DİB – BAŞ Başı, dibi qar, boran; Papaq geymiş dumandan (A.Şaiq). DİB – ÜZ Sanki qalxmaq istəyir göyə dənizin dibi (R
DİK – ALÇAQ Girdmanın igid sərkərdəsi meydanda dik bir yerdə görünərdi (M.Hüseyn); Qarşıda yol qırağında olan alçaq daxmalarda, uca ağaclar, dəmir dir
DİKBAŞ – MÜLAYİM Hər xalqın dikbaş, lovğa cavanları da olur, səmimi, gözəl qızları da (S.Vəliyev); Xasiyyətcə çox mülayim adamdır (A
DİKBAŞLIQ – TƏVAZÖKARLIQ Dikbaşlığın axırı budur (A.Şaiq); Şərəf oğlu dostunun bu hərəkətini təvazökarlıq sayıb ürəkdən razı qalırdı (M
DİKDİR – DƏRƏ O biri tərəfdən isə yenə bir dikdir var idi (S.Vəliyev); Dərələrdən və çaylardan duman qalxırdı (S
DİKƏLMƏK – ƏYİLMƏK Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi (C.Cabbarlı); Əyilib yerdən pencəyini götürdü
DİQQƏTLƏ – AYAQÜSTÜ Aslan adamları diqqətlə gözdən keçirirdi (S.Vəliyev); Malik camaatın rahat olduğunu görüb ayaqüstü mitinqi bağladı (M
DİQQƏTLİ – HUŞSUZ Aslan onu diqqətli və davamlı süzüb oturmaq üçün yer göstərdi (M.İbrahimov); Bayram balkonda durmasına baxmayaraq, sanki huşsuz, fik
DİLCAVABI – YAZILI Əmanətim də, dilcavabı sifarişim də var (A.Şaiq); Mənə yazılı cavab verərsiniz
DİLƏNÇİ – DÖVLƏTLİ İndi dilənçi sifətində gəzirəm. Deməli, dövlətli, varlı bir bəy idim (Ə.Haqverdiyev)
DİLƏNMƏK – VARLANMAQ Mən də elsiz-obasız bir qoca dilənçiyəm. Kəndlərdə dilənirəm (S.S.Axundov); Nurcabbar var-dövlətə də, varlanmaq ehtirası ilə özün
DİLGİR – ŞƏN Mənə giley yazan şagirdlərdən mən özüm çox artıq dərəcədə dilgirəm (C.Məmmədquluzadə);
DİLXOR – ŞAD General bu gün çox dilxor idi (S.Rəhman); Biz buna çox şadıq (İ.Əfəndiyev)
DİLXORLUQ – ŞADLIQ Pirinin dilxorluğu bir anda sovuşdu (İ.Əfəndiyev); Sarışın olan yerdə hər zaman gülüşmə, şadlıq başlardı (S
DİLLƏŞMƏK – BARIŞMAQ Onunla dilləşmə, çəkil, get (A.Şaiq); Sabah ikisini də danlayıb barışdıracağam (Ə
DİLLİ – HƏYALI Sən də anan kimi dillisən (S.Vəliyev); ...Ananın yanında cavan oğlandan daha çox həyalı bir gəlin kimi dolanan Səməd, indi ananın da be
DİLLİLİK – QARADİNMƏZLİK Uşaq adəti xilafına olaraq, bu axşam bir az dillilik edirdi (Ə.Əbülhəsən); Onun qaradinməzliyi gediş-gəlişə maneçilik törətdi
DİNAMİK – STATİK Dinamik fellərdə hərəkət, iş, aktivlik, statik fellərdə isə halvəziyyət, passivlik var
DİNC – NARAHAT Məmmədhəsən əmi dinc adamdır (C.Məmmədquluzadə); Vahabzadə bu sözün ən yaxşı mənasında narahat bir şairdir (M
DİNCƏLMƏK – İŞLƏMƏK Gah yalquzaq kimi ulayır külək, gah da quduz kimi yatır, dincəlir (S.Vurğun); Mən texnikumu bitirib bir sənət qazanacaqdım, başqal
DİNCLİK – NARAHATLIQ Dedim: – Şirin şey varmı həyatda dinclik kimi? (S.Rüstəm); Etiraf etməliyəm ki, bu narahatlıq mənə həm də ləzzət verir (S
DİNDAR – KAFİR Dindarın bu sözü Mələyin ürəyini yaraladı. Bu kafirlərə inananları haqq yola qaytar (Ə
DİNLƏMƏK – SÖYLƏMƏK Rəis sizi məmnuniyyətlə dinləyir (İ.Əfəndiyev); Mən sizə əqidəmi söylədim (M.İbrahimov)
DİNMƏK – SUSMAQ Daha dinmədilər; Susdular artıq (M.Rahim)
DİNMƏZ – ZƏVZƏK Eyzən fikirdə, kefsiz, dinməz, yəqin burada bir hikmət vardır (Ü.Hacıbəyov); Çox zəvzək adamdır
DİNMƏZLİK – ZƏVZƏKLİK Əsgərin dinməzliyini o buna görə də pis yerə yozmurdu (Ə.Əbülhəsən); Zəvzəkliyinə görə hamı ondan uzaqlaşır
DİNSİZ – MÖMİN Dinsizin öhdəsindən imansız gələr (Ata. sözü); Mərhum Zeynəb xanım mömin, müsəlman bir Allah bəndəsi idi (Q
DİRÇƏLMƏK – XƏSTƏLƏNMƏK Uşaq böyümüş, rəngi açılmış, dirçəlmiş, çevikləşmişdi (Mir Cəlal); Əziz on iki yaşında olanda bərk xəstələnmişdi (Ə
DİRİBAŞ – MAYMAQ Xala, sən nə diribaş qarısan? (N.Vəzirov); Bir nəfər mənə demişdir ki, bəzi maymaqlar açarı qıfılın içərisinə qoyur (M
DİRİBAŞLIQ – MAYMAQLIQ Biri o birilərindən diribaşlığı, hazırcavablığıyla seçilirdi (M.Eynullayeva); Maymaqlıq edib Ağasəlimi əldən buraxmısan (C
DİRİLİK – YOXLUQ Bir söz ki bir cavanın diriliyinə səbəb olacaq, onu demək günahdır (Ə.Haqverdiyev); Qaynım həmişəki kimi indi də Midhədin yoxluğunu m
DİRİLMƏK – ÖLMƏK Öləcəyəm, bir də diriləcəyəm (C.Cabbarlı)
DİŞİ – ERKƏK ...Hər yuvada bircə dişi arı olar, ona şah deyərlər (S.S.Axundov); Erkək atı yəhərləyib minəndə ixtiyarsız olaraq gülürəm (Ə
DİŞİCİK – ERKƏKCİK Bəzi bitkilərin qönçələrində olduğu kimi pambığın qönçəsində də erkəkcik və dişicik var idi (Ə
DİŞLƏMƏ – ŞİRİN Bəlkə, biri çayı şirin içməyəcək. Dişləmə içəcəkdir (S.S.Axundov)
DİŞLİ – ÖLÜVAY Özün bilirsən ki, onlar dişli tayfadırlar (İ.Şıxlı); Onun tələsməklə işi yoxdur, ölüvaydır (“Ulduz”)
DİVANƏ – AĞILLI Əqlini itirib qız, divanədir (S.Rüstəm); Ağıllı düşmən nadan dostdan yaxşıdır (Ata. sözü)
DİVANƏLƏNMƏK – AĞILLANMAQ Genə bir Leyliveş yarə dil verdi; Könül Məcnun təki divanələnmiş (M.V.Vidadi); İndi Sona lap ağıllanmışdır (“Azərbaycan”)
DİVANƏLİK – AĞILLILIQ Nə işdir bu, bu nə divanəlikdir eyləyirsən sən? (C.Cabbarlı); Malik onun ağıllılığının səbəbini bilirdi
DOĞMA – ÖGEY Demək, o sənin üçün doğmadır, amma bu biriləri ögey? (İ.Əfəndiyev). DOĞMA – YAD O yad deyil, mənə doğma baladan artıqdır (A
DOĞMAQ – BATMAQ Yenidən doğmaq üçün batdı. Gözlərdən itdi (S.Rüstəm). DOĞMAQ – ÖLMƏK Bir il sonra Zeynəb oğlan doğdu (M
DOĞMALAŞMAQ – YADLAŞMAQ Doğmalar get-gedə yadlaşır, yadlar isə doğmalaşır
DOĞMALIQ – YADLIQ Ancaq bu küskün səs o doğmalıqdan, o nəvazişdən uzaq idi (M.Eynullayeva); Ancaq indi uşaqlarının yanında özünün yadlığını, özünün za
DOĞRU – ƏYRİ Qələm əyri kəsilsə də, doğru yazar (Ata. sözü). DOĞRU – YALAN Allah bilir ki, doğru deyirəm! (M
DOĞRUÇU – YALANÇI Yalançının evi yandı, kimsə inanmadı (Ata. sözü); Deyənlər nə qədər doğruçu, nə qədər alicənab şəxslər imiş (M
DOĞRUÇULUQ – YALANÇILIQ Müəllim şagirdlərinə doğruçuluğu təbliğ edirdi. Bizcə, yalançılıq ləkəsi ölümdən daha çirkindir (H
DOĞRULTMAQ – GÜNAHLANDIRMAQ Yarməmmədi mühasiblikdən azad edək, hələlik qoyaq aşağı bir işdə özünü doğrultsun (M
DOĞRULUQ – ƏYRİLİK Doğruluğun dili belədir yalnız (S.Vurğun); Məncə, ona inanmaq olmaz, kimi dindirirsən əyriliyindən dad çəkir (M
DOĞULMAQ – ÖLMƏK Adamlar bir dəfə doğulur, bir dəfə ölür (F.Kərimzadə)
DOĞUM – ÖLÜM – Sizin verdiyiniz nömrə Moskvada doğum evidir (S.Qədirzadə); Gözünün içinə baxdı ölümün; Neçə yol torpağa çiləndi qanı (B