Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xurafat
Xurafat ərəbcə huruf (hərflər) sözündən törəmədir və çox güman ki, hürufilik üsulları ilə məna çıxarmalarını bildirib. Ancaq sonradan mahiyyəti dəyişmişdir. Xurafatı miflə də əlaqələndirmək olar. Belə ki, insanlıq uşaqlıq dövründə dünyaya mif vasitəsilə baxıb. Qədim Yunan filosofu Aristotel özünün Metafizika kitabında bir problemin fərqinə varıb heyrətə düşmək insana özünün biliksizliyini fərq etdirir deyərək aşağıdakı ifadələri bildirir; "Bu səbəbdəndir ki, philo-mythos bir tərəfiylə də philo-sophosdur, çünki məhz miflər (xurafatlar) heyrət verici şeylərdən təşkil olunur." Xurafat ilə əlaqədar filosof Dücanə Cündioğlunun aşağıdakı fikirləri mühüm əhəmiyyət kəsb edir. "Bu gün xurafə-pərəstliyin dəyəri bilinmir, çünki xurafə-pərəstliyin bir imkan olaraq dərk olunması bir tərəfə dursun həqiqət-pərəstliyin tam əksi zənn edildiyindən həyatın bütün sahələrində xurafatlar qəhr olduqca həqiqətin özü də qəhr olub durur.
Koreyada xurafat
== Ümumi məlumat == Batil inanc, məntiqi bir təmələ söykənməyən inanc və davranışlara deyilir. Müasir həyatda belə batil inanclar həddən artıq çoxdur. İnsanlar həyatın mühüm məqamlarında inancların uğur və ya pislik gətirəcəyinə inanır. İnancını sınayıb fikrini dəqiqləşdirənlər də olur, ona, həqiqətən, düşüb-düşmədiyini yoxlamadan kor-koranə inananlar da. Hər bir insanın inancı fərqlidir. Hətta bir çox insanlar belə düşünür ki, inandıqları və sınadıqları inancları bilə-bilə pozmaq gələcək hər hansı bir mənfi hadisəyə hazır olmaq üçün bir işarədir. Hər bir xalqın özünəməxsus adət-ənənələri olduğu kimi inancları da mövcuddur. == Koreyalıların batil inancları == "4" rəqəmindən qorxu.Bu batil inancının açılışı çox sadədir. Belə ki, bir çox Asiya ölkələrində "4" rəqəminin deyilişi "ölüm" sözünün deyilişi ilə çox oxşardır. Koreya dilində "ölüm" 死 사 (sa)-dır və "4" rəqəmini bildirən 四 사 (sa) ilə tamamilə eyni səslənir.
Xurama
Xurama — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. Xurama kəndi Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmış və köhnə yaşayış məntəqəsinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xıram "qumlu yer" mənasında işlənir. Oykonimin həmin sözlə bağlılığı güman edilir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Sərt quramat
Xuraman (1978)
Bu, Azərbaycanın adlı-sanlı əmək qəhrəmanı, Ağdam bölgəsində olan kolxoz sədri Xuraman Abbasova barəsində sənədli kino hekayətdir. 1) 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Film Qran-Pri Mükafatına layiq görülmüşdür.
Xuraman Abbasova
Xuraman Zeynal qızı Abbasova (31 dekabr 1927, İsmayılbəyli, Ağdam rayonu – 26 yanvar 1998, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Xuraman Zeynal qızı Abbasova 31 dekabr 1927-ci ildə Ağdam rayonunun İsmayilbəyli kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə erkən başlamış, rayonun Əli Bayramov adına sovxozunda çalışmış, gənc yaşlarından əmək fəaliyyəti ilə yanaşı təhsilini də davam etdirmiş, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib alim-aqronom ixtisasına yiyələnmişdir. Xuraman Abbasova yaşını üç il qabağa çəkdirmiş, Kommunist Partiyasına qəbul olunmuşdur. Sessiyaların birində "ermənilərin Qarabağa qonaq gəlməsini" söyləməsindən, Xudu Məmmədovun dəfnində fəal iştirakından dolayı partiya rəhbərliyi ilə aralarında narazılıq olmuşdu. O dəfələrlə Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuşdur. Onun barəsində 2 seriyalı sənədli film çəkilmişdir. Xuraman Abbasova 1998-ci ilin 26 yanvarında ölmüşdür. Qəbri Fəxri xiyabandadır. Övladları Mahirə həkim, Şəfəq hüquqşünas, Aida şərqşünasdır. Oğlu Mehdi 9 yaşında olarkən avtomobil qəzasında vəfat etmişdir.
Xuraman Canıbəyova
Canibəyova Xuraman Əkbər qızı (26 avqust 1957) — alim. 1957-ci il 26 avqust – Hacıqabul (keçmiş Qazıməmməd) şəhərində anadan olmuşdur. 1973-cü il – şəhər 6 (indiki 3) saylı səkkizillik məktəbdə natamam orta təhsil almışdır. 1975-cü il – şəhər 5 (indiki 1) saylı orta ümumtəhsil məktəbi bitirmişdir. 1980 – Dövlət Pedaqoji İnstitutun kimya fakultəsində ali təhsil alaraq, kimya müəllimi ixtisası əldə etmişdir. 1980-1982-ci illər – orta məktəbdə kimya müəllimi vəzifəsində işləmişdir. 1982-1985-ci illər – Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunun aspiranturasında əyani təhsil almışdır. İnstitutun "Səth hadisələri və səthi-aktiv maddələr" laboratoriyasında "Səthi-aktiv maddələrin metal və lay süxurları səthində adsorbsiyanın tədqiqi"nə dair elmi-tədqiqat işləri aparmağa başlamış, aldığı tədqiqat nəticələri ilə respublika, ümumittifaq və beynəlxalq konfranslarda dəfələrlə çıxış etmiş, məqalələri dövri ədəbiyyatda – "Azərbaycan Neft Təsərrüfatı" jurnalında və elmi-tədqiqat toplularında dərc olunmuşdur. 1985-1995-ci illər - Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunda mühəndis, Kimya Texnologiyasının Nəzəri Problemləri Elmi – Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifələrində işləmişdir. 1995-ci ildən – Neft hasilatının artırılması istiqamətində apardığı elmi tədqiqatlarını Neft-Qaz Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda davam etdirmişdir.
Xuraman Hacıyeva
Xuraman Abdulla qızı Hacıyeva (7 mart 1945, Bakı – 15 fevral 2005, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti (1999). Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Ucar rayonunun Müsüslü kəndində doğulub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı DDT-də aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb.
Xuraman Hümmətova
Xuraman Bəhmən qızı Hümmətova — AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Filologiya elmlər doktoru. Xuraman Bəhmən qızı Hümmətova Neftçala rayonunda Həsənabad kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1983-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda işləyir. 1998-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yunus Əmrənin lirikası" namizədlik işini, 2018-ci ildə "Klassik Azərbaycan şeirində təsəvvüf (XII- XVI əsrlər)" mövzusunda doktorluq işini müdafiə etmişdir. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışır. Xuraman Hümmətova 2024-cü ildə Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilib. Mir Həmzə Seyid Nigari yaradıcılığında Qarabağın vəsfi Şeyx Qalibin "Hüsn və Eşq" əsərində eşqin təsəvvüfi seyri. Tarixin taddaşında yaşayan sənətkar" 175 Abay Kunanbayev. Nizami Ganjevi’s masnavi (poem)"yeddi gözel" "seven beautıes" in tasavvuf context` Nəsimi şeirində milli koloritin poetik inikasi Nəsimi şeirində sözün informativ yükü "Kırkkız efsanesi" ve "kırklar meclisi" nin oluşturulmasında halk inançlarının qarşılıklı ilişkisi.
Xuraman Qasımova
Xuraman Əkrəm qızı Qasımova (6 iyun 1951, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), pedaqoq, Azərbaycan SSR xalq artisti (1986), Azərbaycan SSR Dövlət mükafatı, "Şöhrət" və "Şərəf", "İstiqlal" ordenləri laureatı. Qasımova Xuraman Əkrəm qızı 6 iyun 1951-ci ildə Bakıda doğulmuşdur. Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solisti olmuşdur. Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M. Quliyev), Sevil və Dilbər ("Sevil", F. Əmirov), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C. Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C. Verdi), Tatyana ("Yevgeni Onegin", P. Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M. Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin (Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür), eləcə də ifaçıların P. Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir (1994-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor) 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexoslovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.
Xuraman Vəfa
Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə. Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. İki övladı var. Qızı — ali təhsilli hüquqşünas, Oğlu — ali təhsilli iqtisadçı və hüquqşünasdır. Eyni zamanda Polis Akademiyasını bitirib.
Xuraman İsmayılova
Xuraman İsbi qızı İsmayılova (5 oktyabr 1958, Mollalı, Bərdə rayonu) — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2008), Azərbaycan Yazıçılar Birliyinin (2002) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1998), kitabxanaçı-biblioqraf. Xuraman İsmayılova 5 oktyabr 1958-ci ildə Bərdə rayonunun Mollalı kəndində müəllim ailəsində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirdikdən sonra təyinatla M.F.Axundzadə adına Azərbaycan Milli kitabxanasına göndərilib. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında kitabxanaçı-biblioqraf, bölmə müdiri və şöbə müdiri vəzifələrində işləyib. 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. AMEA Mərkəzi Elmi Kitabxanasında bölmə rəhbəri vəzifəsində çalışıb. 3 iyun 2020-ci ildə Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub. "Həsrət" (1998), "Qəribəm bu dünyada" (2000) "Dünya mənsiz darıxacaq" (2001) "Tənha yollar yolçusu" (2002) "Duyğuların üsyanı" (2002) "Qarabağım qəm ocağım" (2004) "Könlüm Qarabağdadı" (2006) "Yaddan çıxmaz Qarabağ.Metodik tövsiyə" (2007) "Sətirlərdə bitən ömür" (2018) "Anasız qalan dünyam" (2008) "Ürəyimdən keçənlər" (2011) "Bərdə və bərdəlilər. Biblioqrafik məlumat kitabı" (2010) "Quba və qubalılar.
Xuraman Şuşalı
Hüseynova Xuraman Qələndər qızı (2 fevral 1983, Şuşa, DQMV) — Azərbaycanlı müğənni Hüseynova Xuraman Qələndər qızı 1983-cü ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini 1988–92-ci illərdə Şuşa şəhəri 4 saylı orta məktəbdə alıb. Həmin ildə Şuşa şəhər Niyazi adına musiqi məkəbinə (Solo ifaçılıq sinfinə) daxil olub. 1992-ci ildə Şuşa şəhərinin işğal olunması ilə əlaqədar ailəsi ilə birgə Bakı şəhərinə köçüb. Təhsilini 1993–1999-cu illərdə Respublika İncəsənət Gimnaziyasında davam etdirib. Gimnaziyada təhsil aldığı illərdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin "Bənövşə" uşaq xorunun və rəqs ansamblının solisti olub. Həmin illərdə Dövlət Televiziyası və İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə səhnələşdirilmiş Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasında "Telli" (rej. Tofiq Tağızadə), Nizami Gəncəvinin "Xeyir və Şər" operasında Şahzadə (bəstəkar Oqtay Rəcəbov), S. Vurğunun "Fərhad və Şirin" (poeması əsasında) tamaşasında "Şirin" (rej. Məmmədkamal Kazımov), Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasında "Minnət xanım", S. Rüstəmin "Qaçaq Nəbi" poemasında "Həcər" və s. tamaşalarda müxtəlif obrazlar yaratmışdır.
Xuraman Əkbərova
Xuraman Muradova
Arafat (Çaldıran)
Arafat (fars. عرفات‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 180 nəfər yaşayır (37 ailə).
Xudadat bəy Poladov
Xudadat bəy Əli bəy oğlu Fuladov (1844-1872) — XIX əsr Azərbaycan şairi. Xudadat bəy Fuladov böyük satirik şair Qasım bəy Zakirin nəvəsi, dövrün tanınmış şairləri olan İbrahim bəy Azər (1836-1885) və Abdulla bəy Asinin (1841-1874) qardaşlarıdır. * * Fuladov familiyası ilə məşhur olan üç qardaşdan biri də 1844-cü ildə Şuşada anadan olmuş ailənin son beşiyi Xudadat bəy idi. "Əli bəy vəfat edəndən sonra dörd səğir uşağı qaldı. Bu balalara Zakirdən başqa, bir münasib pərəstar yox idi. Odur ki, Zakir də naçar qalıb qəyyum oldu. (Rza qulu Cavanşir). Əli bəy Fuladovun uşaqlarını, yəni Qasım bəy Zakirin qız nəvələrini – İbrahim bəyi, Abdulla bəyi və Xudadat bəyi babaları öhdəsinə götürüb, onlara öz doğma balaları kimi baxmağa başladı. Nəvələrinə "ailə məktəbi"ndə təlim-tərbiyə verdi, savad öyrətdi, şerə, sənətə məhəbbət oyatdı, bir sözlə qayğıkeşliklə böyüdüb ərsəyə çatdırdı. Bu nəticədə də hər üç qardaş – Zakir "ailə məktəbi"nin "məzunları" gələcəyin tanınmış şairləri oldular və Qarabağ poeziya məktəbinin layiqli davamçılarına çevrildilər.
Xudadat bəy Rəfibəyli
Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli və ya Rəfibəyov (12 yanvar 1878, Yelizavetpol – 1 iyun 1920, Nargin adası, Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim. Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1878-ci il yanvarın 12-də indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində əsilzadə ailəsində doğulub. O, Rəfibəylilər nəslindəndir. Xudadat bəy Gəncə Kişi Gimnaziyasını bitirdikdən sonra təhsilini də davam etdirmişdir. Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı bitirir. 1904-cü ildə Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirir və həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. O, 1907-ci ildə ailəsiylə birgə Gəncə şəhərinə qayıdır. Həmin ilin noyabrın 15-də o, Yelizavetpol Şəhər İdarəsinim təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktor təyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışmışdır. 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.
Xudadat bəy Rəfibəyov
Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli və ya Rəfibəyov (12 yanvar 1878, Yelizavetpol – 1 iyun 1920, Nargin adası, Azərbaycan) — Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru, həkim. Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli 1878-ci il yanvarın 12-də indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində əsilzadə ailəsində doğulub. O, Rəfibəylilər nəslindəndir. Xudadat bəy Gəncə Kişi Gimnaziyasını bitirdikdən sonra təhsilini də davam etdirmişdir. Xudadat bəy Rəfibəyli 1904-cü ildə oranı bitirir. 1904-cü ildə Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirir və həmin universitetin qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işləyir. O, 1907-ci ildə ailəsiylə birgə Gəncə şəhərinə qayıdır. Həmin ilin noyabrın 15-də o, Yelizavetpol Şəhər İdarəsinim təqdimatı, qubernatorun əmri ilə Afanasyev adına Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktor təyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışmışdır. 1909-cu ildə fəaliyyəti, xidmətləri nəzərə alınaraq titulyar müşavir, 1910-cu ildə kollej asessoru, 1912-ci ildə saray müşaviri rütbələri verilib və 1909-cu ildən Gəncə Mahal Məhkəməsində fəxri barışıq hakimi təyin edilib.
Xudadat bəy Əzizbəyov
Əzizbəyov Xudadat bəy Əsədulla bəy oğlu — müəllim, tərcüməçi. Xudadat bəy Əzizbəyov 1892-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbində, sonra Şuşa real məktəbində oxumuşdu. 1911-ci ildə real məktəbi bitirib Bakı şəhərində "İttihad" progimnaziyasında müəllim işləmişdi. Biliyi, savadı sayəsində əvvəlcə nəzarətçi, sonra müfəttiş vəzifəsinə yüksəldi. Xəstəliyi ilə bağlı Şuşaya dönüb Savadlılığı yayma cəmiyyətində, eyni zamanda da "Gövhəriyyə" məktəbində müəllim kimi çalışdı. Onun təşəbbüsü ilə cəmiyyətin nəsdində "Rəşidiyyə" adlı məktəb açıldı. Bir xeyli müddət burda çalışdı. I Dünya Müharibəsi illərində Şuşadakı Qarşılıqlı Kredit Cəmiyyətində işlədi. "Rəşidiyyə" məktəbinin pedoqoji kollektivinin xahişi ilə yenidən təhsil ocağına qayıtdı.
Mükafat
Mükafat — xidmətlərə, fərqlənməyə, minnətdarlığa görə verilən xüsusi fərqlənmə nişanı, fəxri ad və ya hədiyyə. Bəzi hallarda mükafat ona layiq görülən insana hansısa sosial status da verir.
Xuraman (film, 1978)
Bu, Azərbaycanın adlı-sanlı əmək qəhrəmanı, Ağdam bölgəsində olan kolxoz sədri Xuraman Abbasova barəsində sənədli kino hekayətdir. 1) 1979-cu ildə Bakıda VIII Ümumittifaq televiziya filmləri festivalı Film Qran-Pri Mükafatına layiq görülmüşdür.
Mirzə Xudadat bəy Vəkilov
Mirzə Xudadat bəy Vəkilov — Rusiya çar ordusunun polkovniki . Polkovnik Mirzə Xudadat bəy Vəkilov 1822-ci ildə Salahlı kəndində anadan olub. İlk zabit rütbəsini 1847-ci il iyunun 2-də, polkovnik rütbəsini 1879-cu il dekabrın 14-də alıb. Hazırda Qafqaz Əlahiddə ordusunda xidmətdədir. İgidliyə görə təltif olunduğu ordenlər: dördüncü dərəcəli Müqəddəs Anna (1847), üçüncü dərəcəli Müqəddəs Anna, bantla birgə (1851), Müqəddəs Stanislav (1858), İmperatorun tacqoyma mərasimi münasibətilə orden (1860), ikinci dərəcəli Müqəddəs Anna, qılıncla birgə (1861), Dördüncü dərəcəli Vladimir bantla, birgə (1875), üçüncü dərəcəli Müqəddəs Vladimir (1883) və 1862-ci ildə İranın üçüncü dərəcəli "Şire-Xorşid" ordeni . Polkovnik Mirzə Xudadat bəy Vəkilov Tiflisdəki hərbi gimnaziyanı bitirib. Qafqaz Əlahiddə Ordusunda şərq dilləri üzrə mütərcim-tərcüməçi işləyib. O, məşhur tibb alimi doktor Məmmədrza ağa Vəkilovun əmisi oğlu, müsavat lideri Əlimərdan bəy Topçubaşovun isə dayısıdır.
Xudadat bəy Məlik-Aslanov
Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov (az-əbcəd. خداداد بگ آقا بگ اوغلی ملک-اصلانوف‎; aprel 1879, Taynaq, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 23 iyul 1935, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ) — dövlət xadimi, alim, ixtiraçı-mühəndis, yol nəqliyyatı və texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri. AXC-nin birinci və ikinci hökumət kabinetlərində — 1918-ci il mayın 28-dən oktyabrın 6-dək ilk yollar, poçt və teleqraf naziri. Xudadat bəy Ağa bəy oğlu Məlik-Aslanov 1879-cu ildə Şuşa qəzasının Taynaq kəndində anadan olmuşdu. O, 1898-ci il Şuşa realnı məktəbini bitirmiş, 1904-cü ildə Peterburq (indiki Sant-Peterburq) Yol Mühəndisliyi İnstitutuna daxil olmuş və 1904-cü ildə oranı 1-ci dərəcəli diplomla bitirmişdi. Peterburq mühitində 1901–1904-cü illərdə-tələbəlik illərində Rusiya Sosial Demokrtatik Fəhlə Partiyasının (RSDFP) üzvü olan Xudadat bəy Məlik-Aslanov sonra heç bir partiyaya daxil olmamış və ömrünün axırınadək bitərəf qalmışdı 1904-cü ildə İnstitutu bitirdikdən sonra təyinat əsasında Sankt-Peterburqda Voloqda-Petrozavodsk Dəmiryolunun çəkilişi ilə əlaqədar Peterburq İdarəsində 6 ay mühəndis vəzifəsində işləmişdi. Məlik-Aslanov 1905-ci ilin əvvəlində Tiflisə köçmüş və Zaqafqaziya Dəmiryolu sistemində çalışmağa başlamışdı. Zaqafqaziya Dəmiryolu İdarəsinin işçisi kimi o, əvvəlcə mühəndis, sonra Stansiya rəisinin köməkçisi, daha sonra isə Zaqafqaziya Dəmiryolunun ən ağır və dağlıq hissəsi hesab edilən Suram Aşırımı keçidində yol xidməti rəisinin köməkçisi və rəisi olmuşdu. Onun rəhbərliyi altında həmin xidmət sahəsində xeyli mülki tikinti aparılmış, Surom bölməsində texniki qurğular tikilmişdi. İkinci Dəmiryol Xəttinin çəkilişi davam etdirilərək Çiatura marqans mədənlərinə ensiz zolaq dəmir yolu salınmış, texniki işlər görülmüşdü.
Mükafat (dəqiqləşdirmə)
Mükafat
Mükafat Əliyev
Mükafat Əliyev (5 avqust 1937) — şair-yazıçı, müəllim. Mükafat Surxay oğlu Əliyev 1937-ci il avqustun 5-də Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. 1965-ci ildə M.F.Axundov Azərbaycan Dillər İnstitutunu (indiki Bakı Slavyan Universiteti) rus dili və ədəbiyyatı müəllimi ixtisası üzrə ilə bitirib. 1993-cü ilədək Quycaq kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi işləyib. Mətbuatda məqalələri, bədii tərcümələri dərc olunub. 1993-cü ildə Cəbrayılın Ermənistan silahlı qüvvəlləri tərəfindən işğalından sonra ailəsi ilə Bakıda məskunlaşıb, bir neçə il pedaqoji fəaliyyətini davam etdirib. 1998-ci ildə təqaüdə çıxıb. Hekayə və şeirlərdən ibarət "Ömür də bir yoldur" (2007), "Günbatana baxan qəbir" (2009), "Arazım, mənim Arazım" (2010), "Saz şəkilli baş daşı" (2011), "İtmiş çantanın izi ilə" (2012) kitabları işıq üzü görüb. Əsərlərində xeyir və şərin mübarizəsi, dövrün sərt üzünü görmüş insanların həyat hekəyələri, məkr və məhəbbət, yurd itkisinin ağrı-acısı, Vətən, torpaq sevgisi özünəməxsus çalarlarla təsvir olunur. "Ömür də bir yoldur".
Mükafat sistemi
Mükafat sistemi və ya daxili möhkəmləndirmə sistemi (ing. reward system) — hərəkətlərə müsbət reaksiyalar verilməsi vasitəsilə davranışın tənzimlənməsində və idarə edilməsində iştirak edən sinir sisteminin strukturları məcmusu. Mükafat sistemi, cəza sistemi ilə yanaşı, davranışın gücləndirilməsi mexanizmlərində böyük rol oynayır. Psixoloji mükafat — xoş hisslər vasitəsilə davranışın gücləndirilməsi prosesidir. Mükafat anlayışı fərd tərəfindən obyektə, davranış aktına və ya daxili fiziki vəziyyətə aid edilən müsbət keyfiyyətləri təsvir etmək üçün istifadə olunur. İlkin (təbii) mükafatlar qidalanma, cütləşmə və döyüş kimi növlərin yaşaması üçün zəruri olan davranışları gücləndirir. İkinci dərəcəli mükafatlar ilkin olanlarla sıx bağlıdır və ilkin ehtiyacların ödənilməsi ilə əlaqəli obyektlərin, hərəkətlərin və vəziyyətlərin dəyərini müəyyənləşdirir. Təhlükəsiz sığınacaq, pul, rahatlıq, gözəllik, xoş toxunuşlar, səslər və daha çox şeyin dəyəri ikinci dərəcəli mükafatlarla müəyyən edilir. "Dopamine Involved In Aggression". Medical News Today.
Aşağı Qışlaq Xuraşa (Vərziqan)
Aşağı Qışlaq Xuraşa (fars. قشلاق خورشاسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə).
Yuxarı Qışlaq Xuraşa (Vərziqan)
Yuxarı Qışlaq Xuraşa (fars. قشلاق خورشاعليا‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 44 nəfər yaşayır (11 ailə).
Müstəqil ruh (mükafat)
Müstəqil Ruh mükafatı (ing. Independent Spirit) — ilk növbədə müstəqil Amerika kinosuna yönəlmiş Amerika film mükafatıdır. 1984-cü ildən mövcuddur və başlanğıcda FINDIE Awards (Friends of Independents – müstəqillərin dostları (rejissorların)) adlanırdı. İndiki adını 1986-cı ildən bəri daşıyır. 2006-cı ildən mükafat dirəkdə oturan quş formasında metal heykəlcik şəklindədir. Müstəqil ruh qeyri-kommersiya təşkilatı - "Film Independent" tərəfindən mükafatlandırılır. Mükafatların təqdimetmə mərasimi Kaliforniyanın Santa Monika şəhərində Oskar təqdimatı ərəfəsində (1999-cu ilə qədər - Oskar təqdimatından əvvəlki son şənbə) keçirilir. Beləliklə, “Müstəqil ruh” sanki kinoakademiyanın mükafatlarına qarşı qoyulur.