Mahmudəli Çöhrəqanlı CAMAH təşkilatından ayrılan bir qrup şəxslə GAMOH adlı yeni bir qurum yaratmışdır. Dünya Azərbaycanlıları Konqresi, Bütöv Azərbaycan Birliyi və Güney Azərbaycan Milli Oyanış Hərəkatı kimi təşkilatlar bünövrəsini CAMAH-dan götürmüşdür. CAMAH 1991–1999-cu illər arasında Şimali Azərbaycandakı cənub mövzusu ilə bağlı aparıcı mövqeyinə görə hətta Azərbaycan Respublikasının dövlət dairələri tərəfindən də dəstəklənməkdə idi. Xüsusilə Heydər Əliyevin prezidentliyi və Namiq Abbasovun MTN-ə rəhbərlik etdiyi dövrlərdə Cənubi Azərbaycan mövzusu Azərbaycan mətbuatı və kütləvi informasiya vasitələrinin gündəmində əhəmiyyətli yer tuturdu. O dönəmdə hətta ölkə prezidenti, Prezident Aparatı və MTN səviyyəsində CAMAH-la bağlı rəsmi və qeyri-rəsmi münasibətlər bildirilmişdi. South Azerbaijan Arxivləşdirilib 2013-05-17 at the Wayback Machine CAMAH-ın rəsmi internet səhifəsi CAMAH barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müxtəlif tarixlərdə yayınladığı raportlar: 1., 2.
Cənubi Azərbaycan bayrağı
Güney Azərbaycanın bayrağı və ya Cənubi Azərbaycan bayrağı — irredentist siyasi qüvvələr üçün Güney Azərbaycanı təmsil edən bayraq. Azərbaycan milli hərəkətçıları tərəfindən Güney Azərbaycanı təmsil edən bayraq və simvolun olması bir zərurət kimi qəbul edilsə də, hələlik vahid bayraq formasını qəbul etmək mümkün olmamışdır. Bəzi qüvvələr Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatında Cənubi Azərbaycanı təmsil edən Güney Azərbaycan Milli Oyanış Hərəkatının bayrağını "Güney Azərbaycanın bayrağı" kimi qəbul edirlər. 2007-ci il fevralın 1-də Güney Azərbaycan BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı-UNPO-nun üzvlüyünə qəbul olunub. Elə həmin mərasimdən sonra Güney Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağı BMT-də dalğalanmağa başlayıb. Güney Azərbaycanın milli bayrağı 2003-cü ildə Babək qalasına yürüş zamanı on minlərlə azərbaycanlı tərəfindən milli hərəkatın simvolu kimi qəbul edilib. BMT-də Güney Azərbaycanın UNPO-ya üzv qəbul olunması ilə bağlı keçirilən təntənəli qəbul mərasimində Güney Azərbaycan və onu təmsil edən GAMOH lideri doktor Mahmudəli Çöhrəqanlı iştirak etmişdi. Güney Azərbaycan milli hərəkatının Şimali Azərbaycanın üçrəngli bayrağını qəbul etməsi barədə təkliflər səslənsə də, sonda nisbətən fərqli bayrağın qəbulu zəruri sayıldı. Ancaq bayraq yalnız rənglərinin ölçülərinə görə fərqlənir. Burda da müsavatçılıq, çağdaşlıq, müsəlmançılığn rəmzləri mövcuddur.
Cənubi Azərbaycan mətbuatı
Cənubi Azərbaycan mətbuatı — Cənubi Azərbaycanda mətbuat. 1905–1911 illər Məşrutə inqilabında Güney Azərbaycan aparıcı və həlledici rol oynadı. Bu inqilab Azərbaycan xalqının içtimai-siyasi və milli düşüncəsinin inkişafı üçün şərait yaratdı. Məşrutə fərmanı ölkədə siyasi fəzanın açılmasına gətirdi. Gündən-günə genişlənən siyasi hadisələr və içtimai çəkişmələr ölkənin xəbər mərkəzinə çevrilməsinə, bu isə Azərbaycanda mətbuat bazarının yaranmasına gətirib çıxardı. Müxtəlif qəzetlər yayılmağa başladı. İlk milli şuranın açılmasından və Azərbaycan nümayəndələrinin Tehrana gəlməsindən sonra Azərbaycan millət vəkillərinin təkidilə 1908-ci ildə senzura ləğv edildi. Bu qanunun qəbul edilməsindən əvvəl nəşr olunan qəzetlər haqqında Əhməd Kəsrəvi yazırdı ki: "…doğrudur, bu dövrdə ölkədə bir sıra qəzetlər nəşr edilirdi. Lakin onların çoxusu yersiz dualar, məddahlıq, qaranı ağ göstərmək və s. kimi yazılarla dolu idi.
Cənubi Azərbaycan mətbəxi
Güney Azərbaycan mətbəxi - tarixi Azərbaycan torpaqlarının böyük hissəsi olan, müasir İranın şimal qərbində yerləşən və Türklərin Oğuz qolundan olan Güney Azərbaycan xalqı hələ öz adətlərini və ənənələrini yaşadır. İran Türklərinin sıx yaşadığı Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Arak və Həmədan bölgələrindən başqa Tehran, Qum, Gülüstan, Kürdüstan, Xorasan, Kirman və Fars bölgələrində də yaşayan Türklərin mədəniyyəti və adətləri hələ yaşanır və başqa xalqların mədəniyyətinə təsir etmiş, həm də onlardan təsir götürmüşdür. Cənubi Azərbaycan və İran türklərinin mədəni dəyərləri qədim zamanlardan günümüzə qədər inkişaf etmiş və cəmiyyət üzvləri arasında maddi və mənəvi əlaqələr yaratmışdır. Bu xalqın tarixini, ənənələrini, sənətlərini və ədəbiyyatını öyrənmək çox vacibdir. İran Türklərinin mətbəxi dünyanın ən zənginlərindən biridir. Türk və İslam dəyərlərinə uyğun olan yeməklərin ana maddəsi heyvani və bitki mənşəli məhsullarından əldə olunan ət, süd, taxıl, tərəvəz, yumurta və meyvədən ibarətdir. İran və Güney Azərbaycan mətbəxinin təməli sayılan bu nemətlərdən müxtəlif qidalar, o sıradan xəmirli, sulu, ətli və göyərtilərdən hazırlanan yeməklər Güney Azərbaycan mətbəxinin əsasını təşkil edir. Ümumiyyətlə Güney Azərbaycan mətbəxinin adi günlərə, mövsümlərə və xüsusi günlərə görə fərqli növləri vardır və onların digər Türk xalqlarının mətbəxləri ilə bənzəri çoxdur. Aşağıda İran və Güney Azərbaycanda bişirilən və istifadə edilən xəmir işlərini, şorbaları, plovları, dolmaları, kababları, salatları və turşuları izah etməyə çalışırıq. Astara iranın Gilan ostanının şimal-qərbində və tarixi azərbaycan ərazisində yerləşibdir.Əhalisinin çoxunu azərbaycan türkləri təşkil edərək,astaranın özünə məxsus yeməkləri var ki aşağıda bir neçəsinin adını çəkəcəyik: 1-Ləvəngi 2-Bastırma Plov 3-Çığırtma Plov 4-Bürani Plov 5-Müsəmma 6-Nəzir Çörək 7-Qovurma və ya Cızvız Bünab yaxud Bınab Şərqi Azərbaycan ostanının cənub-qərbində yerləşən bir şəhərdir ki özünü aid ənənəvi yeməklərə malikdir,ancaq onların ən önəmlisi Bınab Kababıdır.Bu kababın hazırlamasında sığır əti,soğan və məxsus turş dadlı ədviyyələrdən istifadə olunur.Kababla yanaşı Baslıqda bünabın ənənəvi şiriniyatlarından sayılır ki onun əsas ərzaqı üzüm şirəsidir.
Cənubi Azərbaycanca Vikipediya
Cənubi Azərbaycanca Vikipediya (az-əbcəd. تورکجه ویکی‌پدیا‎) — Vikipediyanın ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış azərbaycanca versiyası. Vikipediyanın Cənubi Azərbaycanca versiyası 2015-ci ilin iyulunda ayrı dil bölməsi kimi istifadəyə verilmişdir. Hal-hazırda burada 243.560 məqalə və 50.904 qeydiyyatdan keçmiş istifadəçi var. 18 sentyabr 2016-cı ildə 10,000 məqalə, 9 avqust 2018-ci ildə isə 100,000 məqaləni keçmişdir.
Cənubi Azərbaycanda soyqırım
Cənubi Azərbaycanda soyqırım (1917–1918) — erməni və aysor silahlı birləşmələrinin Cənubi Azərbaycanda türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırım. Ermənilərin təşkilatçılığı ilə vaxtilə ruslar tərəfindən Cənubi Azərbaycan ərazisinə yerləşdirilən Aysorlarda bu hadisələrdə ermənilər tərəfdən çıxış etmişdirlər. Aysorlara yerli türklər Cilo deyirdilər. Hadisələr öncə Urmiya şəhərində başlasa da, hələ 1917-ci ildən ermənilərin yerli türklərə hücumları adi hal almışdı. Urmiyadakı ABŞ nümayəndəsi Şedin təşəbbüsü və zəmanət ilə tərk-silah edilmiş şəhər sakinləri ermənilərə müqavimət göstərə bilmədilər. Seyid Əhməd Kəsrəvinin yazdığına görə, toplardan da istifadə edən erməni-aysor dəstələri, bunun sayəsində şəhərdə xeyli insanın öldürülməsinə nail oldular. İran arxiv materiallarına əsasən, təkcə 1918-ci ilin, mart ayının 17-də, axır çərşənbə günü erməni-daşnak dəstələri və aysor dəstələri 500-dən çox evi yandırmış, 10 mindən çox insanı isə qətlə yetirmişdirlər. Xalq arasında "Urmi bəlası" kimi bilinən bu hadisələr xalq folklorunda hələ də yaşamaqdadır. Bu hadisələr təkcə Urmiyada baş verməmiş, , Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də olmuşdur. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu hadisələrin qarşısı alınmışdır.
Cənubi Azərbaycanlı musiqi və incəsənət xadimlərinin siyahısı
Bu siyahıda Gülüstan müqaviləsindən sonra yetişmiş olan Cənubi Azərbaycanlı şair və yazıçılar göstərilmişdir.Bura daxildir:
Cənubi Azərbaycanlılar
İran azərbaycanlıları, cənubi azərbaycanlılar, İran türkləri və ya İran azəriləri (Farsca: ایرانیان آذربایجان; Azərbaycanca: ایران آذربایجانلیلاری [iˈɾɑːn ɑːzæɾbɑjˈdʒɑnlɯlɑɾɯ]) — İranda yaşayan və Azərbaycan türkcəsini özlərinin ana dili kimi danışan etnik qrup. Onlar Şimali Azərbaycanda yaşayanlarla eyni etnik qrup hesab edilirlər və İrandakı Türk xalqlarından birini təşkil edirlər. İran azərbaycanlıları özlərinin doğma bölgəsi olan İran Azərbaycanında və ya Cənubi Azərbaycanda yaşamaqdadırlar. Buraya Şərqi Azərbaycan, Ərdəbil, Zəncan və Qərbi Azərbaycan ostanları daxildir. Bu ostanlarda onlar əhalinin mütləq əksəriyyətini təşkil etsələr də, habelə Kürdüstan, Qəzvin, Həmədan, Gilan, Mərkəzi və Kermanşah ostanlarında da kütləvi şəkildə yaşamaqdadırlar. Həmçinin onlardan xeyli sayda insan Tehranda, Kərəcdə və digər yerlərdə də yaşamaqdadır. İran Azərbaycanında yaşayan və ya əslən İran Azərbaycanından olan azərbaycanlılar. İran azərbaycanlılarının sayı müxtəlif mənbələrə görə 35–40 milyondur. Bu isə İran əhalisinin 42% — 46%-ni təşkil edir. İran Orta Şərqdəki bir çox digər dövlət kimi çoxmillətli bir dövlətdir.
Cənubi Azərbaycanın maarif və mədəniyyəti
Şahlıq rejimi zamanı (1925–1978) dövlət siyasətinin əsas tərkib hissəsini millətçilik təşkil edirdi. İran hakim dairələrinin göstərişi ilə mədəniyyətin elm ədəbiyyat və incəsənət kimi sahələri də yeni nəslin fars şovinizmi ruhunda tərbiyəsi və hazırlanması işinə xidmət edirdi. Mədəniyyətin bu sahələrində qeyri-fars xalqlara (xüsusilə azərbaycanlılara) öz ana dillərində əsərlər yazıb-yaratmağa imkan verilmirdi. XV–XVII əsrlərin Azərbaycan mədəniyyətinin inkişafında mühüm mərhələ olduğunu görərik. Ədəbiyyat və incəsənət xadimləri I Şah İsmayılın himayəsi şəraitində fəaliyyət göstərirdilər. Azərbaycan Səfəvilər dövlətinin banisi, nüfuzlu siyasi xadim və sərkərdə olmuş Şah İsmayıl həm də görkəmli şair idi. O dövrlərdə rəngkarlıq, xəttatlıq, memarlıq güclü surətdə inkişaf etmişdi. XV əsrdə formalaşmış Təbriz miniatür məktəbi dünya rəssamlığında mövcud olan 5 aparıcı rəssamlıq məktəbindən biri idi. Bu məktəbin görkəmli nümayəndələrindən biri Sultan Məhəmməd idi. Onun miniatürləri dünya muzeylərində mühafizə olunur.
D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Dahi azərbaycanlı (film, 2013)
Demokratik Azərbaycan Dünyası Partiyası
Milli Həmrəylik Partiyası və ya qısaca MHP — 1992-ci ildə Demokratik Azərbaycan Dünyası Partiyası adı ilə Məmməd Əlizadə tərəfindən yaradılan, 2020-ci ildə adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirilən, 2023-cü ildə özünü buraxmış siyasi partiya. Sədri Əlisahib Hüseynovdur. 2008-ci ilin sentyabr ayının 23-də Böyük Millət Partiyası DADP-a birləşmiş, BMP sədri Samir Adıgözəlli DADP sədr müavini təyin edilmişdir, lakin 2009-cu ildə partiya daxili münasibətlər gərginləşmiş, Samir Adıgözəlli istefa verərək BMP-ni bərpa edib. 2013-cü ildə prezident seçkilərində namizəd qalmaqalı səbəbilə növbədənkənar qurultay keçirilmiş və bu qurultay partiyanı iki qola bölmüşdür : Fatma Əliyeva sədrliyində Əlisahib Hüseynov sədrliyində 2014-cü ildə Fatma Əliyevanın sədrlik etdiyi qol dağılmış və üzvləri Əlisahib Hüseynovun sədrlik etdiyi partiyaya birləşmişdir. 23 avqust 2020-ci il tarixində DADP-ın VI (onlayn) qurultayında partiyanın adı Milli Həmrəylik Partiyası olaraq dəyişdirildi. Partiya sədri isə yenidən Əlisahib Hüseynov seçildi. 9 iyun 2023-cü il tarixində Milli Həmrəylik Partiyası özünü buraxdığı haqda bəyanat yaymışdır. Partiyanın qurucusu və ilk sədri Məmməd Əlizadə olmuşdur. Məmməd Əlizadə 22 iyun 2012-ci ildə vəzifəsindən istefa vermiş, sədr səlahiyyətləri isə müvəqqəti olaraq Mirkazım Seyidova həvalə olunmuşdur. Mirkazım Seyidov 15 gün partiyaya sədrlik etmişdir.
Dendrologiya İnstitutu (Azərbaycan)
Dendrologiya İnstitutu — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi-nin strukturuna daxil olan elmi təşkilat. Təşkilatın rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənovadır (botanik). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun yerləşdiyi ərazi 1895–1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu olan Murtuza Muxtarovun şəxsi bağı olmuşdur. 1925-ci ildə bağ dövlət mülkiyyətinə keçmiş sonradan müxtəlif təşkilatların tərkibində olmuşdur. 1924–1926-cı illərdə Ümumittifaq Tətbiqi Botanika İnstitutunun Təcrübə Bazası, 1926–1936-cı illərdə Ümumittifaq Bitkiçilik İnstitutu, 1936–1945-ci illərdə Subtropik bitkillərin təcrübə stansiyası, 1945–1964-cü illərdə E. T. Bağçılıq, Üzümçülük və Subtropik bitkilər İnstitutunun Təcrübə Bazası, 1964–1966-cı illərdə isə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərmişdir. 1966–1996-cı ildə Azərbaycan Elmlər Akademiyası Nəbatat İnstitutunun elmi strukturuna daxil olmuşdur. 1996-cı ildən isə AMEA-nın Rəyasət Heyətinin və Biologiya Elmlər bölməsinin qərarı ilə Mərdəkan Dendrarisi Biologiya Elmləri bölməsinə tabe edilmiş, ona hüquqi status verilmişdir. 2014-cü ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Dendrologiya İnstitutu adını almışdır. 28 iyl 2022 - ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fərmanı ilə Dendrologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Hazırda Dendrologiya İnstitutu Dünya Botanika bağlarının üzvüdür.
Diasporla İş üzrə Dövlət Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi — Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; diasporla iş sahəsinin inkişafını təmin edir; beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir; xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır; xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir; beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir; xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Komitə həmçinin xaricdə yaşayan Azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına komitə dəstək verib. Təşkilat ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 29 mart 2019-cu ildə "Azərbaycan Diaspor Könüllüləri" proqramı olaraq fəaliyyətə başlamışdır. Könüllü fəaliyyətə start verilməsinə motiv Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışı olmuşdur. 24 aprel 2019-cu ildə Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilmişdir.
Dostluq ordeni (Azərbaycan)
"Dostluq" ordeni — Azərbaycanın dövlət təltifi (orden). Azərbaycan Respublikasının 16 fevral 2007-ci il tarixli 248-IIIQ nömrəli Qanunu ilə təsis edilmişdir. Azərbaycan Respublikasının Dostluq ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında dostluq, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinəgörə; xalqlar arasında dostluğun möhkəmləndirilməsi işində görkəmli xidmətlərinə görə; dünyada, regionda və müxtəlif ölkələrdə sülhün vəəmin-amanlığın bərqərar olmasında, sivilizasiyalar arasında konstruktiv münasibətlərin yaradılmasında və mədəniyyətlərarası dialoqun qurulmasında görkəmli xidmətlərinə görə. Dostluq ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şöhrət" ordenindən sonra taxılır. Dostluq ordeni qızıldan düzəldilmiş itiuclu səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə tutqun sarı rəngli qızıldan hazırlanmış relyefli quş qanadları arasında parlaq platindən düzəldilmiş yer kürəsi təsvir olunmuşdur. Girdə lövhənin kənarları qabarıqdır. Orden halqa və ilgək vasitəsilə Azərbaycan bayrağının rəngləriniəks etdirən lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Təltif dəstinə aşağıdakılar daxildir: boyundan asmaq üçün Azərbaycan bayrağının rəngləriniəks etdirən 23 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün Azərbaycan bayrağının rənglərini əks etdirən 21 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden; paltara bərkidilmək üçün elementi olan, Azərbaycan bayrağının rənglərini əks etdirən, ölçüsü 1 mm x 15 mm olan qəlib 2011-ci ilin sentyabr ayının 5-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan ordenlərinə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir.
Doğma Torpaq, Azərbaycan (1960)
Film Sovet hakimiyyətinin 40 ili ərzində Azərbaycanın iqtisadiyyat sahəsində və mədəni həyatda qazandığı nailiyyətlər haqqındadır. Filmdə Şərqin azad olunmuş qadını mövzusuna üstünlük verilmişdir. Burada biz Natəvanın heykəl portretini, rəssam Əzim Əzimzadənin rəsmlərini, xoreoqrafiya məktəbinin gənc balerinalarını, "Sevil" operasından bir səhnəni, "Çinar" rəqs ansamblını, professor Umnisə Musabəyovanı, məşhur pambıqçı Şamama Həsənovanı, şairə Mirvarid Dilbazini görürük. Neft Daşlarında yanğının söndürülməsi epizodu da filmə daxil edilmişdir. Xalqlar dostluğu mövzusu filmin ana xəttini təşkil edir. Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov, Əlibala Ələkbərov, Vladimir Zbudski Səs operatoru: Əziz Şeyxov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Doğma torpaq, Azərbaycan (film, 1960)
Film Sovet hakimiyyətinin 40 ili ərzində Azərbaycanın iqtisadiyyat sahəsində və mədəni həyatda qazandığı nailiyyətlər haqqındadır. Filmdə Şərqin azad olunmuş qadını mövzusuna üstünlük verilmişdir. Burada biz Natəvanın heykəl portretini, rəssam Əzim Əzimzadənin rəsmlərini, xoreoqrafiya məktəbinin gənc balerinalarını, "Sevil" operasından bir səhnəni, "Çinar" rəqs ansamblını, professor Umnisə Musabəyovanı, məşhur pambıqçı Şamama Həsənovanı, şairə Mirvarid Dilbazini görürük. Neft Daşlarında yanğının söndürülməsi epizodu da filmə daxil edilmişdir. Xalqlar dostluğu mövzusu filmin ana xəttini təşkil edir. Rejissor: Muxtar Dadaşov Ssenari müəllifi: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov, Əlibala Ələkbərov, Vladimir Zbudski Səs operatoru: Əziz Şeyxov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.

Digər lüğətlərdə