BOŞALMAQ – BƏRKİMƏK Əvvəldən yaxşı danışdı, sonra birdən boşaldı (M.F.Axundzadə); Dostluq bərk ayaqda bərkiyər (B
BOŞALTMAQ – DOLDURMAQ Piri kişi torbadakı arıları bir boş pətəyə boşaltdı (S.S.Axundov); Salatın dizi üstə çöküb onları yığdı, səliqə ilə qutuya doldu
BOŞBOĞAZ – BAŞIAŞAĞI Vera da atası kimi ciddidir, sadədir, çoxdanışan və boşboğaz deyil (S.Rəhimov); Aslanı hamı başıaşağı, heç kəslə işi olmayan adam
BOYNUBURUQ – ZALIM Gözü yolda boynuburuq qalınca; Ölüm aşiqlərə xoş səadətdi (Q.Zakir); Ey zalım xan! Zalım xan! Sən qorxub öz canından; Yurdu versən
BOYNUYOĞUN – ZƏHMƏTKEŞ Məşədi Əbdülbağı razı olmamışdı ki, dörd yüz on manat verilsin boynuyoğun molla Qivama (C
BOZ – AYDIN Sabah, Allah qoysa, qurtarrıq, hava bozdur: bu dəxi yaxşıdır (N.Vəzirov); Yağış nə qədər gurultulu yağsa, o qədər sonra hava xoş və aydın
BOZARMAQ – AÇILMAQ Payız fəsli olduğu üçün hava yaman bozarmışdı (A.Makulu); Bir-iki dəqiqə davam edən yağışdan sonra göy açılmağa başladı (Çəmənzəmin
BOZLUQ – AÇIQLIQ Dağlara yaxınlaşdıqca aran təbiətinin bozluğu, kasıblığı hiss edilmədən geridə qalırdı (M
BÖYÜK – KİÇİK – Bu mənim qızım və bu da kiçik oğlumdur, böyük qardaşları Tiflisdə oxuyur (S.S.Axundov)
BÖYÜTMƏK – KİÇİLTMƏK Böyütmək istəyir öz meydanını; Al-yaşıl geyinib gələn bahar da (Ə.Haqverdiyev); Otağın arasını kəsib kiçiltmək istəyir
BUĞDAYI – AĞYANIZ Biri sərasər ağ, həm siyah teli; Biri buğdayıdır, amma şəkilli (M.P.Vaqif); Qapını ağyanız bir oğlan uşağı açdı
BUXOVLAMAQ – AÇMAQ Daha deyirlər, daşmır; Bəndlər onu buxovlayıb (Mir Cəlal); Paltonu çiyninə atıb qapını açdı (S
BULANMAQ – AÇILMAQ Lakin ruzigar hələ tez-tez bulanırdı (M.İbrahimov); Göyün üzü açıldı. BULANMAQ – YAXŞILAŞMAQ Axşam yaxınlaşdıqca Həsən kişinin əhva
BULAŞIQ – TƏMİZ Bilmirsən axşamdan qalan bulaşıq qabları yumaq lazımdır? (A.Şaiq); Təmiz qaşıqları götürüb yerinə qoydular
BULAŞIQLIQ – TƏMİZLİK Qabqacağın bulaşıqlığı ev yiyəsinin pintiliyinə dəlalət edir. Təmizlik yaxşıdır, indi kim istəyir, gəlsin, utanmarıq (A
BULAŞMAQ – AÇILMAQ ...Dağların başı dumanlıdır, üfüqlər bulaşmağa başlayır (Çəmənzəminli); Gəlsin bahar fəsli, açılsın yazlar (Aşıq Qurbani)
BULUDLU – AÇIQ Buludlu qaşqabağı birdən ayazıyıb açıldı (S.Rəhimov); Sonra yadına düşdü ki, Zeynəb çəməndə açıq yerdə qalmışdı (S
BUMBUZ – İSTİ Bu doğma dərdimi bumbuz ürəklər nə duyar? (S.Rüstəm); Tez ol, isti su və bulud hazır et (S
BURMAQ – AÇMAQ Gədələr Qədim dayının qollarını burdular (S.Rəhimov); Çərkəz yorğanı üstündən atıb ayağa durdu
BÜDRƏMƏK – DURMAQ Vaxt olub ki, büdrəmişəm, yenə durmuşam (T.Şahdağlı)
BÜKMƏK – AÇMAQ Qadın sualımın bir müsahibə şəkli aldığını görüncə əlindəki kitabı bükdü (S.Hüseyn); Yenə Səmayənin açılmış başı; Qara hörükləri titrəd
BÜKÜLMƏK – AÇILMAQ Xına bir kağız parçasına bükülmüşdü (C.Məmmədquluzadə); Vəlinin gətirdiyi bağlama açılmadı ki, açılmadı
BÜRKÜ – SOYUQ Onsuz da boğuluram, bürküdür, otağa girəsi halım yoxdur (M.İbrahimov); Soyuq, dəhşətli bir soyuq Mayanı titrətdi (M
BÜRKÜLÜ – SOYUQ İsti bürkülü bir gün idi (S.Sərxanlı); İstiyə də tab etdim; Soyuğa da alışdım (H.Hüseynzadə)
BÜRÜMƏK – AÇMAQ Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü (M.Hüseyn)
BÜRÜNCƏKLİ – ÇILPAQ Tüstü bürüncəkli qara saçında; Üzünü xəmirlə oxlov ağardır (Abbasağa); Buradan çılpaq bir balaca qız çıxdı (S
BÜRÜŞMƏK – AÇILMAQ Quraqlıqdan pambığın qozaları bürüşdü. Sakit açılır qapı; Gəlir müəllimimiz (H.Hüseynzadə)
BÜRÜŞÜK – AÇIQ Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: – Baxın – dedi (A
BÜTÖV – YARIMÇIQ Yarımçıq bir mahnı gör nələr deyir; Bütöv bir aləmdir, bir kainatdır (H.Hüseynzadə)
BÜTÜN – YARI Bütün var-yoxum sənə qurbandır (“Azərbaycan”); Varımı səninlə yarı bölərəm (S.Rüstəm)
BÜZMƏK – AÇMAQ Lyudmila küsəyən qızlar kimi dodaqlarını büzdü (C.Əmirov); Açsın isti qoynunu; Doğma sinif otağı (H
BÜZÜK – AÇIQ Hər şeyə yuxarıdan baxan büzük gözlərində hüdudsuz bir təkəbbür çöküb qalmışdı (M.İbrahimov); Açıq qapıdan musiqi səsi gəlirdi (S
BÜZÜLMƏK – AÇILMAQ Yadımdadır indi də dodaqlarım büzüldü (S.Rüstəm); Oyanır yuxudan sevimli şəhər; Açılır evlərin pəncərələri (H
BÜZÜŞÜK – AÇIQ Büzüşük duruşdan hiss olunurdu ki, o çox əsəbi və narahatdır. Əyin yuxa, baş açıq; Bilmədim necə edim?! (H
CAHİL – MƏDƏNİ Cahil adam kor kimidir (A.Şaiq); Mən bədii əsərləri müəyyən qədər sevməyən mədəni bir adam təsəvvür edə bilmirəm (M
CANLI – ÖLÜ Əlbəttə, bu işdə əsas canlı şahid Məmmədağa idi (C.Əmirov); Nə ölüyə hay verir, nə diriyə pay (Ata
CANSIXICI – ŞƏN Məclisimiz cansıxıcı keçir (“Ulduz”); Bu gün ömrü-günü azad; Ürəyi şən insanlarıq (C
CARİ – ƏSASLI Bu il məktəbdə cari təmir, gələn il isə əsaslı təmir aparılmalıdır
CAVAB – SUAL Suallar, cavablar, mübahisələr; Uzanır axşamdan sabaha qədər (H.Hüseynzadə)
CAVAN – BÖYÜK – Əlbəttə, böyüklərin qayğısına qalmaq cavanların borcudur (S.Qədirzadə). CAVAN – YAŞLI Çingiz xan ağıllı, kamallı cavandır (S
CAVANLANMAQ – QOCALMAQ Hacı getdikcə cavanlanır (M.S.Ordubadi); Bir günün içində on il qocaldım (S.Rüstəm)
CAVANLAŞMAQ – QARIMAQ Özünü iqrar etdiyinə görə o günü Bayram on il cavanlaşdı (Ə.Vəliyev); Tarverdi, Pərzad ilə qoşa qarıyasan (M
CAVANLIQ – QOCALIQ Oğul, cavansan, cavanlığın səhv və xətası olar, çalış xəta etmə (Ə.Haqverdiyev); Bilirəm onu da gözləyir qocalıq (R
CAVANLIQDA – QOCALIQDA Cavanlıqda daş daşı, qocalıqda ye aşı (Ata. sözü)
CAYDAQ – GÖDƏK Yoldaşı əl ağacına oxşayan uzun, caydaq adam dinmir (Mir Cəlal); Yarın boyu gödəkdi; Gözəl eyibsiz olmaz
CƏFA – SƏFA Mən yazıq çəkdim cəfanı; Müxənnət sürdü səfanı (Aşıq Ələsgər)
CƏFALI – SƏFALI Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı, bəlalı, ömrü puç edən bir şeydir (S
CƏFƏNG – DUZLU Onun hekayələrində cəfəng, uydurma hadisələr verilir. Salman yenə ona duzlu, məzəli məktublar yazır, şeirlər göndərirdi (M
CƏFTƏLƏMƏK – AÇMAQ Fərzəli içəri daxil olub arxasınca qapını cəftələdi (S.Rəhimov); Gecdən gec qapını açdı (“Azərbaycan”)
CƏHALƏT – MƏDƏNİLİK Cəhalət nə qalın divar imiş (M.İbrahimov); Mədənilik də inkişaf, tərəqqi ilə bağlıdır