DƏBBƏLƏMƏK – TƏSDİQLƏMƏK Sonra dəbbələməyəsən ha! (M.İbrahimov); Bu sözləri anam deyirdi. Əmim də təsdiqləyirdi (S
DƏBDƏBƏ – CƏFA Əbədidir bu səadət, bu sədaqət; Bu təntənə, bu dəbdəbə, bu məhəbbət (S.Rüstəm); Dözdü hər cəfasına; Ərəb əlifbasını özü öyrətdi ona (B
DƏBDƏBƏLİ – CƏFALI Həsrətlə xatırlayır dəbdəbəli çağları (S.Rüstəm); İndi cəfalı günlər arxada qalmışdır (“Azərbaycan”)
DƏBƏRMƏK – OTURMAQ Qaçmaq üçün dəbərdi; Tez aldı pişik kimi daban (Ə.Nəzmi); Çalış, onlardan uzaqda otur, səninlə çox danışmasınlar (S
DƏCƏL – DİNC Heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır (M.İbrahimov); Çox dinc, sakit uşaqdır! (“Ulduz”)
DƏCƏLLİK – DİNCLİK Əmiqızı, ... bu dəcəlliyi haradan öyrəndin? (İ.Əfəndiyev); Ancaq o, institutun qəbul imtahanlarına qədər beyninə dinclik də verməli
DƏHŞƏTLİ – FƏRƏHLİ Tiflisdəki dəhşətli Metex qalasına köçürtdülər (S.Rəhman); İndi biz fərəhli günlər keçiririk
DƏLƏDUZ – DÜZ Amma dələduz nökərlə arası yoxdur (Ə.Haqverdiyev); Axır ki, gəldin düz yola (Ə.Vəliyev)
DƏLƏDUZLUQ – DÜZLÜK Çünki sənin üzündən dələduzluq yağır (C.Əmirov); Düzlüyün faydası çoxdur
DƏLİ – AĞILLI Bir dəli bir quyuya daş saldı, yüz ağıllı çıxara bilmədi (Ata. sözü)
DƏLİQANLI – QORXAQ İrəliyə doğru şığıyan dəliqanlı Girdman hökmdarı Varazin oğlu Cavanşir idi (M.Hüseyn); Çox qorxaqdır, qaranlıq düşən kimi evdən bay
DƏLİLƏŞMƏK – AĞILLANMAQ Ona çox fikir verdikcə dəliləşir. Balam, görünür ya zəmanə dəyişir, ya adamlar ağıllanıb (Ə
DƏLİSOV – AĞILLI Çağladı dəlisov ləpələr kimi; Ağladı südəmər körpələr kimi (T.Mahmud); Buyur, bu da ağıllınız (S
DƏRD – SEVİNC Dərd içində yaşadı; Yazdı sevinc nəğməsi (B.Vahabzadə)
DƏRDLƏŞMƏK – SEVİNMƏK Bir yerdə dərdləşər, bir yerdə sevinərdilər (S.Vəliyev)
DƏRDLİ – ŞƏN Bədbəxt anam! Dərdli gözlərini hər tərəfə çevirib həsrətlə baxdı (A.Şaiq); Bu Vasko da çox gözəl, şən oğlandır (S
DƏRDSİZ – NƏŞƏSİZ Dərdsiz, qüssəsiz adamlar kimi şellənə-şellənə addımlayan Əli Rəsulov bir dəfə də olsun dönüb dala baxmadı (C
DƏRƏ – DİK Dərədə gen, dikdə dardır, dağ yolları (T.Şahdağlı). DƏRƏ – DÖŞ Yay da yaman gəldi bu tərəflərə; Dərələr qaynadı, döşlər qaynadı (H
DƏRƏDƏKİ – ZİRVƏDƏKİ Yaş ötdükcə tələsirəm; Gəzmək üçün, görmək üçün; Zirvədəki qar qalağı; Dərədəki çiçək üçün (H
DƏRƏLİ – TƏPƏLİ Yolumuz dərəli, təpəlidir
DƏRƏLİK – TƏPƏLİK Uçurum, dərəlik sıldırım qayalıq yerlərdən keçirdim (A.Şaiq); Dünən Saracı axtarırdın, deyəsən, təpəlikdə? (M
DƏRHAL – GEC Dərhal pəncərədən çəkildi (A.Şaiq); Mart ayının on beşində bərk yağış yağdığı üçün səpin beş gün də gec başlandı (Ə
DƏRİN – DAYAZ Bulandırıb saf suyu; Qazıdın dərin quyu (A.Şaiq); Nurəddin dayaz yer axtararkən gəlib bir yerə çatdı ki, orada bir uzun ağac sınıb körpü
DƏRİNLİK – DAYAZLIQ Dərinlik çox gözəldir: sadə olarsa; Nə çıxır o şeirdən, başımı yorsa? (M.Müşfiq); Hər bir müəllif öz əsərində yaratdığı obrazı hər
DƏRMƏK – YIĞMAQ Bir nimçə üzüm dərmişdi (S.Qədirzadə); Vaxtında səpək, vaxtında yığaq, vaxtında təhvil verək (Ə
DƏRRAKƏLİ – BALQABAQ Geniş ürəkli, dərrakəli, xeyirxah şəxs belə əhəmiyyətdən və minnətdarlıqdan istisna olunur (M
DƏRRAKƏSİZ – DÜŞÜNCƏLİ Adə, nə dərrakəsizsən, barının nə qədər uzunluğu var? (C.Cabbarlı); Əhmədin..
DƏYİRMİ – YASTI Üzün ağ, dəyirmi, gözün məstanə; Baxışın bağrımı döndərdi qanə (M.P.Vaqif); Maya gücünü toplayıb çırpındı və sağ qolunu onun əlindən q
DƏYİŞİK – DÜZ Dəyişik salma, hər birin öz yerinə qoy (Ə.Haqverdiyev); Ayaqqabını düz geyin
DƏYİŞİKLİK – SABİTLİK Dəyişiklik nə vaxt olacaqdır? (S.Vəliyev); Frazeologizmləri müəyyənləşdirən meyarlardan biri də məna sabitliyidir (H
DƏYİŞKƏN – SABİT Melodiyanı təşkil edən bu zil və bəm səslərin... bəziləri dəyişkən və dayanıqsız olur (Ə
DƏYİŞMƏK – SABİTLƏŞMƏK Elə ki, Dürdanə gənc ana oldu; Dəyişib başqa bir Dürdanə oldu (M.Rahim); Sabit birləşmələrdə tərəflər (sözlər) öz əvvəlki forma
DƏYMƏDÜŞƏR – TƏMKİNLİ Yox, ay dəymədüşər qız, şairdən inciməzlər (H.Hüseynzadə); Aydın Qaradağlının aləmə tanış, təmkinli səsi eşidildi (S
DƏYMİŞ – KAL Dəymişini qoyub, kalını dərir (Ata. sözü)
DIRMANMAQ – DÜŞMƏK At belində yavaş-yavaş dırmanırıq dağlara (S.Rüstəm); Qaraca qız armudları dərib, pişiyi qucağına alaraq yerə düşdü (S
DIŞARI – İÇƏRİ Di onda mən cəhrəni, xurcunu qoyum içəri, qapını bağlayım gedək (Ə.Haqverdiyev); Bacı, köpəkdən qorxuram, dışarı çıx (S
DİB – BAŞ Başı, dibi qar, boran; Papaq geymiş dumandan (A.Şaiq). DİB – ÜZ Sanki qalxmaq istəyir göyə dənizin dibi (R
DİK – ALÇAQ Girdmanın igid sərkərdəsi meydanda dik bir yerdə görünərdi (M.Hüseyn); Qarşıda yol qırağında olan alçaq daxmalarda, uca ağaclar, dəmir dir
DİKBAŞ – MÜLAYİM Hər xalqın dikbaş, lovğa cavanları da olur, səmimi, gözəl qızları da (S.Vəliyev); Xasiyyətcə çox mülayim adamdır (A
DİKBAŞLIQ – TƏVAZÖKARLIQ Dikbaşlığın axırı budur (A.Şaiq); Şərəf oğlu dostunun bu hərəkətini təvazökarlıq sayıb ürəkdən razı qalırdı (M
DİKDİR – DƏRƏ O biri tərəfdən isə yenə bir dikdir var idi (S.Vəliyev); Dərələrdən və çaylardan duman qalxırdı (S
DİKƏLMƏK – ƏYİLMƏK Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi (C.Cabbarlı); Əyilib yerdən pencəyini götürdü
DİQQƏTLƏ – AYAQÜSTÜ Aslan adamları diqqətlə gözdən keçirirdi (S.Vəliyev); Malik camaatın rahat olduğunu görüb ayaqüstü mitinqi bağladı (M
DİQQƏTLİ – HUŞSUZ Aslan onu diqqətli və davamlı süzüb oturmaq üçün yer göstərdi (M.İbrahimov); Bayram balkonda durmasına baxmayaraq, sanki huşsuz, fik
DİLCAVABI – YAZILI Əmanətim də, dilcavabı sifarişim də var (A.Şaiq); Mənə yazılı cavab verərsiniz
DİLƏNÇİ – DÖVLƏTLİ İndi dilənçi sifətində gəzirəm. Deməli, dövlətli, varlı bir bəy idim (Ə.Haqverdiyev)
DİLƏNMƏK – VARLANMAQ Mən də elsiz-obasız bir qoca dilənçiyəm. Kəndlərdə dilənirəm (S.S.Axundov); Nurcabbar var-dövlətə də, varlanmaq ehtirası ilə özün
DİLGİR – ŞƏN Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm (C.Məmmədquluzadə);
DİLXOR – ŞAD General bu gün çox dilxor idi (S.Rəhman); Biz buna çox şadıq (İ.Əfəndiyev)
DİLXORLUQ – ŞADLIQ Pirinin dilxorluğu bir anda sovuşdu (İ.Əfəndiyev); Sarışın olan yerdə hər zaman gülüşmə, şadlıq başlardı (S