ƏKMƏK – BİÇMƏK Gecə, gündüz əkir, biçir yoxsul; Yenə görməz evində bir məhsul (A.Şaiq). ƏKMƏK – ÇIXMAQ Arpa əkdim, darı çıxdı (Ata
ƏKSİNƏ – DÜZÜNƏ Vəziyyəti büsbütün əksinə məna edirsiniz (M.S.Ordubadi); Şərait məsələyə düzünə yanaşmağı tələb edir
ƏQİDƏLİ – MƏSLƏKSİZ ...Sizin nəcib ürəkli və yüksək əqidəli bir adam olduğunuzu görürəm (M.İbrahimov); O, məsləksiz adamdır
ƏQİDƏSİZ – MƏSLƏKLİ ...Bir addım əvəzinə beş addım geri çəkilən əqidəsiz, etiqadsız adamlardandır (M
ƏQLİ – FİZİKİ Əqli əməklə fiziki əmək arasındakı ziddiyyət aradan qaldırılmalıdır
ƏLALTI – AŞKAR Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt etmişdi (S
ƏLALTINDAN – AŞKARCA O, əlaltından öz işini görürdü (M.İbrahimov); Aşkarca bizim əleyhimizə danışır
ƏLBİR – TƏK Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir (S.Rüstəm); Özün də meydanda tək qaldın
ƏLƏK-VƏLƏK – SAKİTLİK Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir (S
ƏLƏM – NƏŞƏ Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə (S.Rüstəm)
ƏLİAÇIQ – XƏSİS Dədəm kimi əliaçıqsan, verəndə üzünü görmə (M.İbrahimov); Olursunuz, duman olun, sis olmayın; Nədə xəsis olsanız da; Sevgidə xəsis olm
ƏLİAÇIQLIQ – XƏSİSLİK Nəbinin igidliyi, əliaçıqlığı dillərdə dastan olur (“Qaçaq Nəbi”); Sən niyə indidən uşağı sinsidirsən, yoxsa pulun xəsisliyini e
ƏLİBOŞ – ƏLİDOLU Lakin mən onun evinə əliboş gəlib əlidolu gedən, əlidolu gəlib əliboş gedən adamların kim olduqları ilə əsla maraqlanmıram (S
ƏLİƏYRİ – DÜZ Çox zaman əliəyriləri bir tərəfdə qoyub, düz adamlardan yapışırlar (C.Əmirov)
ƏLLƏŞMƏK – AVARALANMAQ Fatma arvad hələ də təndir başında əlləşir (Mir Cəlal); Orda-burda avaralanırdı
ƏLLİ – YAVAŞ Dedik: Öyrən hər şeyi; Əlli tərpən, əlli, qız (M.Rahim); Yaman yavaş işləyirsən (“Ulduz”)
ƏLSİZ – BACARIQLI Bizə əlsiz adamlar yox, bacarıqlı adamlar lazımdır
ƏLÜSTÜ – GEC Məhəmmədhəsən əlüstü girdi həyətə (C.Məmmədquluzadə); Bəli, Klara xanım, gecdir, çox gecdir (C
ƏLVERİŞLİ – FAYDASIZ Əlverişli yerlərdə gizlənmiş düşmən snayperləri bir an belə susmur (S.Vəliyev); Baş qoşmaq da faydasız idi
ƏLVERİŞLİLİK – YARARSIZLIQ Lənkəran zonasının subtropik bitkilər yetişdirmək üçün əlverişliliyi çoxdan məlumdur
ƏLVERİŞSİZ – MÜNASİB Yaxşı və səmərəli işləmək üçün əlverişsiz yox, münasib şərait yaradılmalıdır
ƏMƏKÇİ – MÜFTƏXOR Gec-tez əməkçilər qələbə çalacaqlar (Çəmənzəminli); Bizim aramızda müftəxorlara yer yoxdur
ƏMİN-AMANLIQ – MÜHARİBƏ Əmin-amanlıq olmaz, olmasa əmniyyətlər (S.Rüstəm); Müharibə deyildir qurbansız, təhlükəsiz (S
ƏMR – XAHİŞ – Lyudmilacan, sizin hər bir xahişiniz mənim üçün əmrdir (C.Əmirov)
ƏNDAMLI – ARIQ Əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi (M.İbrahimov); Polis idarəsi rəisi ucaboy, arıq və kürən bir adamdı (M
ƏNDƏRMƏK – DOLDURMAQ Çuvalın ağzını açıb unu təknəyə əndərdi (“İzahlı lüğət”); Maşını doldurub yola saldılar (“Azərbaycan”)
ƏNGƏLLİ – ASAN Heç zərər yox, burax asılsınlar; Daha əngəlli bir xəbər var, əvət! (H.Cavid); Baş sahibi olmaq asandır, amma bu başı salamat gəzdirmək
ƏNTƏR – GÖZƏL Qızların ən əntəri Güldəstə idi. Dilarə gözəl idi, bəlkə də, yer üzündəki bütün qızlardan gözəl idi (Ə
ƏNTƏRLİK – GÖZƏLLİK Onun sir-sifətindən əntərlik yağır (“Ulduz”); İndi onun üzündə zərrə qədər də gözəllik yox idi (Ə
ƏNTİQƏ – KİFİR Topuşun başı üçün lap əntiqə bir yumru oğlan oldun (S.Rəhimov); Bəy olanda nə olar, başı batmış nə qədər də kifirdir (Mir Cəlal)
ƏR – ARVAD Arvad qab dəsmalı ilə gözlərini silib ərinin qabağında döyükədöyükə qaldı (S.Rəhman)
ƏRİNCƏK – ÇALIŞQAN Şişman məmur uzun bir sükutdan sonra ərincək halda ağır-ağır sözə başladı (M.Hüseyn); Çox çalışqan tələbədir
ƏRİNMƏK – İŞLƏMƏK Samovara su tökməyə, kömür salmağa ərindi (M.İbrahimov); Uzaqlardan kağızı gəlir, özü də sanitar işləyir
ƏSARƏT – AZADLIQ Zahiri əsarətdən xilas olduğumuz kimi, batini əsarətdən xilas olmalıyız (C.Məmmədquluzadə); Onda azadlığa, gün işığına həsrət qoyanla
ƏSAS – YARDIMÇI Əsas suallar qaldı kənarda, yardımçı suallarla tələbəni yordu
ƏSASƏN – QİSMƏN Maarif sahəsində mübahisə əsasən tədris ocaqlarına münasibətdə meydana çıxırdı (A.Şaiq); Qismən bizlə razılaşdı
ƏSASLI – TUTARSIZ Belə mühüm bir məsələni Telli kimi avam bir qadına qandırmaq üçün əsaslı dəlillər və sübutlar lazım gələcəkdir (S
ƏSASSIZ – TUTARLI Onun verdiyi xəbərlərin bir çoxu əsassız xəbərlər idi (M.S.Ordubadi); Vəkilin tutarlı dəlillərini; Eşidib az qalır qalxıb əl vura (B
ƏSƏBİ – SAKİT Mollayev qaraqabaq, zəhmli və əsəbi bir adamdı (M.Hüseyn); Hər yer, hər tərəf sakit və durğun görünürdü (Mir Cəlal)
ƏSƏBİLƏŞMƏK – SAKİTLƏŞMƏK Cahandar ağa yenidən əsəbiləşdi (İ.Şıxlı); Aralıq bir az sakitləşmişdi ki, mən şalı boynumdan açdım (Mir Cəlal)
ƏSƏBİLİK – SAKİTLİK Səlimin əsəbiliyi artır, narahatçılığı çoxalırdı (S.Rəhimov); Zeynəb yenə də sakitliyini pozmamış, “işində ol, belə boş sözlərə in
ƏSİL – YALANÇI Lakin yenə təkrar edirəm, məncə, əsil qəhrəmanlıq yara bağlamaqdadır, abad etməkdədir (H
ƏSKİ – TƏZƏ Sonradan qövr eylər əski yaralar (S.Vurğun); Təzə paltarı ona çox yaraşırdı (M.Hüseyn). ƏSKİ – YENİ Əski kənd gecədir, yeni kənd gündür (S
ƏSKİKLİK – ARTIQLIQ Özündə bir əskiklik duyurdu (Mir Cəlal); Hər zaman özündəki artıqlığı başqalarına çatdırmağa can atırdı (“Azərbaycan”)
ƏTİACI – MÜLAYİM Ax, necə ətiacı arvadsan, – dedim, lakin birdən Yaqutu düşünüb səsimi yumşaldaraq ona yalvardım (Ə
ƏTLƏNMƏK – ARIQLAMAQ Sifəti o qədər ətlənmişdi ki, göyəm çərdəyi boyda gözləri güclə görünürdü (A.Makulu); Lyuba arıqlamışdı (Y
ƏTLİ – ARIQ Onların əlləri yumru, ətlidir, barmaqları olduqca qısadır (M.S.Ordubadi); Atlaz paltar, qırmızı çəkmə geymiş bu arıq qızın qaşları mötəriz
ƏTRAFLI – QISACA Axşam mütləq sizə gələrəm, ətraflı söhbət edərik (C.Əmirov); Şən əhvalatı qısaca danışdım (Y
ƏVVƏL – SON İslana-islana xeyli dolandıq; Yolun nə əvvəli, nə sonu vardı (H.Hüseynzadə)
ƏVVƏLA – SONRA Qəhrəman bəyin, əvvəla, pulu yoxdur (Ə.Haqverdiyev); Sonra ağır-ağır qalxıb, kölgəlikdə, göy otun üstündə dirsəkləndilər (Mir Cəlal)