BƏRKİMƏK – BOŞALMAQ – Hə, bərkidi, bala, gedək budkaya... (G.Hüseynoğlu); Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M
BƏRKLİK – BOŞLUQ Mənim barmaqlarım kobudluqda, bərklikdə oymaqdan qalmaz (Ə.Əbülhəsən); Bəy, özü də boşluq eyləyibsən (Ə
BƏRPA – BƏRBAD İstehkamçı mühəndis deməkdir, yəni körpü tikəcək, yolları bərpa edəcək, səngər quracaqsınız (Mir Cəlal); Bütün əməyim bərbad oldu
BƏSİT – MÜRƏKKƏB Həyat haqqında sənin təsəvvürlərin nə qədər bəsitdir, Güləbətin! – dedi (M.İbrahimov); Mürəkkəb işdən hər adamın başı çıxmır
BƏSTƏ – HÜNDÜR Eldə bir qız sevmişəm; Alagöz, boyu bəstə (Bayatı); Əkbər boyca hündürdü
BƏSTƏBOY – UCABOY Təqribən on-on beş yaşlı, bəstəboy, badamı qaragöz bir qız Mayanın diqqətini cəlb etdi (M
BƏY – QUL Söymə qul atamı, söyməyim bəy atana (Ata. sözü). BƏY – NÖKƏR Özü də şəhərimizin birinci bəyidir
BƏZƏN – HƏMİŞƏ Maralın vahiməsi Cumanı bəzən min cür pis fikrə, şübhəyə salırdı (Ə.Əbülhəsən); [Almaz:] Mənim qapım dostlarımın üzünə həmişə açıqdır (
BƏZZAT – ALİCƏNAB Yoxsa vurulmusan qıza, ay bəzzat? (S.Rüstəm); Alicənab adammış (S.Rüstəm)
BIY – VAY Bıy, nə qəşəng ceyrandır, bunu haradan almısan (Mir Cəlal); Vay öldüm, vay öldüm, kömək ediniz (S
BİC – AĞILLI Bildi ki, oğlu necə bic və haramzadədir (M.F.Axundzadə); Yorulduq dəlilərdən, gəlmədi bir ağıllı (Ata
BİCA – MƏNALI İmanın olsun, ay kişi! Niyə bica söz danışırsan? (M.İbrahimov); Rüstəm kişi onların üz-gözündə mənalı bir ifadə gördü (M
BİCLİK – DÜZLÜK Çərçizadə nə qədər bicliyi, bacarığı, istedadı vardı, ortaya çıxartdı (Ə.Vəliyev); Bərəkət ondur, onu da düzlük (Ata
BİÇARƏ – ZALIM Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə (M.F.Axundzadə); ..
BİÇİMLİ – YARAŞIQSIZ Nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpağı qədər küskün idi (M
BİÇİMSİZ – YÖNDƏMLİ Qısaboylu, biçimsiz bir adam sol ayağını çəkə-çəkə içəri girdi (A.Şaiq); Heç olmasa, sir-sifəti yöndəmli idi (“Ulduz”)
BİDAR – YUXULU Eyləyibsən məni eşqə giriftar;Gündüzüm biqərar, gəncələr bidar (M.P.Vaqif); Yuxulu gözləri ilə baxdı (Ə
BİGANƏ – DOĞMA Biganəsən, olmaz məni görmək sənə qismət! (A.Səhhət); Ora ki özünün doğma yurdu idi (S
BİGANƏLİK – DOĞMALIQ Xalqla dövlət arasında ədavətin, biganəliyin əsil səbəbi ruhanilərdir (M.F.Axundzadə); Doğmalıq kəlməsi dilinin əzbəri idi
BİKAR – İŞLƏK Mənim işim elə düşübdür ki, bir dəqiqə bikar otura bilməyirəm (N.Vəzirov); Qızxanım əri kimi işlək, xoşxasiyyətli, namuslu bir qadın idi
BİKARÇILIQ – ÇALIŞQANLIQ Oxucularımızdan iltimas edirəm ki, ...Əhməd bəyin bikarçılıqdan yazdığı altı sütunlu baş məqaləyə diqqət etsinlər (C
BİKEF – ŞAD Yoldaşlar, daha bundan sonra məni bikef görməzsiniz (Ə.Haqverdiyev); Qaraca qız isə ürəyində bu işə şad idi (S
BİQEYRƏT – NAMUSLU Sən bacının yerinə mənimi [ərə] verirsən, ay biqeyrət?! (B.Talıblı); Namuslu qadın həyasından qışqırmırdı ki, səsini qonşuları və o
BİQƏM – DƏRDLİ Layiq deyil sənə nakəsi-biqəm; Adam gərək ola adama həmdəm (M.P.Vaqif); Dərdli söylədiyini dəli söyləməz (Ata
BİLDİR – İNDİ Mən ləqəb sözünü bildirə kimi bilməzdim (C.Məmmədquluzadə); Onlar indi xoşbəxt yaşayırlar (Ə
BİLDİRKİ – İNDİKİ Al bu canımı, bildirki ziyanın çıxsın (Raci); Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı (İ
BİNAMUS – HƏYALI Atamın qanını unutmaq üçün mən gərək bişərəf və binamus bir adam olam (M.İbrahimov); Qan, həyalı, namuslu qadının başına sıçradı, əli
BİNƏVA – ZALIM Binəva kişi belə fikir edirdi ki, bəli, mənim oğlum oxuyub böyük yaranal olub gələcək (Ə
BİRBAŞA – DOLAYI Yazıq muzdur qolu boynunda sınıqçıdan qayıdıb, birbaşa öz xozeyninin yanına gəldi (S
BİRDƏN – YAVAŞCA İmran birdən gülümsündü (Ə.Vəliyev); Bir dəfə səhv elədin, yavaşca üstündən keçdim (Ə
BİRGƏ – AYRICA Gənclik kitabının yarpaqlarını; İki il onunla birgə çevirdin (M.Müşfiq); Ayrıca otağınız var, hər şeyi də içində (C
BİRİNCİ – AXIRINCI Bu sözü birinci kim dedi, axırıncı kim dedi (G.Hüseynoğlu)
BİRLİK – AYRILIQ Bizi ruhlandıran bu şanlı birlik; Bu qüdrət, bu qüvvət, məhəbbət olmuş (M.Rahim); Ayrılıq həyəcanlı vücudunu tutmuşdu (Çəmənzəminli)
BİRLİKDƏ – AYRILIQDA Mənim yeganə arzum sizin onunla birlikdə qurmaq istədiyiniz xoşbəxtliyi görməkdir (M
BİŞMİŞ – ÇİY Bişmiş süd, yağ, ilıq yumurta, ağ çörək süfrəni bəzədi (Ə.Vəliyev); Hanı burada qədrini bilən; Bəli, çiy süd əmib əzəldən insan (H
BİTİŞİK – AYRI Pəri Soltanın evi zindana bitişik idi (Nağıl); Vətəndən ayrı düşüb, indi naməkan ölürəm (Natəvan)
BİTİŞMƏK – AYRILMAQ Borular bir-birinə bitişdi (M.Hüseyn); Mən səndən ayrılmaq istəmirəm, ayrıla bilmirəm, ancaq ayrılıram (C
BİTKİN – YARIMÇIQ Şeir, mədh, qəzəl, həcv, mərsiyə və s. yazdıqda o barədə nə mümkünsə, hamısın de, bitkin bir əsər yarat, heç vaxt yarımçıq yazma (“Q
BİTMƏK – QURUMAQ Ot kökü üstə bitər (Ata. sözü); Bir damcıya möhtac idim; Qurumuşdu bağça-bağım... (Şəhriyar)
BİVƏFA – ETİBARLI Nə gərək sevdiyim o bivəfanı; Nə də belə hicran dağı görəydim (Q.Zakir); Sabah bizim ailənin ən etibarlı üzvü sayılırdı
BOĞUCU – TƏMİZ Göytəpənin üstünə boğucu, ağır qaranlıq çökmüşdü (İ.Şıxlı); Gecə yağış yağdığına görə səhərin havası çox saf və təmiz idi (S
BOĞUQ – AYDIN Allahyar kənd itlərinin boğuq səsini eşidib ürəkləndi (İ.Şıxlı); Kükrəyib daşan Kürün qıjıltısı daha aydın eşidilirdi (İ
BOL – AZ Həkim də buyurmuşdu ki, çoxlu süd və bol yumurta yesin (S.S.Axundov); Sizin sözünüzün kəsəri azdır! (S
BOLLUCA – AZCA Ona yemək vermə, içmək vermə, bolluca nağıl söylə (S.S.Axundov); Qoy bu gün azca danışsın
BOLLUQ – KASADLIQ O, çörək dostudur, bolluq carçısı (Abbasağa); Heç, elə-belə bazarın kasadlığı ovqatımı təlx eləyib (Ə
BOLŞEVİK – MENŞEVİK Bolşevik nə aldanır, nə də təslim olur (M.S.Ordubadi); Əşi, menşeviklər tülkü kimidir; bir az təpinəndə sıpıxır bir-bir
BOMBOŞ – DOPDOLU Anasının hər zaman bəzəkli saxladığı bu otaq bomboş idi (S.Rəhman); Tamaşa salonu ağzına kimi dopdoludur (C
BORANLI – İSTİ Payız çatanda axıra boranlı, qarlı qış yetər (A.Səhhət); Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri (M
BORANLIQ – İSTİLİK Atasız tifilləri basdı boranlıq, bizə nə; Tapmayır acyalavaclar güzəranlıq, bizə nə? (M
BOŞ – BƏRK Yetişib köməyə, çatıb haraya; Ona bərk də tanış, boş da tanışdır (H.Hüseynzadə). BOŞ – DOLU Otaq dolu idi, boş kürsü yox idi (M